VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənləriıı praqnozlaşdırılması



Yüklə 292,45 Kb.
səhifə17/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
C fakepathLav vsait

Verilənləriıı praqnozlaşdırılması proqnozlaşdırma funksiyalarının təyin edilməsini və onların müxtəlif vaxt intervallarına tətbiqini nəzərdə tutur.

Verilənlərin modelinin çoxölçülüyü - verilənlərin təsviri və emalı zamanı onların strukturunun çoxölçülü məntiqi təsviri deməkdir. Relasiya modeli ilə müqayisədə verilənlərin çoxölçülü təşkili daha artıq əyaniliyə və informativliyə malik olur. Nümayiş üçün şəkil 8-də neftayırma zavodunda illər üzrə məhsul istehsalına aid eyni verilənlərin relasiya (a) və çoxölçülü (b) modellərlə təsviri göstərilmişdir.



a) Zavod üzrə məhsul istehsalı

Məhsulun markası

il

Miqdarı (min ton)

AI-83

2003

20

AI-83

2004

25

AI-83

2005

28

AI-93

2003

30

AI-93

2004

35

AI-93

2005

37

AI-95

2004

15

AI-95

2005

17

b) Zavod üzrə məhsul istehsalı (min ton)

Mohsulun markası

2003

2004

2005

AI-83

20

25

28

Al-93

30

35

37

AI-95

Nul

15

17

Şəkil 8. Verilənlərin relasiya (a) və çoxölçülü (b) təsviri

Əgər iki ölçüdən artıq çoxölçülü modeldən söhbət gedirsə, informasiyanın vizual olaraq çoxölçülü obyektlər şəklində (üç-, dörd- və daha çox ölçülü hiperkublarla) təsviri vacib deyil. Belə hallarda istifadəçiyə ikiölçülü cədvəllərlə və ya qrafıklərlə işləmək daha əlverişlidir. Bu zaman verilənləri müxtəlif detallaşdırma dərəcəsi ilə yerinə yetirilən «kəsiklər»lə təsvir etmək olar.

Verilənlərin çoxölçülü modellərinin əsas anlayışlarına baxaq.

Ölçü (Dimension)-hiperkubun bir tərəfıni təşkil edən eyni tipli verilənlər çoxluğudur. Ən çox istifadə edilən vaxt ölçülərinə misal olaraq Günləri, Ayları, Kvartalları və İlləri göstərmək olar. Coğrafi ölçülər kimi Şəhərlər, Rayonlar, Ərazilər, Ölkələr geniş tətbiq olunur. Çoxölçülü modeldə ölçülər hiperkubun xanalarındakı konkret qiymətləri təyin edən indekslər rolunu oynayırlar.

Xana (Cell) və ya göstərici - qiyməti birmənalı olaraq müəyyən sayda ölçülərlə təyin olunan sahədir. Sahənin tipi əksər halda ədəd olur. Xananın qiymətinin necə tərtib edilməsindən asılı olaraq o, dəyişən və düstur ola bilər. 1-ci halda qiymət dəyişir və o, ya verilənlərin xarici mənbəsindən yüklənir, ya da proqram vasitəsilə alınır. 2-ci halda isə, elektron cədvəllərdə olduğu kimi, qiymət əvvəlcədən verilmiş düsturla hesablanır.

Şəkil 8-də göstərilən misalda məhsul istehsalının miqdarını əks etdirən xananın hər bir qiyməti vaxt ölçüsü (İllər) və məhsulun markası ilə təyin olunur.

Praktikada əksər halda çoxsaylı ölçülər tələb olunur. Verilənlərin üçölçülü modelinə misal şəkil 9-da göstərilmişdir.

Mövcud çoxölçülü VBİS-lərdə verilənlərin təşkilinin 2 əsas variantından (sxemindən) istifadə olunur: hiperkub və polikub.



Polikub sxemində nəzərə alınır ki, verilənlər bazası müxtəlif ölçülü və tərəflərinin uzunluğu müxtəlif olan bir neçə hiperkubla təyin oluna bilər. Polikub sxemli VB-ni dəstəkləyən sistemlərə misal olaraq ORACLE fırmasının ORACLE EXPRESS SERVER serverini göstərmək olar.



Şəkil 9. Üçölçülü modelə aid misal


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə