VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlər bazalarının idarəetmə sistemlərinin təsnifatı



Yüklə 292,45 Kb.
səhifə40/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathLav vsait

4. Verilənlər bazalarının idarəetmə sistemlərinin təsnifatı

Verilənlər bazalarının idarəetmə sistemlərini əsasən aşağıdakı əlamətlərə görə edirlər: 1) VBİS-in reallaşdırdığı proqramın növünə görə; 2) istifadə edilmənin xarakterinə görə; 3) verilənlərin modelinə görə.



4.1. Reallaşdırılan proqramın növünə görə VBİS-lərin təsnifatı

Reallaşdırılan proqramın növünə görə VBİS-ləri aşağıdakı siniflərə ayırırlar:



  1. tam funksional sistemlər;

  2. VB serverləri;

  3. VB kliyentləri;

  4. VB ilə işləyən tətbiqi proqram hazırlamaq üçün vasitələr.

1. Tam funksional sistemlərə 70-ci illərin ortalarından başlayaraq tətbiq olunan ənənəvi VBİS-lər daxildir. Onlar əvvəlcə böyük, sonra mini və mikro (fərdi) kompüterlər üçün yaradılmışdır. Hazırda bu sinif sistemlərin çoxlu sayda, güclü və geniş imkanlı variantları mövcuddur. Onlara misal olaraq Clarion Database Developer, Data Ease, DataFlex, DBase IV, Access, FoxPro, Paradox, R:Base və s. göstərmək olar. Bu sistemlərin hamısı VB ilə on-line rejimində menyu əmrləri ilə işləmək üçün mükəmməl qrafık interfeysə malikdirlər. Sorğuların və hesabatların tərtib edilməsi üçün proqramlaşdırmaya ehtiyac yoxdur, bu işi sistemlərin hamısının dəstəklədikləri QBE dili vasitəsilə asan yerinə yetirmək mümkündür. Bundan əlavə, müasir funksional sistemlərin hamısı SQL dilini dəstəkləyirlər və onlardan bir çoxu peşəkar istifadəçilərə sistemin daxili dilində proqramlaşdırma vasitələri təqdim edirlər.

Bəzi sistemlərin tərkibinə əlavə olaraq VB-nin layihələndirilməsinin avtomatlaşdırılması üçün CASE vasitələri də daxil edilir. Digər verilənlər bazalarına və ya SQL-serverlərin verilənlərinə müraciət etmək üçün tam funksional VBİS-lər fakultativ modullara malikdirlər.

2. VB serverləri-kompüter şəbəkələrində verilənlərin emalı mərkəzlərinin təşkili üçün nəzərdə tutulur. Bu sinif VBİS-lər azdır, lakin onların sayı ildən-ilə artır. VB serverləri digər proqramlar (kliyentlər) tərəfındən SQL operatorları ilə verilmiş sorğulara görə verilənlər bazalarını idarə edirlər. VB serverlərinə misal olaraq aşağıdakı proqram sistemlərini göstərmək olar: Net-Ware SQL (Novell), SQL Server (Microsoft), İnterBase (Borland), SQL BaseServer (Gupta), İntelligent DataBase (İngress), Sybase (Sybase) və s.

3. VB kliyentləri - VB serverlərinə verilənlər üçün sorğu göndərən və alınan informasiyanı emal edib tələb olunan hesabata uyğun istifadəçilərə çatdıran proqramlardır. Bu proqramlar kimi tamfunksiyalı VBİS-lər, elektron cədvəllər, mətn prosessorları, elektron poct proqramları və s. istifadə edilə bilər. Bu zaman «kliyent-server» cütlüyünün elementləri eyni və ya müxtəlif fırmaların proqram məhsulları ola bilər. Ümumi sistemin kliyent və server hissələri eyni fırmanın məhsulu olduqda, onlar arasında funksiyaların paylanması rasional olur. Digər hallarda adətən «nəyin bahasına olursa olsun» prinsipi ilə verilənləri əldə etmək məqsədi güdülür. Bu cür birləşməyə misal olaraq hər hansı tam funksional VBİS-dən birinin VB serveri, digərinin (başqa fırmanın məhsulu) isə VB kliyenti rolunda çıxış etməsini göstərmək olar. Məsələn, SQL Server VB serveri (üçün kliyent (frontal) proqramları rolunda dBase IV, Paradox, Access, DataBase, Lotus 1-2-3 və s. çıxış edə bilər.

4. VB ilə işləmək üçün tətbiqi proqram hazırlayan vasitələr kliyent proqramlarının, VB serverlərinin və onların komponentlərinin, istifadəçilərin tətbiqi proqramlarının yaradılması üçün istifadə edilir. l-ci və 2-ci qrup vasitələr əsasən sistem proqramları üçün nəzərdə tutulur. İstifadəçilərin tətbiqi proqramlarının hazırlanması üçün vasitələrə müxtəlif proqramlaşdırma sistemləri, proqramlaşdırma dilləri üçün proqram kitabxanaları və həmçinin CASE vasitələri aiddir. Ən çox tətbiq edilən instrumental vasitələrə misal olaraq DELPHİ, VİSUAL BASİC, POWER BUILDER, POWER DESİGNER, SİLVERRUN, ERWİN, S-DESİGNOR və s. göstərmək olar. Göstərilənlərdən başqa, verilənlərin idarə edilməsi və VB-yə xidmət edilməsi üçün müxtəlif əlavə vasitələrdən, məsələn, tranzaksiyalar monitorlarından da istifadə edilir.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə