VeriLƏNLƏr bazalari ümumi məlumat


Ehtiyat surətin çıxarılması



Yüklə 292,45 Kb.
səhifə37/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
C fakepathLav vsait

5. Ehtiyat surətin çıxarılması

İstifadəçinin səhfı üzündən, kompüterdə, əməliyyat sistemində və ya VBİS-in özündə baş verən nasazlıq nəticəsində VB- nin hər hansı bir hissəsinin zədələnməsi zamanı verilənlərin minimal vaxtda və sistemin digər hissələrinə təsir etmədən bərpa olunması çox vacib məsələdir.

Verilənlər bazasının administratoru verilənlərin bərpası üçün səmərəli üsul seçməli və yerinə yetirməlidir. Məsələn, VB-nin vaxtaşarı ehtiyat surət qurğusuna köçürülməsi və lazım gəldikdə VB-nin sonuncu surətdən öz yerinə yüklənməsi. Bu baxımdan verilənlər bazasının bir daşıyıcıda yox, ən azı iki daşıyıcıda saxlanması daha məqsədəuyğundur. Qeyd edək ki, ehtiyat surətinə təkcə verilənlər deyil, həm də VB haqqında xidməti informasiya da daxil olur.

VB-nin ehtiyat surəti maqnit lentində və ya maqnit diskində saxlana bilər. 2-ci halda «disklərin güzgüləşdirilməsi» terminindən də istifadə olunur. Ehtiyat surəti baxılan VB-nin dəqiq və ya sıxılmış (arxiv) surəti ola bilər. Sıxılma aparat və ya proqram səviyyəsində aparıla bilər.

Ehtiyat surəti VB ilə işləyən zaman (on-line rejimində) və ya başqa vaxt çıxarıla bilər. Surət operatorun təşəbbüsü ilə və ya uyğun utilitin köməyilə avtomatik çıxarıla bilər.

Ehtiyat surətinin təşkili zamanı administrator qarşısında 2 məsələ durur:



  • ehtiyat surəti üçün hansı qurğunu seçmək;

  • nə vaxt və hansı tezliklə ehtiyat surətini çıxarmaq.

Ehtiyat surətinin alınması üçün qurğunun tipini (maqnit lenti və ya diski) seçəndə ilk növbədə surətçıxarma proseduruna ayrılan vaxt nəzərə alınır. Böyük VB və kiçik sürətli qurğular üçün surətin yaradılması vaxtı həddən çox ola bilər. Maqnit lentində qurulan yaddaş maqnit diskinə nisbətən kiçik sürətlə işlədiyindən, sürətin bu yaddaşa çıxarılmasına daha çox vaxt tələb olunur. Buna baxmayaraq maqnit lent yaddaşı ucuz və kifayət qədər böyük həcmə malik olduğundan, xaricdə son illər ondan geniş istifadə edilir.

Əgər VB ilə iş bütün gün boyu aparılırsa və iş vaxtı ehtiyat surətinin alınması üçün kifayət qədər fasilələr olursa, ehtiyat surəti on-line rejimində yaradılır. Digər hallarda ehtiyat surətini iş gününün və ya həftənin sonunda yaratmaq məqsədəuyğundur.

Mühüm əhəmiyyətli informasiyanın ehtiyat surətinin düzgünlüyünü mütamadi olaraq yoxlamaq lazımdır. Ehtiyat surətinin sənədləşdirilməsi də aparılmalıdır.



  1. Yüklə 292,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə