VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə13/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
C fakepathLav vsait

    Bu səhifədəki naviqasiya:
  • kortej
2.2.4. Relasiya modeli

Relasiya modeli İBM fırmasımn əməkdaşı Edqar Kodd tərəfındən təklif edilmiş və verilənlərin strukturlarının nisbətlər şəklində təsvirinə və cədvəl formasında ifadə olunmasına əsaslanır.



Nisbət (ingiliscə-“relation”) - kortej adlanan elementlər çoxluğundan ibarətdir. Nisbətin təsvirinin əyani forması bizim üçün adi olan ikiölçülü cədvəldir. Bildiyimiz kimi, cədvəl sətirlərdən və sütunlardan ibarət formadır. Cədvəlin hər bir sətri eyni struktura malik olan sahələrdən ibarətdir. Nisbət baxımından cədvəlin sətrinə kortej sütununa isə domen deyilir. Adlandırılmış domenə isə atribut deyilir.

Fayl baxımından isə cədvəl-fayla, cədvəlin sətri-yazıya, sütun isə elementar verilənə uyğun gəlir.

Relasiya modeli nisbətlər cəbri adlanan riyazi aparatın verilənlər bazasına tətbiqi nəticəsində yaranmışdır. Həmin riyazi aparat relasiya modelinin xassələrini aydın və yığcam formada təyin etməyə imkan verir. Bundan əlavə, relasiya modeli nisbətlər üzərində müxtəlif əməliyyatların (dekart hasili, birləşmə, kəsişmə, çıxma, bölmə, seçmə, proyeksiya və s.) aparılmasına və nisbətlər arasında istənilən tip əlaqənin (1:1, 1:M, M:N) reallaşdırılmasına imkan yaradır. Bu cəhətlərə görə 70-ci illərin sonundan başlayaraq yaradılan verilənlər bazalarının əksəriyyətində relasiya modelindən istifadə olunur.

Relasiya modelinin çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar: a) kortejlərin (yazıların) təyin edilməsi üçün standart vasitələr yoxdur; b) nisbətlərin normallaşdırılması tələb olunur.

Fərdi kompüterlər üçün 80-cı illərdən başlayaraq yaradılan və inkişaf etdirilən VBİS-lərə misal olaraq Ashton-Tate fırmasına məxsus dBase ailəsinin (dBase I, II, III, III plus, IV, Clip- per), FoxSoftware fırmasının FoxBase, FoxPro sistemlərini, İBM fırmasının DB2 sistemini, Microrim fırmasının R:Base sistemini, Borland fırmasının Paradox, dBase for Windows sistemlərini, Microsoft fırmasının Visual FoxPro, Access sistemlərini, Clarion Software fırmasının Clarion sistemini, ASK Computer Systems firmasının İngres sistemini, Oracle fırmasının Oracle ailəsi sistemlərini və s. göstərmək olar.

Qeyd edək ki, relasiya VBİS-Iərin sonuncu variantları obyektyönlü sistemlərin bəzi xüsusiyyətlərinə malikdirlər. Bu cür sistemləri çox vaxt obyekt-relasiya tipli sistemlər adlandırırlar. Bu cür sistemlərə misal olaraq Oracle 8.x sistemlərini göstərmək olar. Relasiya modeli haqqında daha ətraflı məlumat sonrakı paraqrafda verilir.



Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə