Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

154
duran idrak vəzifəsini həyata keçirmək üçün, sənəti həyat həqiqətinə
və bu yolda bədii həqiqətə yaxınlaşdırmaq üçün əlverişli şərait yaradır.
Bu,
realizmi
bir
tərəfdən
varlığın
hələ
bərqərar
olmamış
qanunauyğunluqlarını sezib başa düşmək cəhdi ilə varlığı yenidən
qura biləcək surətlərə müraciət edən romantizmdən, digər tərəfdən
həyatın ayrı-ayrı cəhətlərinin onları idarə edən qanunauyğunluqlar
xaricində empirikcəsinə göstərən naturalizmdən fərqləndirir. Amma
aydındır ki, realizmdəki ümumiləşdirmə xüsusiyyəti sənətkarın estetik
idealını nəinki rədd edir, əksinə, onun tərəqqisini tələb edir. Tipik cəhət
– ən həqiqi, ən səciyyəvi cəhətdir, həyatın qanunauyğunluğunu əks
etdirir. Buna görə, çox təbii olaraq, realist yazıçının əsəri həyatın özü
kimi həqiqi, canlı və inandırıcı olur, burada həyatın təsadüfi,
əhəmiyyətsiz hadisələri deyil, başlıca zərurtdən doğmuş, aparıcı
hadisələri, məğzi əks etdirilir. Lakin realist əsərdə fərdiləşdirmə heç bir
vəchlə gerçəkliyin bilavasitə inikası olmayıb, eyni zamanda bədii
təxəyyülün nəticəsi kimi meydana çıxır. Həyat hadisələrini seçmək,
qiymətləndirmək və tipik hadisələr kimi təqdim etmək sənətkarın həmin
hadisələrə hansı nöqteyi-nəzərdən yanaşmasından dünyagörüşündən,
dövrün qabaqcıl meyllərini görmək və anlamaq qabiliyyətindən asılıdır.
Realizm həyat hadisələrini inkişafda, onların aparıcı meylləri ilə,
tarixi perspektivdə təsvir etməyi tələb edir. Realizmin bir bədii metod
kimi özünəməxsusluğu burada, ilk növbədə, onda təzahür edir ki, bu
təsvir real zəmindən əlaqəsini kəsmir, yəni realizmin özünəməxsusluğu
yazıçıya obyektiv surətdə tarixi prosesin özündə verilmiş həyat
materiallarından obrazlı səhnələrin qurulma üsulundadır. Buradan belə
bir təbii nəticə çıxır ki, realizm konkret xüsusiyyətləri ilə, hər şeydən
əvvəl, sənətin inkişaf etdiyi tarixi şəraitdən asılıdır. Məsələ yalnız bu və
ya başqa yazıçının yaradıcılığını realizmə daxil etməkdə deyildir, onun
realizminin konkret səciyyəsini təyin etməkdədir; çünki realizm onun bu
və ya başqa növünü yaradan milli və sosial şəraitdən, qarşılıqlı ədəbi-


155
tarixi hərəkatdan asılı olaraq müxtəlif ictimai-tarixi mühitdə rəngarəng
şəkildə meydana çıxır. Realist meyllər müxtəlif təzahürləri ilə bütün
ədəbiyyat tarixinə nüfuz etmiş olsa da, hətta müstəqil bitktn realist
metoddan və realizmin vahid tarixi inkişafından danışmağa haqq
vermir.
Realizm tarixinin ilk dövrü barədə müxtəlif fikirlər irəli
sürülmüşdür. Alimlərin fikrincə, realizmin meydana çıxması üçün zəruri
ədəbi-tarixi şərait hələ antik dövrdə hazırlanmağa başlarmışdır.
Məsələn, Qədim Yunanıstan, Hindistan və digər ölkələrin miflərə
əsaslanan ədəbi əsərləri təbiət və insan haqqında təsəvvürləri
ümumiləşdirən bədii surətlərlə zəngindir. Erkən orta əsrlərdə realizm
xüsusiyyətləri olduğunu yazanlar da yox deyildir. Orta əsrlər
ədəbiyyatında ümumiləşdirmə qüvvəsi hələ dərin olmasa da, Qərb və
Şərqin bir çox xalqlarında ardıcıl surətdə demokratikləşdirilir və
müxtəlif zümrələrin məişətini düzgün təsvir etmək meyli artmağa
başlayır. Qərb ədəbiyyatında realizmin baniləri İntibah dövrünün böyük
sənətkarları Şekspir və Servantes hesab olunur.
Sonrakı əsrlərdə tarixi inkişafla əlaqədar olaraq, realizm müxtəlif
dövrlərdə, müxtəlif xalqların ədəbiyyatında yeni-yeni keyfiyyətlər kəsb
etmişdir. Müasir ədəbiyyatşünaslıqda onun maarifçi realizm, tənqidi
realizm və sosialist realizmindən ibarət üç əsas tipi olduğu göstərilir.
Klassizmdən sonra XVIII əsrdə yaranıb bərqərar olan maarifçi
realizm ideya-fəlsəfi cəhətdən rasionalizmlə çox bağlı idi. Bu realizmin
nümayəndələrindən bir çoxu (Volter, Didro, Russo və b.) dövrünün
mütəfəkkir yazıçısı, marifçilik ideyalarının təbliğatçısı idi. Feodal
mütləqiyyətinə, orta əsr geriçiliyinə qarşı yeni həyat tərzi, yeni əxlaq
normaları uğrunda mübarizə, ağlı, elmi, maarifi təbliğ onların
əsərlərinin leytmotivi idi. Maarifçi-realizm ədəbiyyatda yeni ədəbi
formaların, xüsusilə roman və dramın, satira janrının daha da inkişaf
etmsində mühüm rol oynadı. D.Defo məşhur «Robinzon Kruzo» əsəri


156
ilə ingilis realist romanının bünövrəsini qoydu. Onun işini Fildinq
davam etdirdi. Maarifçi realistlər poeziya sahəsində də dönüm
yaratdılar.
Keçən əsrin 30-40-cı illərindən etibarən Qərbi Avropa
ölkələrində, məsələn, Fransa və İngiltərədə qələbə çalan tənqidi
realizm insan xarakterini sosial və sinfi amillərlə bağlı halda olmaqla
«insan və mühit» problemini yeni şəkildə həll edir. Realist yazıçılar
ictimai şəraiti dərindn dərk və təhlil edib göstərirlər. Məsələn, Balzak
fransız cəmiyyətinin bədii tarixini yaradır, ingilis realistləri mütəxəssis
siyasətçilərin, publisistlərin və əxlaq nəzəriyyəçilərinin hamısından
daha artıq sosial və siyasi həqiqətlər açıb deyirdi. Həyat həqiqəti
prinsipi, həyat prosesindəki tipikliyin, qanunauyğunluğun axtarılması
və zamanın mütərəqqi ideyaları ilə bağlı olduqda, təbiidir ki, özünün
daha dolğun ifadəsini tapır. Məsələn, XIX əsrdə Rusiyada azadlıq
hərəkatının yüksəlməsi tənqidi realizmin inkişafı ilə əlaqədardır.
Realizmin inkişafı bütünlüklə mövcud tarixi dövrün irəli sürdüyü
imkanlara və tələblərə uyğunlaşan dünya bədii fikrinin inkişaf prosesi
ilə qırılmaz surətdə bağlıdır. Müəyyən tarixi dövrlərdə, məsələn,
sənətkarlardan özünün subyektiv mövqelərini daha kəskin formalarda
ifadə etməyi tələb edən, onu simvolikaya, alqorizmə müraciət etməyə
təhrik edən şərait meydana gəlir. Məsələn, gənc M.Qorki Dankonun
romantik
surətini
yaradarkən
qarşısına
qoyduğu
vəzifələri
İ.A.Tanqarovun təsvir üsulu ilə həll edilə bilməzdi.
Azərbaycan tənqidi realistləri də əsas etibarilə həyatdakı mənfi
halları düzgün və dərindən göstərməklə oxucularda bu mənfiliklərə
qarşı nifrət və etiraz oyatmaq məqsədi izləyirdilər. Həyatdakı
mənfilikləri təsvir edən bu yazıçılar, eyni zamanda ideallarını və
idealların həqiqətə çevrilməsi yolundakı maneələri nəzərə çatdırır,
oxuculara həyatın yaramaz tərəflərinə qarşı mübarizə əzmi və bacarığı
tərbiyə etmək istəyirdilər. Vətənpərvərlik, istismar olunan xalq


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə