Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

139
Həcmcə böyük olduğuna baxmayaraq, kompozisiya cəhətdən
yığcam təsir bağışlayan V.Babanlının «Vicdan susanda» romanı rəvan,
obrazlı bir dillə yazılmışdır. Surətlərin dili onların xarakterlərinə, həyat
təcrübəsinə müvafiq olaraq fərdiləşdirilmişdir. Azərbaycan torpağının
əlvan təbiəti, aran yerlərinin özünəməxsus gözəllikləri, Bakının,
Abşeron bağlarının yayı, payızı məhəbbətlə çəkilmiş lövhələrdə əsərin
bütün təhkiyəsinə xas olan daxili bir ahəngdarlıqla canlanır.
Təmiz vicdan ən obyektiv meyardır, hər bir fakt və hadisənin,
insan əməlinin əsl qiymətini verən universal məhək daşıdır. Vicdanın
güclü səsini öz varlığında həmişə eşidənlər yüksək ictimai məsuliyyət
hissinə malik olurlar. Belələri cəmiyyət qarşısında alnıaçıq və
vüqarlıdır. Əsl vətəndaş hər cür subyektivizmdən yüksək durub,
cəmiyyətdə fəal həyat mövqeyi tutmalı, insan taleyinə münasibətdə
vicdanın susmasına yol verməməlidir. V.Babanlının «Vicdan susanda»
romanında oxuculara aşılamaq istədiyi başlıca qənaət də bundan
ibarətdir.
Bədii yaradıcılıq ümumiyyətlə epik, lirik və dramatik növdə inkişaf
edir. Epik və dramatik növün janrlarında yazılan bədii əsərlərdə
obrazlar mühüm yer tutur. Burada əsas bədii məqsəd obrazları
aydınlaşdırmaq, müəyyənləşdirmək, tipikləşdirmək və onları bir küll, bir
vəhdət şəklində yaratmaq, lirik yaradıcılıq ilə ideya və duyğular
aləminə dalmaqdır. Lirizmin əsas xarakteri fərdi və ictimai duyğuların
tərcümanı olmaqdır. Lirika obyektiv varlığın subyektiv şəkildə
ifadəsidir. XXI əsr yeni ədəbiyyatın yaranması, təzə təsvir və ifadə
vasitələri axtarışları ilə irəliləyir.


140
ƏDƏBİ METOD VƏ CƏRƏYANLAR
Klassizm. Fransız mütləqiyyətinin inkişafı tarixən mütərəqqi rol
oynadığı bir dövrdə bərqərar olan klassizm rasionalist dünyagörüşü
əsasında harmonik təbiətə humanist inamı bərpa edərək insanın şəxsi
mənafeyinin ağıl və əxlaqi borcun hökmləri ilə tam birliyini tələb
etmişdir.
Klassinus latınca seçmək mənasını verir. Klassizm məktəbi
Aristotel və Dekartın fikirlərinə dayanırdı. Ədəbiyyat və incəsənət
xadimləri dövlət haqqında ideal təsəvvürü rəhbər tutaraq dövlət
mənafelərinin hər hansı şəxsiyyətin mənafelərindən üstünlüyünü təsdiq
edir və bunu şəxsiyyətin borcu, onun cəmiyyət qarşısında mənəvi
məsuliyyəti
sayırdılar.
Bu
klassizmdə
ictimai,
qəhrəmanlıq,
vətənpərvərlik motivlərinin üstünlük qazanmasını şərtləndirirdi. Zahirən
klassizm antik (klassik) sənətin nümunələrini təqlid edirdi. Əslində isə
həm Qərbi Avropa ədəbiyyatında (Rasin, Kornel, Bualo, Molyer), həm
də rus ədəbiyyatında (Sumarkov, Knyajnin, Trednanovski) klassizmin
nümayəndələri çox vaxt öz dövrlərinin həyatını əks etdirirdilər, həyatın
bir çox mühüm məsələlərini irəli sürürdülər və bədii yaradıcılıqda həyat
həqiqəti prinsipini müdafiə edərək, bəzi cəhətlərdə «realizm» üçün
zəmin hazırlayırdılar. Zaman, məkan və hərəkət vəhdəti klassizmin
əsas tələblərindən idi. Fransız klassizminin ilk görkəmli simalarından
olan Nikola Bualo (1636-1711) bədii və ədəbi-nəzəri sahələrdəki
fəaliyyətində bu metodun ardıcıl tərəfdarı idi. Onun ən mühüm əsəri
«Poeziya sənəti»ndə (1674) fransız klassizminin elmi prinsipləri şərh
olunmuşdur. Bualonun estetikası rasionalizmə əsaslanırdı. Təbiəti
bədii yaradıcılığın əsas prinsipi hesab edən Bualo həyata fərdi,
subyektiv münasibətin əleyhinə çıxırdı. O, eyni zamanda xalq
poeziyasına mənfi münasibət bəsləmiş, onu «bayağı»,  «qaba» sənət
adlandırmışdır. Bualodan fərqli olaraq, onun italyan sələfi, məşhur


141
filosof, şair və alim «Nuhun gəmisi» poemasının, fəlsəfi sonetlərin,
«Şamdan» komediyasının müəllifi Cordano Bruno (1548-1600)
klassizmin əleyhədarı olmuşdur.
Klassizm məktəbi yazıçıları həyatı olduğu kimi yox, sarayın
hakim təbəqəsinin istədiyi kimi təsvir etməli idilər. Zaman, məkan və
hərəkət vəhdətində fəaliyyət göstərən klassizmin məhdud qaydaları
vardır. Zaman vəhdətinə görə əsərdə baş verən hadisələr müddət
baxımından 24 saatı keçməməli idi. Məkan vəhdətinə görə, əsərdə
təsvir olunan hadisələr ancaq bir məkanda olmalı idi. Bunun
nəticəsində də yazıçı geniş süjet, mövzular üzərində işləyə bilməzdi.
Hadisə və hərəkət (mövzu) vəhdəti tələbinə görə əsərdə yalnız
bir mövzu, hadisələr xətti olmalı, bir-birindən doğan hadisələr bir
xəttdən kənara çıxmamalı idi. Zaman və mövzuda vəhdət qaydası
Aristotel təlimlərindən biri idi və dram əsərlərində uzun zaman hakim
olmuşdur. Klassizim çox ziddiyyətli cərəyan idi. Rusiya və Qərb
klassizminin ən yaxşı nümayəndələri öz dövrlərinin bu və ya digər
cəhətlərini gözəl əks etdirən əsərlər yazırdılar (Molyerin komediyaları,
Sumarkovun komediya və təmsilləri) böyük ictimai və psixoloji
məsələləri işvqlandırmağa çalışırdılar (Rasinin, Sumarkovun faciələri).
Lakin bu yazıçıların bir çoxu, eyni zamanda dövrlərinin silki əqidələrinə
və geridə qalmış fikirlərinə uyaraq ayrı-ayrı hallarda həyat həqiqətini
təhrif edir, qeyri-həyati və sxematik xarakterlər yaradır, xalq tərəfindən
yaxşı anlaşılmayan dildə yazırdılar. Fransa və Rusiyada yaranıb bağlı
olduqları ictimai zəminlər arasındakı oxşarlıq nəticəsində ümumi
cəhətlərə malik olsalar da, bu ölkələrdə klassizm müstəqil, milli
xüsusiyyətləri olan ədəbi cərəyan idi.
İlk dəfə Şekspir əsərlərində klassizmin 3 vəhdət qaydasını
pozmuşdur. XIX əsrdə artıq klassizm Rusiyada realizmin inkişafına
mane olurdu. A.S.Puşkin, A.S.Qriboyedov, V.Q.Belinski klassizmin bir
çox cəhətlərini tənqid etmişlər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə