Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

142
Sentimentalizm. Bu cərəyan XVIII əsrin II yarısında Avropa və
Amerika ədəbiyyatı və incəsənətində yaranmışdır. İlk dəfə İngiltərədə
meydana çıxmışdır, sonra mütləqiyyət hakimiyyəti ilə mübarizənin
səciyyəvi olduğu digər Avropa ölkələrində klassizmi əvəz etmişdir.
Görkəmli nümayəndələri İngiltərədə S.Riçardson, D.Tomson, E.Yunq,
T.Qrey, L.Stern («sentimentalizm» cərəyanının adı da onun
«Sentimental səyahət» romanının adından götürmüşdür). Fransada
J.J.Russo, Almaniyada Jan Pol, İ.V.Göte və gənc F.Şiller rasionalizmin

klassizmin
dövlət
ideyası
pafosunun
əksinə
olaraq,
sentimentalizmdə
şəxsi,
intim
həyat
məsələlərini,
insan
münasibətlərinin sadəliyini, səmimiliyini ön plana çəkmişdilər.
Sentimentalizmdə pozğun zadəgan aristokratiyası əxlaqına etiraz
edilir, sənətkarların, tacirlərin, kəndlilərin həyatı buna qarşı qoyulurdu.
Bu cərəyana mənsub olan yazıçılar feodal zülmü və təhqirinə məruz
qalanlara
rəğbət
bəsləyirdilər.
Bir
ədəbi
cərəyan
olaraq,
sentimentalizm klassizmə məxsus mücərrədliyə və quru, cansız
mühakimə üstünlüyünə qarşı çıxırdı. İnsan psixologiyasını əks
etdirmək cəhdləri sentimentalizmin səciyyəvi xüsusiyyətidir, lakin
sentimentalistlərin əsərlərində insan hissiyyatı şişirdilmiş bir şəkildə
təsvir olunur. XVIII əsr rus ədəbiyyatında sentimentalizm başqa bir
ictimai zəmində və özünəməxsus xüsusiyyətlərlə meydana çıxmışdır.
N.M.Karamzin,
İ.F.Boqdanoviç

b.
bu
cərəyanın
əsas
nümayəndələridir. Kəndli həyatı və təhkimçilik üsulunun idealizə
edilməsi rus sentimentalizminə məxsus səciyyəvi cəhətlərdən
olmuşdur. Bununla bərabər sentimentalistlərin insan psixologiyasına
xüsusi diqqət yetirmələri ədəbiyyatın inkişafında müsbət rol
oynamışdır. Sentimentalizm janr, süjet və bədii vasitələrin yeni dairəsi
kimi səciyyələnir. Məsələn, burada psixoloji roman, insanın xüsusi,
şəxsi, ailə ziddiyyətləri üzərində qurulan kədərli komediya geniş
yayılmışdır.


143
Azərbaycan ədəbiyyatında sentimentalizm adında müstəqil bir
cərəyan olmamışdır. Lakin istər orta əsrlərdə, istərsə də XIX-XX
əsrlərdə yazıb-yaratmış İ.Qutqaşınlı, X.Natəvan, M.Hadi, A.Səhhət,
H.Cavid,
A.Divanbəyoğlu
kimi
Azərbaycan
yazıçılarında
sentimentalizmin bu və ya digər xüsusiyyətləri nəzərə çarpır. Abbas
Səhhətin bir sıra məqalə və şeirləri buna səciyyəvi misal ola bilər.
1905-ci ildə çap etdirdiyi «Təzə şeir necə olmalı» sərlövhəli
məqaləsində A.Səhhət müasir şairləri əsərlərində hissi cəhətə xüsusi
fikir verməyə çağırdığı zaman sentimentalizm cəbhəsindən çıxış
etmişdi. Klassik türk şeirində sentimentalizm motivləri çox güclü idi
(T.Fikrət, Ə.Hamid, Rza Tofiq, C.Şəhabəddin və b.). Yaradıcılığında
sentimentalizmə, hiss və həyəcana böyük yer verən Cənab
Şəhabəddin «Mənim qəlbim» şeirində yazır:
Öylə təqdir edir ki, Rəbi-qədir
Əbədi kəsdədir dili-şair.
Qüdrətli Allah şair qəlbini əbədi xəstə yaratmışdır; yəni şairin
qəlbi xəstəlik dərəcəsinə çatacaq səviyyədə həssas olur, o, hər şeydən
təsirlənir, həyəcanlanır.
Romantizm. XVIII əsrin sonu-XIX əsrin birinci yarısında Avropa
və Amerika mədəniyyətində ideya-bədii cərəyan kimi meydana gələn
bu cərəyanın ilk anlayışını 1752-1802-ci illərdə Almaniyada Şlegel
qardaşları, F.Novami, L.Tik kimi yazıçı və nəzəriyyçilər vermişlər.
Bəşər bədii fikri tarixində xüsusi, cazibəli hadisə olan romantizm
sonralar dünya ölkələrinin bir çoxunun ədəbiyyatında təzahür etdi.
Romantizmin qədim mənası xəyali, şairanə, möhtəşəm və cəzbedicidir.
Romantizmin meydana gəlməsinə səbəb olan alimlərin başında mühit
və hakim olan təbəqəyə etiraz əlaməti olaraq ziyalıların və ümumxalq
narazılığı olmuşdur. XVIII əsrin I yarısında hakim təbəqə və aristokrat
cəmiyyət, əxlaqsızlığa və meşşanlığa aludə olub yavaş-yavaş öz nüfuz
və etibarlarını əldən verirdilər. Bir tərəfdən də iqtisadi vəziyyət get-


144
gedə pozulmaqda və ağırlaşmaqda idi. Bu şəraitdə xalqın düşüncəsi
ilə klassizm cərəyanı yazıçılarının istədikləri bir-birinə uyğun gəlmirdi.
Klassizm sarayı və aristokratları təmsil edirdisə, romantizm ona qarşı
olan azadlıq, demokratiya həvəsi və istəyindən doğmuşdu.
Romantizmin meydana gəlməsi eyni zamanda burjuyların hakimiyyətə
gəlməsi ilə əlaqədardır. Romantizmin dayandığı mütəfəkkir və filosoflar
Monteskyö,
Volter,
Jan
Jak
Russo
XVIII
əsrin
çağının
nümayəndələridir. Onlar din, dövlət, əxlaq və hüquq məsəllərini ön
plana çəkir, başqa ölkələrdəki və xalqlardakı yaxşı xüsusiyyətləri
nümunə göstərirdilər. İnsanın həyat, şərəf, mülkiyyət və azadlıq haqları
üzərində qurulan yeniAmerika dövləti bəyənilir, fərdiyyətçilik müdafiə
edilir və quldarlıq ənənəsi ifşa edilirdi.
Romantizm yeni düşüncə və ədəbiyyat çağının başlanğıcı hesab
edilir. O, insan haqlarını müdafiəyə və inqilabçıların hazırlanmasına yol
açmış və onlarla bərabər inkişaf etmişdir. İngiltərədə Lord Bayron
(1788-1824), Şelli (1792-1822) və Con Gits (1795-1822) kimi şairlər
üsyançı ruhları, azad ilhamları, ehtiraslı qadın və təbiət eşqlərilə
romantizm cərəyanını gücləndirirdilər. Şekspir (1564-1616) romantik
dram əsərləri yazmaqla və Volter Snat (1771-1832) tarixi romanları ilə
romantizmə zəmin hazırladılar.
Alman şairlərindən Göte (1749-1832), Şiller (1769-1805) və
Bernato (1781-1842) romantizmin, xüsusilə millətçilik, vətənpərvərlik
və xalq qaynaqlarına dayanmağın əsasını qoydular. Fransız qabaqcıl
romantiklərindən Jan Jak Russo (1712-1778), Lamartin (1790-1869) və
Viktor Hüqo (1802-1885) duyğu, xəyal, dərinlik və eşq ünsürləri ilə
romantizmə yeni-yeni üfüqlər açdılar.
Tarixi şəraitdən asılı olaraq romantizm hər dövrün, hər
ədəbiyyatın özünəmüvafiq olaraq tarixi münasibət və izahat tələb edir.
V.Hüqonun romantizmi, M.Hadinin romantizmi tarixi baxımdan müxtəlif
dövrlərin və ayrı-ayrı milli ədəbiyyatların məhsulu olduğu kimi,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə