Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

136
edək.  «Bığ» hekayəsində təhkiyəni dəlləyin bilməyərəkdən qırxdığı
bığın ucbatından başı bəlalar çəkən, yersiz qısqanclıqdan ömür-gün
yoldaşı tərəfindən günü göy əskiyə bükülən kişi,  «46 bənövşə»də isə
baş qəhrəmanın könül aləmindəki acı xatirələri, onun küskün
məhəbbəti yazıçı tərəfindən obrazın dili ilə – təhkiyə yolu ilə təqdim
olunur.
Ləyaqətli sevgilisi, nişanlısı, hətta arvadı olan heykəltəraş Dərya
yazıçının kəskin, ifşaedici hədəfidir. Dərya maşınına qoyub apardığı
qızların gözünə qara gözlük taxır ki, görüb tanıyan olmasın. Şübhəsiz
ki, burda gözlük rəmzi məna daşıyır. Bu, əslində Dəryanın öz çirkin
hərəkətləri ilə cəmiyyət arasında, insanlar arasında tutmaq istədiyi
qara bir pərdədir. Sonradan məlum olur ki, Könüllə evlənməsinin özü
də Dəryaya başqalarının gözündən pərdə asmaq üçün lazımmış.
«Mənim adım, sənətim, şöhrətim var… Subay gəzərəm, fikirləşərlər ki,
bu, şarlatanın biridir».
Dərya müəyyən bir mövqeyə çatdıqdan sonra əyyaşlığa qurşanır,
«naturşitsa» adı ilə emalatxanaya gətirdiyi yüngül xasiyyətli qızlarla
əylənir, evinə, ailəsinə, cəmiyyətə yad bir adama çevrilir və təbiidir ki,
ciddi mənəvi iflasa uğrayır. Burada yazıçı Dəryanın xarakterini iki xətt
üzrə oxucuya çatdırır. Bunlardan biri Dərya-Könül xətti, digəri isə
Dərya-gəzəyən qızlar, əyyaşlıq, xəyanət xəttidir. Lakin hər iki xətt
əsərin süjetinin tərkib hissəsidir. Daha doğrusu, onu tamamlayır.
Azərbaycanda povest bir janr kimi XX əsrin ikinci yarısında
formalaşmışdır.
Roman. XII-XIII əsrlərdə Avropanın bir sıra ölkələrində təhkiyə
üsulu ilə yazılan bütün əsərlər roman adlandırılırdı. Lakin zaman
keçdikcə romanın əhatə dairəsi daha da genişlənmiş, roman anlayışı
yeni məzmun kəsb etmiş, başqa epik janrlardan fərqli olaraq həyat
hadisələri
çoxistiqamətli,
dolğun
təsvir
edilmiş,
ziddiyyətlər
genişlənmiş, mürəkkəb əlaqə və münasibətlər, onlarla lövhə və


137
mənzərə bir bədii mərkəzdə cəmləşmişdir. Roman janrı Avropada
inkişaf etmiş, sonralar isə bütün dünyada ayaq tutub yerimişdir.
Avropada təxminən XII-XIII əsrlərdə yazılan romanlar əsasən bir qayda
olaraq tarixi mahiyyət daşıyırdı. Buna görə də İspaniya, İngiltərə,
İtaliyada və başqa ölkələrdə roman «roman» deyil,  «tarix» və ya
«həyatın tarixi» adlandırılırdı. Lakin bu o demək deyildi ki, roman
bilavasitə tarixdə baş verən ictimai-siyasi hadisələrdən və yaxud
müharibələrdən bəhs edir. O vaxtın romanları sehrli, fantastik,
nağılvari təhkiyə idi. XVI-XVIII əsrlərdə isə yeni tarixi şərait, ictimai-
siyasi mühit, estetik ölçü və meyarların təzə yönə düşməsi Avropanın
bir çox ölkələrində bədii ədəbiyyatı hərtərəfli inkişaf etdirmişdir. Bu
dövrdə İspaniyada Servantesin «Don Kixot», Alemanın «Lasarionun
tarixi» və «Qusman» romanları Avropa bədii fikrində əhəmiyyətli bir
hadisəyə çevrilmişdir. Odur ki, Avropanın başqa ölkələrində də roman
janrına böyük maraq oyanmış, Fildinq, Cek, Qrim, Tomas Deloni,
Russo, Stern, Höte, Şarl Sorel, Tevara, Fyürter, Neş, Antuan Prevo,
Riçirdson, Mopassan, Balzak və b. roman ustalarına çevrilmişlər.
XX əsrin əvvəllərində isə C.Bayron və V.Hüqo kimi nəhəng
yazıçılar roman janrına müraciət etmiş və olduqca möhtəşəm əsərlər
yaratmışlar. Müxtəlif üslublu sənətkarlar – Z.Sand, O.Balzak,
F.Stendal, E.Zolya, F.Kuper, A.S.Puşkin, T.Flober, V.Sxot, C.Dikkens,
P.Merime, Ş.Bronte, V.V.Tekkerey, L.N.Tolstoy, A.Frans, T.Mann,
U.Folkler, Z.Marağayi, C.Bayron, V.Hüqo və b. bütün dünya estetik
fikrinə öz romanları ilə olduqca müsbət təsir göstərmişlər.
Azərbaycanda roman janrı əsasən XX əsrin 20-ci illərində
meydana gəlmişdir. Bir çox hallarda sosializm ideologiyasını təbliğ
etməyə
məcbur
olan
sənətkarlarımız
bütün
bu
çərçivələrə
baxmayaraq, öz istedadlarının geniş imkanlarından istifadə edərək, bir
çox hallarda milli dəyərlərə əsaslanmış, sözaltı mənalarla, dərin
psixoloji məntiqlə gözəl sənət əsərləri yaratmışlar. Şübhəsiz ki, bu


138
sənətkarlar sosializm ideologiyasına deyil, azad düşüncələrinə
əsaslansaydılar, daha möhtəşəm, daha bəşəri, daha dəyərli əsərlər
yaradardılar. Lakin bəzi yazıçılar sosializm ideologiyasını ifrat
dərəcədə təbliğ etmək üçün və rəhbərliyin etimadını qazanmaq üçün
Azərbaycanın tarixini təhrif edərək, ona ləkə yaxaraq bir sıra cılız
əsərlər yazmışlar. Bu yazıçılardan biri də Qılman İlkindir.
Qılman İlkinin «Şimal küləyi» romanında hadisələr elə təsvir
olunur ki, guya 1918-ci ildə türk-islam ordusu zrbaycan xalqına
soyqırım tətbiq etməyə gəlmiş, Azərbaycan xalqı isə öz erməni
«qardaşları» ilə birləşib müsəlman türklərini Qafqazdan qovmuşlar.
Azərbaycan oxucusunda yanlış təsəvvürlər oyadan, ona
düşmənini dost kimi, dostunu isə düşmən kimi göstərən, uydurma və
cəfəngiyyatla dolu bu cür romanlar geniş oxucu kütləsi tərəfindən o
qədər uğur qazana bilməsələr də, qəddar və işğalçı ermənilərin
dəyirmanına su tökmüş və onlar üçün Azərbaycan xalqının tarixinə,
keçmişinə və bu gününə böhtanlar atmağa zəmin yaratmışdır.
Roman məzmununa və həsr olunduğu mövzuya görə müxtəlif
səpgili olur. Buna görə də tarixi roman, məhəbbət romanı, psixoloji
roman və s. terminlər işlədilir.
Azərbaycan
tarixi
romanının
ən
gözəl
nümunələrini
M.S.Ordubadi,
Mir
Cəlal,
Ə.Sadıq,
Ə.Əbülhəsən,
Ə.Vəliyev,
H.Babayev, İ.Şıxlı, F.Kərimzadə, Ə.Cəfərzadə və b. yaratmışlar.
XX əsrin son onilliklərində İsmayıl Şıxlının «Dəli Kür», İlyas
Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı», V.Babanlının «Vicdan
susanda», F.Kərimzadənin «Xudafərin körpüsü»,  «Çaldıran döyüşü»,
Ə.Hacızadənin «İtkin gəlin»,  «Əfsanəsiz illər»,  «Ayrılığın sonu
yoxmuş», H.Seyidbəylinin «Cəbhədən cəbhəyə» əsərləri bütün
dolğunluğu ilə realist bədii inikası üçün bir janr kimi romanın tükənməz
imkanlarını nümayiş etdirməyə xidmət göstərmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə