Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

148
çarpışma ehtirası həmin əsərlərdə üsyankar bir ruh, romantik bir dillə
öz poetik əksini tapırdı.
«Türkləşmk, islamlaşmaq, müasirləşmək» kimi üçlü prinsipə əməl
edən fyüzatçıların müasirləşmək – avropalaşmaq fikri Anadoluda
meydana gəlmiş «ədəbiyyatçı-cədid»çilərin ideyası ilə üst-üstə
düşdüyündən Azərbaycan ədəbi-ictimai fikri üçün bu prinsip həm də
Avropaya açılan pəncərə demək idi. Qazandıqları yaradıcılıq ustalığı
və intellektual potensiala arxalanaraq ümumtürk ədəbiyyatı və
mədəniyyəti qayğıları ilə yaşayan milli tarixi keçmişin və çağdaş
dövrün sosial-siyasi, etno-psixoloji problemlərini açıqlamağa çalışan
H.Cavidin tarixə dramatik ekskursiyalarlı, M.Hadinin milli tarixi keçmişi
və bu günlə bağlı hərarətli saçmaları, A.Səhhətin milli düşüncə yükü
daşıyan lirik-romantik şeirləri, A.Şaiqin «müzqərib», kədərli ruhla təsvir
etdiyi milli-tarixi mənzərələr və üzüntülü ictimai həqiqətlərdən doğan
əsərləri buna parlaq misaldır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə sistemli şəkildə
yürüdülən osmanlı-türk ədəbiyyatı ilə mədəni-mənəvi birlik, bütövlük
ideyasının əsasını füyüzatçılar qoysa da, həmin düşüncə meyli bu vaxt
konkret ədəbi məktəb hüdudlarını keçmiş və artıq ümumxalq təfəkkür
tərzinə çevrilmişdi. Elə buna görədir ki, türk-islam ordusu (başda
Ənvər paşa və Nuru paşa olmaqla) Azərbaycanı erməni irticası və
bolşevizm təcavüzündən xilas etmək üçün həmin vaxt Qafqaza gələrək
milli tariximizdə parlaq iz qoydu. 1917-1929-ci illərdə fəaliyyət göstərən
füyüzatçılar milli ictimai-tarixi taleyimizi düşünərkən «irəlisi işıq və
çətinlik» (Ə.Hüseynzadə) olan gəlcəyin aydın mənzərəsini canlandırır,
çar Rusiyası imperatorluğundan qurtuluşun yolunu açıqlayırdılar. Bu
baxımdan
Azərbaycan
füyüzatçılarının
mövqeyi
osmanlı
imperatorluğundan demokratik Türkiyəyə keçidin zəminini hazırlayan
və onu başa çatdıran Anadolu-türk ədiblərinin mövqeyi ilə uyğun
gəlirdi. Hər iki tərəf bütün türklük dünyasında geniş yayılmış «dildə,


149
fikirdə, işdə birlik»  (İ.Qasparlı) məntiqini bədii yaradıcılığın metodoloji
əsası sayır, qurtuluş və istiqlal savaşının önündə getməyi vətəndaşlıq
borcu bilirdi. Bu əsasda da dövrün ədəbiyyatında mədəni-mənəvi
vəhdət, turançılıq ideyası «Füyüzat»çı müəlliflərin əsərlərində qabarıq
şəkildə ortaya çıxarılır, romantik üsyankarlıqla ictimai əməl və əqidə
uzlaşdırılırdı. Çağdaş Azərbaycan romantizminin uzaqlıq, yüksəklik,
tənhalıq prinsiplərindən çıxış edən H.Cavid məsləkdaşlarının bədii
təfəkkür tərzində aparıcı meyl kimi formalaşan azad cəmiyyət (cənnət
– yaşıl ada) ideyasını ifadə edərək «Mən istərəm ki» şeirində olduqca
dahiyanə söyləyirdi:
Mən istərəm ki, gözəllər, bütün gözəlliklər,
Uzaq, uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Uzaq və incə təbəssümlərilə şamü-səhər,
Həyata nuri-səfa səpərək çiçəklənsin.
…Əlbət, uzaqda səadət var, eşqə hörmət var,
Yaxın zəhərlidir, amma uzaqda cənnət var
Uzaqda var əbədiyyət ki, başqa nemətdir,
Fəqət sədaqəti, aldanma, pək müvəqqətdir!
1
Azərbaycanda
romantizmin
dünya
standartlarına
uyğun
gəlməsində və ən mütəşəkkil şəkildə ədəbi bir cərəyan kimi
parlamasında Ə.Hüseynzadənin xidmətlərini xüsusilə qeyd etmək
lazımdır. Fyüzatçıların yaradıcılığında vətən və vətəndaş simvolları
romantik sənətin bütün başqa kateqoriyalarının, eləcə də tənhalıq,
yüksəklik və uzaqlıq anlayışlarının bədii həlli zamanı da ön planda
dayanırdı. M.Hadinin «M.M. imzalı məktub sahibinə cavab»da
söylədiyi:
İnsanları pək sevirəm, lakin uzaqdan,
Olduqda yaxın qalmayır əvvəlki məhəbbət.
1
1
Щ.Ъвид. Сечилмиш ясярляри (3 ъилддя, Ы ъилд). Бакы, Азярбайъан Дювлят няшриййаты, 1068, сящ.79.


150
misralarının bədii sənət keyfiyyəti və romantik düşüncə tərzi məhz
həmin planda aparılan uğurlu axtarışın nəticəsi idi. Buna oxşar
romantik
materiallarla
ədəbiyyatımızın
zənginləşməsində
Ə.Hüseynzadənin «Faust»dan etdiyi tərcümənin də (xüsusilə «Səhni-
tamaşada
müqəddimə»

«səhni-asimanda
müqəddimə»nin)
əhəmiyyəti olmuşdur. V.Hüqonun «Kromvel dramına müqəddimə»də və
bir sıra elmi-nəzəri məqaləsində şərh etdiyi romantik şair tipi
«Faust»un
həmin
ilk
tərcüməsində
Ə.Hüseynzadə
tərəindən
Azərbaycana gətirilir və milli ədəbiyyatımızdakı klassik-romantik
tiplərlə (xüsusilə yazılı ədəbiyyatdakı Məcnun və Füzulinin başqa
əsərlərindən dəlillər və s. ilə)

mənəvi vəhdəti sayəsində yeni
fenomenin – çağdaş milli romantik qəhrəmanın uzaqlıq, tənhalıq,
yüksəklik (Məcnunun hüdudsuz səhranı seçməsi) duyğuları ilə, yeni
sənətkarlıq statusu ilə ədəbiyyat səhnəsinə çıxmasına yol açırdı.
Azərbaycan ədəbiyyatında bunu Ə.Hüseynzadə, M.Hadi, H.Cavid,
A.Şaiq, S.Səlmasi, A.Sur ifadə edir, milli-bədii düşüncəmizin yeni
kodlaşma qaydasını təkmilləşdirirdilər. Yeni romantik sənət düşüncələri
azad cəmiyyət, müstəqil dövlət, sərbəst insan idealı ilə bir müstəvidə
çatdırılır, sənətkar şəxsiyyəti və zaman probleminin doğurduğu
təzadların bədii həllinə əsaslı imkanlar yaradırdı.
Azərbaycan romantiklərinin bir çox əsərlərindəki qəhrəmanların
xarakterində aşiqlik keyfiyyəti üstünlük təşkil edir. Amma bunlar gül-
bülbül, mey-məhbub aşiqliyi deyildir. Bu eşq və aşiqlik dövrün sosial-
siyasi təzadlarından, ictimai gerçəkliyin cansıxıcı mühitindən doğan
əzab-iztirablara, cəfakeşliyə dözmək qüdrəti, milli müstəqillik yolunda,
mədəni-mənəvi intibah uğrunda sürgünlərə, terror və həbslərə tab
gətirmək hünəridir. Bu, klassik ədəbiyyatıiızdakı, ən çox da Füzuli
1
М.Щади. М.М. имзалы мяктуб сащибиня ъаваб. «Игбал»  гязети, 30 август, №703.

Гейд: Мяънун бир сыра щалларда классик дцшцнъяйя эюря Фцзулинин юзц иля ейниляшдирилир. Буна онун «Мяндян
Мяънундан фцзун  ашиглик истедады  вар /  Ашиги-садиг  мяням,  Мяънунун  анъаг  ады  вар»  мисралары  ясас  верир.
«Лейли вя Мяънун»да Мяънунун шеирляр йазмасы барядя фикрин сюйлянилмяси дя диггятялайиг мягамдыр.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə