Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

151
sənətindəki «qafiləsari-karivani-qəm»in yeni formada görüntüsü,
müstəmləkəçilik məngənəsinə sıxılan, istismar olunan bir millətin yeni
bədii ədəbiyyat qəhrəmanları düşərgəsinin yaradılması nəticələniridi.
Bu həm də bir tərəfdən klassik lirik romantik qəhrəman tipinin çağdaş
üsyankar şair, mücadiləçi ilə əvəz olunması, digər tərəfdən isə bədii
təfəkkür imkanlarının daha da genişləndirilməsi idi. Azərbaycan
romantikləri müxtəlif janrlarda yazdıqları orijinal qələm məhsulları ilə,
habelə
tərcümələrlə
bədii
sənətkarlıq
emalatxanasına
dünya
ədəbiyyatının Promotey, Faust, Bonivar, Çayl Harold, Karl Moor,
Hamlet, Otello, Janna Dark, Mefistofel, Robinzon Kruzo, Don Kixot,
Gavə, Rüstəm Zal, Səyavuş kimi müxtəlif xarakterli surətlər gətirir,
ədəbi mühitdə yeni qəhrəmanların yaranmasına və mənəvi dəyərlərin
formalaşmasına çalışırdılar. Romantizmin klassik qərb tarixinə sadəcə
milli mübarizlik pafosu deyil, həm də nikbin ruh (dözüm, sədaqət, vəfa,
inam), ideal gələcək barədə çoxsaylı rasional düşüncələr və H.Cavidin
«Hərb və fəlakət»  (1916) şeirindən götürülən aşağıdakı misralar
fikrimizi təsdiqləyir:
Bütün bəşər nə hüquq istiyorsa həp alacaq,
Qəvi zəif ilə bir yerdə kamiran olacaq!
Demək ki, qalmayacaq zülmdən cahanda nişan?
Aman, nə dadlı bir əfsanə, həm də süslü yalan!
Əvət, bu nəşəli, həm şairanə bir xülya,
Xəyala, hissə pək uyğun sevimli bir röya…
1
1920-1937-ci illər Füyuzat ədəbi məktəbinin əleyhinə yönələn
tərəddüdlərlə dolu ideoloji təzyiq və təsirlərlə səciyyəvidir. Bolşeviklər
Azərbaycanı işğal edərək Azərbaycan Demokratik Cümhuriyyətini
devirəndən sonra totalitar rejim, bolşevik ruhu, kommunist düşüncəsi
getdikcə ədəbi mühitə hakim kəsilir, sosialistlərin çekist məntiqi ilə
ədəbiyyata qiymət verilir, ədəbiyyatı bütövlükdə kommunizm idealına
1
Щ.Ъавид. сечилмиш ясярляри (3 ъилддя, Ы ъилд). Бакы, Азярбайъан Дювлят няшриййаты, 1968, сящ.62.


152
tabe tutmaq istəyən yeni nəslin əksəriyyəti marksist-leninçi
metodologiyaya əsaslanaraq füyüzatçı-romantiklərə qarşı hücuma
keçdilər. Bu, xəyanətkar və satqın, eyni zamanda riyakar insanların
romantiklərimizə qarşı mübarizələrinin şiddətlənməsini şərtləndirən
digər amillər sırasında onların türkçülüyü və islamçı görüşləri idi.
Füyuzatçıların – romantiklərin birmənalı şəkildə pantürkist, panislamist,
mühafizəkar, mürtəce, millətçi və s. epitetlərlə siyasi cəhətdən
damğalanması həmin mərhələyə aiddir. Lakin İ.V.Stalinin vəfatından
sonra SSRİ miqyasında ictimai-siyasi mühitdə olduğu kimi, ədəbi-elmi
və bədii düşüncədə də müəyyən dəyişikliklər başladı. Xüsusilə 1937-ci
ildə repressiya qurbanı olanlara bəraət verilməsi həmin işi
sürətləndirdi. Bu, Azərbaycanda da öz əks-sədasını tapdı və normal
ədəbi-bədii yaradıcılıq iqliminin durulaşmasına müəyyən təsir göstərdi.
M.Cəfərov,
M.Cəlal,
K.Talıbzadə,
Ə.Mirəhmədov,
B.Nəbiyev,
Q.Qarayev, F.Hüseynov, M.Əlioğlu, Ə.Saraclı, V.Osmanlı, R.Zəka və
onlarca başqaları milli romantiklərimiz haqqında ciddi elmi mülahizələr
söyləyir, onların yaradıcılıq nümunələrini əvvəlki dövrdən fərqli olaraq,
ictimai-siyasi prinsiplərlə yox, bədii-estetik tələblərlə təhlilə cəlb edir,
sənətkarlıq məsələlərinə üstünlük verirdilər. Romantiklərimizin obraz
və ideyalar aləmi, bədii sənət orijinallığı milli ədəbiyyatşünaslığın
predmetinə çevrilirdi. Ədəbi-elmi fikirdə və nəzəri-estetik təhlildə
tədricən ənənəvi marksist-leninçi görüşlər deformasiyaya uğrayır,
tarixə (o sıradan ədəbiyyat tarixinə) siniflərin ictimai-siyasi mübarizələr
səhnəsi kimi baxanların ateist ruhlu, materialist məntiqli monoton
mülahizələrinin yerini polifonik təhlil üsulu tutmağa başlayırdı.
Lakin Azərbaycan romantiklərinin bədii yaradıcılıq irsi təkcə
füyuzatçılıqla tükənmir. Məhşur alim və tədqiqatçı Əziz Mirəhmədovun
M.Hadi haqqında dediklərini ümumiləşdirsək, bunu bütünlüklə
romantizm mədəniyyətimizin tarixi və təcrübəsinə aid etmək olar:
«Xalq mövzusu Hadidə digr mövzularla – Vətən və azadlıqla bağlıdır.


153
Əslində şairin bütün poeziyası bu üç mövzu ətrafında səpələnmişdir.
Çünki onun fikrincə, azadlıq olmayan yerdə nə azad vətən, nə də
asudə nəfəs alan xalq, nə onun tərəqqisi, nə azad vicdan, azad söz,
nə də ümumi xoşbəxtlik ola bilər».
1
Bədii ədəbiyyatın milli dəyər, mənəvi vicdan, əxlaqi yaddaş,
tərbiyəvi təsir rolunda əyaniləşən, fərdiyyətə, cəmiyyətə və xalqa əməli
xidmət göstərən, fəlsəfi dünyagörüşünün ölçüləri ilə bədii əsərin
ideoloji və tərbiyəvi təsir gücünü şərtləndirən, fərdi və əxlaqi mövqe
fəallığının – vətəndaşlığın təsdiqinə və təsbitinə gətirib çıxaran,
mənəvi axtarışlarla zəngin, bir-birindən gözəl və möhtəşəm əsərlər
yaradan Azərbaycan romantiklərinin əsl xəlqilik və ideyalılıq
səviyyəsində həqiqi yazıçı vicdanının narahatlığı səviyyəsində ucadan
səslənən yaradıcılığa indi də şəxsi səadətin tamlığını, ictimai-mənəvi
bütövlüyünü, xalqın və Vətənin taleyini mühafizə etməyə qadirdir. Daim
əsərlərində həqiqət, gözəllik, işıqlı gələcək, xoşbəxtlik arayan Hüseyn
Cavid sanki Azərbaycanın bu gününü görürmüş kimi bunu poetik
tablolarda belə təsvir edirdi:
…Hər günəşə vardım, çiçəklər güldü
Sevdalı bülbüllər səlama gəldi.
Hər bəzmə uğradım meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Realizm. Dünya ədəbiyyatının mərkəzi istiqamətlərindən biri olan
realizm burjua dövründə özünün ən kamil, ən yetkin formasına
çatmışdı. Bu, əsrlər boyu davam edib gələn böyük, zəngin ədəbi
ənənələr zəminində mümkün olmuşdur. Realizmin diqqət mərkəzində
məhz həyatdakı qanunauyğunluqlar dayanır ki, bu da ona həmin
qanunauyğunluqlara obyektiv surətdə xas cəhətləri ən dolğun şəkildə
seçib götürmək imkanı verir. Bu imkan xüsusilə sənətin qarşısında
1
Я.мирящмядов. Азярбайъан романтизминин эюркямли нцмайяндяси М.Щади. Бах: М.Щади. Сечилмиш ясярляри,
2 ъилддя, Ы ъ., Бакы, «Елм», 1978, сящ.12.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə