Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   ...   43

10
yaradıcı yanaşa bilərlər. Bu təkcə zahiri forma, yaxud konstruksiya
mənasında deyil, bilavasitə süjet-məzmun mənasında ola bilər.
XIX əsrdə meydana gələn romantizm məktəbinin nümayəndələri
Aristotelin nəzəriyyəsini düzgün hesab etməyərək, bədii əsərin
gerçəkliyin güzgüsü yox, sənətkarın üç dünyasına, ruhuna açılan bir
pəncərə olduğunu iddia etdilər. Lakin XIX əsrin ortalarında yaranan
realizm cərəyanı bu məktəbə qarşı çıxdı. Realistlər klassik nəzəriyyəni
dəstəkləyərək, sənət əsərini həyatın aynasına bənzətdilər. Fransada
Stendal, Balzak, Emil Zolya və Frubert tərəfindən əsası qoyulan
realizm cərəyanına görə, sənətkar öz gördükləri və duyduqlarını bütün
eybəcərliyi və gözəlliyi ilə qələmə almalıdır, çünki həyat gözəllikdən və
eybəcərlikdən ibarətdir. Eyni zaman çərçivəsində realizm Rusiyada
tamam ayrı bir istiqamətdə inkişaf elədi. Rusiya realizmini təmsil
edənlər arasında Tolstoy, Çexov, Qorki kimi yazıçılarla yanaşı, eyni
zamanda Belinski və Çernışevski kimi realist tənqidçilər də vardı.
Çernışevskiyə görə, realist yazıçı gerçək həyatdan ictimaiyyətin
xeyirinə olanları seçməli, onları əks etdirməlidir.
Ədəbiyyat tarixi
Bədii ədəbiyyatın tarixini, onun xalqın və ümumiyyətlə, bəşər
cəmiyyətinin tarixi inkişafı ilə bağlılığını öyrənib şərh edən ədəbiyyat
tarixi hələ yazılı ədəbiyyat mövcud olmadığı dövrlərdən indiki dövrə
qədər – xalq yaradıcılığından qaynaqlanan bədii ədəbiyyatın
zəmanəmizə qədər keçdiyi böyük, mürəkkəb tarixi inkişaf yolunu elmi
surətdə işıqlandırmış və işıqlandırmaqdadır.
Ədəbiyyatşünaslıq elminin üç əsas bölməsindən biri də ədəbi
tənqiddir. Ədəbi tənqid bədii əsərin ictimai əhəmiyyətini, xalqın həyatı
ilə necə səsləşdiyini qiymətləndirir, onun ideya-bədii keyfiyyətinin
yüksəlməsinə, ümumiyyətlə ədəbiyyatın inkişafına kömək edir. Bu elm


11
keçmiş ədəbi irsi dərindən öyrənmək və klassik ədəbiyyatın ən yaxşı
ənənələrini mənimsəməklə bərabər, müasir ədəbi prosesin daha da
inkişaf edib yüksəlməsinə istiqamət verir, onu nəzəri cəhətdən
silahlandırır.
Ədəbiyyatşünaslığın həqiqi, düzgün inkişafı onun tarix, fəlsəfə,
estetika, dilçilik, incəsənət tarixi kimi elmlərlə sıx əlaqə saxlamasını
tələb edir; bunsuz hadisələri lazımınca öyrənmək mümkün deyil.
Azərbaycanda ədəbiyyatşünaslıq bir elm kimi hələ orta əsrlərdə
yaranmağa başlamışdır. Onun ilk əsərləri təzkirə adlanan ədəbi
məcmuələrdir. Səyahətnamə, tarixi salnamə, qamus və s. əsərlərdə də
ədəbiyyatşünaslıq ünsürləri çoxdur, bunlarda yazıçılar haqqında
bioqrafik məlumatlar verilir, əsərlərdən sitatlar gətirilir, onların yaranma
tarixi, süjet və s. haqqında danışılır. Lakin milli ədəbiyyatşünaslığın
inkişafı bilavasitə XX əsrin əvvəllərindən başlamışdır. Belə ki,
Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq F.B.Köçərli
ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən sistemli
«Azərbaycan ədəbiyyat tarixi materialları» əsərini yazmışdır. Bu
əsərdə yüzdən artıq şairin ədəbi irsi və onlardan böyük bir qisminin
tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir.
Azərbaycan ədəbiyyatına dərindən bələd olan bu sənətkar Füzuli,
Vaqif, M.F.Axundov, Q.B.Zakir, S.Ə.Şirvani kimi görkəmli simaların
yaradıcılığı ilə bağlı tədqiqat aparmış, ilk dəfə olaraq Vaqif, Vidadi,
Nəbati və bir sıra başqa Azərbaycan şairlərinin həyat və yaradıcılıqları
ilə bağlı geniş məlumat vermişdir.
Azərbaycan ədəbi-estetik fikri az qala Azərbaycan bədii
ədəbiyyatının özü qədər qədim bir tarixə malikdir. Hələ çox qədim
dövrlərdə şairlər, söz ustaları öz xalqının, eləcə də ərəblərin, farsların,
osmanlı türklərinin, eyni zamanda yunanların və Avropa xalqlarının
ədəbiyyatının folklorunun biliciləri tərəfindən məclislərdəki mübahisələr
zamanı söylənən bu mülahizələrdə bədii əsərin məqsəd və vəzifələri,


12
estetik təsirin incəlikləri, şer şəkillərinin əlvanlığı və s. haqqında
konkret fikirlər meydana çıxırdı.
Orta əsrlərin estetik fikrinin öz inikasını tapdığı ilk Azərbaycan
mənbələrindən tədqiqatçıların nəzərini ən çox cəlb edəni Xətib
Təbrizinin «Şərhül-həmasə», Mərzban Bəhmənyarın «Kitabül-bəhcət
və əs-səvdət» (XI əsr), Şərifəddin Həsən Rami Təbrizinin «Hədaiqül
Həqaiq» və «Ənisül-ümmaq»  (XIV əsr), Vahid Təbrizinin «Risaleyi-
cəmi-müxtəsər» (XXI əsr) Sadıq bəy Əfşarın «Qanun us-suvər»  (XVI-
XVII əsrlər), Məhəmməd Rəfi Dostməhəmməd oğlunun «Məşrəbul-
ətşai»  (XVII əsr), Mirzə Əbutalib Təbrizinin «Xilasə-tül-əfkar»  (XVIII
əsr) əsərləridir.
Zəmanəsinin ən görkəmli ədəbi simalarından biri kimi məhşur
olan Xətib Təbrizi (1030-1109) şeirləriylə yanaşı, elmi tədqiqatları ilə
də tanınmışdır. Onun irsinə, xüsusən də nəzəri-estetik əsərlərinə ilk
dəfə diqqəti cəlb edən rus alimi akad. İ.Kraçovski, Azərbaycanın
görkəmli alimi akad. H.Araslı və yazıçı M.S.Ordubadi olmuşdur.
M.S.Ordubadinin qənaətinə görə Yaxın Şərq ədəbiyyatında
tənqid və təhlil janrını yaradan alim və şairlər içərisində hamıdan
irəlidə gedən Xətib Təbrizi olmuşdur. Onun əruz və qafiyə elminə həsr
etdiyi əsərlər bütün şərq dünyasında birincilik qazanmışdır. Professor
M.Mahmudovun fikrincə, Xətib Təbrizi poetikada şərh janrının məqsəd
və vəzifələrini ilk dəfə elmi surətdə əsaslandıraraq, şeirin hərtərəfli
(kompleks) təhlili metodunu irəli sürmüş, özü də həmin metoda əsasən
dövrünün
bütün
humanitar
elmlərini
(fəlsəfə,
ilahiyyat,
ədəbiyyatşünaslıq, dilçilik, mifologiya, folklorşünaslıq, etnoqrafiya)
nailiyyətlərini şərhlərinə cəlb etmişdir. Alim belə bir prinsipə
əsərlərində həmişə ciddi riayət edirdi ki, sənət əsəri onun müəllifinin
dövrü, mühiti ilə əlaqədə götürülüb, təhlil edilməlidir. Əsərin mənsub
olduğu xalqı, onun tarixini, psixologiyasını kifayət qədər öyrənmədən
müəllifin fikir və duyğular aləminin obyektiv təhlilini vermək mümkün


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə