Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
15
həftəydi evdən bayıra çıxmırdı, yatırdı, çarpayısı da pəncərənin 
qabağında qoyulmuşdu, təkcə axşamlar gün batanda içəri günəş 
işığı düşürdü. Orası da yadındadır ki, iştahası tamam çəkilmişdi. 
Bir  də  gecələr  yaxşı  yata  bilmirdi,  ağrıdan  bəri-bədəni  sızım-
sızım  sızıldayırdı.  Bəs  sonra?  Sonra  elə  hey  yatmaq  istəyirdi, 
gözləri  yuxudan  açılmaq  bilmirdi.  Və  yatdı  da...  Bundan  son-
rasını isə xatırlaya bilmirdi. Bəlkə hələ yuxudan oyanmamışdı? 
Yuxu  bu  qədər  uzun  çəkərdimi?  Yox,  belə  cansıxıcı  olmazdı 
yuxu... 
Nəfəs  almaq  üçün  havanın  çatmadığını  hiss  edir  və  bu 
onu darıxdırırdı. Ancaq havadan gələn təzə torpaq ətri məlhəm 
kimi  ruhuna,  varlığına  yayılırdı,  yayıldıqca  da  əsəbləri  sakitlə-
ş
irdi və sakitləşən əsəblərilə birlikdə elə bil yavaş-yavaş özünə 
qayıdırdı. 
Ə
llərində-ayaqlarında  xoş  bir  taqətsizlik  var  idi.  Elə  bil 
ə
lləri,  ayaqları  hələ  oyanmamışdı,  oyanan  təkcə  beyni,  düşün-
cəsiydi.  Elə  bil  dünyanın  səsi-küyü  qeybə  çəkilmişdi.  Təkcə 
qulaqlarında  bir  səs  var  idi,  bu  səs  yerin,  torpağın  təkindən 
gələn  qəribə  bir  uğultuya  bənzəyirdi.  Bu  uğultu  elə  dərindən, 
elə uzaqdan gəlirdi ki, onun cazibəsindən qopammırdı, ayrılam-
mırdı  və  yadını-yaddaşını  kəsib  keçən  bu  səsdə  ölüm  kimi, 
dünya kimi, zülmət kimi bir əbədilik vardı. 
İ
sti  idimi,  soyuq  idimi,  hiss  eləmirdi,  bədəninin  yuxusu 
hələ çəkilib getməmişdi. «Fələk, bu nə iş idi düşdü birdən-birə. 
Nə gecəsini bilirsən, nə gündüzünü. Nə bir səs eşidirsən, nə bir 
yana çevrilə bilirsən. Bu gen dünyada nə yer-yurd idi düşmüş-
dü?». 
Qolu  ağrıyırdı.  Deyəsən  axı,  qolunun  üstə  uzanıb  yat-
mışdı;  ancaq  sağ,  ya  sol  qolu  olduğunu  bilmirdi.  Dünyanın  bu 
dar,  qaranlıq  hücrəsində  ölçü  və  duyğu  hissini  tamamilə  itir-
mişdi.  Bir  də  ki,  nə  fərqi  sağ,  ya  sol?  Qolu  ağrıyırdı,  qolu  ağ-
rıdan sızıldayırdı, vəssəlam. O biri böyrü üstə çevrilə bilsə, ağrı 
çəkilib gedərdi. 
Yavaş-yavaş  başını  qaldırdı.  Və  bir  neçə  dəfə  başını 
qaldırıb qoydu. Elə bil başını qaldıra biləcəyinə inanmırdı. 
Başının  altında  yastıq,  balış  yox  idi.  Sonra  istədi  çevril-
sin,  ancaq  çevrilə  bilmədi.  Bədəninə  bürünmüş  o  şey  nəydisə, 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
16
onu  çevrilməyə  qoymurdu.  Əvvəlcə  bunun  içərisindən  çıxmaq 
lazımdı.  Bəlkə  də  qaranlıq  bunun  içərisində  idi.  Burdan  çıxa 
bilsə, hər tərəf işıqdı, aydınlıqdı. Ancaq bunun içərisindən çıx-
maq mümkün idimi?.. 
Acmamışdı, ancaq susamışdı, dili, dodağı susuzluqdan tə-
pimişdi. Bir parç sərin bulaq suyu olsa, ləzzətlə başına çəkərdi. 
Nədənsə susuzluğunu tezcə də unutdu. 
Vaxt  ağır-ağır  ötürdü.  Gözləyirdi,  elə  bil  nə  isə  baş  ver-
məliydi  və  saniyələr,  dəqiqələr  səssiz-səmirsiz  ötüb  keçdikcə 
get-gedə  aydınlaşan  beyninə  qəribə  şübhələr  dolurdu.  Bu  şüb-
hələri  özündən  uzaqlaşdırmaq  istəyirdi,  ancaq  nə  illah  elə-
yirdisə, bacarmırdı. 
Ə
lilə  bədəninə  sarınmış  bürüncəyin  bir  tərəfindən  tutub 
var  gücüylə  dartdı.  Bürüncək  cırıldı,  axtarıb  cırıq  yeri  əlinə 
keçirdi,  yenidən  dartmağa  başladı.  Bürüncəkdən  çıxan  əlilə 
böyür-başını yoxladı. Dörd bir tərəf divar idi. Sonra əlini qorxa-
qorxa çılpaq bədəninə çəkdi. «...Qəbir!!!» Və birdən... Ayaqları 
ilə kəfəni cırım-cırım elədi. 
Qəribə,  heybətli  səslə  qışqırırdı.  Ancaq  bu  insan  səsinə 
bənzəmirdi, qışqırığa bənzəmirdi. Elə bil ulayırdı. 
Qışqırdıqca burnuna qəribə qoxu dolurdu. Sonra hiss elə-
di  ki, burnundan  qan  fışqırır.  Dodaqlarında  qanın  turş,  ürəkbu-
landıcı dadını hiss elədi. 
Qan  axdıqca  yüngülləşirdi.  Bu  nə  yüngüllük  idi  belə? 
Qəribə işdi; bundan belə uzan, ağlın, şüurun kəsə-kəsə ölümün 
nə vaxt gəlib yetişəcəyini gözlə...  
Təkcə  yuxuladığı  axşam  yadındaydı,  ondan  sonrasını 
xatırlaya bilmirdi. Düz o yatan indi ayılırdı. 
Bir  azdan  sonra  tamam  sakitləşdi.  Burnundan  fışqırıb 
axan  qanla  birlikdə  susuzluğu  keçib  getmişdi.  Hər  şeyi  necə 
vardısa  dərk  eləyəndən  sonra  yatıb  təzədən  ölmək  istəyirdi. 
Yuxuda  ölüm  qat-qat  asan  idi;  bu  dar,  qaranlıq  hücrədə  ayıq 
gözlə ölümü gözləməkdən dəhşətli heç nə olammazdı. 
Yuxuda  görürdü  ki,  kor  ilan  ayağından  çalıb  və  nə  illah 
eləyirsə,  ayaqqabını  şişib  əndazədən  çıxmış  ayağından  çıxara 
bilmir. Qıçı tamam keyləşmişdi. Hiss eləyirdi ki, zəhər bədənini 
dondura-dondura  üzü  yuxarı  qalxır.  Get-gedə  nəfəsi  tıxçanırdı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
17
Tanımadığı  qara  geyimli  bir  qadın  qarışla  boyunu  ölçürdü... 
Sonra  necə  oldusa  birdən  gözlərini  açdı.  Sağ  qıçı  tamam  key-
ləşmişdi. 
«Bu  ilan  hardan  gəlib  yuxusuna  girdi...  Qəbir  evində  də 
rahat buraxmayacaqmı onu, ilahi?». 
Neçə  il  idi  ki,  ilan  ona  rahatlıq  vermirdi.  Hayana  gedir-
disə,  gözlərinin  qabağından  çəkilib  getmək  bilmirdi.  Və  qəri-
bəydi  ki,  ilanın  hansı  səmtdə  durduğunu,  harda  gizləndiyini 
fəhmlə duyurdu, bəlkə elə buna görəydi ki, o da ilanı öldürməyə 
cəhd  eləmirdi.  Evdə  oturub  iştahla  çörək  yediyi  yerdə  birdən 
ona  elə  gəlirdi  ki,  kimsə  hərəkətlərini  izləyir.  Handan-hana 
yadına  düşürdü  ki,  ona  göz  qoyan  ilandı;  iştahası  tamam  kü-
sürdü. Gecələr ilanın səsini eşidirdi; bilirdi ki, ilan evin damıyla 
tavanın  arasında  gecələyir.  Hərdən  fikirləşirdi  ki,  gecələrin 
birində tavan üstünə qopacaq, ilan düşüb bədəninə sarmaşacaq. 
İ
lanın soyuqluğunu uzaqdan-uzağa canında hiss eləyirdi. Beləcə 
ömür-gün qorxu və yuxusuzluq içində keçib gedirdi. 
İ
ndi bu dar və qaranlıq hücrədə ilanın vahiməsi iynə-iynə 
bədəninə  doluşurdu.  Bir  vaxt  kimdənsə  eşitmişdi  ki,  ilan  təzə 
meyitlərin  gözlərini  yeyir.  Bunu  düşünəndə  gözlərinin  giləsi 
göynədi. 
Aradan  nə  qədər  keçdiyini  bilmirdi.  Bəlkə  bir  gün,  bir 
həftə,  bəlkə  də  bir  ay.  «Görən  indi  günün  hansı  vaxtı  olar? 
Gecəmi, gündüzmü?». Ona elə gəlirdi ki, dünyada ancaq zülmət 
var,  qaranlıq  var,  işıq,  aydınlıq  deyilən  şey  yuxudu,  əfsanədi, 
xəyaldı, vəssəlam. 
Görəsən,  insan  aclığa,  susuzluğa  nə  qədər  dözə  bilir? 
Lap tutaq ki, bir həftə, yaxud bir ay. Bəs sonra? 
Təzədən  qışqırmağa  başladı.  Ancaq  səs  çıxmağa,  ün 
yetməyə bir yer vardımı görəsən? Bu, sadəcə təsəlliydi. Qış-
qırıb-bağırandan  sonra  bir  xeyli  yüngülləşirdi.  Və  beləcə 
yüngülləşəndən  sonra  yatmaq,  yuxulamaq  istəyirdi.  Heç  ol-
masa yuxularında işıq görmək istəyirdi. 
Ancaq  yuxuda  da  hər  tərəf  qaranlıq  idi.  Səmaya  elə  bil 
qapqara  çarşaf  çəkmişdilər;  zülmətdən  göz-gözü  görmürdü. 
Uzaqdan,  lap  uzaqdan  bel-külüng  tappıltısına  bənzər  bir  səs 
gəlirdi, elə bil hardasa qazıntı aparırdılar. Səs elə küt, elə boğuq 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə