Вагиф
Султанлы. Щечлик вадиси
24
yeriyirdi ki, səs-küy salmasın. Elə bil aradan bir həftə yox, uzun
illər keçmişdi.
«...Niyə belə ehtiyatla yeriyir? Nədən çəkinir? Bu evi,
həyəti öz əliylə qurub düzəltməmişdimi? Bəs niyə oğurluğa ge-
dirmiş kimi qorxa-qorxa yeriyir?».
Ayaqlarının ucunda yataq otağının pəncərəsinə yaxın-
laşdı. Başını pəncərənin dəmir şəbəkəsinə söykəyib içəri baxdı.
İ
çəri qaranlıq idi və pəncərənin qabağına qoyulmuş güzgüdən
başqa heç bir şeyi seçmək mümkün deyildi. Xeyli boylansa da,
bir şey görə bilmədi. Pəncərənin qabağından çəkildi.
Ay işığında kölgəsi evin divarına düşürdü və hərəkət elə-
dikcə uzanıb qısalan kölgəsinin vahiməsi onu basırdı, ona görə
də kölgəsinin vahiməsindən qurtarmaq üçün qaranlığa çəkildi.
Bir müddət evin işıq tutmayan səmtində dayanıb gözlədi.
Özü də bilmirdi ki, niyə gözləyir. Ona elə gəlirdi ki, indicə qapı
açılacaq, onun pəncərədən baxdığını görən arvadı çıxıb içəri
səsləyəcək. Ancaq vaxt keçir, qapı açılmırdı. Gözləməyə isə
səbri çatmırdı.
Təzədən pəncərəyə yaxınlaşdı. Dəmir şəbəkələrin arasın-
dan içərini bir xeyli süzdü. Fərqi yoxdu, heç bir şey seçə bil-
mədi. Çağırmaq lazım idi, başqa cür evdəkiləri oyatmaq müm-
kün deyildi. Ancaq necə çağırsın? Burdan, pəncərənin qaba-
ğ
ından çağırsa, ayılan kimi yuxulu-yuxulu onun kölgəsini görüb
qorxa bilərlər. Bəs onda neyləməlidi?
Pəncərənin qabağından çəkilib evin qənşərindəki əbrişim
ağacının yanında dayandı. Arvadını burdan səsləmək daha mü-
nasib olardı. Çünki arvadı çağırışına eyvana çıxan kimi onu gör-
məliydi. Onu çağıranın kim olduğunu yəqinləşdirmək üçün ey-
vanda dayanıb gözləri ilə qaranlığı axtarmalıydı. O da eyvandan
bir qədər aralı, evin qənşərindəki əbrişim ağacının altında hər
ş
eyi necə var izah eləyə bilərdi. Güman ki, arvadını inandıra
biləcək. Axı, burda nə vardı ki... Sadəcə olaraq onu sətəlcəm
tutmuş, ölmüş bilib dəfn eləmişdilər. Taleyi elə gətirib ki, yerin
altından, qəbir evindən təsadüf ucundan qurtara bilib. Yox,
güman ki, arvadı bütün bunların baş verdiyinə inanacaq.
Arvadını inandıra bilsə, uşaqları da inanacaq, inandırammasa
heç.
Вагиф
Султанлы. Щечлик вадиси
25
Bütün gücünü toplayıb özünü ələ aldı, yavaşca arvadını
səslədi:
– Qəmər...
Ancaq elə bil səsi çıxmadı, səsini təkcə özü eşitdi. Buna
baxmayaraq bir xeyli gözlədi. Gözlədi ki, bəlkə çağırışına səs
verələr.
Sonra bir də:
– Qəmər, - dedi və yenə nəfəsini udub gözlədi ki, indicə
qapını açacaqlar. Ancaq içəridən səs gəlmədi. Bir anlığa ona elə
gəldi ki, evdə heç kəs yoxdu, otaqlar bomboşdu, onun ölümün-
dən sonra Qəmər uşaqlarını da yığışdırıb gedib atası evinə.
Nahaq bu həyətdə qorxa-qorxa, çəkinə-çəkinə addımlayır. Bəl-
kə gedib eyvana çıxsın... Evin qapısının açıq olub-olmadığını
yoxlasın... Ancaq getmədi, Qəmərin evdə olub-olmadığını yə-
qinləşdirmək üçün bu dəfə hündürdən:
– Qəmər! - deyə çığırdı.
Özü öz səsindən diksindi.
– Qəmər, ay Qəmər! - Bir də çağırdı.
Qapı yavaşca aralandı. Qəmər gecə paltarında saçları
dağınıq halda eyvana çıxdı. Bir əlilə yaxasından tutaraq o biri
ə
lilə qapını arxasınca çəkdi. Sürahının kənarına qədər gəlib
həyət qapısına sarı:
– Ay adam, kimsən? - deyə soruşdu.
Söykənib dayandığı əbrişim ağacından aralanıb:
– Mənəm, Qəmər, - dedi.
Qəmər səsin darvaza səmtindən yox, evin qənşərindən
gəldiyinə diksindi, söykəndiyi sürahıdan bir az geri çəkildi.
Ancaq dayanıb gözlədi ki, həyətin ortasından gələn bu səsin,
ona son dərəcə tanış gələn bu səsin sahibini tanısın.
Bir az da qabağa yeriyib qaranlıqdan çıxdı:
– Mənəm, Qəmər, - dedi, tanımadınmı? Əlişəm, dirilib
gəlmişəm.
Qəmər ay işığında ağappaq kəfənə bürünmüş, başdan-
ayağacan ağappaq tük gətirmiş, onun əri olduğunu deyən bu
qəribə məxluqu görcək dəhşətli səslə çığırdı və qayıdıb otağa
qaçmaq istədi. Ancaq dönməyə, qayıdıb özünü otağa salmağa
Вагиф
Султанлы. Щечлик вадиси
26
imkan tapmadı, özündən gedərək tirtap yerə yıxıldı. Qəmərin
çığırtısı gecənin səssizliyi boyunca yayılaraq əks-səda verdi.
İ
stədi eyvana çıxıb Qəmərin qolundan tutub evə aparsın,
uşaqları oyatsın, hər şeyi necə varsa, olduğu kimi onlara başa
salsın. Ancaq pilləkənləri yarıya qədər qalxmışdı ki, içəridən
tuman-köynəkdə cavan bir adam çıxdı. Eyvanın işığında göz-
gözə gəldilər; Əliş qapıbir qonşuları olan Məsinin oğlunu tanıdı
və hiss elədi ki, oğlan gecənin bu vədəsi arvadın səsinə çıxıb
eyvanda onu görməyiylə özünü itirib, o da arvadı kimi bu saat,
bu dəqiqə özündən gedib yıxılacaq. Məsinin oğlu bunu hiss
elədiyindənmi, yoxsa gecənin bu vədəsi ləzzətlə yatdıqları yer-
də peyda olmuş bu qəribə məxluqdan qorxduğundanmı yavaş-
yavaş dalı-dalı çəkildi və özünü içəri saldı.
Qəmər hələ də eyvanda yıxılıb qalmışdı, huşu özündə
deyildi.
Pilləkəndəcə dayanıb durmuşdu, bilmirdi qalxıb Qəməri
evə aparsınmı, ya yeddisi çıxmamış onun evinə soxulan, ar-
vadıyla, eyş-işrətə qurşanmış Məsinin oğlunu boğub öldürsün-
mü, yoxsa necə gəlmişdisə eləcə çıxıb getsinmi? Çünki işin belə
olacağını qətiyyən gözləmirdi. Ağlına da gətirməzdi ki, iyirmi
beş illik ailə həyatı boyu sevib inandığı bir qadın yeddisi çıx-
mamış belə bir işə qurşansın, yaslı-yaslı evinə oynaş gətirsin.
Qapı təzədən açıldı. Məsinin oğlu əlində qoşalülə tüfəng
evdən çıxdı. Qan beyninə vurdu. Bildi ki, bircə an ləngisə güllə
təpəsinə çaxılacaq. Dəli kimi yerindən qopub həyət qapısına
tərəf götürüldü. Sol əlilə dəmir lingi qapının arxasından götürüb
selbələdi ki, bayıra çıxıb qaça bilsin. Qapıdan çıxhaçıxda güllə
açıldı. Sol qolunun istiləşdiyini hiss elədi.
Qəbiristanlığacan dayanmadan yüyürdü. Yüyürə-yüyürə
hərdən çevrilib arxasına baxırdı ki, əli tüfəngli arxadan onu
qovurlarmı... Ancaq qaranlıqda gözləri heç nə seçmirdi. Səhər
üzü olduğundan hava daha da qatı qaranlığa qərq olmuşdu.
Qəbiristanlığa çatıb dayandı. Sol qolunu əlilə sürtüb yox-
ladı; qan içərisində idi. Bayaq açılan güllə qoluna dəymiş, dir-
səkdən azca yuxarı əzələsini deşib keçmişdi.
Dostları ilə paylaş: |