Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
12
layarlar da, söyərlər də. Bu işdən min dəfə Mirişin söyüşü yax-
ş
ıdı. Qoy camaat heç olmasa rahat ölülərini köçürsün... 
Traktorun  gurultusu  kəsiləndən  sonra  bel-külüng  səsi 
apaydın  eşidilirdi.  Böyük-kiçik,  arvad-uşaq  bir-birinə  qarış-
mışdı.  Elə  bil  bu  çağacan  qəbiristanlığın  uçurulacağına  inan-
mırdılar. Buldozerin səs-küylə gəlib qəbiristanlığın yanında da-
yanmağı  ümidlərini  büsbütün  qırmışdı.  Birdəncə  əl-həya  düş-
müşdülər. Ağlaşa-ağlaşa, təntiyə-təntiyə, söylənə-söylənə qazır-
dılar. 
Bir həftə qabaq ilk dəfə buldozeri bura sürəndə camaat az 
qalmışdı  daş-qalaq  eləsin  onu.  Ağzının,  burnunun  qanını  bir-
birinə  qatmışdılar.  Kəndin  ağsaqqalları  yığışıb  gəlincə  kənd 
soveti sədri güclə camaatın əlindən almışdı. 
– Ay camaat, - demişdi, - nə düşmüsünüz bu yetimin üs-
tünə.  O,  öz  kefiylə  gəlibmi  bura  bəyəm?  Bir  dayanın,  ağ-
saqqallar  yığışsın,  görək  neynirik.  Yoxsa  qəbiristanlıq  oyun-
oyuncaq  deyil  ki,  hər  yetən  alsın  buldozerin  ağzına.  Day  mən 
heç,  deyək  qocalmışam,  korşalmışam,  sizə  nə  gəlib?  Bir  səb-
rinizi, hövsələnizi basın, qoyun rayon rəhbərləri gəlsin, soruşaq, 
öyrənək,  biz  də  bilək  bu  nə  məsələdi,  nə  qəzyədi.  Yoxsa  boş-
boşuna  qışqırıb-bağırmağın  nə  mənası?  Bu  da  dəyirman  deyil 
ki, atam balası, çevirib eləsinlər kababxana, içki məclisi, hər cür 
zatıqırığın  yığnaq  yeri.  Bu  qəbiristanlıqdı,  cəmi  ölənlərimizin 
müqəddəs  yatağıdı.  Müqəddəs  olan  şeyə  də  gərək  toxunul-
masın. Yoxsa, day bu nə müqəddəslik oldu ki... 
Sonra sədr özü gəlmişdi: 
– Sizə, - demişdi, - yaxşı bir qəbiristanlıq yeri ayırmışam. 
Köçürün ölülərinizi ora. Nə köməklik lazım olsa, eləyəcəyik. 
Camaat arasından kimsə: 
– Olmazmı ki, yoldaş sədr, yol üçün elə bir yer ayırasınız, 
nə  köməklik  lazım  olsa,  biz  özümüz  eləyərik.  Qəbiristanlıq  da 
qalsın öz yerində. 
Sədr əsəbiləşib özündən çıxmışdı: 
–  Əşi,  mən  sizə  adam  kimi  söz  dedim,  day  demədim  ki, 
söz  güləşdirək.  Kişi  təzə  işçidi,  heç  bir  ay  deyil  gəldiyi  bu 
rayona. Duraq indi boş şeyin üstündə onunla üz-göz olaq… 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
13
–  Necə  yəni  «boş  şeyin  üstündə».  Qəbiristanlıq  bəyəm 
balaca işdi? - Bunu da kimsə camaatın arasından demişdi. 
Sədr bu sözə dözməmişdi: 
–  Qurtardıq,  -  demişdi,  -  daha  bu  məsələni  qurtardıq.  – 
Sonra isə özünün maşınına oturaraq: - Vallah, bu camaatla fələk 
də yola getməz, elə ki, mən gedirəm, - deyib acıqlı-acıqlı çıxıb 
getmişdi. 
Qolunun-qabırğasının  ağrısından  beyni  zoqquldayırdı. 
Ona elə gəlirdi ki, bircə addım atsa, ürəyi dayanacaq, üzü üstə 
yerə sərələnəcək. Kənd soveti sədrinin dediklərini sanki yuxuda 
eşidirdi.  Buraya  nə  məqsədlə  gəldiyini  büsbütün  unutmuşdu. 
Gözlərini qan örtmüş bu adamlar kinli-kinli ona baxırdılar. Onu 
ə
zişdirib  şil-küt  eləsələr  də,  ağız-burnunun  qanını  bir-birinə 
qatsalar da, bu adamlara qarşı içərisində nifrət duymurdu, ancaq 
yerbəyerdən  ona  dikilən  gözlərin  soyuq  işığı  bədəninə  üşütmə 
saldığından  qaçmaq,  gizlənmək  istəyirdi.  Ayaqlarını  torpaqdan 
qoparammırdı, ağzına dolan turş qanı uda-uda dayanıb dururdu. 
Başını  qaldırdı.  Uşağı  yanında  görmədi.  Uşağın  getmə-
sindən xəbər tutmamışdı. «Görəsən nə cavab verdi uşağa, necə 
yola saldı, ürək ovudan bir söz dedimi, barı?». Nə illah elədisə, 
yadına sala bilmədi. 
...  Bir  vaxtlar  uşaqlarla  yığışıb  qəbiristanlıqda  oynayar-
dılar. Hərdən də hamıdan xəbərsiz təmtəkcə gələr, qəbiristanlığı 
addımbaaddım  gəzərdi.  O  zaman  qəbiristanlığın  bu  başından  o 
başınacan  olan  bu  yol  ona  hədsiz  uzun  gələrdi.  Qəbiristanlığı 
gəzib bir-bir qəbirlərin üstündəki qəmli, həzin şeirləri oxuyardı. 
Bu  şeirlər  dünyanın  vəfasızlığı,  ölümün,  ayrılığn  qaçılmazlığı 
haqqındaydı, bu şeirlərdə işıq, ümid, təsəlli yox idi, bu şeirlərin 
misraları  boyasızdı,  çılpaqdı.  İndi  də  bir  şeirin  ilk  misraları 
yadındaydı:  «Bəxtimin  gəmisi  toxundu  daşa, cavanlıq  ömrümü 
vurmadım  başa...».  Dörd  misralıq  bu  şeirin  dalını  yadına  sala 
bilmirdi. 
 
* * * 
 
Ə
liş  lümlüt  qəbiristanlıqdan  bir  az  aralı  çayın  yaxasıyla 
uzanıb  gedən  dikdirin  üstündə  oturmuşdu.  Başı  əllərinin  ara-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
14
sında  içinə  çəkilmişdi;  görmürdü,  eşitmirdi.  Əlişin  bədənini 
ağappaq, narın tük basmışdı. Gözlərinin qarası da ağarmışdı və 
uzaqdan-uzağa  Əlişin  giləsi  ağarmış  gözlərindən  soyuqluq  ya-
yılırdı.  Ancaq  Əlişin  nə  gözlərinin  giləsinin  ağarmağından  xə-
bəri  vardı,  nə  də  gözlərindən  yayılan  və  yayın  cırhacırında  ba-
xanın canına üşütmə salan soyuqluqdan. 
Qəbiristanlıqdakı  bu  səs-küyün,  vurhavurun  da  nə  oldu-
ğ
unu  bilmirdi.  Bir  gecədə  başına  gələnlərdən  başını  itirmişdi. 
Bir  adam  axtarırdı  soruşa,  dərdləşə,  danışa,  ancaq  içərisində 
hansı bir duyğusa qəbiristanlığa, ömrünü birgə keçirdiyi adam-
ların  içərisinə  getməyə  qoymurdu,  onu  hamıdan,  hamıdan  ayı-
rırdı. 
İ
ndi Əliş oturub başına gələnləri təzədən yaşayırdı, elə bil 
olub keçənlərə inanmırdı, inanmaq istəmirdi. Bir də, bir də yad-
daşından  keçirirdi  ki,  bəlkə  gördüklərinin  yuxu,  aldanış  oldu-
ğ
unu xatırlaya... 
...Gözlərini açanda qaranlıq idi, zülmət kimi qaranlıq idi. 
Tərpənmək, çevrilmək, heç olmasa düşdüyü yerin yönünü, səm-
tini  tapmaq  istədi,  ancaq  əli-qolu  qalxmadı,  elə  bil  əllərini  bə-
dəninə sarımışdılar. Bütün bunların mənasız olduğunu dərk elə-
yəndən  sonra  heç  olmasa  harda  olduğunu  xatırlamağa  çalışdı, 
ha fikirləşdisə yadına sala bilmədi, elə bil yadına-yaddaşına da 
qaranlıq çökmüşdü. «Bu nə olan işdi, fələk? Belə qaranlıq yurd, 
hücrə  olardımı?  Elə  bil  cəhənnəmin  yeddinci  qatına  düşüb. 
Bəlkə yuxudu görür?..». 
Dəqiqələr, saniyələr ağır-ağır çıxıb gedirdi və çıxıb gedən 
vaxt  özüylə  birgə  onun  səbrini,  dözümünü  də  alıb  aparırdı. 
Nəfəsinin  toxunub  qayıtmağından  və  havanın  qoxusundan  hiss 
eləyirdi  ki,  onunla  divarı  ayıran  məsafə  çox  yaxındı.  Əllərini 
tərpədə  bilsəydi,  böyür-başını  yoxlayardı,  harda  uzanıb  yatdı-
ğ
ını  dəqiqləşdirərdi.  Ancaq  əli-qolu  ilə  birlikdə  elə  bil  bərini-
bədənini  də  büküb  sarımışdılar,  nə  illah  eləyirdisə,  sarıqdan 
açıla bilmirdi. 
Bütün  bunların  yuxu  olmadığını  dərk  eləyənə  qədər ara-
dan  xeyli  vaxt  keçdi.  Buna  əmin  olandan  sonra  olub  keçənləri 
bir-bir yaddaşından keçirməyə başladı. Son günlər xəstə yatırdı, 
halsız  idi,  əməlli-başlı  soyuqlamışdı.  Bəs  sonra?  Sonra  bir 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə