Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
42
məmişdi. İndi ölüm qabağı bu nəydi belə? İnsan son gününəcən 
kor olurmuşmu, ilahi? Yulğun topalarına kimi ona tanış, doğma 
olan bu torpağamı qarışacaq? 
Ürəyi uçundu. 
Ölüm  varlığına  yuxu  kimi  yayılırdı.  Ona  elə  gəlirdi  ki, 
ölmür,  nə  isə  sirli,  əsrarəngiz  bir  yuxuya  gedir.  Və  bu  yuxu  –
ölüm  onu  öz  qoynuna  elə  bir  qüvvə  ilə  çəkirdi  ki,  özgə  heç 
nəyin barəsində fikirləşəmmirdi. 
Adamlar  yanından  ötüb  keçirdilər.  Heç  kəsin  ağlına gəl-
mirdi  ki,  gündüzün  günorta  çağında  qəbiristanlığın  ortasında, 
hamının gözü qabağında ölmək olar. Abış kişi ölümünə özü də 
inanmırdı.  Ölüm  onunçün  sirli,  qorxunc  bir  varlıq  idi.  Fikir-
ləşirdi  ki,  ölüm  üçün  gecə  lazımdı,  təklik,  kimsəsizlik  lazımdı, 
ölümün sirri, vahiməsi də elə bundadı. 
O qədər səs-küyün içərisində təkcə Həlimə qarının səsini 
eşidirdi.  İkicə  addımlığında  olan  qarının  səsi  ona  çox-çox 
uzaqlardan gəlirdi. Ancaq qoca bu səsdəki fəryadı duyurdu. 
İ
stəyirdi  ki,  yanı  üstə  çevrilib  üzü  günbatana  uzansın, 
gözüylə günəşi son mənzilinəcən ötürsün, amma bacarmırdı. O 
yuxu  gəldikcə  ağrısı-acısı  yavaş-yavaş  canından  çıxırdı,  elə 
yüngülləşirdi ki, sanki indicə anadan olmuşdu. 
Göyün  görünməzliyində  nöqtə  kimi  seçilən  qartallar 
dövrə  vura-vura  qəbiristanlığı  seyr  edirdilər.  Quşlar  heç  vədə 
qəbiristanlıqda  bu  qədər  insanı  bir  yerdə  görməmişdilər.  Qar-
talları  heyrətləndirən oydu  ki,  qəbiristanlığa  yığılmış  bu  adam-
lar ölüləri, dəfn olunmuş cəsədləri çıxarırdılar. Dünyanın qanad 
çaldıqları  bu  səmtində  baş  verən  bu  əhvalat  onları  heyrətə 
gətirmişdi. Və qartallar göyün dibsiz dərinliklərində dövrə vura-
vura  qəbir  çuxurlarına,  daşınan  insan  cəsədlərinə  sonsuz 
heyrətlə baxırdılar. 
İ
çərisini  bürüyən  maraq  və  heyrətin  gücüylə  qartalların 
biri  dəstədən  ayrılaraq  xeyli  aşağı  enmişdi.  Quşun  heyrəti  elə 
güclüydü  ki,  dil  açıb  insanca  danışmaq,  baş  verən  bu  əhvalat-
ların sirrini, səbəbini öyrənmək istəyirdi. 
Qartal aşağı şığıyıb alçaqdan qəbiristanlığın üstüylə süzə-
rək  yenidən  göyün  əngilliklərində  dövrə  vuran quşlara  sarı  baş 
aldı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
43
Aşağıda  kor  ilan  başını  dimdik  tutub  Cəvahir  qarının 
qəbri üstə dayanmışdı. İstidən, bürküdən nəfəsi təngiyirdi. Neçə 
gün  idi  ki,  rahatlıq  nə  olduğunu  bilmirdi,  hansı  qəbirdə  giz-
lənirdisə, hansı yuvaya soxulurdusa, bel-külüng səsinə səksənib 
oyanırdı.  Yerin  altıyla  dolanbac  yollarla  nəfəsi  kəsilənəcən  sü-
rünürdü.  İlan  neçə  gün  idi  ki,  Cəvahir  qarının  qəbrində  giz-
lənirdi.  Qorxurdu  ki,  bu  qəbri  də  sökərlər,  gizlənməyə  yer  ta-
pammaz.  Ancaq  Cəvahir  qarının  qəbrini  köçürmək  heç  kəsin 
yadına düşmürdü. 
Cəvahir  qarı  kəndin  hamamında  xadimə  işləyirdi,  kimi-
kimsənəsi  yoxdu.  Kənddə  hamam  tikiləndən  bu  yana  Cəvahir 
qarının günü burda keçirdi, gecə-gündüz yuyurdu, təmizləyirdi, 
qazancı  da  hamama  gələnlərin  qəpik-quruşuydu;  hamamdakı 
işinə  görə  maaş  almırdı,  heç  kəs  onu  burda  işləməyə  məcbur 
eləmirdi. Amma Cəvahir obaşdannan, hamamın fit səsi eşidilən-
dən  ta  gecənin  bir  vaxtı  hamam  boşalanacan  işləyirdi.  İşə  bir 
dəqiqə  də  gecikməzdi.  Hamamçı  Ağaisa  ona  neçə  kərə  işə 
girməyi təklif eləmişdi. Demişdi heç bir sənəd-filan lazım deyil, 
oturaq, bir ərizə yazaq, qol çək, səni rəsmi işə keçirim, onsuz da 
bu  əziyyəti  çəkirsən,  günün  gözü  çırtlamamış  gəlib  şər  qarı-
ş
anda gedirsən. Handa bir nümunəvi işçi belə işləyəmməz. An-
caq  nə  illah  eləmişdisə,  arvadı  razı  sala  bilməmişdi.  «Qocal-
mışam,  -  demişdi  qarı,  -  təqaüdə  çıxan  vaxtımdı,  day  bundan 
sonra  mənim  nəyimə  yaraşar  təzədən  ərizə  yazam,  qulluğa 
girəm». Və arvad axıracan da inadından dönməmişdi. 
Cəvahir qarı ömrü boyu dilənçi kökündə yaşamışdı. Özü-
nün  dediyinə  görə,  qardaşı  vardı,  hardasa  uzaq  bir  şəhərdə  bö-
yük qulluqdaydı. Bunun uydurma olduğunu bütün kənd bilirdi. 
Amma  Cəvahir  qarı  özünün  uydurmasına  elə  inanırdı  ki,  bunu 
üzünə vursan dəli olardı. 
Cəvahir  qarının  Xasay  adında  əri  olmuş,  özündən  xeyli 
qabaq  ölmüşdü.  Xasayın  sağlığında  Cəvahir  o  qədər  də  dərd 
çəkməzdi,  övladsızlığının  fikrini  eləməzdi.  Təkliyin,  züryət-
sizliyin nə demək olduğunu ilk dəfə Xasayın ölümündən sonra 
qaranlıq  daxmada  tək-tənha  qalanda,  səhəri  dirigözlü  açanda 
dərk eləmişdi. Və Cəvahir qarının - küçədə dilənçi kökündə gə-
zən  bu  qadının  günlərin  birində  al-qumaşa  büründüyünü  gör-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
44
müşdülər.  Görənlər  gözlərinə  inanmamışdılar.  Cəvahir  qarı  ca-
vanlığından,  gəlinlik  vaxtından  bu  çağacan  qoruyub  saxladığı 
pal-paltarını  geyinib  qızıllarını  düzmüşdü.  Qarı  elə  bəzənmişdi 
ki, deyirdin qırx qul-qaravaş qulluğunda durmuşdu. 
Kəndin  içiylə  az  qala  uça-uça  gedirdi.  Soruşanda: 
– Qardaşımı görməyə gedirəm, - deyirdi, - qardaşım məni 
qonaq çağırıb... 
Bir  gün  əvvəl  qapıbir  qonşusu  Nazlı  qarıgilə  gedib  yu-
xusunu ona danışmışdı: 
– Qardaşım iki gündü yuxumdan çıxmır.  «Necə bacısan, 
–  deyir,  –  bu  neçə  ildə  bircə  dəfə  də  olsun  gəlib  mənə  baş 
çəkməmisən.  Oturub  gözləmisən  ki,  mən  gəlib  səni  yoxlayım? 
Bəs,  fikirləşmirsən  ki,  iş-güc  adamıdı,  macal  eləyə  bilmir,  ya 
bəlkə  xəstədi,  gəlməyə  imkanı  yoxdu».  Dedim,  gələcəm,  qar-
daş,  mütləq  gələcəm.  Beləcə  bir  xeyli  gileyləndi.  İstədim  hal-
ə
hval  tutam,  uşaqlarını  soruşam.  Gör  bir  nə  vaxtdı  ki,  görmü-
rəm, ancaq birdəncə tutqun kölgəyə dönüb yoxa çıxdı. İndi bil-
mirəm neyniyim, işdən də macalım yoxdu. 
Nazlı qarı bilməmişdi nə cavab verə: 
– Bu günlərdə gedib baş çəkərsən, - demişdi, - fikir elə-
mə. 
– İstəyirəm, sabah obaşdannan yola çıxım. İşdən də gərək 
iki-üç  günlüyə  icazə  alam,  yoxsa  bir  günə  gedib  qayıdamma-
ram, uzaq yoldu. 
Demişdi və cavab gözləmədən çıxıb getmişdi. Nazlı qarı 
onun  dalınca  baxa-baxa  qalmışdı.  Və  o  gedən  Cəvahir  düz  bir 
ay  gözə  dəyməmişdi.  Bir  ay  keçəndən  sonra  Cəvahir  dilənçi 
kökündə qayıdıb gəlmişdi. Ayaqyalın, başıaçıq kəndin içiylə ki-
misə söyə-söyə, yamanlaya-yamanlaya gedirdi. Cəvahir qarı də-
li olmuşdu, qardaşını axtara-axtara havalanmışdı. 
Havalanandan sonra hər gün qəbiristanlığa gələr, saatlarla 
oturub  zəif,  gücsüz  əllərilə  özünə  qəbir  qazardı.  Aradan  xeyli 
vaxt  keçəndən  sonra  Cəvahir    qarının  meyitini  qazdığı  qəbrin 
içindəcə  tapmışdılar.  Qəbrin  üstünü  torpaqlayıb  başdaşı  ucalt-
mışdılar. 
Ölümündən  sonra  danışırdılar  ki,  hamamın  daş  divarları 
içərisindən Cəvahir qarının səsi gəlir. Guya deyirdilər ki, səs su-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə