Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
27
Ancaq qolunda ağrı hiss eləmirdi. Bir gecədə qısa zaman 
ə
rzində baş vermiş bu dəhşətli və gözlənilməz hadisələrdən ta-
mam özünü itirmiş, hissləri, duyğuları korşalmışdı. 
Qəbrin torpağı üstündə oturub bir neçə saat bundan qabaq 
ona vahiməli görünən çuxura baxırdı. İndi qəbir çuxuru adi bir 
quyu  kimi  gəlirdi  ona.  «...Ömür,  həyat  necə  də  mənasızmış... 
İ
nsan  niyə  gəlir  dünyaya  görəsən,  niyə  yaşayır,  bu  dünyadan 
apardığı nədi?.. Tale, alın yazısı nə olan şeydi, niyə insan bun-
lardan qaça bilmir, qurtula bilmir». 
Hava  get-gedə  işıqlaşırdı.  Uzaqda  gündoğan  səmtində 
göyüzü  qızarmağa  başlamışdı.  Bir  azdan  bu  qızartı  bütün  gün-
doğan  səmtini  bürüyəcək,  səhər  açılmağa  başlayacaqdı.  Tor-
pağın  altında  neçə  vaxtdan  bəriydi  ki,  işıq,  aydınlıq  axtarırdı. 
Ancaq  indi  dan  yeri  qızardıqca  hiss  elədi  ki,  o,  işıq,  aydınlıq 
istəmir, bəlkə qırx yeddi illik ömründə ilk dəfə olaraq qaranlıq 
istəyir, zülmət istəyir... 
Üstündə  oturduğu  qəbrin  torpağından  bir  ovuc  götürdü. 
Qazılıb  çıxarılmasaydı,  illərlə  bu  torpağın  altında  yatacaqdı, 
çürüyüb bu torpağa qarışacaqdı. Və birdən-birə qazılıb torpağın 
altından  çıxarıldığına,  taleyin  bu  qəribə,  gözlənilməz  oyununa 
acıdı. Özünə yazığı gəldi. 
Gündoğan səmtində üfüqlər qan içindəydi. Səhərə az, lap 
az qalırdı. Bir azdan hava tamam işıqlaşacaqdı. «... Bəs o bun-
dan sonra neyləyəcək, necə yaşayacaq, kimin üçün yaşayacaq?.. 
Onun  sadə  bir  təsadüfdən  xilas  olduğuna,  xortdamadığına  ina-
nacaqlarmı?.. Lap inansalar belə, bundan sonra yaşamağına də-
yəcəkdimi?  Axı  bundan  sonra  evinə,  ailəsinə  qayıda  bilməyə-
cəkdi...». 
Hava işıqlaşdıqca, səbri tükənirdi. Nə edəcəyini bilmirdi. 
Eləcə qəbrin torpağı üstündə oturub gözlərini çuxura zilləmişdi. 
Elə bil yer üzündə tək o qalmışdı, bu başdaşları qalmışdı, bir də 
bir həftə gecə-gündüz nə olduğunu bilmədən yaşadığı bu qəbir 
çuxuru qalmışdı. 
 
* * * 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
28
Bütün  bu  əhvalatlar  bir  də,  bir  də  yaddaşından  keçdikcə 
Ə
liş bunların öz başına gəldiyinə inanmırdı. 
Bel-külüng  səsləri  birdəncə  kəsildi.  Başını  qaldırdı. 
Adamlar  əl  saxlayıb  Həlimə  qarının  tamaşasına  durmuşdular. 
Çal  saçları  boyun-boğazına  tökülmüş  Həlimə  qarı  qucağında 
qara-qara  daşlar  ayaqyalın  qəbiristanlığın  içərisiylə  fır-fır 
fırlanırdı. Bayaqdan bəri neçə dəfə qazılıb köçürülmüş qəbirlər 
arasında oğlunun qəbir çuxurunu tapıb itirmişdi. 
Uşaqları  xısın-xısın  ağlaya-ağlaya  analarının  dalınca 
düşmüşdülər, ancaq arvad heç kəsi yaxına buraxmırdı. 
Handan-hana  axtarıb  oğlunun  qəbir  yerini  tapdı.  Qazılıb 
tökülmüş yumşaq torpağın üstündə oturaraq qucağındakı daşları 
dizlərinin üstünə qoyub oxşamağa başladı. Qucağındakı daşları 
elə oxşayıb əzizləyirdi ki, deyirdin daşlar canlıdı, ətinin-canının 
ayrılmaz  parçasıdı.  Həlimə  qarı  oxuyurdu,  oynayırdı,  gülürdü, 
qucağındakı daşları sığallaya-sığallaya, oxşaya-oxşaya  öz-özü-
nə  danışırdı,  daşlarla  söhbət eləyirdi. 
– Oğul, - deyirdi, çox gözlədim yolunu, bilirdim gələcək-
sən,  ananı  gözü  yolda  qoymayacaqsan.  Day  gözlərim  yığıldı 
yollardan, indi rahat ölə billəm. 
Ə
təyindəki daşlar oğlu Əvəzin qəbrindən çıxmışdı. Əvə-
zin  necə  öldüyü  indinin  özünəcən  qaranlıqdı.  Əsgərlikdən 
ölüm  xəbəri  alınandan  bir  həftə  sonra  meyiti  iki  nəfər  əsgər 
qutudaca  gətirmişdi.  Dəfn  zamanı  qutunu  açmağa  icazə  veril-
məmişdi.  O iki əsgərin  göstərişilə  meyit  elə  qutudaca  torpağa 
qoyulmuşdu. 
İ
lahi,  o  vaxt  Həlimə  qarı  nə  müsibət  açmışdı.  Taxta  qu-
tunu  dırnaqlarıyla  necə  didirdi,  əlləri  ilə  necə sürtüb oxşayırdı, 
qutunun  başına  necə  fırlanırdı.  İndi  qəbirdən  oğlunun  cəsədi 
ə
vəzinə daş-kəsək çıxdığını biləndə qarı havalanmışdı. Uşaqları 
nə illah eləmişdilərsə, analarından gizlədə bilməmişdilər. Hansı 
bir  gizli  qüvvəsə  arvadı  çəkib  qəbiristanlığa  gətirmişdi.  İndi 
bilmirdilər  daş-kəsəyi  nə  adla  dəfn  eləsinlər.  Qəbir  yerini  itir-
mək ondan da ağırdı. 
–  Bizi  qarğıyanı  allah  qarğısın,  -  Əvəzin  böyük  bacısı, 
qardışının  ölümündən  bu  yana  yas  paltarını  əynindən  çıxar-
mayan qaragünlü Sona əllərini göyə açıb qarğış tökürdü. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
29
Uşaqları nə illah eləyirdilərsə, daş-kəsəyi arvadın əlindən 
alıb analarını evə qaytarammırdılar. 
–  Toxunmayın  mənim  oğluma,  -  deyirdi,  -  oğul  doğma-
mısız mənimçün, yeri-göyü dağıdaram. 
Qardaşının ölüm xəbəri gələndə nişanlı olan Sona düz iki 
il  sonra  ərə  gedəndə  də  o  qara  paltarda  gəlin  köçmüşdü.  Bu 
günəcən  əynindəki  o  qara  paltarı  çıxarmağı  qardaşı  Əvəzə 
xəyanət bilirdi. 
Qaragünlü  Sona  tamam  başını  itirmişdi.  Ona  elə  gəlirdi 
ki, qardaşını qarğıyıb daşa döndəriblər. Həlimənin qucağındakı 
qara-qara  daşlara  qəribə  bir  qorxuyla  baxırdı,  elə  bil  daşlarda 
anlamadığı, dərk eləmədiyi bir sirr vardı. 
Daşın  üstündə  oturub  baxırdı.  Adamların  içərisində  üst-
başı  toz-torpağa  bulaşmış  ərlə-arvad  səhərdən  bəri  o  yan-bu 
yana  qaçırdılar.  Qəbiristanlığı  bəlkə  azı  min  kərə  belədən-belə 
gəzib  dolaşmışdılar.  Kirpiklərinəcən  toz-torpağın  içərisindəy-
dilər.  Adamlardan  ayrılaraq  bir  kənarda  dayanıb  baxırdılar, 
sonra  ər  qabaqda,  arvad  əlində  bel  arxada  qəbiristanlığa  girir-
dilər,  çala-çala  qəbir  yerlərinin  arasıyla  yavaş-yavaş  keçib  ge-
dir, diqqətlə qəbir yerini axtarırdılar. 
Sonra  gəlib  onun  oturduğu  daşın  yanında  dayandılar. 
Yolçuyla  Pəriydi;  əyin-başları  elə  gündəydi  ki,  ikicə  addım-
lıqdan tanımaq olmurdu. 
Yolçuyla Pərinin uşağı təzə doğulmuşdu və xəstəxanadan 
çıxarandan  bir  həftə  keçməmiş  tələf  olmuşdu.  Uşaq  boğulub 
ölmüşdümü,  anasının  altında  qalmışdımı,  bilinmirdi.  Ancaq 
qonşular  uşağın  ölməyindən  iki  gün  sonra  xəbər  tutmuşdular. 
Ata-ana  körpəyə  veriləcək  yüz  manat  pulu  əldən  çıxarmamaq 
üçün  onun  ölməyini  hamıdan,  qohum-qonşudan  belə  gizlə-
mişdi... Uşağı gecəykən yuyub qəbiristanlığa aparmışdılar. Qa-
ranlıqda  kimsəsiz  qəbiristanlıqda  ərlə  arvad  külünglə  qəbir 
qazmışdılar.  Cəmi  yeddicə  gün  ömür  sürmüş  körpəni  gizlicə 
yaş  torpağa  tapşırıb  səhər  üzü  evə  dönmüşdülər.  Səhər  evdə 
uşaqlara  bərk-bərk  tapşırmışdılar  ki,  körpənin  keçindiyini heç 
kəsə deməsinlər. Kişi gedib körpəyə veriləcək pulu almışdı. 
Camaat  yalnız  bundan  sonra  uşağın  tələf  olmağını  bil-
mişdi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə