Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə99/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   93   94   95   96   97   98   99   100   101

 

 

441 



 

metodiki  vəsaitlər,  dərs  vəsaitləri,  elmi  məqalələr 

üzərində iĢləyir. 

Qədim  filosofların  birindən  valideynlərini, 

yoxsa  müəllimini  çox  sevdiyini  soruĢanda    o, 

“müəllimimi”- deyərək cavab verir. Səbəbini isə belə 

izah  edir:  ”Valideynlərim  məni  göydən  yerə  endirdi, 

müəllimim  isə  yerdən  göyə  qaldırdı”.  Gənclərimizi 

yerdən  göyə  qaldırmaq  iĢində  Sənə  uğurlar  arzu 

edirəm, ġirəli müəllim! 60 yaĢın mübarək olsun! 

 

                                                          



 

 

                                                   



 

 



 

 

442 



 

YARADICI  İNSAN 

      


Heç  vaxt  ağlıma  gəlməzdi  ki,  mən  onun  haqqında 

ölümündən  sonra  xatirələr  yazacağam.  Axı  nisbətən 

cavan  idi.    Nə  isə  taleyin  qismətindən,  Tanrının 

verdiyindən  qaçmaq  olmaz.  Onun  haqqında  yazmaq 

mənim  üçün  həm  çətin  və    həm  də  asandır.  Çətindir 

ona  görə  ki,  o,  artıq  aramızda  yoxdur.  Asandır  ona 

görə  ki,  onunla  bağlı  o  qədər  xatirələrim  var  ki... 

Söhbət  Akif  müəllimdən  gedir.  Filologiya  elmləri 

namizədi,  dosent,  bir  neçə  dərslik  və  dərs  vəsaitinin, 

onlarca  elmi  və  elmi-publisistik  yazıların  müəllifi, 

habelə  çağdaĢ  ədəbiyyatımızın  görkəmli  tədqiqatçısı 

Akif  müəllimdən.  O,  eyni  zamanda    həyatımızın 

müxtəlif  sahələrinə  həsr  olunmuĢ  iki  mindən  artıq 

məqalənin müəllifi idi. 

      Akif  müəllimlə  ilk  tanıĢlığım  1978  ci  ildə  baĢ 

verdi.  Həmin  ildə  mən  Fransadan  elmi  ezamiyyətdən 

qayıtmıĢdım,  institutun  elmi  Ģurasında  hesabat 

verməli  idim.  O  vaxt  Akif  müəllim  institutun  elmi 

katibi idi.  Mən birinci dəfə idi institut  elmi  Ģurasında 

hesabat  verməli  olurdum.  Onun  məsləhətləri  mənim 

üçün  çox  faydalı  oldu.  Sonradan  mən  institut  Tələbə 

elmi  cəmiyyətinin  sədri  təyin  olundum  və  mənə  də 

onun  otağında  bir  yer  verdilər.  Beləliklə,  aramızda 

rəsmi münasibətlər dostluğa və daha sonra qohumluğa 

çevrildi (o, kiçik oğlumun kirvəsi idi). 

      Akif  müəllim  çox istiqanlı, səmimi  və    mehriban, 

səxavətli,  xeyir  iĢə  yarayan,  kövrək  ürəkli,  eyni 



 

 

443 



 

zamanda çox baməzə  bir insan idi. Nə qədər xoĢ söz 

desən, ona yaraĢardı. O, elmi katib iĢlədiyi müddətdə 

bir adamı öz otağından naümid qaytarmadı. Ona görə 

də onu hamı sevir, hörmətini saxlayırdı.  

...Atası  Səməd  kiĢi  vəfat  edəndə  mən  Əlçəzairdən 

ezamiyyətdən  yenicə  qayıtmıĢdım.  Qırx  mərasiminə 

onunla  birlikdə  Tovuzun  Yanıqlı  kəndinə  getdik. 

Anası  qarĢımıza  çıxıb,  ”Akif  sənə  də  qurban  olum, 

qonağına da” dedi. Akif isə məni göstərib, ”bu qonaq 

deyil,  kirvədir”  söylədi.  Anası  cavabında  “a  bala 

kirvəni  yasamı  gətirərlər,  toya  gətirərdin  də“  söylədi.  

O  da  cavabında  “toya  da  gətirərəm”  -dedi.  Məclis 

bitəndən  sonra  Akif  müəllimin  anası  bizə  yaxınlaĢıb 

astadan dedi ki, qonĢu onun bacısına elçi düĢüb. Akif 

kəndə  çox  gec-gec  gəldiyindən  onlar  onun  bu 

gəliĢindən istifadə edib, ona müraciət etmək istəyirlər. 

Akif  birdən  sərt  Ģəkildə  ”onun  evi  yoxdur,  ona  qız 

vermək  olmaz”-  dedi.  Mən  söhbətə  müdaxilə  edərək 

üzümü Akifə tərəf tutub “ay qardaĢ, sən Əli müəllimin 

qızını qaçıranda evin vardımı” soruĢdum. O isə dərhal 

“kirvə razılığı verdi, Allah xoĢbəxt eləsin” -dedi. 

       Çox  sadə,  ürəyi  təmiz  bir  insan  idi.  Tanımadığı, 

əsla  üzünü  görmədiyi  insanın  probleminin  özünün 

problemi  kimi  qəbul  edir,  həmin  problemi  öz 

aləmində  yaĢayırdı.  Köməyə  ehtiyacı  olanlara  əl 

uzatmaq  imkanı  daxilində  onun  həyat  amalı  idi. 

Ġrəlidə  qeyd  etdiyim  kimi  həm  də  çox  baməzə  idi. 

Onun  lətifələri  dostları  arasında  tez-tez  səslənirdi. 

Qoy  birini  qeyd  edim.  Sovet  quruluĢunun  dağılan 




 

 

444 



 

vaxtı  idi.  Kommunist  partiyasına  bir  illik  namizəd 

müddətini ləğv etmiĢdilər, partiya sıralarına  yalvara-

yalvara  qəbul  edirdilər.  EĢitdim  Akif  də  kommunist 

olmaq  istəyir.  Ona  dedim  ki,  ay  kiĢi,  camaat  partiya 

biletini  meydanda  atır,  sən  indi  ora  daxil  olursan?  O 

isə  cavabında  “bunu  acıqdan  eyləyirəm,  vaxtikən 

həmin bu partkom  məni yaxın qoymurdu, qoy indi bir 

az yalvarsın”- dedi. O, partiyaya qəbul olunan günün 

səhəri  soruĢdum:-  Ġndi  özünü  necə  hiss  edirsən, 

kommunist  olub  canın  dincəldi?  O  isə  “bu  gecə 

arvadla  kommunist  kimi  yatmıĢam”  -deyə  cavab 

verdi.  Yeri  gəlmiĢkən  qeyd  edim  ki,  onun  həyat 

yoldaĢı Pəri xanım da çox qabiliyyətli, zəhmətkeĢ, əsil 

ziyalı qadın idi. O, Akif müəllimə həm həyat yoldaĢı 

və  həm  də  ana  idi.  Bir  dəfə  Akifin  “Zapı”sında 

rayona, 

Masallıya 

gedirdik. 

Yolda, 


Ələtin 

yaxınlığında  Akif  bir  inəyi  maĢınla  vurdu.  MaĢının 

qabaq  ĢüĢəsi  sınmıĢdı.  MaĢını  Ələtdə  tanımadığımız 

bir  adamın  evində  qoyub  yolumuza  davam  etdik. 

Qayıdanda  götürüb  Bakıya  qayıtdıq.  Bir  gün  Pəri 

xanım  bizə  zəng  elədi  ki,  Salyan  milisindən  Akifi 

axtarırlar.  SoruĢdum  ki,  Akifin  xəbəri  varmı?  Dedi 

var.  Akif  deyir  ki,  qələt  eyləyirlər.  Sonradan  bildim 

ki, bu da onun bir zarafatı imiĢ. Zəngi özü təĢkil edib, 

arvada  öz  gücünü  göstərirmiĢ.  Sonradan  Akifi 

doğrudan da Salyan milisinə çağırdılar. Biz ora Sadıq 

müəllimlə  (prof.S.Sadıqov  Salyanlı  idi)  getdik.  Polis 

rəisi  Sadıq  müəllimdən  (o  Sadıq  müəllimi  yaxĢı 

tanıyırdı)  gəliĢimizin  səbəbini  (inək  yiyəsi  Ģikayət 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə