Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə97/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   93   94   95   96   97   98   99   100   101

 

 

433 



 

yanğım o, insan düĢüncələrinin ən yığcam ifadəsi olan 

Ģeirin dili ilə oxucularına çatdırır. 

 

Firudin Zeynallı poeziyaya hələ keçən əsrin 90-



cı illərinin sonlarında gəlmiĢdir. O, öz qələmini “XXI 

əsr”  müstəqil  ictimai-siyasi  qəzetin  redaktoru  kimi, 

sonralar AZTV-nin əməkdaĢı kimi sınamıĢdır. Firudin 

müəllim  ilk  poeziya  nümunələrini  Respublika 

qəzetlərində  çap  etdirərək  öz  imzasını  oxuculara 

tanıtmıĢdır.  Əlbəttə  Göyçə  mahalında,  AĢıq  Ələsgər 

torpağında  dünyaya  göz  açan  bir  insan  Ģeirə, 

poeziyaya biganə qala bilməzdi. Məhz bu faktor onun 

poeziyasının  meydana  gəlməsində  mühüm  rol 

oynamıĢdır. Ġlk vaxtlar o, düĢmən tapdağı altında olan 

doğma  yurddan,  torpaq  həsrətindən,  böyüyüb  boya-

baĢa  yetdiyi  diyarın  gözəlliyindən  və  ürəyində  olan 

nisgildən  yazırdı.  Onun  o  vaxt  vətən  həsrəti  ilə 

yazdığı  Ģeirləri  qızının  ölümü  münasibətilə  yazdığı 

Ģeirlərlə  müqayisə  etdikdə  görürsən  ki,  hər  iki  faciə 

Firudin müəllimi eyni dərəcədə ağrıtmıĢ, əzab vermiĢ, 

yuxusuz  gecələr  bəxĢ  etmiĢdir.  Ana  torpaq  və  övlad 

itkisi ömrünün yetkin çağında olan bir insan üçün çox 

ağır dərd olsa da, Firudin müəllim çox gözəl bilir ki, 

insan  tanrının  ona  verdiyi  ömür  payını  yaĢayır  və 

buna görə də o, “tale yazısını pozmağa qadir deyiləm, 

Allahın iĢlərini yazmağa qadir deyiləm-deyir. Sevimli 

qızının  faciəli  ölümü  onun  dərdinin  üstünə  dərd 

gətirdi.  Onun  fəryadı  o  qədər  güclü  oldu  ki,  qızı 

Kəmalənin  ölümü  bir  ailənin  deyil,  elin-obanın 

dərdinə çevrildi. Özünün yazdığı kimi 




 

 

434 



 

 

 



 

 

Ətrafımı cin-Ģəyatin alsa da, 



  

 

Ömrümə bir həftə, bir gün qalsa da. 



 

 

Firudin nə qədər haray salsa da



 

 

Kəmalə bir daha qayıtmayacaq.   



 

 

Buna  baxmayaraq  o,  yenə  də  fəryad  qoparır, 



ahu - naləsi necə deyərlər aləmi bürüyür.  

Ədəbiyyatda  anaya,  ana  məhəbbətinin  böyüklüyünə, 

müqəddəsliyinə həsr olunmuĢ müxtəlif səpgili əsərlər 

yazılmıĢ,  oxuculara  təqdim  olunmuĢdur.  Firudin 

müəllimin  yazdığı  bu  Ģeirlər  mən  deyərdim  ki,  ata 

məhəbbətinin  təcəssümü,  ata  faciəsinin  poetik 

ifadəsidir.  Onun  Ģeirlərini  oxuduqca  övlada  olan 

məhəbbətin  böyüklüyünü  hiss  edir,  duyursan.  O,  bu 

məhəbbətini daĢa torpağa yönəldir və deyir: 

 

 



 

 

Əzizim qaĢı yaxĢı, 



 

 

 



Kirpiyi, qaĢı yaxĢı. 

 

 



 

Qızım yatan məzarın, 

 

 

 



Torpağı, daĢı yaxĢı. 

 

Bəli, Firudin müəllimə göz dağı olan balasının məzarı 



elə  o,  balanın  xatirinə  onun  üçün  müqəddəsləĢir, 

gözünə  qızının  məzarının  “torpağı,  daĢı  yaxĢı” 

görünür.  Onun  Ģeirlərində  ata  məhəbbətinin 

müqəddəsliyi, ülviliyi aydın Ģəkildə sezilir. Bu Ģeirlər 

oxucuya müəllifin necə ürək sahibi, necə ata olduğunu 



 

 

435 



 

göstərir. O əziz övladını vaxtsız itirəndən sonra dünya 

gözlərinə tamam qara rəngdə görünür və bna görə də 

yazır: 


 

 

 



GülĢəni sar olubdu, 

 

 



 

Yarpaqlar saralıbdı. 

 

 

 



Balam əkdiyi güllər, 

 

 



 

Bəs niyə qaralıbdı?! 

 

Günlər  bir-birini,  aylar  ayları,  fəsillər  fəsilləri  əvəz 



edir  və  Firudin  müəllim  baĢına  gələn  faciənin 

həqiqiliyinə  inanmır,  ümid  onu  yaĢadır,  fəqət  dərd 

inlədir: 

 

Yaram qövr eyləyir, yaram irilir, 



Ġlahi sirrini ilahi bilir. 

Torpağa can gəlir, hər Ģey dirilir, 

Tək sən dirilmirsən, ay nakam qızım.  

 

 



Firudin müəllimin Ģeirlərini oxuduqca, üz verən 

faciənin 

dəhĢəti 

adamı  ağrıdır,  göynədir  və 

düĢünürsən  ki,  bu  ağırlığa,  bu  dəhĢətə  dözmək  hər 

kiĢinin  iĢi  deyil.  Firudin  müəllim  dözür,  yaĢayır, 

ümidin əlindən tutub nəvələri Orxanı, Nəcəfi yerbəyer 

etməyi  düĢünür.  Allah  səbr  versin,  Firudin  müəllim! 

Allah kömək olsun! 

 

 



 

 

 

 


 

 

436 



 

                                    

 

MƏNALI  İNSAN  ÖMRÜ 

 

       Mən  bir  neçə  il  idi  ki,  namizədlik  dissertasiyası 



müdafiə etmiĢdim və Fransaya  elmi təcrübə keçməyə 

hazırlaĢırdım. Həmin  ərəfədə xəbər eĢitdik  ki, bizim 

Fizika fakültəsinin  bir əlaçı tələbəsi SSRĠ Ali Soveti 

Rəyasət heyətinin fərmanı ilə tələbə inĢaat dəstəsində 

qazandığı  nailiyyətlərə    və  təhsildəki  uğurlarına  görə 

“ġərəf  niĢanı” ordeni  ilə  təltif olunmuĢdur.  Düzü,  bu 

Azərbaycan 

tələbə-gəncliyinin 

həyatında 

böyük 


hadisə idi. Belə ki, “ġərəf niĢanı” ordeni dövrünün ən 

yüksək təltiflərindən olub, səhv etmirəmsə ilk dəfə idi 

ki,  azərbaycanlı  tələbə  ona  layiq  görülürdü.  Həmin 

tələbə 1955-ci ildə Masallı rayonunun Lürən kəndində 

anadan  olan  ġirəli  Ağali  oğlu  Əhədov  idi. 

Fakültəmizin  əlaçı  tələbəsi  olan  ġirəli  Əhədov  öz 

biliyi,  mədəniyyəti  və  ictimai  fəliyyəti  ilə  institut 

kollektivinin  böyük  hörmətini  qazanmıĢdı.  Onunla 

görüĢüb,  söhbətləĢdikdən  sonra      belə  qərara 

gəlmiĢdim  ki,  bu  böyük  enerjiyə  və  elmi  axtarıĢlara 

həvəsli  gəncin  gələcəyi  iĢıqlı  perspektivlər  vəd  edir. 

Elə  ikinci  kursadan  gənc  ġirəlini  tələbə  elmi-

cəmiyyəti  xətti  ilə  birgə  iĢləməyə  dəvət  etdim.  O 

vaxtlar  mən  Azərbaycan  EA  Fizika  və  Kimya 

institutları  rəhbərliyinin  dəstəyi  ilə  V.Ġ.Lenin  adına 

APĠ-nin  (indiki  ADPU)    2  saylı  korpusunda  rentgen 

laboratoriyası  yaratmıĢdım.  Həmin  laboratoriyada 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə