Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə94/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

 

 

420 



 

əla  hiss  edir.  Ailə  bildirir:  biz  həyatımız  boyu 

c ə r r a h l a r  

H.Abdullayevə, 

D.Ġsrafilovaya, 

V.Knyazyuka, 

R.Salamova  və  T.Əfəndiyevaya 

minnətdar olacağıq».  

A.Muradov  isə  «VıĢka»  qəzetinə  yazdığı 

məktubun  baĢlığına  «Çox  sağ  olun»  sözlərini  çıxarıb. 

Məktubda  deyir:  «6  aprel  1967-ci  il  mənim  oğlumun 

ikinci  doğum  günüdür.  SSRĠ  Tibb  EA-nın  müxbir 

üzvi  Q.M.Solovyov  və  Azərbaycanlı  həkim, 

professor  H.Ġ.Abdullayev  onun  üriyində  cərrahi 

əməliyyat  aparıb,  həyatnı  xilas  etdilər».  («VıĢka»  18 

iyun, 1967-ci il). 

Prof.  H.Abdullayev  təkcə  respublikamızda 

olan  xəstələri  deyil,  keçmiĢ  SSRĠ  məkanından  olan 

xəstələri müalicə edir, ölümün pəncəsindən alırdı. Və 

onun  çəkdiyi  zəhmət  də  hədər  getmirdi.  Məsələn, 

Qazaxıstandan P.Jerebçikovun professora müraciətinə 

nəzər  yetirək:  «Mən  özümü  yaxĢı  hiss  edirəm.  Axı 

əməliyyat  çətin  idi.  Ġndi  mən  özümün  ürək  qüsurları 

barədə  heç  düĢünmürəm  də  və  hətta  köhnə  peĢəmə 

qayıtmıĢam.  Yenidən  dalğıc  iĢilə  məĢğulam,  suyun 

altına  girirəm.  Bir  daha  sizə  ürəkdən  minnətdaram». 

(«Baku», 13 fevral 1967-ci il ). 

Kemerevo  vilayətindən  «Bakinskiy  raboçiy» 

(7  oktyabr,  1973-cü  il)  qəzetinə  məktubla  müraciət 

edən  Uvarovskilər  (ər  və  arvad)  məktuba  «Sağ  olun 

bakılılar»  baĢlığını  qoymuĢlar.  Məktubda  yazılır: 

«Professor Heybət Ġzzətoviç Abdullayev ürəkdə parlaq 

cərrahiyyə  əməliyyatı  apardı.  Bizim  qızımız 



 

 

421 



 

anadangəlmə  düçar  olduğu  ürək  qüsurundan  xilas 

oldu.  Biz  ürəkdən  professor  Abdullayevə  və  onun 

rəhbərlik 

etdiyi 

klinikanın 



kollektivinə 

minnətdarlığımızı bildiririk». 

Qeyd edim ki, prof. H.Abdullayevə zəhmətinin 

müqabilində  minnətdarlıq  əlaməti  olaraq  çoxlu  bədii 

əsərlər də yazılmıĢdır. 

H.Abdullayev  yaradıcı  bir  insan  idi.  O, 

daima  axtarıĢda olur, dünya səhiyyəsinin yeniliklərini 

Azərbaycana    gətirməyə  və  Azərbaycanda  dünya 

standartlarına  cavab  verən  tibb  müəssisələri 

yaratmağa, 

mütəxəssislər 

hazırlamağa 

çalıĢmıĢdır.  Məhz  onun  təĢəbbüsü  və  rəhbərliyi 

altında  respublikamızda  ilk  süni  qan  dövranı 

laboratoriyası  yaradılmıĢ  və  həmin  laboratoriya 

quru  ürəkdə  aparılan  cərrahi  əməliyyatlar  zamanı 

həlledici rol oynamıĢdır. 

Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  barokamerada 

(yüksək 

təzyiq 


altında) 

aparılan 

ilk 

müvəffəqiyyətli  cərrahi  əməliyyatın  da  müəllifi 



məhz professor H. Abdullayev olmuĢdur. 

H.Abdullayev  özünün  cərrah  təcrübəsini 

həmkarları  ilə  bölüĢməyi  sevərdi.  Ona  görə  də  o, 

dəfələrlə Respublika və keçmiĢ Ümumittifaq elmi-

praktik  konfranslarının  təĢkilatçısı  və  iĢtirakçısı 

olurdu. O, aldığı elmi nəticələri xarici ölkə alimləri 

ilə  də  müzakirə  edirdi.  Bu  məqsədlə  professor  H. 

Abdullayev  dəfələrlə  müxtəlif  Beynəlxalq  (London, 

Paris,  VarĢava,  Barselona,  Belqrad  və  b.)  elmi 



 

 

422 



 

məclislərdə  iĢtirak  edirdi.  Moskva,  Leninqrad, 

Kiyev,  Tibilisi  və  b.  keçmiĢ  Sovet  Ģəhərlərinin 

alimləri  ilə  görüĢür  və  həmkarları  ilə  müxtəlif 

problemlərin  müzakirəsi  və  həlli  ənənə  Ģəklini 

almıĢdı. 

H.Abdullayev,  respublika,  keçmiĢ  SSRĠ  və 

dünya  səhiyyəsinin  ictimai  həyatında  da  fəal 

iĢtirak edirdi. O, 1967-ci ildə Azərbaycan Cərrahlar 

Cəmiyyətinin sədri, Bakı Ģəhər  Sovetinin  deputatı 

seçilmiĢdir.  1971-ci  ildə  Beynəlxalq  Cərrahlar 

cəmiyyətinin 

həqiqi 

üzvü, 


Umumittifaq 

Cərrahlar Cəmiyyəti Plenumunun üzvü seçilmiĢdir. 

Professor  H.Abdullayev  gözəl  insan  və  sözün 

əsil  mənasında  böyük  vətəndaĢ  idi.  O,  xəstələri 

üçün  yaĢından  asılı  olaraq  böyük  qardaĢ,  ata  və 

əsil  oğul  idi.  Və  onlara böyük qayğıyla yanaĢır, bir 

gecə  ərzində  bəzən  iki-üç  dəfə    klinikaya  baĢ  çəkir, 

növbətçi  həkimlə  isə  fasiləsiz  telefon  elaqəsi 

saxlayardı.  Professor  maddi  imkanı  zəif  olan 

xəstələrə  pal-paltar,  xəstə  uĢaqlara  isə  oyuncaqlar 

alardı.  Bir  dəfə  o,  növbəti  dəfə  oyuncaqlar  alanda 

satıcı  ondan  neçə  nəvəsi  olduğunu  soruĢmuĢdu.  40 

yaĢında  onun  saçları  elə  ağarmıĢdı  ki,  yüz  yaĢlı 

ağsaqqal qocaya bənzəyirdi. 

H.Abdullayev 

Azərbaycan 

ədəbiyyatının 

görkəmli simalarından olan  Hüseyn  Cavid  və  Sabirin 

əsərlərini çox sevir, onlardan sitatlar gətirirdi. Bəlkə də 

elə  bu  sevgi  onun  1976-cı  ildə  həbs  olunmasına  əsas 

səbəb olmuĢdu. Prof. H.Abdullayev saxta ittihamlarla 8 



 

 

423 



 

il  həbsə  salındı.  Həmin  müddətdə  Azərbaycan  SSR 

Ali  Məhkəməsi  onu  üç  dəfə  məhkum  etdi. 

Məhkəmənin  hər  qərarından  sonra  SSRĠ  BaĢ 

Prokrorluğu  və  Ali  Məhkəməsi  protest  verərək 

məhkəmə qərarını ləğv edir, canıyla, qanıyla bağlı 

olduğu  Azərbaycanda  isə  ona  yenidən  həbs  hökmü 

oxunurdu.  Məhkəmə  hökmləri  futbol  topu  kimi 

Bakıdan Moskvaya və Moskvadan Bakıya ötürülürdü. 

Beləliklə,  professorun  məhkumluq  müddəti  bitsə  də 

məhkəmə istintaqı hələ davam edirdi. O, 1984-cü ildə 

həbsdən  azad  olundu  və  1989-cu  ildə  SSRĠ  Ali 

Məhkəməsinin  qərarı  ilə  tam  bəraət  qazandı.  Bakıda 

qurulan  məhkəmələri,  Moskvadan  gələn  protestləri 

xatırlayanda  düĢünürəm:  görəsən  bu  irəlicədən 

danıĢılmıĢ  akt  deyildimi?  Yəni  siz  iĢ  kəsin,  biz  ləğv 

edək  və  beləliklə,  bizə  lazım  olan  müddətdə  heç  bir 

günahı olmayan insan həbsdə  qalsın. 

Mümkün  variantdır.  Çünki  prof.  H.Abdullayev 

öz  millətini,  xalqmı  o  dərəcədə  sevirdi  ki,  dayaz 

düĢüncəli  insanlar  onu  ifrat  millətçi  kimi  qəbul  edə 

bilərdilər. 

H.  Abdullayev  həbsdən  azad  olduqdan 

sonra  30  yanvar  1989-cu  ilə  kimi  Moskva 

Ģəhərində 

yaĢayaraq 

klinikalarının 

birində 


həkimlik  fəaliyyətinə  baĢladı.  1989-cu  ilin  aprel 

ayında  isə  Azərbaycan  Həkimləri  TəkmilləĢdirmə 

insitutunun  onkoloji  cərahiyyə  kafedrasının  (fikir 

verin,  kardioloji  cərrah  onkoloji  cərrah  vəzifəsində 

!!!)  müdiri vəzifəsinə təyin olundu. Lakin bu vəzifə 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə