Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə95/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

 

 

424 



 

onun 


ürəyincə 

deyildi. 

Azərbaycanda 

kardiocərrahiyyənin    pioneri  baĢladığı  iĢi  davam 

etdirmək  niyyətində  idi.  Məhz  buna  görə  də  o, 

Azərbaycan  Sənaye  Tikinti  Nazirliyi  nəzdində 

«Mərhəmət»  müalicə  stasionarının  təĢkilinə 

baĢladı  və  1991-ci  ilin  iyulundan  bu  tibb 

müəssisəsinə  rəhbərlik  etdi.  Stasionarının  tibb 

heyəti 


gənclərdən 

təĢkil 


olunmuĢdu. 

Prof. 


H.Abdullayev  həkim  gənclərə  ürək  cərrahiyyəsinin 

sirlərini  öyrətmək  arzusundai  idi.  Lakin  o,  bu 

arzusuna tam  yetə bilmədi. Belə  ki, dustaq illəri öz 

iĢini  görmüĢdü  və  prof.  H.Abdullayev  görmə 

qabiliyyətini  demək  olar  ki,  itirmiĢdi.  Ġrəlidə  qeyd 

etdiyimiz  kimi  prof.  H.Abdullayev  gözəl  səhiyyə 

təĢkilatçısı  olmaqla  yanaĢı,  həm  də,  görkəmli 

ictimai  xadim  idi.  O,  Allahın  birliyinə  inananların 

Beynəlxalq  Cəmiyyətini  yaradaraq  onun  ilk 

prezidenti  oldu.  O,  bəĢəriyyətə  «bir  Allahımız  var, 

nədən  bir-birimizə  qarĢı  belə  amansızıq»  deyə 

müraciət  edərək  dünyada  bütün  insanları  birliyə 

çağrırdı.  Nahaq  qan  tökməməyə,  bir-birini  məhv 

etməməyə,  sülhə,  əminamanlığa  çağırırdı.  O, 

müxtəlif  səviyyəli  konfrans  və  quruytaylarda, 

seminar və simpoziumlarda çıxıĢ edərək  deyərdi ki, 

bizə  həyatı  verən  Allahdır  və  yalnız  onun  ixtiyari 

vardır  ki,  onu  bizdən  alsın.  Bizim  bir-birimizi 

həyatdan  məhrum  etməyə  haqqımız  yoxdur. 

Dillərimiz ayn olsa da, Allahımız birdirsə, deməli biz 




 

 

425 



 

bir  olmalıyıq.  Allahın  qarĢımıza  qoyduğu  tələblərə 

uyğun yaĢamalı, bir-birimizlə ünsiyyətdə  olmalıyıq. 

Prof.  H.Abdullayevin  qayğı  və  köməyi  Qarabağ 

döyüĢlərində ağır yaralı olan igid oğullarımızdan da yan 

ötməmiĢdir. O, bir qrup yaralını prezidenti olduğu 

cəmiyyətin  xətti  ilə  dünyanın  müxtəlif  müalicə 

ocaqlarına  Ģəxsən  özü  apararaq,  orada  müalicələrini 

təĢkil  etmiĢdir.  Xeyirxah  iĢləri  davam  etdirməyə  ömür 

vəfa  qılmadı  və  o,  11  sentyabr  1994-cü  ildə  Bakı 

Ģəhərində  vəfat  etdi.  Bu  sətirləri  yazarkən  əlimin 

altında  olan  18  oktyabr  1968-ci  il  tarixli  «Bakı» 

qəzetinə  bir  də  nəzər  salıram:  «Azərbaycan  Teleqraf 

agentliyi  xəbər verir: 

Dünən  axĢam  Respublika  xəstəxanasında  DöĢ 

qəfəsi  cərrahiyyəsi  və  anesteziologiyası  klinikasında 

Azərbaycan  tibb    tarixində    ilk  dəfə    olaraq  süni  

qan   dövranı  tətbiq  edilməklə insan ürəyində cərrahi 

əməliyyat aparmıĢdır. 

...  Əməliyyatın  gediĢində  xəstənin  ürəyini  və 

onun  funksiyasının  iyirmi  dəqiqə  müddətində  süni 

qan dövranı aparatı icra etmiĢdi. 

...Xəstə R.Polyakovanın bütün həyatı böyük 

xeyirxahlıqla  xatırlayacağı  insanlar  bunlardır:  qızın 

ürəyində  əməliyyatı  aparan  Azərbaycan  Həkimləri 

TəkmilləĢdirmə  Ġnstitutunun  rektoru,  döĢ  qəfəsi 

cərrahiyyəsi və anesteziologiyası kafedrasının  müdiri,

 

prof  H.Abdullayev... » 



Bax   beləcə,   prof. H. Abdullayev   Azərbaycan   

Tibb tarixinə qızıl səhifələri yazırdı... 




 

 

426 



 

 

 



 

 

 


 

 

427 



 

BİR ÜZÜYÜN SEHRİ 

Bizim  Boradigah  gözəl  elm  və  mədəniyyət 

xadimləri, qonaqpərvər və mehriban insanları, həm 

də  öz  bazarı  ilə  ölkəmizdə  hələ  qədimdən 

məĢhurdur. MüĢtərilərinin bir uçu Astaradan, o biri 

ucu  isə  Biləsuvardan  baĢlayan  bu bazar Lənkəranla 

Masallı  arasında  çox  əlveriĢli  coğrafi  mövqedə 

yerləĢən  Boradigah  cənub  bölgəsinin  sayılan 

iqtisadi-ticarət  mərkəzinə  çevirib.  Boradigah  eyni 

zamanda  məktəbi  ilə  də  ölkəmizdə  Ģöhrət 

tapmıĢdır.  Məktəb  məzunlarının  əksəriyyətinin 

hər  il  müxtəlif  ali  məktəblərə  daxil  olması  onun 

Ģöhrətini  xeyli  yüksəltmiĢdir.  Bu  iĢdə  Boradigah 

orta  məktəb  müəllimlərinin  fədakar  əməyini 

xüsusi qeyd etmək lazımdır. 

YaxĢı yadımdadır 50-ci illərin sonunda hələ mən 

Mollaoba  8  i l l i k   məktəbin  Ģagirdi  idim.  Boradigah 

orta məktəbində oxuyan bacımdan müəllimlərin bu 

məktəbə  təyinatla  iĢləməyə  yeni  gəldiklərini 

eĢitmiĢdim. Sona müəllimə, Qulamhüseyn müəllim, 

Lətifə  müəllimə,  Məryəm  müəllimə...  onların 

arasında Fatma müəllimə də var idi. Mən Mollaoba 

8 illik  məktəbini bitirdikdən sonra Boradigah orta 

məktəbində  9-çu  sinfə  qəbul  olundum  və  bizim 

sinif rəhbərimiz Fatma müəllimə oldu. 

Məktəb 


uĢaqlarının 

intizam 


məsələsinə 

Boradigah  bazarı  Ģübhəsiz  ki,  mənfi  təsirini 

göstərirdi.  Dərsdən  qaçan,  dərs  oxumayan, 

müəllimlərin  üzünə  ağ  olan  bəzi  Ģagirdlər  də 




 

 

428 



 

tapılırdı. Fatma müəllimənin üzünə ağ olan Ģagird 

yox idi. 

Fatma  müəllimə  tələbkar,  bir  qədər  zəhmli  və 

eyni  zamanda  həddən  artıq  zərif,  incəqəlbli  bir 

insandır.  Düzdür,  o  vaxt  biz  uĢaq  idik,  dərslərdə 

tətbiq  olunan  metodiki  üsul  və  vasitələrinin 

mahiyyətini  baĢa  düĢmürdük.  Lakin  onun  deyə 

bilərəm  ki,  Fatma  müəllimə  dərsi  elə  sinifdəcə 

öyrədirdi. 

Bu 

Fatma 


müəllimənin 

yenilikciliyindən  irəli  gəlirdi.  Lakin  yadımdadır 

ki, dərsi bilməyən Ģagirdin baĢına üzüyün qaĢıyla 

toxundurub  (vurmurdu,  toxundururdu)  deyirdi: 

«Niyə  bu  baĢı  iĢlətmirsən?  BaĢında  bilik   qəbul 

etməyə  imkan  var.  Bəs  bu  imkandan  niyə  istifadə 

etmirsən?»  Üzük  kimin  baĢına  toxunurdusa,  həmin 

Ģagird hökmən növbəti dəfə dərsə hazır gəlirdi. Ona 

görə  də  yarızarafat  yarıciddi  deyirdiik  «üzüyün 

sehrinə bax!»  

Fatma  müəllimə  Boradigah  məktəbinə  özüylə 

yenilik  gətirmiĢdi.  Bu  əsil  islahat  idi.  Gözlə 

görünməyən,  təbliğ  olunmayan,  ĢiĢirdilməyən  və 

bəh-bəhlə təriflənməyən yenilik. Bu islahatlar fizika 

fənnin  tədrisində,  Ģagird-müəllim,  müəllim-müəllim, 

müəllim-valideyn  münasibətlərində  özünü  təzahür 

etdirirdi.  Məhz  bu  səbəbdən  idi  ki,  Fatma  müəllimə  

Masallı  rayon  partiya  komitəsinin  katibi  vəzifəsi 

təklif olundu. Lakin Fatma müəllimə o dövr üçün çox 

böyük  və  nüfuzu    olan  v ə z i fə   karyerasını,  sevdiyi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə