Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   93   94   95   96   97   98   99   100   101

 

 

429 



 

fizika  elminə,  sevimli  Ģagirdlərinə  və  istəkli  müəllim 

kollektivinə qurban verərək, bu vəzifədən imtina etdi.  

Mənə  tez-tez  mühəndis  olmağı  tövsiyə  edirdi. 

Taleyin  qismətidimi  deyim,  Fatma  müəllimənin 

fizikanın mənə dərindən sevdirdiyinimi deyim, gəlib 

fizik  oldum.  Fatma  müəllimə  fizikanı  təkcə  tədris 

etmirdi, onu həm də təbliğ edirdi. Bu təbliğat fizika 

dərnəklərində,  fizika  gecələrində,  müxtəlif  bayram 

Ģənliklərində, disput və viktorinaların keçirilməsində 

özünü  xüsusilə  göstərirdi.  TalıĢ  bölgəsinə  Fatma 

müəllimə gənc bir mütəxəssis kimi gəldi. Sonra oranın 

gəlini, daha sonra isə üç övladın anası oldu. 

Mən  rayona  gedəndə  tez-tez  Boradigah  orta 

məktəbinə  baĢ  çəkirəm.  Fatma  müəllimənin  o 

məktəbi  çoxdan  tərk  etməsinə  baxmayaraq  fizika 

kabinəsində onun nəfəsi duyulur. 

...Yenə  məktəbdəyəm.  Fizika  kabinəsinə  daxil 

oluram.  Partalardan  birinin  arxasına  keçib 

otururam.  Gözlərimin  önünə bir-bir müəllimlərim 

gəlir.  Onlar  həyata  qədəm  qoymağa  hazırlaĢan 

yeniyetmələrin,  mənim  yaĢıdlarımın  və  mənim  

yol  göstərən  ulduzlarımızdır.  Bu  ulduzların 

arasında  ən    parlağı  isə  Ģübhəsiz  ki,  Fatma 

müəllimədir.  Xəyalən  onu  dinləyirəm 

və 


ürəyimdən  süzülən  misralar  partanın  üstündəki 

ağ vərəqdə mənəvi cizgilər yaradır: 

 

Qollarıma qüvvət, gözlərimə nur, 



ĠĢıqsan ömrümə, günümə mənim. 


 

 

430 



 

Sən mənə vermisən cəsarət qürur, 

Ən çətin anımda oldun həmdəmim. 

 

 



Bəzən incitmiĢəm mən səni yersiz, 

Yadıma düĢəndə basır məni tər! 

Bir körpə uĢaqkən ağızsız, dilsiz 

Sən mənə bəxĢ etdin dünyada nələr... 

 

Ötüb o vaxtlardan fəsillər, illər 



Fərqi nə aliməm, yoxsa fəhləyəm. 

Ömrün  bağçasında bitirdin güllər, 

Alnında qırıĢlar, -sənə hədiyyəm. 

 

GörüĢə bilsəydim körpəliyimlə 



Bilsən necə onu yamanlayardım... 

Zaman ötüĢsəydi öz istəyimlə, 

Onu səndən ötrü mən saxlayardım. 

 

...Saçını ağarmıĢ gördüm, müəllim! 



Gör necə bürüdü qəlbimi dərd, qəm?! 

Tellərin qaraydı, axı bilmir kim 

Onu ağ buluda mən çevirmiĢəm... 

 

 



ġ. Ağayev. “Nur çeĢməsi”. Bakı, 2002   

 

 



 

 


 

 

431 



 

 

 

DƏRDDƏN SÜZÜLƏN MİSRALAR 

 

 



Atalar  “ölüm  gözlə  qaĢ  arasındadır”  desələr  də 

qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhĢətli 

olur.  Firudin  müəllimin  ailəsində  baĢ  verən  agır  itki 

bizim hamımızı─onun yaxınlarını, dostlarını, qohum-

larını  sarsıtdı.  O,  özünün  sevimli  balasını,  38  yaĢlı 

həkim  qızını  qəza  nəticəsində  itirdi.  ZəhmətkeĢ  bir 

insan,  gözəl  müəllim,  müdrik  ağsaqqalın  Göyçə  dər-

dinin üstünə böyük  bir dərd də gəldi. Göyçə dərdin-

dən,  doğma  yurd  nisgilindən  yazan  Firudin  müəllim 

yenidən  qələmə  sarılaraq  vərəqlərə  köçürməyə 

baĢladı.  QarĢımda  olan  bu  kitabın  ərsəyə  gəlməsinin 

səbəbi  də  elə  budur.  Kitabın  əlyazmasını  oxuyanda 

məni  dəhĢət  bürüdü.  Bu  kitab  dogrudan  da  özünün 

ahıl  yaĢlarını  yaĢayan,  bircə  qız  övladını  qəfildən 

itirən  atanın  fəryadı,  harayıdır.  Ədəbiyyatımızda 

dünyasını  dəyiĢən  yaxınlarına  Ģeirlər,  əsərlər    həsr 

edən sənətkarlarımız olub. Firudin müəllim də öz ürək 

yanğısını söndürmək, toxtaqlıq tapmaq, bu dərdini də 

yaxınları  ilə  bölüĢmək  üçün  qələmə  sarılmıĢ, 

poeziyaya  müraciət  etmiĢdir.  Məhz  buna  görə  də    o, 

“kağızlara  köçürürəm  dərdimi,  için-için  ağlayıram, 

neynəyim”-  deyir.  Dərdini  bölüĢəndə  azalır,  sevinci 

bölüĢəndə isə artır. 

Firudin  müəllim  mərhum  qızına  “diĢinlə 

dırnağınla  yurd-yuva  düzəltmiĢdin,  mənim  Kəmalə 



 

 

432 



 

qızım, ay mənim nakam balam” deyib ah- nalə çəkir. 

Daha  sonra  isə  dərdin  əlində  əsir  olan  ata  necə  de-

yərlər əlini hər yerə atır və sonda övladının qəfil ölü-

mündə  özünü  müqəssir  sayır  və  “balamı  odlara  atan 

mənəmmiĢ” deyir. 

 

Yazılan Ģeirlər də çox təsirli məqamlar var: 



 

                           Dedim sən ağla məni 

                           Qısa et məsafəni; 

                           Məndən alıb kəfəni 

                           Balam tərk etdi məni... 

 

 



Həyat  davam  edir  Firudin  müəllim.  Sən  mər-

hum qızına müraciət edib “Sənin əvəzini mən hardan 

tapım”  deyə  soruĢursan.  Bu  itki  çox  ağır  olsa  da,  bu 

faciənin az da olsa təsəllisi Nəcəf var, Orxan var!  Bu 

nəvələrdən  Kəmalə  qızının  qoxusunu  alacaqsan.  Bu-

nun üçün səbrli olmaq, özünü qorumaq, həmin nəvə-

lərin  xatirinə  yaĢamaq  lazımdır.  Allah  da  səbr  edəni 

özünə dost tutur. 

 

Deyirlər ki, ilham pərisi əsasən iki halda qəmli-



kədərli və sevincli-nəĢəli halda qələm sahibinə qonaq 

olur.  Firudin  müəllimin  Ģeirlərini oxuduqca, buna bir 

daha əmin olursan. Onun son zamanlar yazdığı Ģeirlər 

məhz  ailəsində  baĢ  verən  faciə  ilə  bağlıdır.  Yeganə 

qızını  itirən  Firudin  müəllim  özünün  dünya  boyda 

dərd-qəmini  nəzmə  çəkərək  haray  salır,  fəryad 

qoparır.  Halal  müəllim  çörəyi  ilə  boya-baĢa  yetirdiyi 

Kəmalə balasının faciəli ölümü onu yandırır və həmin 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə