|
ÜZÜM, ŞİRƏ VƏ ŞƏrabin mikroflorasi
|
səhifə | 2/6 | tarix | 04.10.2023 | ölçüsü | 37,77 Kb. | | #125292 |
| ŞəRAB MÜHAZİRƏSitoplazmatik membran, stoplazmanın xarici səthindən yaranır və protoplalazmanı əhatə edir. Mikroorqanizm hüceyrəsində sitoplazmatik membran əsasən 4 funksiya yerinə yetirir: Osmotik təbəqə kimi təsir edir; məhluldan hüceyrəyə qida maddələrinin və əksinə, mübadilə məhsullarının keçməsini tənzim edir; özünü bəzi fermentlərin və orqanoidlərin (ribosomların) daşıyıcısı kimi göstərir.
Sitoplazma-maya hüceyrəsinin bütün əsas elementlərini, mitoxondrii, ribosomlar və başqa ehtiyat maddələrini özündə birləşdirir. Elektron mikroskopu və biokimyəvi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, sitoplazma özünü zülallardan, karbohidratlardan, lipidlərdən, mineral maddələrdən, sudan və bir sıra başqa maddələrdən ibarət kolloid sistem kimi göstərir.
Mitoxondri, maya hüceyrəsinin xırda, yüksək səviyyədə ixtisaslaşmış və vacib orqanoididir. Adi halda onlar qılafla vakuollar arasında yerləşir. Onların sayı hüceyrədə 1-50 arasında dəyişir. Əgər hüceyrədə cəmi bir mitoxondri olarsa belə, o, hüceyrə həcminin 20%-dən çoxunu təşkil edir. Maya mitoxondrisi əsasən lipidlərdən (30%-ə yaxın) və zülallardan (65-70%) ibarətdir (mitoxondrinin quru kütləsinə görə). Maya mitoxondrisi əsas enerji funksiyasını yerinə yetirən fermentlərə malikdir. Mitoxondrii DNT (Dezoksiribonuklein turşusu) və RNT-yə (Ribonuklein turşusu) malikdir ki, bunlar vacib həyat prosesləri yerinə yetirirlər.
Vakuollar - maya hüceyrəsinin vacib orqanoididir. Suda həll olan elektrolitlərdən başqa, vakuollarda, kolloid halında zülallar, yağlar, karbohidratlar və fermentlər yerləşir. Vakuollarda Na, K, Ca, Md,Cl, SO4 və PO4 ionları ayrı-ayrı elementlər və duzlar şəklində tapılır. Vakuolaların forma və ölçüsü maya hüceyrəsində əhəmiyyətli dərəcədə dəyişir. Maya hüceyrəsində bir, yaxud bir neçə vakuol ola bilər. Vakuollarda fəal oksidləşmə-reduksiya prosesləri gedir.
Holci apparatı. Belə hesab olunur ki, hüceyrədə onun funksiyası fizioloji proseslərin ümumi gedişini idarə etməkdir.
Nüvə. Maya hüceyrəsinin daimi quruluş elementidir. Nüvə-qılafa, nüvəciyə və karioplazmaya malikdir. Maya hüceyrəsinin nüvəsi 2 mkm diametrə, şar, yaxud ellepsvari formaya malik olur. Hüceyrədə onun yeri hüceyrənin həyat fəaliyyəti prosesində dəyişə bilir. Nüvənin əsas kimyəvi birləşməsi DNT-dir. DNT-ilə nəsildən-nəsilə genetik materiallar ötürülür. Nüvədə DNT-ə nisbətən az miqdarda RNT də tapılır. Nüvə həmçinin nuklein turşuları ilə əlaqədar olmayan zülallara da malikdir. Hüceyrə çoxalarkən nüvədə DNT-yə malik xromosomlara rast gəlinir.
Dostları ilə paylaş: |
|
|