Ümumi Regional landşaftşünaslıq


) Landşaft planlaşdırılması –



Yüklə 125,42 Kb.
səhifə3/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   2   3   4   5   6   7   8   9   ...   33
mumi Regional land aft nasl q

7) Landşaft planlaşdırılması – landşaftşünaslığın ən gənc XX əsrin sonları və XXI əsrdə formalaşdırılmış sahələridir. Bu elm sahəsi dövlət proqramına müvafiq olaraq müəyyən zəruri tədqiqat işlərini yerinə yetirir. İlk dəfə landşaftşunaslıq elmi kimi landşaft planlaşdırılması da Almaniyada meydana gəlmiş, hələ XX əsrin 2 yarısından etibarən bu səpkidə elmi işlər aparılmışdır. Daha sonralar bu elm Qərbi və Şərqi Avropa ölkələrində, Rusiyada və nəhayət Azərbaycanda inkişaf etməyə başlamışdır.
Landşaft planlaşdırılması tədqiqatları bir neçə mərhələdə həyata keçirilir.
Landşaft proqramının hazırlanması. Bu proqram ölkələrin sosial-iqtisadi inkişafından irəli gəlir və dövlətin mühüm inkişaf xəttinin tələblərinə uyğun olaraq iqtisadi-sosial obyektlərin tikilməsi, köçürülməsi və s. məqsədlər üçün landşaft tədqiqatları aparılır.
Landşaft planının hazırlanması. Bu tədqiqat nəticəsində müəyyən bir regionun yaşayış məntəqəsinin və yaxud kiçik ərazinin təbii və antropogen landşaftların ümumi fonunda landşaft tədqiqatları aparılır. Bu zaman sahibkarlarla, təsərrüfatı idarə edən, planlaşdıran məsul şəxslərlə razılşdıqdan sonra landşaft proqramına müvafiq xüsusi materiallar toplanılır, təbii landşaftların xüsusiyyətləri, gələcək təsərrüfat sahələri təhlil edilir. Bu təchizatı, infrastrukturlar, yaşıllaşdırma işləri və yerli sakinlərlərazılaşdırılır. Landşaftın inkişaf və proqnozunu əks etdirən materiallar tədqiqata qatılır.
Çərçivə planının hazırlanması. Başlıca olaraq landşaftın funksiyasını müəyyən etməyə yönəlir. Bu zaman sosial iqtisadi proqrama uyğun şəkildə landşaftın yeni funksiyaları müəyyənləşdirilir, mövcud funksiyalarə isə təkmilləşdirilir. Bu mərhələnin əsas məqsədi əhalinin, fərdi təsərrüfatçıların, müəssisə rəhbərlərinin müəyyən şəhər və kənddə yaşayan sakinlərin tələblərini ödəyə bilən təbii antropogen komplekslərinin yaradılmasıdır. Çərçivə planı ünsürlərinə aşağıdakılar aiddir:
1) Yaşayış məntəqələrində, obyektlərdə və yaxud planı alınan digər ərazilərdə əhalinin normal yaşayışını, sağlamlığını təmin etmək üçün zəruri şəraitin yaradılması, çirkləndirici mənbələrin zərərsizləşdirilməsi, çirkli rayonların, komplekslərin təmizlənməsi.
2) Ərazinin, infrasrtukturların, o cümlədən kommunikasiya sistemlərinin yenidən qurulması müasir landşaftla uzlaşdırılması zəruri obyektlərin, köməkçi vasitələrin yaradılması, öz funksiyasını itirmiş və yaxud da köhnəlmiş infrastrukturların yeniləşdirilməsi xüsusilə əsas yolların, daxili yolların, su, qaz və digər kəmərlərin, kanalizasiya sistemlərinin düzgün normativlərə müvafiq yeniləşdirilməsi.
3) Landşaft planlaşdırılmasının ən mühüm aspekti yaşıllaşdırma işlərinin yerinə yetirilməsi. Mövcud standartlara malik yaşayış sahələrinin əhatə etdiyi əraziyə uyğun olaraq yaşıllıqların müəyyən edilməsi (xüsusilə yolətrafı meşə park, qazon və s).

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə