Ümumi Regional landşaftşünaslıq


Landşaftşünaslıq elminin sahələri



Yüklə 125,42 Kb.
səhifə2/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   2   3   4   5   6   7   8   9   ...   33
mumi Regional land aft nasl q

Landşaftşünaslıq elminin sahələri
Landşaftşünaslıq elminin dəqiq tədqiqatlarla məşğul olan sahələrinə landşaftın geokimyası, landşaftın geofizikası, antropogen landşaftşünaslıq, meliorativ landşaftşünaslıq, mühəndis landşaftşünaslığı, tibbi landşaftşünaslıq,landşaft planlaşdırılması və s. aiddir.
1) Landşaftın geokimyası– landşaft daxilində maddələrin və kimyəvi elementlərin miqrasiyasını tədqiq edir və bu prosesin landşaftın konkret məkan hüdudlarında differensiasiyasına təsirini öyrənir.
2) Landşaftın geofizikası-fizika elminin metodları və nəzəri bilikləri əsasında landşaftda baş verən dinamizmi, landşaftların fəaliyyətini, xüsusilə funksional xüsusiyyətlərini, maddə və enerjinin mübadiləsini və bütün bu proseslərin landşaftlara təsirini tədqiq edir.
3) Antropogen landşaftşünaslıq-təbii landşaftların insanların təsiri altında dəyişilməsini, landşaftların mənimsənilməsini, antropogenləşmə dərəcəsini, təbii landşaftların insanlar tərəfindən tənzimlənməsini və idarə edilməsini tədqiq edir.
4) Meliorativ landşaftşünaslıq-təbii ərazi komplekslərinin meliorasiyasını yəni kompleks yaxşılaşdırılmasını, məhsuldarlığın artırılmasını öyrənir. Bu bölmə suvarmanın, qurutmanın, su təchizatının, torpaqların şor duzlardan yuyulmasının, fito və kimyəvi meliorasiyalar vasitəsilə landşaftın əsaslı yaxşılaşdırılmasını da tədqiq edir.
5) Mühəndis landşaftşünaslığı-müəyyən tikintilərin, mühəndisi işlərin (yol, kanal, kollektor, körpü, su qovşağı, su anbarı, kəmər və s.) şəhər salma, yaşıllaşdırma, mülki və hərbi obyektlərin tikintisi və s. tədbirlərin yerinə yetirilməsi ilə bağlı xüsusi landşaft tədqiqatlarını əhatə edir. Göstərilən obyektlərin tikiləcəyi məkanda və onun nüfuz edəcəyi, təsir göstərəcəyi ətraf sahələrdə landşaft vahidləri əsaslı şəkildə öyrənilir. Həmin landşaftlarla tikiləcək müəssisələrin uzlaşdırılması (harmoniyası) dəqiq müəyyən edilir. Bu elm sahəsi landşaftların tətbiqi sahəsinə aiddir.
6) Tibbi landşaftşünaslıq landşaftşünaslığın daha gənc sahələrindən biridir. Bu elm sahəsi XX əsrin sonunda ekoloji gərginliyin artması ilə yaranıb. İnsanların sağlamlığını qorumaq üçün təbii mühiti, mühiti çirkləndirən amilləri, xəstəlik daşıyıcılarını, onları yaradan ocaqları, atmosferdə, torpaqda, bütövlükdə biosferdə ekoloji tarazlığın pozulması ilə bağlı əmələ gələn neqativ hadisələri tədqiq edir. Ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığını qorumaq üçün elmi tövsiyyələr hazırlayır.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə