Ümumi Regional landşaftşünaslıq


Landşaftşünaslığın tədqiqat metodları



Yüklə 125,42 Kb.
səhifə4/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   2   3   4   5   6   7   8   9   ...   33
mumi Regional land aft nasl q

Landşaftşünaslığın tədqiqat metodları
Landşaftşünaslığın tədqiqat üsulları 2 hissəyə ayrılır. Müasir və ənənəvi. Ənənəvi tədqiqatlara marşrut, sahəvi, yarımsahəvi və stasionar, kartoqrafik məlumatların təhlili, xəritə materiallarının müqayisə üsulu, sistemli tədqiqat, kompleks fiziki-coğrafi tədqiqatlar, paleoindiqasiya, o cümlədən fitoindiqasiya, zooindiqasiya və s. daxildir.
1) Müasir tədqiqat üsulları
Bunlara aerokosmik şəkillərin deşifrələnməsi (oxunması) riyazi-statistik, kompüter texnologiyası ilə proqramların tərtib edilməsi Coğrafi informasiya sistemlərinin (GİS) təhlili, riyazi modelləşdirmə, landşaft tədqiqatlarına tətbiq edilməsi və s. daxildir.
I. Aerokosmik şəkillərin deşifrələnməsi metodu – Bu üsulla landşaft tədqiqatçıları hələ XX əsrin 60-70-ci illərindən başlamışdır. Lakin kosmik şəkillərdən alınan informasiyaların təhlili əsasında müasir landşaft xəritələrinin tərtib edilməsi XX əsrin sonları və XXI əsrin ilk illərinə aiddir. Kosmik tədqiqatlardan əldə edilən müxtəlif miqyaslı həm rəngli, həm də ağ-qara şəkillər vasitəsi ilə yer kürəsinin müasir landşaftları, onun dinamikası, kəmiyyət və keyfiyyət göstəriciləri təhlil edilir. Müxtəlif dövrlərə aid olan şəkillərin təhlili nəticəsində landşaftın çoxillik dinamikası öyrənilir. Kosmik tədqiqatların ən böyük üstünlüyü tədqiqatın dəqiqliyi, operativliyi (çevikliyi) az vəsait sərf etməklə daha çox işin yerinə yetirilməsi, əmək resurslarına qənaət daha iri ərazilərin tədqiq edilmə imkanları və s.Kosmik şəkillər əsasında landşaft xəritəsinin tərtib edilməsi 1 neçə mərhələdə yerinə yetirilir.
Kosmik şəkillərin ilkin deşifrələnməsi. Bu proses sadə, linzalı streyskopla və yaxud da kompyuter texnologiyasına əsaslanan daha təkmil avadanlıqlarla (interepskopla) aparılır. Bu zaman mütəxəssis tərəfindən landşaft xəritəsinin ilkin variantı hazırlanır.
Tərtib edilmiş xəritənin monitorinq üsulu ilə (xüsusi seçilmiş meydançalarda) yoxlanılması. Tətqiqatçı bir neçə tipik meydançalarda monitorinq üsulu ilə tərtib etdiyi xəritəni və onun məlumatlarını tutuşduraraq aparılan tədqiqat işlərini dəqiqləşdirir.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə