Ümumi Regional landşaftşünaslıq



Yüklə 125,42 Kb.
səhifə16/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
mumi Regional land aft nasl q

5. SÜNİ MEŞƏ KOMPLEKSLƏRİ – Bu tip antropogen landşaftlara meşə parklar, rekreasiya meşələri, tarlaqoruyucu meşə zolaqları, insanlar tərəfindən salınmış süni meşələr, bərpa olunmuş meşələr və s. daxildir.
Şəhər landşaftlarının sürətli artımı həm əhalinin sayının sürətli artması ilə, həm də şəhərləşmə ilə bağlı yeni ərazilərin zəbt dilməsi ilə bağlıdır. Şəhərlərin sürətli genişlənməsi Şərqi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Amerika,Meksika, Cənubi Avropa, Şimali Afrika və s. urbanizasiya prosesinin sürətlə baş verdiyi ərazilərə daha xasdır.


Dünyanın ekoloji problemləri, onların qruplaşdırılması
Bəşər cəmiyyəti yaranan vaxtdan landşaftların mənimsənilməsi və istifadəsi ilə bağlı problemlər yaranmışdır. İnsan cəmiyyəti inkişaf etdikcə, insanların landşafta təsiri dərinləşdikcə problemlər də artır, çox aspektli landşaftların müvazinətini və tarazlığını pozan çox aspektli problemlər əmələ gəlir. Ona görə də, dünya landşaftlarının problemləri çoxəsrlik tarixə malik olması ilə yanaşı, çox sahəli olması ilə də fərqlənir.
Qlobal fiziki-coğrafi (landşaft) problemlər
Yer kürəsində mövcud olan bütün problemləri landşaft xüsusiyyətinə müvafiq olaraq 2 qrupa ayırmaq olar.
1. Təbii landşaftların tarazlığının pozulması ilə bağlı problemlər
2. Landşaftların çirklənməsi ilə bağlı olan problemlər
Bu problemlərin hər iki aspekti bir-birilə sıx bağlıdır. Onların meydana gəlməsi insanların təsərrüfat təsirinin intensivliyindən bilavasitə asılıdır. Landşaftların çirklənməsi ilə bağlı problemlər aşağıdakılardır:
1. Fiziki (mexaniki) çirklənmə
2. Kimyəvi çirklənmə
3. Səs və ultrasəs çirklənmə
4. Bioloji çirklənmə
5. Radioaktiv çirklənmə
Çirklənmə landşaftın kənar və yad maddələrlə, ünsürlərlə yararsız hala salınması, üzvi və bioloji potensialın itirilməsi, hidrogeoloji və geoloji ünsürlərin yararsız hala salınması, bioloji potensialın minimum həddə qədər azaldılmasıdır.
Ekoloji problemlər çoxsahəli olduğuna görə, onları aşağıdakı qruplara ayırırlar.
1. Landşaftın bir neçə komponentləri ilə bağlı olan problemlər (suların, torpaq örtüyünün, atmosferin, litosferin və s. mühafizəsi ilə bağlı olan problemlər)
2. Landşaftın yalnız üzvi komponentləri ilə bağlı olan problemlər (meşələrin, səhraların, çöllərin və s. problemi)
3. Landşaftın əsaslı şəkildə dəyişilməsi ilə bağlı yaranan problemlər (səhralaşma, deqradasiya, bataqlıqlaşma və s.)
Yer kürəsində təbii komplekslərin müxtəlif dərəcədə dəyişilməsinə, çirklənməsinə və tarazlı inkişafının pozulmasına əsasən landşaftları müxtəlif situasiya dərəcəsi vəziyyətinə görə aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Təbii vəziyyət – ekoloji situasiyanın bu vəziyyətdə təbii landşaft özünəməxsus struktur formalarını, dinamizmini, təbii bərpasını, funksional xüsusiyyətlərini tamamilə saxlayır.
2. Müvazinət vəziyyəti – bu vəziyyətə daxil olan landşaftların müəyyən komponent və ünsürləri dəyişsələr də təbii komplekslər tarazlıq vəziyyətini və bərpasını saxlayır.
3. Böhran vəziyyəti – bu vəziyyətdə təbii landşaflar antropogen komplekslərlə əvəz edilir. Landşaftın üzvi aləmi dəyişilir. Məzmunca yeni ünsür və komponentlərlə əvəz edilir. Bütövlükdə insanlar tərəfindən istifadə edilir. Landşaftın strukturu tamamilə dəyişir. Ona görə də, bu komplekslərin ekoloji situasiya həddi böhran vəziyyəti alır. Yəni antropogen yüklərin müəyyən ağırlığı onların inkişafını tamamilə dəyişdirir.
4. Faciəvi vəziyyət – landşaftın bu halı təbii komplekslərin əvvəlki vəziyyətə qayıda bilməməsi ilə səciyyələnir. Yəni ekoloji gərginliyin yüksək səviyyəsi təbii komplekslərin tarazlı inkişafını tamamilə pozur. Landşaft ünsürləri və kompleksləri arasında əlaqə tamamilə itir. Nəticədə kəskin ekoloji gərginlik yaradır. Bu komplekslər özlərini bərpa edə bilmir.
5. Kollaraps vəziyyət – ekoloji gərginliyin ən yüksək həddidir. Bu vəziyyətdə təbii komplekslər əbədi olaraq məhsuldarlığını itirir, özlərini bərpa edə bilmir. Belə komplekslər “ölü landşaftlar” adlanır. Bu komplekslər bərpa edildikdə də, tamamilə yeni landşafta çevrilir. İlkin təbii landşaftları bərpa etmək mümkün olmur. Məs: dağ-mədən sənayesi ilə pozulmuş landşaftlar “ay landşaftları” adlanır.
Ekoloji siayasət
Təbii landşaftların mühafizəsi, ekoloji gərginliyin azaldılması, tarazlı inkişafın yaradılması məqsədi ilə dövlətin yürütdüyü siyasətdir. Ekoloji siyasət dövlət proqramlarında regionların sosial-iqtisadi inkişafı plan və proqramlarında və s. öz əksini tapır. Ekoloji siyasət sayəsində hər bir ölkə özünün milli proqramlarını hazırlayır, beynəlxalq layihələrə qoşulur, plan və öhdəliklər götürür.
Ekoloji coğrafiya – dünyanın ekoloji problemlərini öyrənən elm sahəsidir. Onun əsas problemlərindən biri landşaftın mühafizəsidir.
Qlobal ekoloji problemlər və onun həllində fiziki coğrafiyanın və landşaftşünaslığın rolu.
Bəşəriyyətin qlobal-ekoloji probleminə aşağıdakılar aiddir:
1. Meşələrin qırılması, meşəsizləşmə ilə mübarizə
2. Səhralaşma, ona qarşı mübarizə
3. Şorlaşma, ona qarşı mübarizə
4. Bataqlaşma, ona qarşı mübarizə
5. Yararlı torpaqların azalması, torpaq resurslarının mühafizəsi
6. Otlaq və biçənəklərin deqredasiyası
7. Qlobal istiləşmə və onun fəsadları, istixana effekti
8. Buzlaqların əriməsi və qar xəttinin dəyişməsi
9. Biosferin (landşaftın) çirklənməsi, onun mühafizəsi
10. Daxili su obyeklərindən və dünya okeanından istifadə, onun mühafizəsi

Landşaft çirkləndiriciləri bütün komplekslərdə və komponentlərdə yayılıb. Bu sahədə fiziki (mexaniki), kimyəvi, üzvi (bioloji) və radioaktiv mənbələrin rolu böyükdür.


Mexaniki yolla landşaftlara yad ünsürlər, bərk, maye şəklində tullantılar atılır. Mexaniki çirklənmənin ən iri regionları dağ mədən kompleksləri və onların ətrafında yerləşən landşaftlar, neftin çıxarılması və nəqli ilə bağlı subakval landşaftlar, neft mədənləri və onların ətrafındakı təbii komplekslər və s. çirklənib yararsız hala düşən ərazilər aiddir. Belə çirklənmiş ərazilər milyonlarla hektar əraziləri tutur. Məsələn: Abşeron yarımadasında 45 min ha torpaq sənaye tullantıları ilə yararsız hala salınmış, İran körfəzində yararsız hala düşmüş landşaftların ərazisi 500 min ha-dan çoxdur. Onun 200 min hektarı İranın payına düşür. Volqaboyu, Sibir, Texas, Meksika körfəzi, Şimali Afrika və Qvineya körfəzi sahilində neftlə çirklənmiş ərazilər 100 min hektarlarla sahəni tutur.
Mexaniki çirklənən landşaftlara Al, Cu (mis), civə, qurğuşun, Fe və s. ağır və əlvan metalların çıxarıldığı mədənlər də daxildir. Texnogen pozulmuş tullantıların yaratdığı mikroqalxmalarla, terrikonlarla fərqlənən bəzi hallarda “ay landşaftları” adlandırılan pozulmuş dağ-mədən kompleksləri Ural, Karaqanda, Donbas, Krivoy-Roq, Kuzbas, Appalaç, Midlend, Uelsdə geniş ərazilər tutur. Elzas və Lotaringiya, Yuxarı Sileziya qədim sənaye obyektləri və tullantılardan yaranmış, pozulmuş texnogen landşaftlar ilə fərqlənir. Bu landşaftlar əsaslı rekultivasiya işləri tələb edir.
Kimyəvi üsulla çirklənmiş landşaftların yayıldığı ərazilər əsasən yuxarıda qeyd olunan çirklənmiş landşaftların areallarına müvafiq gəlir. Kimyəvi çirkləndirici mənbələrə duzlar, karbohidrogenlər, pesdisidlər, herbisidlər, gübrələr, atmosferə atılan metan, karbon, daxili yanma mühərriklərindən atılan digər qazlar daxildir. Kimyəvi çirkləndiricilər landşaftlara mənfi təsir göstərir, onu yararsız hala salır, nəticədə atmosferin, biosferin, qurunt sularının, torpaq suyunun ekoloji vəziyyətinə qədər çirklənməsinə səbəb olur, turşu yağışları yaranır.
Bioloji üsulla landşaftların çirklənməsi
Bioloji üsulla landşaftların çirklənməsi meşə, meşə-çəmən, çöl, landşaftlarında özünü biruzə verir. Bu qrup çirkləndiricilərə həşəratlar, üzvi yolla çoxalan canlılar, göbələklər, viruslar, bakteriyalar, xəstəlik daşıyıcıları, və s. aiddir.
Yer kürəsinin qlobal ekoloji problemləri içərisndə bioloji çirklənmənin daha parlaq nəzərə çarpması, suvarmanın sürətlə artması, urbanizasiyalaşmış ərazilərin çoxalması və s. proseslər səbəb olur. Bioloji çirklənmə tropik enliklərdə daha sürətlə artır. Xüsusilə tropik meşə landşaftlarında parazit həyat tərzi keçirən sarmaşıqlar, epifitlər (bitki üzərində inkişaf edən canlı), həşəratlar sürətlə çoxalır və landşaftlara, meşələrə ziyan vurur. Bitkilərin yarpağı, pöhrələri, kökü ilə qidalanan həşəratlar, böcəklər (kolorada böcəyi, holland böcəyi) qısa müddətdə 1000 hektarlarla meşə sahəsini məhv edirlər. Ziyanverici həşəratlar və alaq otları kənd təsərrüfatı bitkilərinə də ciddi təsir göstərir. Mülayim qurşaqda qışın sərt keçməsi belə ziyanverici həşəratların azalmasına səbəb olur. Həşəratlar, qurdlar, ən dəhşətlisi yaşıl ipəkqurdu, subtropik və tropik qurşaqlarda meşələrin məhv edilməsində əsaslı rol oynayır.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə landşaftların bütün komponentlərinə qısa müddətdə ciddi təsir göstərir. Onun ekoloji tarazlığını pozur, landşaftların fəaliyyətini əsaslı şəkildə ləngidir, üzvi potensialı azaldır. Radioaktiv çirklənmədən sonra landşaftlar daxilində maddə və enerji dövranı pozulur. Qrunt suları, torpaq-bitki örtüyü, heyvanlar radioaktiv elementlərlə kəskin çirklənir və sürətlə çirklənmə arealı genişlənir. 1986-cı ildə Çernobıl AES-ni qəzadan sonra 124 min km2 ərazidə ( eni 400 km, uzunluğu 500 km-dən çox) “ölü landşaft” yaranmışdır. Bu ərazinin biopotensialı, landşaftları, onun ünsürləri ciddi zədələmiş və bu günə qədər həmin acı və ağır təsirləri saxlayırlar. Xirosima və Naqasaki adalarına ABŞ-ın atdığı atom bombalarından sonra bu şəhərlərdə həm antropogen landşaftlar, həm də təbii komplekslər ciddi radioaktiv zədələnmiş və çirklənmişdir. Bu günə qədər həmin ərazilərin təbii libası bərpa olunmamışdır. 2011-ci ildə zəlzələ nəticəsində Yaponiyanın Fukuşima-1 AES-indəki qəzadan sonra radioaktiv sızma Çernobıl qəzası həddinə çatmışdır (7-ci dərəcə). Radiasiya nəticəsində təkcə şəhər deyil, onun atmosferi, su obyektləri, ətraf mühit, torpaq şüalanma nəticəsində tamamilə insan həyatı üçün təhlükəli həddə çatmışdır. Fukuşima dünyanın ən güclü AES-lərindən (8-ci) biridir. Radioaktiv sızma nəticəsində dəniz sahili 500 km ərazidə “ölü zona” yaranmışdır.



Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə