Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


Fayl-server arxitekturası



Yüklə 0,63 Mb.
səhifə16/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

Fayl-server arxitekturası
Fayl-server arxitekturası adətən lokal şəbəkədə reallaşdırılır və 2 səviyyəyə malik olur: fayl-server səviyyəsi və kliyent səviyyəsi. Burada PS və PL dialoq komponentləri kliyent səviyyəsində birlikdə yerinə yetirilir və bununla da qrafiki interfeysin qurulması asanlaşır. Fayl-server yalnız fayllardan verilənləri seçib çıxarır (DL, DS) və kliyentlərə ötürür, kliyentlər isə verilənləri emal edib (BL), istifadəçilərə çatdırırlar (PS və PL).
Fayl-server arxitekturalı IS- i iki üsulla qurmaq olar: 1)yalnız bir maşında işləyə bilən lokal (şəbəkəsiz) VBİS-dən istifadə etməklə və 2) lokal şəbəkədə işləyən VBİS-dən istifadə etməklə.
Lokal VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemi şəkil 1-də göstərilmişdir.

Lokal VBİS-in proqramları və onun istifadə etdiyi verilənlər həm serverin kompüterində (SK), həm də kliyentin kompüterində (KK) saxlana bilər.
Kliyentin kompüterində saxlanan və lokal verilənlərlə işləyən VBİS-in işə salınması və fəaliyyəti onun fərdi kompüterdəki adi iş rejimindən fərqlənmir.
Əgər istifadə olunan verilənlər SK- da saxlanırsa, şəbəkə əməliyyat sisteminin fayl sistemi lazımi faylı SK-dan KK-ya yükləyir. Qeyd edək ki, lokal VBİS-lərin heç də hamısı problemsiz istənilən əməliyyat sistemi mühitində işləyə bilir.
Əgər lokal VBİS şəbəkənin bir neçə istifadəçisi tərəfindən istifadə olunursa, onun proqramlarını, həmçinin verilənlər bazasını və ya onun bir hissəsini disk yaddaşına qənaət etmək məqsədilə serverin kompüterində saxlamaq səmərəlidir. Serverin kompüterində saxlanan VB-yə mərkəzi VB (MVB), kliyentin kompüterində saxlanan VB-yə isə lokal VB (LVB) deyilir. VBİS-in bu variantda işə salınmasında hər bir kliyent kompüterinə adətən VBİS-in tam surəti və mərkəzi VB-nin bir və ya bir neçə faylı köçürülür. Kliyent kompüterində iş qurtarandan sonra verilənləri uyğunlaşdırmaq məqsədilə MVB-nin faylları KK-dan geriyə SK-ya göndərilməlidir.
Lokal VBİS-dən bu variantda istifadə olunmasının mənfi cəhəti ondan ibarətdir ki, bir VB ilə bir neçə istifadəçi işləyən halda verilənlərin tamlığı pozula bilər. Çünki VBİS-in hər bir surəti digər surətlərin işindən xəbərsiz fəaliyyət göstərdiyindən, bu cür münaqişələri aradan qaldırmaq mümkün olmur. Eyni faylların oxunub yazılması əməliyyatına nəzarəti adətən şəbəkə əməliyyat sistemi yerinə yetirir.
Lokal VBİS-ə misal olaraq dBase sisteminin ilk variantlarını (dBaseIII Plus, dBaseIV, FoxBase), Access, Paradox və s. göstərmək olar.
şəbəkə VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemində (şəkil 2) göstərilən çatışmazlıq «rəqabətə nəzarət» (concurrency control) mexanizmi vasitəsilə aradan qaldırılır. şəbəkə VBİS-in nəzarət mexanizmi faylları, yazıları və hətta ayrıca sahələri bloklamaqla verilənlərə müraciəti kordinasiya etməyə imkan verir. VB-nin fayllarının kollektiv istifadəsini təmin edən şəbəkə VBİS-lə işlədikdə informasiyanın emalı əvvəlki kimi kliyent kompüterində aparılır, server kompüterinin vəzifəsi isə böyük həcmli disk yaddaşı təqdim etməkdən ibarət olur.
Bu cür yanaşmanı da səmərəli hesab etmək olmaz, çünki informasiya emalının sürətli aparılması üçün KK yüksək işləmə sürətinə və böyük tutumlu əməli yaddaşa malik olmalıdır. Bundan əlavə, VB-nin fayllarının və idarəetmə əmrlərinin surətlərinin bloklamaqla rabitə xətləri ilə ötürülməsi verilənlərin ötürmə altsisteminin yükünü artırmaqla, şəbəkənin ümumi məhsuldarlığını azaldır.

İki variantda baxılan fayl-server arxitekturasının yuxarıda göstərilən çatışmazlıqlarına baxmayaraq, bu arxitektura özünün sadəliyi, istifadəsinin əlverişliyi və reallaşdırılmasının ucuz başa gəlməsi ilə özünü cəlb edir. Odur ki, fayl-server arxitekturalı informasiya sistemlərindən indiyə qədər kiçik işçi qrupları və müəssisə miqyasında geniş istifadə olunur.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə