Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə23/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   19   20   21   22   23   24   25   26   ...   192

 

48 


hələ də çığıra-çığıra kafedranı hədələyirdi, əri isə orada bir az qabağa əyilmiĢ halda, əlləri göydə, 

at  dırnaqlarının  gurultuyla  səyridiyi  o  alleqorik  dövrün  qəflətən  kəsildiyi  anda  sifəti  əyilib 

eybəcərləĢmiĢ  halda  yerində  donub  qalmıĢdı.  Bilinmirdi  ki,  kimi  –  ərinimi,  yoxsa  Allahımı 

hədələyir. Sonra ər kafedradan düĢdü, onun yanına gəldi, arvad bir az sakitləĢdi,  ər onu küçəyə 

çıxardı  və    baĢ  keĢiĢ    orqançıya  çalmağı  əmr  edənəcən  bütün  baĢlar  dönüb  onların  arxasınca 

baxdı.  Günün  ikinci  yarısında  ağsaqqallar  bağlı  qapı  arxasında  bir  yerə  toplaĢdılar.  Orada  nə 

danıĢıldı,  heç kimin  xəbəri olmadı,  bircə onu gördülər ki, Haytauer də  geri qayıdan kimi  iclas 

otağına girdi və o da qapını öz arxasınca bağladı. 

Ancaq  o  otaqda  nə  baĢ  verdi,  heç  kim  bilmədi.  Bircə  onu  bildilər  ki,  kilsə  onun  arvadını 

müalicəxanaya – sanatoriyaya göndərmək üçün pul yığdı, Haytauer də onu aparıb ora qoydu və 

qayıdandan  sonra  bazar  günü  yenə  də  həmiĢəki  kimi  kilsəyə  gəlib  moizə  oxumağa  baĢladı. 

Qadınlar, qonĢular – hətta  neçə ay idi keĢiĢin evinə ayaq basmayanlar belə –  onun halına acıyır, 

ona yemək-içmək aparır və  bir-birlərinə, öz ərlərinə  bu adamın evində  necə  bir qarmaqarıĢıqlıq 

hökm  sürdüyündən,  onun,  sən  demə,  heyvan  kimi,  haçan  istədi  və  əlinə  nə  düĢdü  yediyindən 

danıĢırdılar. O, həftədə iki dəfə sanatoriyaya arvadını yoluxmağa gedir, ancaq elə həmin günün 

sabahı da geri qayıdırdı,   bazar günləri  isə  yenə  də heç  nə  olmayıbmıĢ kimi kafedraya çıxırdı. 

Adamlar  həm  maraq  xətrinə,  həm  də    halına  acıdıqları  üçün  ondan  tez-tez    arvadının  səhhətini 

soruĢurdular, o da buna görə onlara öz təĢəkkürünü bildirirdi. Bazar günü isə yenə də yuxarıda – 

kafedrada  əl-qolunu ata-ata coĢub-daĢır, həyəcanlı səsində  xəyali  Allah  və  nicat  yolu,   döyüĢdə 

çarpıĢan  süvari  dəstəsi  və  öldürülən  baba  gur-gur  guruldayır,  aĢağıda  isə  ağsaqqallar,  kilsə 

mənsubları çaĢqınlıq və təhqir içində oturub ona baxırdılar. Payızda arvadı evinə qayıtdı. Sanki, 

xeyli  yaxĢılaĢmıĢdı.  KökəlmiĢdi.  Ancaq  onda  baĢ  verən  əsas  dəyiĢiklik  bu  deyildi.  Bəlkə  də, 

ondaydı  ki,  o  təmizlənmiĢ,  arınmıĢ,  ən  azı,  oyanmıĢ  kimi  görünürdü.  Bir  sözlə,  xanımların 

həmiĢə  onu  görmək  istədikləri  kimi,    onların  əqidəsincə  keĢiĢ  arvadı  necə  olmalıydısa,  elə 

olmuĢdu.  O,  indi  müntəzəm  olaraq  kilsəyə  gəlir,  ibadət  məclislərində  iĢtirak  edirdi,  xanımlar 

onun,  o  da  onların  evində  olurdu;    hətta  xanımlar  ev  iĢlərini  necə  aparmağı,  necə  geyinməyi, 

ərinə hansı xörəkləri hazırlamağı ona öz evində öyrədəndə belə sakitcə, lal-dinməz oturub onlara 

qulaq asırdı. 

Demək  olar  ki,  onlar  bu  qadını  bağıĢlamıĢdılar.  Heç  bir  cinayətin,  yaxud  müəyyən  bir 

hərəkətin adını belə dillərinə gətirmir, ona heç bir cəza kəsmirdilər. Amma Ģəhər bu xanımların o 

qadının  son  mənzili  Memfis  olan  sirli  səfərlərini,  ora  nə  məqsədlə  getdiyini    –  heç  kim  bunu 

sözlə ifadə etməsə, dilə gətirməsə də hamı bu barədə eyni fikirdəydi – unutduqlarına inanmırdı; 

zira Ģəhər belə hesab edirdi ki, bu mömin və əməlisaleh qadınlar  bağıĢlamağın – bu Ģirin vicdan 

çərəzinin  dadı,  ətri  qaçmasın  deyə  yaxĢını  da,  pisi  də  belə  asanlıqla  unutmurlar.  Zira  Ģəhər  bu 

xanımların həqiqəti bildiyinə inanırdı, çünki  əmin idi ki, pis Ģeylər yalnız pis qadınları yolundan 



 

49 


azdırır,  ona  görə  də  onlar  heç  bir  Ģübhə  doğurmamaq  üçün  vaxtlarının  bir  qismini  buna  sərf 

etməyə məcburdurlar. Amma onlar, yəni pis Ģeylər yaxĢı qadını yolundan azdıra bilməz; əgər o, 

yaxĢıdırsa,  deməli,  nə  özünün,  nə  də  baĢqasının  yaxĢılığına  heç  bir  ehtiyacı  yoxdur,  çünki 

günahın iyini duymaq üçün onun həddən artıq vaxtı və zamanı var. Bax, elə buna görə də Ģəhər 

əhli belə hesab edirdi ki, yaxĢılıq, xeyirxahlıq hər dəqiqə onun ağlını baĢından çıxara bilər və o 

bunu  Ģər kimi qəbul edər, Ģər isə onu heç vaxt öz yolundan azdıra bilməz. Bir sözlə, dördmü, 

yoxsa  beĢmi  aydan  sonra  arvad  yenə  də  harasa    yox  olmağa  baĢlayanda,  ər  isə  yenə  də  onun 

qohumlarını  yoluxmağa  getdiyini  deyəndə,  Ģəhərdə  bu  qərara  gəldilər  ki,  bu  dəfə  o  özü  də 

həqiqəti  yaxĢı  bilir. Hər  halda, qadın geri qayıtdı, o isə  yenə  də  heç  nə  olmayıbmıĢ kimi  bazar 

günləri moizə oxumağına,  dindarlara və xəstələrə baĢ çəkməyinə, öz kilsəsi barədə danıĢmağına 

davam  etdi.  Amma  arvadı  bir  daha  kilsəyə  gəlmədi,  xanımlar  da  onu  ziyarət  etmədilər  və 

ümumiyyətlə,  keĢiĢin  evində  görünmədilər.  Hətta  hər  iki  tərəfdəki  qonĢuları  belə  o  qadını  bir 

daha  qapıda-bacada  görmədilər.  Tezliklə  elə  oldu  ki,  sanki,  bu  qadın,  ümumiyyətlə,  yox  imiĢ, 

sanki, hamı sözü bir yerə qoymuĢdu: heç vaxt  burda belə bir adam olmayıb və onların keĢiĢi evli 

deyil.  O  isə  hər  bazar  günü  kilsədə  onlara  moizə  oxuyur  və  artıq  arvadının  qohumlarıgilə 

getdiyini demirdi. Bəlkə də, o buna sevinir də,  –  Ģəhər  fikirləĢdi.  Bəlkə  də, sevinir ki,  bir daha  

yalan danıĢmalı olmayacaq. 

Buna  görə  də  o  cümə  günü  –  bəlkə  də  elə  həmin  gün,  Ģənbə  günü  –  bu  qadın  qatara 

minəndə heç kim onu görmədi. Onlar yalnız bazar günü səhər qəzetini gördülər; orada yazılmıĢdı 

ki,  o,  Memfisdəki  mehmanxananın  pəncərəsindən  özünü  yerə  atıb,  ya  da  yıxılıb  və  ölümcül 

əzilib. Otaqda onunla bir kiĢi olub. KiĢi sərxoĢ imiĢ. Onlar mehmanxanada baĢqa ad altında ər-

arvad kimi qeydə alınıblarmıĢ. Qadın əsl adını bir kağız parçasına yazıb, sonra da onu cırıb zibil 

yeĢiyinə  atıb  –  polislər  də  onu  orda  tapıblar.  Kağızda  nə  yazıldığını  qəzet  məqaləsində  də 

vermiĢdilər:    pastor  Geyl  Haytauerin  arvadı,  Cefferson,  Missisipi.  Qəzet  onu  da  yazmıĢdı  ki, 

redaksiyadan  gecə  saat  ikidə  qadının  ərinə  zəng  vurulub,  ər    isə  heç  bir  sözünün  olmadığını 

bildirib. Bazar günü səhər tezdən, adamlar kilsəyə yığıĢanda isə həyət müxbirlərlə doluydu, onlar 

kilsənin,  keĢiĢin  evinin  Ģəklini  çəkirdilər.  Sonra  Haytauer  gəldi.  Müxbirlər  onu  saxlamağa 

çalıĢdılar,  amma  o  onların    arasından  keçib,  birbaĢ  kilsəyə  girdi  və  kafedraya  qalxdı.  Qoca 

xanımlar  və    qoca  kiĢilərdən  bəziləri  artıq  içəridəydi,  onlar  Memfis  əhvalatından  daha  çox 

müxbirlərin  burda  olmasından  özlərini  təhqir  olunmuĢ  hesab  edərək  bərk  qəzəblənmiĢdilər. 

Ancaq Haytauer içəri girib, onların gözü önündə kafedraya qalxanda bu adamlar müxbirləri belə 

unutdular.  Əvvəlcə  xanımlar  yerlərindən  qalxıb  kilsədən  çıxdılar.  Sonra    kiĢilər  də  getdilər, 

içəridə  bircə  keĢiĢ  (bir  az  qabağa  əyilmiĢ,  açıq  Bibliyanı  əlində  tutmuĢ  halda  stola 

dirsəklənmiĢdi, amma  baĢını belə aĢağı salmamıĢdı) və bir də arxa skamyada cərgə ilə əyləĢmiĢ 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə