Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə25/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   21   22   23   24   25   26   27   28   ...   192

 

52 


qadının  özünü  qoxudublar,  deyiblər  iĢdən  çıxsın,  çünki  o,  necə  deyərlər,  bir  qədər  açıq-qara 

rəngli olduğuna görə Allaha  və  təbiətə  zidd hesab etdiyi  hansısa  bir  iĢi tutmuĢ olsaydı, Ģəhərdə 

buna,  necə  deyərlər,  etiraz  edəcək  bir  neçə  adam  tapıla  bilərdi;  zira,  bəzi  nisbətən  cavan 

adamların dediyi kimi, əgər hətta qara dərili qadın belə o iĢi Allaha və təbiətə zidd kimi qəbul 

edirsə, deməli, o həqiqətən də  çox  iyrənc  iĢ  imiĢ. Hər halda, keĢiĢ ondan sonra  baĢqa bir aĢpaz 

tapa bilmədi, ya da tapmaq istəmədi. Bəlkə də, elə həmin gecə  həmin maskalı adamlar Ģəhərdəki 

digər  zənci  qadınları  da  qorxutmuĢdular.  O  öz  xörəyini  özü  biĢirməli  oldu;  amma  günlərin  bir 

günü belə bir xəbər yayıldı ki, o özünə təzə bir aĢpaz – zənci kiĢi tutub. Aydındır ki, bununla da 

öz  axırına  çıxdı.  Çünki  elə  həmin  axĢam  hansısa  adamlar  –  amma  bu  dəfə  maskasız  –  həmin 

zəncini  evdən  çıxarıb  o  ki  var  əziĢdirdilər.  Haytauer  isə  səhər  tezdən  yuxudan  ayılanda, 

kabinetinin  pəncərəsinin  qırılmıĢ  olduğunu  gördü,  döĢəmədə  üstünə    kağız    parçası    bağlanmıĢ 

bir daĢ  vardı,  K. K. K. imzalı o kağız parçasında ondan gün batana qədər Ģəhərdən rədd olması 

tələb edilirdi. Amma o getmədi və səhəri gün onu Ģəhərdən bir mil aralıda, meĢədə tapdılar. Onu 

ağaca sarımıĢ, huĢunu itirənəcən möhkəm döymüĢdülər. 

Bunu  kimin  elədiyini  demək  istəmədi.  ġəhər  baĢa  düĢürdü  ki,  belə  olmaz;  bir  neçə  adam 

onun  yanına  gəldi,  yenə  onu  inandırmağa  çalıĢdılar  ki,  Ģəhərdən  çıxıb  getsin,  bu  elə  onun  öz 

xeyrinə olar, növbəti dəfə onu öldürə bilərlər. Ancaq o, yenə imtina elədi. Döyüldüyü barədə isə 

heç danıĢmaq da istəmədi  – hətta ona bu adamları məhkəməyə verməyi təklif edəndə belə. Nə 

onu  istədi,  nə  də  bunu. Nə danıĢmaq  istədi,  nə  də çıxıb getmək. Və  birdən tufan  yatdı. Elə  bil, 

Ģəhər, nəhayət, baĢa düĢdü ki, bu keĢiĢ öləcəyi günəcən onun həyatının bir parçası olaraq qalacaq 

və  ən  yaxĢısı  bununla  barıĢmaqdır.  Elə  bil,  bütün  bu  əhvalat,  –  Bayron  fikirləĢdi,  –  bir  çox 

adamın  iĢtirakıyla  oynanılan  bir  tamaĢaymıĢ  və    bu  adamlar  o  tamaĢadakı  rollarını  oynayıb 

qurtardıqdan  sonra  indi  rahat,  dinc,  bir-birini  incitmədən  yaĢaya  bilərdilər.  KeĢiĢlər  onu  rahat 

buraxdılar. Onu bağçada, ya da həyətdə iĢləyən görürdülər, əlində zənbil küçəyə-bazara çıxanda 

onunla rastlaĢır, onunla söhbət edirdilər. Bilirdilər ki, paltarını özü  yuyur, ev  iĢlərini özü  idarə 

edir,  tezliklə  qonĢular  yenidən  ona  yemək  göndərməyə  baĢladılar,  hərçənd,  bu  yeməklər  kasıb 

fəhlə  ailəsinə  göndərilən  yemək  kimiydi.  Hər  halda,  yemək  idi,  təmiz  niyyətlə  göndərilirdi. 

Çünki,  –  Bayron  fikirləĢdi,  –  insanlar  iyirmi  il  ərzində    çox  Ģeyləri  unudurlar.  “Axı  deyəsən 

Ceffersonda  məndən  baĢqa,  –  o  fikirləĢir,  –  heç  kim  onun  gün  əyiləndən  zil  qaranlıq  düĢənə 

qədər  pəncərənin  ağzında  oturduğunu  bilmir.      Yaxud  onun  evinin  içinin  necə  olduğundan  da 

xəbərləri yoxdu. Heç mənim bildiyimi də bilmirlər, yoxsa hər ikimizi o evdən çıxarıb o vaxt onu 

döydükləri  kimi  möhkəmcə  kötəkləyərdilər;  zira,  görünür,  insan  yalnız  yadda  saxladığı  qədər  

unuda bilir, artıq yox.” Çünki Ceffersona köçüb burada yaĢadığı müddətdə Bayrona iĢdən sonra 

boĢ vaxtında baĢqa bir Ģeyi də görmək və bilmək nəsib olmuĢdu. 




 

53 


Haytauer  çox  oxuyurdu.  Daha  doğrusu,  Bayron  divar  boyu  düzülmüĢ  kitablara  –  dinə, 

tarixə və təbiət elmlərinə dair kitablara diqqətlə, ehtiram dolu bir ürkəkliklə  tamaĢa edirdi, çünki 

o,  bu  kitabların  mövcudluğundan  belə  xəbərsiz  idi.  Bir  dəfə  dörd  il  bundan  qabaq  Ģəhərin  lap 

qurtaracağında, sonuncu evin düz arxasındakı komada yaĢayan bir zənci qaçaraq keĢiĢin yanına 

gəldi və dedi ki, arvadı doğur. Haytauerin telefonu yox idi, ona məsləhət gördü ki, qonĢuya qaçıb 

həkim  çağırsın.  Özü  isə  zəncinin  dalınca  baxıb,  onun  qonĢu  evin  qapısınacan    getdiyini  gördü. 

Amma  zənci  içəri  girmədi,  bir  qədər  orda  dayanıb,  sonra  küçəylə  Ģəhərə  tərəf  yollandı  –  pay-

piyada; Haytauer bilirdi ki, Ģəhərəcən bütün yolu piyada gedəcək və orada da hansısa bir ağdərili 

qadından  telefonla  həkim  çağırmağı  xahiĢ  etmək  əvəzinə,  öz  zənci  ləngliyi  və  zaman 

korafəhmliyi  ucbatından,  yəqin  ki,  ən  azı,  yarım  saat  itirəcək.  Mətbəx  qapısına  yaxınlaĢanda, 

komanın içərisində zənci qadının necə çığırdığını eĢitdi. Ora qaçdı, gördü ki,  qadın çarpayıdan 

yerə  düĢüb  (niyə,  nə üçün  –  səbəbini  heç vaxt bilmədi)  və  iki  əli,  iki ayağı üstə  durub çığıra-

çığıra, bağıra-bağıra təkrar çarpayıya qalxmağa çalıĢır. Qadını qaldırıb çarpayıya uzatdı, ondan 

sakitcə  uzanmasını  tələb  etdi,  sözünə  qulaq  assın  deyə  onu  qorxutdu,  evə  qaçdı,  kabinetdəki 

rəfdən ülgüc və ip götürüb təzədən komaya qayıtdı, körpəni qəbul etdi. Ancaq uĢaq artıq ölüydü; 

bir  az  gec  gələn  həkim  dedi  ki,  heç  Ģübhəsiz,  qadın  çarpayıdan  döĢəməyə  düĢərkən  onu  əzib, 

Haytauer də onun yanına elə bu vaxt gəlib çıxmıĢdı. Həkim  Haytauerin elədiklərini bəyəndi, elə 

qadının əri də ondan məmnun qaldı. 

“Amma  üstündən  tam  on  beĢ  il  keçsə  də,  –  Bayron  fikirləĢdi,  –  bu  hadisə  o  biri,  köhnə 

əhvalatın  yenidən  yaddaĢlarda  cücərməsinə  səbəb  oldu.”  Çünki  ikicə  gündən  sonra  yenə  dedi-

qodular yayılmağa baĢladı: guya, uĢaq Haytauerdən imiĢ və o özü qəsdən onun ölməsinə imkan 

yaradıb. Bayron fikirləĢdi ki, bu dedi-qoduları yayanların heç  özləri də dediklərinə inanmırlar. 

FikirləĢdi  ki,  rüsvay  olmuĢ  keĢiĢ  haqqında,  Ģəhərin  özünün  belə  inanmadığı  cürbəcür  yalan 

uydurmaq  vərdiĢi  onlarda  lap  çoxdan  yaranıb;  həm  də  o  qədər  çoxdan  ki,  artıq  ondan  yaxa 

qurtara  bilmirlər.  “Çünki  hər  dəfə,  –    o  düĢünür,  –  bir  Ģey  vərdiĢ  halına  keçəndə,  nə  iĢdisə, 

həqiqətdən  və  gerçəklikdən daha çox uzaqlaĢır”.    Və  o,  Hatauerin  söhbət əsnasında  bu sözləri 

dediyi  o  gecəni  xatırlayır:  “Onlar  yaxĢı  adamlardılar.  Nəyə  inanmalıdırlarsa  ona  da 

inanmalıdırlar,  xüsusən də ona görə ki,  bir vaxtlar onların inanc tərbiyəçisi və xidmətkarı mən 

özüm  olmuĢam.  Buna  görə  də  nə  mən  onların  inancını  təhqir  etməliyəm,  nə  də  Bayron  Banç 

onların  haqlı  olmadığını  deməlidi.  Zira  insanın  ümid  edə  biləcəyi  yeganə  Ģey  –  ona  öz  din 

qardaĢları arasında sakitcə yaĢamaq imkanının verilməsidir”.  Bu hadisə Bayron onun əhvalatını 

eĢidəndən və gecələr Haytauerin evinə gəlməyə baĢlayandan dərhal sonra olmuĢdu; onda Bayron 

hələ də onun Ceffersonda, hamının gözü önündə, onu qovan və inkar edən kilsənin lap qulağının 

dibində nə üçün qalıb  yaĢamaq  istədiyini  heç cür anlaya  bilmirdi. Bir gecə Bayron bunu ondan 

soruĢdu. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə