Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə24/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   20   21   22   23   24   25   26   27   ...   192

 

50 


memfisli  müxbirlər  (onlar  onun  ardınca  içəri  girmiĢdilər)  qaldı.  Deyirlər,  o,  heç  dindarların 

otaqdan necə çıxdıqlarına da baxmadı ümumiyyətlə, heç nəyə baxmadı.  

Bayrona danıĢdılar:  nəhayət, keĢiĢ ehmalca Bibliyanı örtüb, boĢ salona düĢdü, buranı tərk 

edən  dindarlar  kimi,  o  da  müxbirlərə  tərəf  bir  dəfə  də  olsun  baxmadan    sakitcə  oturacaqların 

arası  ilə  qapıya  sarı  yollandı,  bayıra  çıxdı.  Orada  fotoaparatlarını  quraĢdırıb,  baĢlarını  qara 

örtüyün altında gizlədən fotoqraflar onu gözləyirdilər. KeĢiĢ,  yəqin ki, bunu qabaqcadan bilirdi. 

Çünki o, kilsədən çıxarkən üzünü açıq zəbur kitabı ilə örtmüĢdü. Amma, görünür, fotoqraflar da 

bunu  qabaqcadan  hiss  etmiĢdilər.  Çünki  onu  aldada  bildilər.  O,  hələ  təcrübəsizdi,  onu  asanca 

aldatmaq olardı, – Bayrona izah etdilər. Fotoqraflardan  biri aparatını yan tərəfdə quraĢdırmıĢdı 

və keĢiĢ onu görmədi, ya da ki, çox gec gördü. O, sifətini  yalnız qabaqda dayananlardan  gizlədə 

bilmiĢdi, ona görə də sabahkı qəzetdə çıxan Ģəkli yandan çəkilmiĢdi: keĢiĢ yeriyə-yeriyə kitabla 

sifətini  örtməyə  çalıĢırdı.  Kitabın  arxasından  görünən  ağzı  isə,  sanki,  gülümsəyirmiĢ  kimi 

yanlara  dartılmıĢdı.  Amma  dodaqları  möhkəm  sıxılmıĢdı  və  sifəti  qədim  qravüralardakı  Ģeytan 

sifətini  xatırladırdı.  Səhəri  gün  o,  arvadının  meyitini  gətirib  dəfn  etdi.  ġəhər  dəfnə  yığıĢmıĢdı. 

Amma  dəfn  duası  oxunmadı.  O,  hətta  cənazəni  kilsəyə  də  aparmadı.  BirbaĢa  qəbiristanlığa 

gətirib özü dua oxumaq istəyirdi ki, baĢqa bir keĢiĢ irəli çıxıb Bibliyanı onun əlindən aldı. O və  

digərləri qəbiristanlıqdan çıxıb gedəndə,  adamların çoxu,  xüsusilə  də  daha  cavanlar orda qalıb  

hələ də qəbirə baxırdılar. 

Sonra  hətta  qonĢu  prixodlara  da  məlum  oldu  ki,  kilsə  ondan  çıxıb  getməsini  xahiĢ  edib, 

amma  o,  boyun  qaçırıb.  Növbəti  bazar  günü  digər  prixodlardan  da  xeyli  adam  böyük  maraq 

içərisində  kilsəyə  toplaĢdı.  O  yenə  də  gəldi,  içəri  girdi.  Bütün  kilsə  mənsubları  bir  nəfər  kimi 

yerindən qalxıb bayıra çıxdılar, keĢiĢi, sanki, tamaĢaya gəlmiĢ yad adamlarla tək qoydular. O isə 

onlara, həmiĢəki kimi, qızğın bir ehtirasla moizə  oxudu; özününkülər bunu küfr hesab edirdilər, 

bunlar – gəlmələr isə onu tam bir dəlilik kimi qəbul etdilər. 

O  istefa  vermək  istəmirdi.  Ağsaqqallar  kilsə  Ģurasından  onun  geri  çağırılmasını  xahiĢ 

etdilər. Ancaq qəzetdəki  məqalə,  fotoĢəkillər və  sairdən sonra heç bir Ģəhər onu qəbul  etməzdi. 

ġəxsən  onun  özünə  qarĢı  heç  kimin  heç  bir  iddiası  yoxdu  –  hamı  deyirdi.  O,  sadəcə,  anadan 

bəxtsiz  doğulub.  Kilsəyə  isə  daha  heç  kim  ayaq  basmırdı,  hətta  ilk  vaxtlar  digər  prixodlardan 

yalnız maraq naminə bura gələn adamlar belə: indi onun oxuduğu moizə heç tamaĢa da deyildi, 

yalnız  və  yalnız  həqarət  idi.  Bununla  belə,  o,  hər  bazar  günü  düz  vaxtında  kilsəyə  gəlir, 

kafedraya qalxırdı,  ancaq kilsəyə toplaĢan dindarlar onu görən kimi dərhal ayağa qalxıb ordan 

çıxırdılar,  yalnız  küçədə  veyillənən  avaralar,  iĢsiz-gücsüz  adamlar  onun  bomboĢ  kilsədə  necə 

moizə  oxuduğuna  və  dua  etdiyinə  qulaq  asırdılar.  Bir  bazar  günü    isə  kilsəyə  gələndə  qapının 

bağlı  olduğunu  gördü  və  hamı  onun  kilsə  qapısını  bir  neçə  dəfə  dartıĢdırandan  sonra    necə 

sakitləĢdiyinin, amma yenə də baĢını belə aĢağı salmadan orda –  küçə boyu düzülmüĢ, ömründə 



 

51 


kilsəyə  ayaq  basmamıĢ  kiĢilərin  və  nə  baĢ  verdiyini  anlamayan,  amma  nəsə  hiss  edərək,  ayaq 

saxlayan  oğlan uĢaqlarının baxıĢları altında kilidli qapının ağzında hərəkətsiz qaldığının Ģahidi 

oldular. Səhəri gün Ģəhər onun kilsə ağsaqqallarının yanına gələrək kilsənin mübarək adı naminə 

kafedradan imtina etdiyini eĢitdi.  

ġəhər sevinirdi, amma həm də onun halına acıyırdı: insanlar bəzən zorla öz iradələrinə tabe 

etdirdikləri  adamın  da  halına  acıyırlar.  FikirləĢdilər  ki,  bundan  sonra  o  daha  bu  Ģəhərdə 

qalmayacaq,  hökmən  gedəcək  və  kilsə  onun  bu  Ģəhərdən  çıxıb  getməsi,  baĢqa  bir  yerdə 

məskunlaĢa  bilməsi  üçün  pul  topladı.  O  isə  Ģəhəri  tərk  etmək  istəmədi.  Bayrona  danıĢdılar  ki,  

onun Ģəhərdən çıxıb getmək əvəzinə o vaxtlar heç də  indiki qədər ucqar olmayan bir küçədə, bu 

günəcən içində yaĢadığı həmin o balaca evi satın aldığını eĢidəndə Ģəhər əhli təkcə özünü təhqir 

olunmuĢ hesab etmədi, həm də heyrətə gəldi;  ağsaqqallar yenidən Ģura iclası keçirdilər, pul ona 

Ģəhərdən çıxıb getmək üçün verilmiĢdi, dedilər; o isə onu baĢqa məqsədə sərf edib, deməli, bu 

pul saxta yolla əldə edilmiĢ sayılmalıdır. Evinə gedib ona elə  belə də dedilər. KeĢiĢ isə əvvəlcə 

onlardan    üzr  istəyib;  sonra  da  evə  girib,  ona  verilən  pulun  hamısını  dəqiq,  qəpiyinəcən  və  elə 

həmin  əskinaslarda  geri  gətirib,  israrla  onu  geri  götürmələrini  xahiĢ  edib.  Amma  onlar 

götürməyiblər, o da evi  almaq üçün pulu  hardan tapdığını onlara deməyi  lazım  bilməyib. Buna 

görə də səhəri gün, Bayrona dedikləri kimi, bəziləri danıĢmağa baĢlayıblar ki, guya o, arvadının 

həyatını sığortaladıb, sonra da qatil tutub.  Amma hamı –  bu sözü deyən də, təkrar edən də, ona 

qulaq asan da yaxĢı baĢa düĢürdü ki, bu, doğru deyil. 

O isə Ģəhərdən getmək istəmədi. Günlərin bir günü Ģəhər əhli onun özü düzəltdiyi, üstünü 

özü  yazdığı  və  küçəyə  vurduğu  o  balaca  lövhəni  görəndə  baĢa  düĢdü  ki,  o  həqiqətən  burda 

qalmaq  fikrindədir.  O,  həmiĢəki  kimi  yanında  bir  zənci,  aĢpaz  qadın  saxlayırdı.  Bu  qadın  lap 

əvvəldən onun yanında iĢləyirdi. Və məhz arvadı öləndə, Bayrona danıĢdılar, hamı birdən zənci 

aĢpazın qadın olduğunun və bütün günü evdə onunla birlikdə tək qaldığının fərqinə vardı.  Buna 

görə də  arvadının meyiti o rüsvayçı qəbirdə hələ soyumamıĢ, Ģayiələr yayılmağa baĢladı. Guya,  

o öz arvadını qəsdən pozub, qəsdən intihar həddinə çatdırıb, çünki anormal ərdi, anormal kiĢidi 

və bütün bunların hamısına bais o zənci qadındı. Bundan artığı isə lazım da deyildi; bircə elə bu 

çatmırdı.  Bayron  dinməzcə  qulaq  asır  və  öz-özünə  fikirləĢirdi  ki,  ümumiyyətlə,  insanlar  hər 

yerdə eyni cürdür, ancaq kiçik Ģəhərdə – Ģər iĢ görməyin daha çətin, onu gizli tutmaq imkanının 

isə  çox  az  olduğu  bir  yerdə  –    görünür,  adamlar    baĢqası  haqqında  daha  çox  Ģər  Ģeylər  uydura 

bilirlər.  Çünki  bu  bəs  elədi:  mənasız  bir  fikir,  ağızdan-ağıza  düĢən  boĢ  bir  söz  öz  iĢini  gördü. 

AĢpaz qadın o yerdən imtina etdi. ġayiə gəzirdi ki, guya hansısa səliqəsiz maska taxmıĢ bir qrup 

adam bir gecə keĢiĢin evinə gedib ondan bu qadını iĢdən qovmağı tələb edib. Sonra da belə  bir 

Ģayiə yayıldı ki, guya,  aĢpaz qadın səhəri gün özü iĢdən çıxdığını deyib. Guya, ev sahibi ondan 

Allaha  və  təbiətə  zidd  bir  iĢ  tutmağı  xahiĢ  eləyib.  Və  danıĢırdılar  ki,  guya,  maskalı  adamlar  o 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə