Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə19/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   15   16   17   18   19   20   21   22   ...   192

 

40 


 Qadın  dərhal  cavab  vermir.  Qapının  girəcəyində  dayanıb,  diqqətlə,  amma  heç  bir  əndiĢə 

keçirmədən, elə  həmin  həlim,  bir az ürkək,  bir  az  inamsız  baxıĢlarla ona  baxır.  Gözləri tamam 

gömgöydü.  Ancaq  bu  gözlərə,  bəlkə  də,  Bayronun  onu  aldatmağa  çalıĢdığına  inamın  kölgəsi 

düĢüb. 


–Yolda mənə dedilər ki, Lukas Ceffersonda yonqar sexində iĢləyir. Çoxları deyirdi. Elə ki  

Ceffersona gəlib çıxdım, mənə bu sexin harda olduğunu söylədilər, mən də onlardan Lukas Berçi 

soruĢanda:  “Bəlkə,  sənə  Banç  lazımdı?”  –    dedilər.  Mən  də  fikirləĢdim  ki,  yəqin,  adını  səhv 

salıblar, bu adam, çox güman ki, elə odur. Ancaq onu da dedilər ki, o adamın sifəti qarabuğdayı 

deyil. Bəlkə, siz deyəsiniz, buralarda Lukas Berç adında adam tanımırsınız ki? 

Bayron çiynindəki taxta Ģələsini, sonra onların hamısını birdən qaldıra bilmək üçün səliqə 

ilə yerə qoyur. 

–  Tanımıram.  Bizdə  Lukas  Berç  adında  adam  yoxdur.  Burda  iĢləyənlərin  hamısını  yaxĢı 

tanıyıram. Bəlkə, Ģəhərdə hardasa baĢqa yerdə iĢləyir? Ya da baĢqa sexdə. 

– Burada baĢqa  bir yonqar sexi varmı? 

– Yoxdu. Taxta-Ģalban zavodu isə var. Özü də çoxdu. 

Qadın gözünü ondan çəkmir. 

– Yolda mənə dedilər ki, o, yonqar sexində iĢləyir. 

–  Mən  burda  eləsini  tanımıram,  –  Bayron  deyir.  –  Məndən  baĢqa  burada    Berçə  oxĢar 

soyadında kiminsə olduğunu da xatırlamıram, mənimki isə Bançdı. 

Qadın  hələ  də  əvvəlki  –  gələcək  üçün  əndiĢədən  daha  çox,  indikinə  inamsızlıq  duyulan 

baxıĢlarla  onu  süzməkdə  davam  edir.  Sonra  köks  ötürür.  Bu,  hətta  köks  ötürmək  də  deyil, 

dərindən rahatca nəfəs almaqdır. 

– Demək belə, – o deyir. Geriyə dönərək, yonulub ağardılmıĢ taxtalara, səliqəylə düzülmüĢ 

tir  qalaqlarına  göz  gəzdirir.  –  Bir  az  burda  oturum,  deyirəm.  Yoxsa  daĢ  küçələri  gəzməkdən 

ayaqlarım  zoqquldayır.  ġəhərdən  bura  gəlmək  Alabamadan  bu  Ģəhərə  gəlməkdən  də  ağırmıĢ, 

burdan-bura ondan da betər yoruldum. – O, çox da hündür olmayan taxta qalağına tərəf gedir. 

– Gözləyin bir az, – Bayron onun arxasınca tələsərək, qalın döĢəkçəni çiynindən götürür. 

Artıq dizlərini qatlamaqda olan qadın yerində donub qalır və Bayron döĢəkçəni taxta qalağının 

üstünə sərir. – Heç olmasa, bir az yumĢaq olar. 

– Çox sağ olun, – Qadın əyləĢir. 

– Ġndi o qədər də bərk olmaz, – Bayron deyir. GümüĢü saatını cibindən çıxarıb baxır, sonra 

qalağın o biri baĢında oturur. – BeĢ dəqiqə, demək olar ki, lap yerinə düĢdü. 

– BeĢ dəqiqəmi dincəlirsiniz? – qadın soruĢur. 

–  BeĢ  dəqiqədir  ki,  siz  gəlmisiniz.  Deməli,  mən  də  o  vaxtdan  dincəlirəm.  ġənbə  günləri 

nahardan sonra iĢ vaxtıma özüm nəzarət eləyirəm, – o izah edir. 



 

41 


–  Bəyəm  bir  dəqiqəlik  oturanda  da  hər  dəfə  saata  baxırsınız?  Onlar  hardan  biləcəklər  ki  

oturmusunuz,  ya oturmamısınız? Bir dəqiqə az, bir dəqiqə çox – nə  fərqi var ki?  

– Belə  baĢa düĢürəm ki, mənə oturmağıma görə haqq ödəmirlər, – o deyir. – Deməli, siz 

Alabamadan gəlirsiniz? 

Qadın bütün ağırlığıyla döĢəkçənin üstünə çökür, Bayronun sakitcə göz qoyduğu sifətində 

sakit, aydın  bir  ifadə öz hekayəsini ona da açıb danıĢmağa  baĢlayır  –  indi də  növbə ona  çatıb. 

Özü də onun güman etdiyindən də çox –fəsillərin bir-birini əvəzləməsinə xas dinc bir ləngərliklə 

dörd  həftədi  aralarından  keçib  gəldiyi,  tanımadığı,  bilmədiyi  neçə-neçə  insana  danıĢdığı  kimi, 

uzun danıĢır. Bayron isə öz növbəsində, aldadılmıĢ və atılmıĢ, hətta aldadıldığını belə dərk eləyə 

bilməmiĢ,  heç  öz  soyadını  Berçə  dəyiĢməyə  belə  macal  tapmamıĢ  bu  cavan  qadının  tarixçəsini 

təsəvvüründə canlandırmağa çalıĢır. 

–Yox, deyəsən, mən onu tanımıram, – nəhayət o deyir. – Həm də indi burda məndən baĢqa 

heç kim yoxdu. Hamı, yəqin ki, ora, yanğına baxmağa gedib. – O, ağaclardan çox-çox yüksəkdə, 

sakit, küləksiz havadan asılıb qalan sapsarı tüstü sütununu göstərir. 

– Biz Ģəhərə girəndə onu gördük, – qadın deyir. – Çox böyük yanğındır. 

– Axı ev də çox böyükdür. Qədimi evdir.  Orada bir xanım yaĢayır, tək-tənha. Elə bilirəm 

ki,  Ģəhərdə  bəzi  adamlar  “Allah  özü  onu  cəzalandırıb”  deyəcəklər.  O  xanım  Ģimallıdır.  Onun 

əcdadları  Rekonstruksiya dövründə  bura gəliblər  – zənciləri qızıĢdırmaq üçün. Ġkisini elə  buna 

görə  öldürüblər.  Deyirlər,  o  qadın  elə  indinin  özündə  də  zəncilərlə  curluq  eləyir.  Onlar 

xəstələnib-eləyəndə,  ağ  adamlarmıĢ  kimi  yoluxmağa  gedir.  Yanında  qulluqçu  da  saxlamır, 

zəncilərin  baĢqalarına  qulluqçuluq  eləməyini  istəmir.  Deyirlər  o,  bu  fikirdədir  ki,  zənci  də  ağ 

adama  bərabərdi.  Buna  görə  də  Ģəhərdə  onun  evinə  ayaq  basan  yoxdur.  Bir  nəfərdən  baĢqa.  – 

Qadın  ona  göz  qoya-qoya  qulaq  asır.  O  isə  indi  qadına  baxmır,  onun  baxıĢlarından  yayınmaq 

istəyir. – Bəlkə də, iki... Mən belə eĢitmiĢəm. Heç olmasa, onlar ora vaxtında çataydılar, evdəki 

mebeli-zadı çıxarmaqda ona kömək edə biləydilər. Bəlkə də, çatıblar. 

– Kim çatıb? 

–  Burda  iki  oğlan,  iki  Co  vardı,  onlar  hardasa  o  tərəflərdə  yaĢayırlar.  Co  Kristmasla  Co 

Braun. 


– Co Kristmas? Nə qəribə addır. 

– Elə o özü də qəribədir. – O yenə də qadının maraq içərisində ona dikilmiĢ baxıĢlarından 

yayınmağa  çalıĢır.  –  O  birisi  də  elə  onun  bir  tayıdır,  amma  bir  az  baĢqa  formada.  O  da  burda 

iĢləyirdi.  Amma çıxdılar – ikisi də. Onu da deyim ki, onların burdan getməyi bizim üçün o qədər 

də böyük itki olmadı. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə