Yəni düzlərini çox xərcləyirsən. Yanlışlarını
isə yorğan sırıyıb ürəyinin üstünə örtürsən.
Sevgini paylaşırsan, nifrətini isə tapılmaz hind
qumaşı kimi saxlayırsan. Әslində, təkcə qələmi
götürməyin kifayətdir ki, bütün yalan‐
yanlışların yox olsun. Gəlsənə, yenə həmişəki
kimi “Nonstress time” (stressis zaman) keçirək.
Məsələn, mən sənə o xumarlandığın istiliyi,
sevdiyin qoxunu verim, sən də başla yazmağa...
...və yazısı
BU “BAŞ” O BAŞ DEYİL...
Әziz oxucu, Xalq yazıçısı Elçinin yenicə
çapa hazırlanmış “Baş” romanını mən də
əlyazmadan oxudum. Və oxuduqdan sonra
roman haqqında fikirlərimi sizinlə bölüşmək
qərarına gəldim.
“Baş” romanı ilk baxışda mürəkkəb
konstruktiv quruluşu olan tarixi roman
səciyyəsi daşıyır. Әslində isə tarixi etüdlərdən
əsərə beynəlmiləl kalorit qatmaq üçün istifadə
olunub desək, yanılmarıq. Müəllifin özünün
də romanın əvvəlində qeyd etdiyi kimi,
buradakı tarixi hadisələr yazıçının hiss və
duyğularının, düşüncələrinin ifadəsi, tarixi
qəhrəmanlar isə qeyri‐tarixi qəhrəmanlar
səviyyəsində “özününküdür”. “Tarixçilər bu
romandakı isimlərin hamısı ilə, buradakı
məktublarla, ayrı‐ayrı tarixi epizod və
məqamlarla bağlı arxivlərdə axtarışlar
aparmasınlar, çünki heç nə tapmayacaqlar.
Romanda, olsun ki, tarix ilə üst‐üstə düşməyən
detal və ştrixlərə də fikir verməsinlər və bu
baxımdan müəllifin təskinliyi ondadır ki,
burada tarixlə üst‐üstə düşən və müəllifin
fikrincə tarixilik baxımından əhəmiyyətli olan
məqamlar da, güman ki, az deyil”. Buradan
göründüyü kimi, müəllif tarixi hadisə və
olaylara öz yaradıcılıq idilliyası fonunda
yanaşsa da, açmaq istədiyi tarixi ştrixlər də
var və yeri gəldikcə o faktları da poetik
süzgəcdən keçirərək romana daxil etmişdir.
“Baş”da müəllifin əsl qayəsi tarixi
gerçəkliklə müasir dünyanın hüdudundakı
sirat körpüsündə insanı həyatın ağrılarını,
onu doğuran səbəbləri və onun dəyişilməzliyi
gerçəyini çatdırmaqdır. Romanın lap əvvəlində
yazıçı Әnvər Məmmədxanlıdan (“Həyatım
ağrıyır”) və Arif Abdullazadədən (“Bir də bu
dünyaya gəlməyə tövbə”) gətirdiyi sitatlar
əsərlə ilkin hissi tanışlıq mərhələsidir .
Asanlıqla anlamaq olur: bu ifadələrlə müəllif
oxucunu başa salmağa çalışır ki, əsərdə
qəhrəmanlar cismani ağrılarını deyil, ruhi‐
mənəvi – əsl həyat ağrısının nə olduğunu
öyrənir və bu dünyaya bir daha gəlməyə
qorxurlar. Hər qorxu mütləq bir günahın
meyvəsidir. Deməli, insanların qorxusu
günahları, yanlışları qədərdir. Yanlışlar
silsiləsinin başı isə xəyanət, yalan və
riyakarlıqdır ki, əsərdə yazıçının bədii qayəsi
də bu miqyasda belə əks olunub: “Başın sahibi
indi cəhənnəm alovlarında yanırdı – buna
şübhə ola bilməzdi və bu da onun öz
əməllərinin nəticəsi idi ‐ sən öz yurd‐yuvandan
çıxıb gəlib, başqasının torpağında qan tökəsən,
ev yıxasan, kəndi, şəhəri topa tutub, yetim‐
yesirin çörəyinə bais olasan və bunlara görə
cavab verməyəsən? ‐ Bu, mümkün olan iş
deyil, çünki göydə hər şeyi görən və hər şeyin
qiymətini verən var, dünya özbaşına deyil”.
Mütləq ölümdən qaçış yoxdur qənaətini
yenə də dilə gətirən Elçin, “Baş”da hətta ölüm
yaxınlaşanda insanın ruhi‐mənəvi təlatümlərini
fəlsəfi‐psixoloji ampluada izah edir. Knyaz
Sisianovun Babua Arçili xatırlayıb, göyə
baxaraq “sifətindəki ləzzətli bir təbəssümlə
əlini yuxarı qaldırıb yelləməsi”, podpolkovnik
Elizbar Eristova şəxsi suallar verməsi, Elçinə
görə, ölüm yaxınlaşanda insanın başqa laş ‐
masının əlamətidir. “Әn yaxın generallarıyla,
zabitləriylə belə yalnız rəsmi davranan, onların
şəxsi həyatı ilə qətiyyən maraqlanmayan knyaz
Sisianov o 8 fevral səhəri, elə bil başqa adam
olmuşdu ...”.
Әsərdə Onun – Başın şəffaflıq və çəkisizlik
içindəki ruhunun maddım‐maddım geri sayım
dönəmi romanın əsas hərəkətverici qolunu
təşkil edir. O, qarabasma kimi hər yeri gəzir.
Maraqlı məqam odur ki, Elçin onu nə ölən
insanın ruhu kimi gəzdirir, nə əlil arabasına
qoyub daşıyır, nə də uşaq kimi əlindən tutub
ətrafda baş verənləri izah edir. O öz‐özünə
“dığırlanır”. “...Onun hissləri bir çəkisizlik,
boşluq içində idi, yox, bu hisslər çəkisizlik
içində deyildi, çəkisizlik elə bu hisslərin
özündə idi, çünki bu hisslər daxildə deyildi,
daxildən gəlmirdi, çünki daxil yox idi, cismani
Aylıq ədəbiyyat dərgisi
7
ULDUZ /
Dekabr 2015
heç
bir şey yox idi, bu hisslər bütün ətrafa
yayılmışdı, əslində, burada (harada?) ətraf
da yox idi, ətraf hər tərəf idi və hər tərəf
ancaq şəffaflıq idi, bu hisslər o şəffaflıq içində
bir tərəfdə idi, ona görə də o, görünən o
məkanda hər tərəfdə hər şeyi görürdü, ONUN
üçün qarşı, arxa yox idi, əslində, tərəf də yox
idi, tərəflər olmayan bütöv bir şəffaflıq idi və
onda elə bir hissiyyat vardı ki, O bütöv
şəffaflığın ortasındadır...”. Kimdir O?, Nədir?.
O, knyaz Pavel Sisianovun başıdır. Bədənsiz
başın hiss etdikləri, ömrünün ötəninə
qayıdaraq gördükləridir. Bəs çəkisizlik başın
bədəndən ayrı ağırlıqsızlığıdırmı? Şəffaflıq
boşluğunmu əksidir?
Burada (romanda) çəkisizlik və şəffaflıq
anlayışları maddi və mənəvi‐dialoji kos tan ‐
siyadır. Bildiyimiz kimi, ruh da, duyğu da
bədəndə olur. Әtrafda və özlüyündə baş verən
hadisə və olaylara reaksiya və təsir gücü
ruhun və duyğunun tədqiqat obyektidir.
Deməli, bədənsiz baş özlüyündə çəkisi
olmayan fizioloji aktdır. Bu çəkisizlik başda
robot reaksiyası formalaşdırdığı üçün faktlar
olduğu kimi geriyə sayım dönəmi keçir. Heç
nə təhrif olunmur. Beləliklə, şəffaflıq təmin
olunur. Müəllifin əsər boyunca davamlı diqqət
çəkdiyi şəffaflıq və çəkisizlik palitrası fəlsəfi
ampluada haqqın (Sirri‐Xudanın) öz yerini
bulması meyarıyla ölçülür. Sisianov kəsdirdiyi
başların günahını başının eyni cür kəsilməsiylə
ödəmiş olur. “ Başın boğazını xirtdəkdən
aşağı kəsmişdilər və boğazın laxtalanmış qanı
quruyub siniyə yapışmışdı. Boğaz hələ
əyilməmişdi, dik durmuşdu və baş da boğazın
üstündən açıq gözləri ilə dik baxırdı. Onun
sağ gözü bərəlib, az qala hədəqəsindən
çıxacaqdı, sol gözü isə büzüşüb alacalanmışdı,
ağzı azacıq açılmış, dodaqları yüngülcə sol
tərəfə əyilmişdi və ... Yəqin, hər dəfə başı
saçından tutub qaldırdıqları üçün knyaz
Sisianovun adda‐budda ağarmış qara və
qıvrım saçları pırpızlaşmış, uzun baken ‐
bardlarının tükləri ölüşkəyib solmuşdu və
elə bil o saçlar da, bakenbardlar da Başın
özünün kü deyildi, onları sonradan Başa
yapışdırmışdılar”.
Roman innovativ sujet xəttinə və mürəkkəb
kompozisiyaya malikdir. XIX əsrin əvvəlləri
‐ 1803‐1807‐ci illərdə Azərbaycanda xanlıqların
parçalanması, Gürcüstanda çar üsul‐idarəsinin
məhvi və Rusiyanın tabeliyinə keçirilməsi,
eləcə də Azərbaycanı Rusiyanınkılaşdırmaq
uğrunda Pavel Sisianovun Cənubi Qafqazda
ruslaşdırma siyasəti, Qacarların (Fətəli şahın
və vəliəhd Abbas Mirzənin) Azərbaycanı ələ
keçirmək meyli, Rusiya‐Osmanlı münasibətləri,
Fransa və İngiltərənin Rusiyaya qarşı
maraqlarını Elçin gərək tarixçi, gərəksə
tənqidçi, gərəksə də əsl yazıçı təxəyyülü ilə
sujetləşdirmişdir.
Romanda diqqət çəkən məqamlardan biri
də budur ki, yazıçı yanlış siyasi maariflənmənin
avropalaşma meylinə absurd təsirlərini, əxlaqi
çürümənin millətin etnik sivilizasiyasını “heç”ə
endirəcəyini və nəticə etibarilə xaotik (mixed)
genefond yaranacağını Sisanovun Mariyadan
Michael adlı oğlunun olması və bunun rus
deyil, fransız olaraq böyüməsi, Aleksandrın
ata‐baba irsinin kimlərdən gəldiyinin
bilinməməsi və s nümunələrlə təsdiqləyir.
Bununla belə, əsərdə hadisələr əsasən
Rusiyanın ‐ Sisianovun fonunda cərəyan etsə
də, Azərbaycançılıq tendensiyası, türkləşmə
meyli və Qarabağ mövzusu romandan ana
xətt kimi keçir. Bir yazıçı‐siyasətçi kimi Elçin
“Baş” romanında dövlətin dayanıqlılığının
təməl prinsiplərini də özünəməxsus şərh edir:
“...Onlar burasını da görürdülər ki, rus ordusu
daha müasirdir, daha intizamlı, idarəçiliyi
daha mükəmməldir və Abbas Mirzə nə qədər
bacarlıqlı olsa da, özünü oda‐közə vursa da,
rus ordusu ilə bacarmır”.
Hüseynqulu xan, Mahmud bəy, Münşi
Hacı Həsənağa, dilmanc Şərif bəy, Molla
Müzəffər ağa, Hacı Muxtar bəy və digər
qəhrəmanlar da müəllifin həssaslıqla seçdiyi,
zaman‐zaman öz münasibətini onların
təşvişlərinə əlavə etdiyi personajlarıdır. Hətta
Pantera (Qarabağın cins atı (Elçinin heyvani
obrazları insaniləşdirməsi yaradıcılığının
sentimental məziyyətlərindəndir)) da sahibiylə
səssiz danışmaq gücünə malikdir.
“Baş” romanının təkcə bədii çəkisinə ‐
müasirliklə tarixin vəhdətində gələcəyin
sxemini vermək gücünə görə çeşidli təhlil
predmetinə çevriləcəyi gerçəyini hələ çap
olunmadan onunla bağlı ədəbi sferada çoxsaylı
yazıların yazılması əyani təsdiqləyir.
Ardı var...
Aylıq ədəbiyyat dərgisi
8
ULDUZ /
Dekabr 2015