döyünür, dənizin ləpələri tora düşmüş balıq
kimi çırpınır, dənizin qüdrəti şahə qalxır.
S.Abdinin yaradıcılığında dəniz anlayışı
ilə paralel ay, günəş, ulduz, göy, gecə, payız,
yağış, külək, yarpaq, yuxu, qəm, göz yaşı və
s. romantik istilahlardan da səmərəli, əhatəli,
yerli‐yerində istifadə olunur. “Mən gözlədim,
sən gəlmədin” şeiri poetik mənzərənin
orijinallığı və cazibədarlığı yönümündən
diqqəti özünə çəkir:
Gecə küsdü, ay da batdı,
Dərd yuxuma haram qatdı,
Ürəyimi qəm oyatdı,
Mən gözlədim, sən gəlmədin.
Alman romantizm epoxasının təsviri
incəsənət sahəsində görkəmli nümayəndəsi
Kaspar David Fridrixin “Dumanlı dənizin
səyyahı” (Hamburq 1818) adlı mənzərəsini
daha yaxından seyr etdikcə Sabir Abdinin
“Mən gözlədim, sən gəlmədin” şeirini
yazarkən bu dahi rəssamın əsərindən
təsirləndiyini, həmin ovqata kökləndiyini
güman edirsən. Hər iki sənətkarda və əsərdə
birləşdirici xüsusiyyət eynidir: bəşərilik
millilikdən üstün təqdim edilib. Sənətin bu
keyfiyyətinin təzahürü, şübhəsiz ki, ilk
növbədə romantik düşüncənin təqlididir.
Şair bəzən iki misra ilə də yaddaqalan
portret, bədii peyzaj yaratmağı bacarır:
Getmisən, hər gecə xatirələri
Üstümə örtürəm tellərin kimi.
Yağışlar, küləklər döyür qapımı,
Sənin o titrəyən əllərin kimi.
“Bilirəm getmisən, bilirəm yoxsan”
şeirindən götürülən misralar ifadə tərzi
baxımından yeni və orijinaldır. Tellər kimi
üstə örtülən, içində isinilən xatirələr sevdalı
illərin, günlərin nişanələri, ən şirin
yadigarlarıdır.
Sənsiz yaxam qalıb vaxtın əlində,
Bir günüm min günə bərabər oldu.
Nə qədər gözəl və dəqiq deyimdi: “Sənsiz
yaxam qalıb vaxtın əlində.” Ümumiyyətlə,
yaxası vaxtın əlində qalmayan bir kimsə
varmı? Vaxtın əlindən yaxa qurtarmaq
mümkündürmü? Buna heç ehtiyac
duyulurmu?
Xalq deyim tərzinin tamam fərqli üslubda,
yeni yanaşmada poeziyaya gətirilməsi sözün
poetik duyumunu fəlsəfi qatlarını birmənalı
olaraq ədəbiyyatın gündöyəninə çıxarır. Sabir
Abdinin yaradıçılığında romantik düşüncənin
ənginliklərinə, bədii fikrin, obrazlı məcazların
incəliklərinə daha yaxından bələd olduqca
onun sənətkarlıq məziyyətlərinin, poetik
xüsusiyyətlərinin ciddi, sistemli araşdırmaya
möhtac qaldığı özünü qabarıq büruzə verir.
Aylıq ədəbiyyat dərgisi
34
ULDUZ /
Dekabr 2015
B
ir yer bu qədər dəyişərmi? Uca
tikililər boyu getdikcə ensizləşən
yola baxa‐baxa bunu fikirləşirdi.
Düz qırx il əvvəl ilk dəfə addımladığı bu
kələ‐kötür yolda hər dəfə köhnə həyəcanla
addımlayırdı, həmişə dəyişiklikləri müşahidə
edirdi. Bircə qəmbərlər heç dəyişməmişdi.
Elə bil addımlarını tısbağa çanaqlarına atırdı
‐ əvvəl də bundan xeyli eymənirdi. Dəyişən
tikililər idi. Bax bu sağ tərəfdəki işıltılı vitrinlər
heç yox idi. Bir qədər düşünəndən sonra
əvvələr buranın yeraltı bistro olduğunu
dumanlı şəkildə xatırladı. Düşünməyə davam
etdikcə yaddaşının dərinliklərində nələrinsə
qığılcımlandığını, get‐gedə daha aydın
xatırlamağa başladığını hiss edirdi. Azmı
xatirə vardı o məkanda? Bura adətən onların
ehtiraslı və upuzun gecələrinin başlanğıcı
olurdu. Həmişə gecikirdi. Ensiz, taxta pillələri
məğlub edib içəri daxil olanda onun düşüncəli,
nigaran siması küncdəki tozlu masadan
boylanırdı. Bir‐birini görən anda hər ikisinin
üzündə güllər açırdı, qayğılı cizgilər yox
olurdu. Bundan sonra eyni şeylər təkrarlanırdı.
O, əlindəki siqareti tələm‐tələsik kötüklərlə
dolu külqabıya basdırırdı. Ayağa qalxıb onun
zərif addımlarıyla üç‐dörd metrlik məsafəni
bitirməyini intizarla gözləyirdi. Möhkəm
qucaqlaşmadan görüşün ilk mərhələsinin
bitdiyini bilmək olardı. Bu tozlu masa
məkanın ən solğun masası idi. Ahəstə musiqi
sədaları, süd rəngli abajurdan süzülən titrək
işıq bistronun əskiliyini ört‐basdır edirdi.
Nədənsə həmişə bura gəlirdilər. Digər kafelər
bu izahsız məhrəmliyi yaşada bilmirdi. İçəri
girər‐girməz naməlum, ad verə bilmədiyi
nəşə içini limhəlim doldururdu. Bəlkə də,
onların təzə‐təzə daddığı hisslər bu köhnə
məkanın fonunda daha cazibədar idi. Buraları
gözəlləşdirən onların ən nəcib duyğuları idi,
yoxsa nəmiş, dörd‐beş masalıq, miyanə otaq
niyə ikisini də bu qədər cəlb etsin? Qonaqları
pilləkənin önündə, kiçik arakəsmənin
arxasında barmenin donuq, parıltısız gözləri
qarşılayırdı. Üzündəki qırışları gizlədən
saqqalı, uzun, kürən saçları qədər şişmanlığına
uymayan qıvraqlığı ilə də diqqət çəkirdi.
Baxışlarındakı astagəllik məkanla həmahəng
idi. Vecsizliyi işinə də təsirsiz ötüşmürdü.
Qonaqları diqqətlə dinləyib, könülsüz halda
sifarişləri hazırlamağa başlayırdı. Heysiz
nəzərlərini içkiyə olan təşnəliyi tamamlayırdı.
İfadəsiz, xumar gözləri iş müddətində içki
yasağına uymadığını ələ verirdi. Gecəyarıya
, bəzən də sübhə qədər bu rütubətli otağın
sakinləri boşalan içki şüşələri, dəfələrlə siqaret
35
ULDUZ /
Dekabr 2015
DEBÜT
AYDAKI
DALĞALAR
“...Buralarda daha parlamır ay işığı
Günəşimizə qar yağdı...”
Orxan CUVARLI