Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   2   3   4   5   6   7   8   9   ...   16

Musiqi.  2006-cı  ildə,  dünyamızın  təbii  gözəllik  mərkəzi 

Niaqara  şəlaləsinin  ecazkar  sahilində  Qərb  musinisinin  kralı 

dahi  Motsartm  250-illik  yubileyinə  həsr  olunmuş  üç  günlük 

musiqi  festivalı  keçirildi.  O,  dünyəvi musiqi  bayramı  azərtürk 

bəstəkarı  Üzeyir  bəy  Hacıbəylinin  musiqisi  ilə  açıldı!  «Üzeyir 

bəy  -   bütün  tarixin  ən  böyük  bəstəkarıdır»  -   faktı  təsdin 

olundu!  Bu da dünya tarixinə yazıldı.

Qəhrəmanlıq. Azərtürk imperatoru I Şah İsmayılı (1487-1524) 

böyük  ingilis  alim-filosofu  Frənsis  Bək on  (1561-1626)  «dünya­

nın  ən  fəxri  5  şəxsiyyətindən  biri»  kimi  qiymətləndirmişdir  [7]. 

Mən (tək mən yox) isə Şah İsmayılı dünyanın ən böyük (həm də 

mənalı və tarixi dəyərli)  qəhrəmanı  hesab edirəm:  14 yaşında (!) 

7  min  fədai-döyüşçü  ilə  32  minlik  nizami  qoşunu  darmadağın 

etmiş,  şah  taxtına  çıxmışdır.  Böyük  imperiya  yaratmış,  bütün 

Şərq mədəniyyətinin sıçrayışına nail olmuşdur.

Digər fenomenal  işlər görən -  tarixi qələbələr çalan  onlarla 

türk  sərkərdələrindən  isə  danışmıram.  Onların  «tarixlərini 

yazıblar,  özgələr».  Özümüz təzədən  yazmalıyıq.  Mən gedirəm, 

kim yazacaq, nə vaxt?..



Memarlıq.  Böyük  türk  memarı  Sinamn  (1489-1578)  tələbə­

si,  Ustad  Mehmet  İsa  Efendi  -   Tac-Mahalın  memarı,  tikinti­

sinin  mühəndisi.  Müasir  dünyanın  ən  məşhur  tikilisi  olan  bu 

abidə  indi,  qeyri-rəsmi  olaraq,  dünyanın  8-ci  möcüzəsi  (əvvəl­

ki 7 möcüzə qalmayıb) adlandırılır.

Bir  böyük,  dünyəvi  amil  də  var -  Atatiirk şəxsiyyəti.  Mus­

tafa  Kamal  Atatürkü  tarix  bir  xilaskar  kimi  yetişdirdi  -   bu 

şəxsiyyət-sərkərdə  Türkiyə  adlı  dövlətin  dünya  xəritəsindən 

silinməsinin qarşısım aldı.

Fəqət mən Atatürkün dünya miqyaslı,  bir vaxt bəşəriyyətin 

xilasında  işləyəcək  hərbi-sosioloji  kəlamına  onun  ən  böyük 

xidməti  kimi  baxıram.  Bu  faktı  hamı  bilir,  amma  faktın  elmi- 

tarixi mənası barədə mənim anladığımı dərk edən, dediyimi [5, 

s.552] deyən olmayıb.

XX  əsrə  kimin  adı  verilsin?  Təkliflərdən  ikisi  həqiqətə  ən 

yaxını idi: Avropadan Çörçilin, Asiyadan -  Atatürkün adları.

14

Çörçil  Avropa  miqyasında ən  böyük  tarixi  işi  gördü  -  Da- 



xiliavropa müharibəsini dayandırdı.

Atatürk  daha  böyük,  dünyəvai  məsələnin  həllini  -   bütün 

dünyada müharibənin dayandırılması formulunu verib:

« YURDDA SÜLH -  CAHANDA  SÜLH».

«Dördcə» kəlmədən ibarət bu sadə ifadənin mənası nədir?

Eynşteynin  cansız  aləm  üçün  verdiyi,  fizikanın  ali  qanunu­

nun riyazi ifadəsi belədir:

E = mC2.

XX əsrin -  bütün tarixin ən böyük nailiyyətləri -  nüvə ener­

jisi,  lazer  texnikası  və  kosmik  uçuşlar  texnologiyası  bu  formul 

əsasında əldə edilib. Bu da «dördcə» işarədən ibarətdir.

Mən  hesab  edirəm  ki,  dörd  işarədən  ibarət,  «sadə»  Eyn- 

şteyn  formulunun  fizika  elmində  rolu  nə  qədərdirsə,  dörd 

kəlmədən ibarət «sadə» Atatürk  formulunun da sosiologiyada 

rolu  o  qədərdir,  həm  də daha  mənalı  və daha  vacib  məqsəd -  

bəşəriyyətin gələcəyi və dünyanın xilası üçün.

Sözgəlişi, Atatürk -  Eynşteyn.  Bəlkə elə bu da təsadüfi dey­

ilmiş: bütün tarixin bu iki giqantı eyni dövrdə dünyaya gəlmiş, 

yaşamış,  hətta  şəxsi  münasibətlərdə  olmuşlar  -böyük,  insani 

bir  məsələ  üzrə:  «...1933-cü  ilin  sentyabrında  Hitler  haki­

miyyətindən  Fransaya  qaçmış  Albert  Eynşteyn  Almaniyada 

qalan  yəhudi  alimləri  xilas  etmək  üçün  Türkiyəyə  [yalnız  və 

məhz  Türkiyəyə  -   Atatürkə!]  müraciət  edib...  Atatürk  ona 

müsbət  cavab  vermiş,  alimləri  dəvət  edərək  onlara  sığınacaq 

vermişdir» [Türküstan, mart, 2011].

Əsrin  şəxsiyyəti  adına  layiq  bilinən  şəxslər  isə,  deyəsən,  elə 

onlar da oldu:  Qərb -  Çörçili, Şərq -  Atatürkü qəbul etdi.



Dil.  Mövzumuzun  özəyi budur.  Fəqət biz adi  bir dil barədə 

yox,  qeyri-adi  -   TÜRK  DİLİ  barədə  və  onun  qeyri-adi  pro­

blemi haqqında danışacağıq.

Dil  millətin  tarixinin  əsas  nəticəsi,  mədəniyyətinin  birinci 

amili,  ləyaqətinin göstəricisidir.  Dil həyat vasitəsi, əvəzsiz silah­

dır.  Dil -  müqəddəs milli sərvətdir.

15



Bugünkü türk dilində bu tərif pozulub.

*   *   *

Mən  türk dili, əsasən azərtürk dili barədə yazmışam:

1.  Dilimiz. «525-ci qəzet», 24, 31  avqust, 2002.

2.  Dilimiz. «Azərlər, kitab-1», Bakı, Elm, 2005, s.45-58.

3.  Azərbaycanın dil qurumu,  «Ədalət» qəzeti, 03.06.06.

4.  Dilimiz. «Azərlər, kitab-2», Bakı, Elm, 2007, s. 12-27.

5.  Türkün  milli  fəlakəti.  «Elm  və  zəka»  qəzeti  06 03 09’

12.05.09. 

'  ’  ’


6.  Ümumtürk  ünsiyyət  dili  barədə.  «Elm  və  zəka»  qəzeti

06.03.09.

Təəssüflər  olsun  ki,  reaksiya  verən  yoxdur.  Rəsmilərdən  —

 

məlum  səbəblərə  görə,  mütəxəssislərdən  -   səviyyə  fərqi 



üzündən,  adi  oxuculardan  -   imkansızlığa  görə.  Bəlkə  başqa 

səbəblər  də  var,  məsələn,  hörmətli  şair  Hasan  Hacısoyun  rast 

gəldiyi kimi:

«Dilinə, dininə yadlar,

İstedadsız istedadlar 

Pay verilən fəxri adlar 

Adamı yandırıb yaxır».

[«525-ci qəzet», 07.03.09].

XX  əsrin  əvvəlinə  türk  millətinin  müstəqil  dövlət  və  ya  iri 

toplum  halında  yaşayan,  xüsusən  dil  etibarı  ilə,  bir-birinə  ən 

yaxın  olan  üç  xalqın  əcdadımız  sumer  (şumer)  dilini  nisbətən 

yaxşı  saxladığını yuxarıda qeyd etdik.  Bunlar türkiyə (osman­

lı)  türkləri,  Cənubi  Azərbaycan  və  (Şimali)  Azərbaycan  Res­

publikası türkləridir.

Dilimiz. Dünyanın ən qədim relikviyası -  əzərtürk dilidir.

Burada  mən  Azərbaycan  türk  xalqının  azərtürk dili barədə 



mütəxəssislər  iiçün  bəzi yeni məlumatı  qısa  şəkildə  vermək  is­

təyirəm.


Osmantürk və azərtürk dilləri çox yaxın, demək olar ki,  ey­

ni  idilər,  1920-ci  illərə  qədər.  Fəqət  o zaman  Osmanlı  türkcə-

16

V

S



sində «islahat» aparıldı  və əcayib bir hadisə  baş verdi -  bu dili 

korladılar.  Mən  köhnə  türk -  indiki  azərtürk dilindən  danışa­

cağam.

Azərtürk dili dünya  tarixinin ən  qədim,  sumer  (şumer)  əsas­

lı,  öz qrammatikasına görə dünyada ən təkmil, fonetik ahənginə 

görə -  qeyri-adi gözəlliyə malik dildir.

Təəssüf ki,  bu elmi fa k t barədə deyən yoxdur.

Azərtürk dilinin  misilsiz xüsusiyyətləri  əyani göstərir  ki,  dil 

peyda  olaraq  təbii  surətdə  dövlətçilik  şəraitində  inkişaf edən, 

zaman,  zəhmət  və  qeyrət  amilləri  sayəsində  təkmilləşən,  canlı 

orqanizmə  bənzər  bir  varlıqdır.  O,  əvəzolunmazdır  -   süni 

üsulla  hər  şeyi  «təkmilləşdirmək»  olsa  da,  dildə  bu,  mümkün 

deyil.  Dili  «düzəltmək»  -   emallı  mebeli  balta  ilə  yonub  «ha­

marlamaq» kimi bir əməldir.



Dilə  əl  qaldıran  alimdirsə  -   kəmsavaddır,  hökumətdirsə  -

düşməndir.

Dilimizin  adı  barədə.  Mən  hesab  edirəm  ki,  elmi  filologiya, 

siyasi tarix və milli mənəviyyat amillərinə əsasən ən düzgün təyi­

nat belədir: «azərtürk dili».  Biz türk millətinin azər xalqıyıq.

Mən  üç  dili  mütəxəssis  səviyyəsində  bilirəm.  Daha  dəqiq 

desək,  azər  (türk  dilləri  qrupu),  rus  (slavyan  qrupu)  dillərini 

yazıçı  səviyyəsində,  alman  (roman-german  qrupu)  dilini  isə 

mühazirəçi  səviyyəsində  mənimsəmişəm.  Bir  neçə  digər  dillə 

də  tanışam.  Əlavə  olaraq  mütəxəssislərlə  məsləhətləşmişəm. 

Qənaətim  belədir:  azər  -   türk  dili  ilə,  ilk  növbədə  onun 

qrammatikasının  təkmilliyinə  görə,  hansısa  bir  dil  -   istər  ölü, 

istər diri -  müqayisə edilə bilmir.  Bu,  tək mənim rəyim deyil.

Uzun  zaman  İsfahanda  yaşamış  avropalı  tədqiqatçı  Rafael 

Dü  Man  yazıb:  «Yunan  və  latına bəzən  qanundan  kənara çıx­

maq xasdırsa, türk dilində hər şey vahid qaydalara tabedir».

Azərtürk dilində hər qrammatik qanun  üçün yalnız bir hal, 

bir qayda var və hər hansı digər xüsusi hal, istisna yoxdur.  Bu, 

fenomendir!  Bunu  biz  dünyaya  bildirməliyik!  Bunu,  məsələn, 

Avropa  filoloqu  başa  düşər,  amma  inanmaz.  Axı  bu,  idealın

özü deməkdir!

A zə rb ay ca n   R e sp u b lik a sı  P re zi den tinin 

İşi-зг  İd arə si

PREZİDENT  K İTA B XA N A S I



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə