Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

məsi  məsələləri...  Azərtürk  xalqının,  türk  millətinin  Əbdürrə­

him  bəy  Haqverdiyev,  Üzeyir  bəy  Hacıbəyli,  Cəfər  cabbarlı, 

Mikayıl  Rəfili  kimi  böyük  xadimləri  bu  sahədə  epoxal  işlər 

görmüşlər.

Onların  dərin  mənalı  incə  istedadı  sayəsində  müasir 

Azərtürk dili indi çox gözəl, dünyanın ən təkmil dilidir.



Bu gün biz  Üzeyir bəyin dilində danışırıq!

Azərtürk dilinin məziyyətləri barədə yuxarıda, qısa da olsa, 

demişəm.  Bir sözlə,  belədir:  dilin  birmənalılığına  (ən  münasib 

diplomatiya,  siyasət,  ədəbiyyat  dili  kimi),  qanunauyğunluğu­

na  (elmi  inkişaf sayəsində),  səlisliyinə  (şifahi  ünsiyyət  üçün), 

musiqiliyinə  (sait  hərflərin  hamı  dillərdəkindən  çox  olması), 

misilsiz ahəng qanununun  varlığına (opera  və mahnı incəsənə­

ti  üçün  arzu!)  və  i.a.  görə  azərtürk  dili  ilə  yan-yana  duran, 

onunla müqayisə edilə bilən ikinci bir dil yoxdur.

Yalnız bir xüsusiyyətə -  zənginliyə görə azərtürk dili birinci 

yerdə deyil -  bu  cəhətdən dünyada birinci yeri qədim ərəb dili 

tutur. Qərb dilləri isə hələ çox geridədir.

Azərtürk  dili  ümumtürk  milli  ünsiyyət  dili  keyfiyyətində 

bütün türk xalqları tərəfindən qəbul olunmalı, işlənməlidir.

Bu  dil,  dünyanın  1-ci  yazılı  dili olan  sumer-türk  dilinin  xə­

ləfidir,  gələcəkdə  isə  dünyanın  ümumbəşəri  dili  ola  bilər  və 

olmalıdır.

Bu  yolda  çalışmaq,  bu  niyyəti  dünyaya  çatdırmaq  və  bu 

məqsədə nail olmaq  azərtürk  xalqının,  türk  millətinin, Şərqin, 

bütün  bəşəriyyətin  ən  alicənab  borcu,  ən  şərəfli  ümidi, ən fay­

dalı məqsədi olmalıdır.

Türkün  əyri  bir  protez  halına  salınmış  erməni-türk  dili nif­

rətlə  rədd  edilməli,  osmantürk  qardaşlarımıza  anladılmalı, 

onlara  məsləhət  görülməli  və  kömək  edilməlidir  ki,  öz dilimi­

zə, Dilaçardan əvvəlki türk dilinə qayıtsınlar.

Bu,  çətindir,  fəqət  mümkündür.  Erməni-türk  protez dilinin 

saxlanması isə yolverilməzdir.

Gözəl  azərtürk  dilini  erməninin  yaratdığı  əldəqayırma  «dil 

qurumu»nıın eybəcər «sözlər»i ilə zibilləmək cinayətdir.

54

Ən  azı,  bu  olmalıdır:  indiki  erməni  türkcəsi  saxlanılsa  və 



ümumtürk ünsiyyət dili kimi qəbul edilsə belə, azərtürk dili dəy­

işdirilməməli,  bu  dilə,  elmə,  mədəniyyətə  və  vicdana  zidd  uy­

durma süni kəlmələr daxil edilməməlidir.

Ən  təkmil  dil,  dünya  relikviyası -  azərtürk dilini  düşmən er­

məninin  uydurduğu  iyrənc «sözlər»lə murdarlamaq  cinayətdir -  

azərtürk xalqına, Osman türklərinə, dünya mədəniyyətinə qarşı.

Türk  alimlərinin,  türk  millətinin  və  türk  dövlətinin  ən  vacib 

işi, müqəddəs borcu -  erməni Dilaçarın vurduğu zərbəni rədd et­

mək, qədim, gözəl, fəxri TÜRK DİLİMİZİ bərpa etməkdir.

Bu amal  bir vaxt  mütləq  baş  tutacaq.  Bunsuz varlığın  III  -  

insani  erasına,  mənim  layihələşdirdiyim  türk  erasına  çıxmaq 

mümkün olmayacaq.

*  *  *

Azərbaycanda  elm  doktorlarının  sayı  mənə  məlum  deyil, 



amma  onların  hamısının  olmasa  da,  çoxunun  «filologiya  (və 

fəlsəfə!) elmləri doktoru» olduğunu TV bizə çatdırır.

İndi hətta belə şey də «icad» ediblər -  «filologiya  üzrə  fəlsə­

fə doktoru!»

Bu,  kimə  və  nəyə  lazımdır?  Əlbəttə,  o  adların  sahiblərinə  -  

vəzifə  tutmaq,  «alim»  adı  qazanmaq,  gəlir  götürmək  üçün. 

Bəs elmə, xalqa, dövlətə,  dilə, filologiyaya?

Mən  dəqiqlik  elminin, metrologiyanın  mütəxəssisiyəm, ona 

görə də dəyərin  mütləq  ölçüsündən  fərqi  intervalmı  göstərmə­

liyəm.  Bu  mənada  yazmışam:  «10  faiz  xəta  ilə,  Azərbaycanda 

akademiya  var,  elm  yoxdur,  akademiklər  var,  alimlər  yoxdur, 

hesabatlar  var,  nəticələr  yoxdur». 

[«Proqnoz»  qəzeti, 

27.05.04].

Elm  o  şeydir  ki,  onu  alim  tapır,  kəşf edir,  ilk  dəfə -   bütün 

dünyada  və  bütün  dünya  ondan  istifadə  eləməyə  başlayır. 

Kəşf  edən  -   alimdir,  istifadə  edən,  dəqiqləşdirən  alim  deyil, 

tədqiqatçıdır.

Məsələn,  kulturologiya,  yapon  mədəniyyəti  barədə  yazını

55



(rus  dilindən)  tərcümə  edən  adama  mədəniyyəti  öyrənmək  -  

«kulturologiya» institutu  açırlar, «öyrənir».  Bu,  olsa-olsa  təd­

qiqatçıdır -  «исследователь»dir,  alim -  учёный deyil.  Ola  bil­

sin,  bu da lazımdır,  amma  bu,  elm deyil,  tədqiqatdır,  bununla 

məşğul olan isə alim deyil, elmi işçidir.

Bizim  yüzlərlə  «filologiya  elmləri  doktorları»  nəinki  bir 

kəşf,  heç  hansısa  bir  beynəlxalq  elmi  əhəmiyyətli  tədqiqat  işi 

də görmürlər.

Məsələn,  heç  bir Azərbaycan «alim-filosofu»,  ümumiyyətlə 

heç kim  azərtürk  dilinin  adını  belə  bilmir,  deyirlər:  «Azərbay­

can dili» -  baş hərflə -  Azərbaycan! -  Belə dil olmaz!

Azərbaycan  cansız  bir  varlıqdır,  coğrafi  ərazidir,  onun  dili 

ola bilməz! Torpaq danışmır -  kaş danışaydı...

Heç  bir dil  belə  adlanmır:  məsələn,  «İngiltərə  dili»,  Gürcü­

stan  dili,  Ermənistan,  İtaliya  dili  yoxdur,  onların  xalqlarının 

dili var: ingilis, gürcü, erməni, italyan...  dilləri.

Dil «alimləri»mizin savadı çatmır ki, bunu başa düşsünlər.

Alimlərimiz nəyi bilirlər,  nəyə savadları çatır? Onlar heç öz­

lərinin öz sənədlərinin nəyə lazım olduğunu da bilmirlər.

Məsələn,  kimyaçı  bilir,  onun  elmi  və  bir  mütəxəssis  kimi 

borcu  nədir:  yeni  maddələr  sintez  eləmək,  yeni  texnoloji  sis­

temlər layihələşdirmək,  əhaliyə lazım  olan materialları istehsal 

etmək.

Zooloq -  heyvanları,  onların  xəstəliklərini  öyrənir, müalicə 



üsullarını  tapır,  saxlanması  şəraitini  aydınlaşdırır,  heyvandar­

lığın  inkişafına  kömək  edir;  təbabət alimi -  insan  sağlamlığını 

necə müdafiə etməyi  öyrənir,  yeni  (!)  müalicə  üsulları  tapır və 

insanları müalicə eləyir.

Bəs  filoloq  nə  etməlidir?  Milli  dilin  qanun  və  qaydalarını 

yalnız  öyrənmək  yox,  həm  də  işlədilməsi  üçün  onları  xalqa 

çatdırmaq,  əhalini  öyrətmək,  dilin  təmizliyinə  (!)  daim diqqət 

yetirmək, onu müdafiə etmək -  budur alim-filoloqun işi.

Filoloq  alimlərin  əli  daim  TV  və  radio  diktorlarının,  KİV 

xadimlərinin,  jurnalistlərin  üstündə  olmalıdır,  onların  məsu­

liyyətini  başa  salmalı,  konkret  səhvlərini  mütəmadi  düzəltmə­

56

lidirlər. TV və radioda belə, dil xidməti daim işləməlidir!



TV-də  çıxışları  olur.  Oturub  «yüksək  materiya»  barədə  da­

nışırlar,  məzmunsuz,  mənasız,  məqsədsiz,  hər hansı  bir  təklif- 

siz. Və əlbəttə, nəticəsiz.

Bəs  filoloqlarımız  nə  iş  görür?  Demək  olar  ki,  bütün  Filo­

loqlar  hamısı,  onillərlə  «Kitabi-Dədə  Qorqud»u  öyrənirlər. 

Yüzlərlə  «elmi»  əsərlər,  məqalələr,  kitablar,  dissertasiyalar 

yazıblar.  Bir-birindən  köçürə-köçürə  şıdırğı  yazır,  müdafiə 

eləyir, «elmi» dərəcələr alırlar.

Kitabi-Dədə  Qorqud,  əlbəttə,  çox  dəyərli,  iftixar  doğuran 

bir milli  abidədir.  Onu  araşdırmaq,  onun  müasir  ədəbiyyatla, 

sosiologiya  ilə  səsləşməsini,  tarixi  əhəmiyyətini  işləmək  lazım­

dır.


Dədə  Qorkudu  öyrənmək  lazımdır.  «Amma  bir  o  qədər  də 

yox!»


«Kitabi-Dədə Qorqud» barədə hər şey  deyilib,  qurtarıb,  tə­

zə  bir  şey  yoxdur,  artıq  onillərdir  ki,  təkrar  gedir.  Nə  üçün? 

Ona  görə  ki,  başqa  mövzu,  ideya  yoxdur,  qabiliyyət,  istedad 

da  çatışmır  ki,  yeni  ideya  tapılsın;  qoca  Qorqudun  ətəyindən 

üzülmək istəmirlər.

Dədə Qorqudun  müasir problemlərlə əlaqəsini -   uydurmaq 

olar,  amma  konkret,  ağıla  batan  əlaqə  yoxdur,  nə  vardısa 

hamısını  çoxdan  dissertasiyalarda  «konkret»  uydurublar  və 

müdafiə ediblər.

Dədə  Qorqud,  təkrar  edirəm,  milli  fəxrimizdir,  əsrlərin  ar­

xasından  xəbər verir,  bu,  yaxşıdır, maraqlıdır.  Amma  ən  yaxşı 

şey də həddini aşanda nəinki yorur, hətta təngə gətirir.

Bəsdir  qoca  Dədə  Qorqudu  sui-istifadə  edib,  milləti  təngə 

gətirmək.  Bu  şərəfli  və  asan  yolda  3-5  nəfər  Qorqudşünas 

qalmalı,  qalan  alim  və  yazıçılar  aktual  işlərlə,  müasir  pro­

blemlərimizin  həlli  ilə məşğul  olmalıdırlar.  VII  əsr Qorqudun­

dan  əl  çəkmək,  XXI  əsr  Qorqudunu  tapmaq,  indi  də  onun 

ətəyindən tutm aq lazımdır. Və belə imkan var.

Budur,  burada,  bizim  Bakı  şəhərimizdə  müasir azərtürk  və 

dünya problemlərinin  dünya elmi səviyyəsində,  ali  elm  dilində

57



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə