Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   2   3   4   5   6   7   8   9   ...   16

də dil  sahəsində,  fenomenal,  yalnız türk millətinə aid  olan  bə­

şəri faktorların məhsuludur.



Zaman faktoru.  Dünyanın  ən  qədim,  yazılı  (!)  mədəniyyət 

abidəsi  şumerlərə  (yəhudi  ləhcəsində  -   «şumerlər»ə)  aiddir. 

İngilis  alimləri  S.Lloyd,  Q.Çayl:  «Turanlılar,  təxminən  on  -  

on  iki  min  il  bundan  əvvəl,  Diclə  və Fərat  çayları vadisində... 

dünya mədəniyyətinə sahib oldular...» [6].

Rus alimi  L.Reder:  «Şumer dili  xüsust  bir dildir.  Yalnız bu 

məlumdur  ki,  o...  öz  quruluşuna  görə  ən  çox  türk  dilləri  ilə 

müqayisə oluna bilər.

Amerika alimi, azərtürk Tariyel Vəli Nüvədili sumer dilinin 

bizim  indiki  azərtürk dilimizin  əcdadı oqlduğunu mübahisəsiz 

sübut  etdi  -   1997-ci  ildə  ABŞ-da  nəşr  etdirdiyi  fundamental 

«Əcdad»  əsərində  aldığı  nəticələri  nəşr  etdirdi  [6].  Nüvədili 

İstambul  «Qədim  Şərq  Yaradıcılığı»  muzeyində  saxlanılan, 

qucağında it  tutmuq  bir  kişi  (sumer)  heykəlçiyinin  qurşaqdan 

aşağı  hissəsinin  fotoəksi  ilə  Paris,  Luvr  muzeyindəki  həmin 

heykəlciyin  yuxarı  yarısının  fotosunu  birləşdirib  açdı  ki,  hey­

kəlcikdə yazılıb:

İç  Əlümdümü ki,  a(ğ)lın kirşu qalu?

Qalanu şu  (ö)lgirı it o yala qalu 

Gəl uri ki,  mal gəliki 

Ən çiki uri gen 

Am tilənisə amuna ar u

Mətnin azərtürkcəyə «tərcüməsi»;



Əlimin  içidimi ki,  a(ğ)dın qırışı qalı

Qalanı bu  (ö)lu itə yala qalı

Gəl ver ki,  mal gələr

Ən kiçiyi verginən

Hamı dilənirsə,  hamının ardınca get.

Bu,  «iki  millətin  -   bir  dili»dir,  təbii  ki,  o  dövrdən  keçən 

6000 il ərzində bir qədər dəyişikliyə uğrayıb.

Beləcə,  sumer  dilinin  -   türk  dilinin,  daha  dəqiq  -   müasir

10

azərtürk dilinin əcdadı olduğu elmi surətdə sübut olundu.



Bu, etnoqrafiyanın, sumerologiyanın,  ola bilsin, bütün elmi 

tarixin ən böyük kəşfidir.

Vətən buna da oğul demədi.

Millətin,  onun  dilinin  dəyər  və  ləyaqətinin  əsas  yaradıcısı 

olan qədimliyindən -  zaman faktorundan əlavə, milli dövlətçi­

liyi  və milli  mədəni  mentaliteti  də  vacib  amillərdir.  Biz  onmi- 

nillik zaman  faktorundan,  çox  qısa,  dedik.  İndi  də Dövlətçilik 

faktoru barədə.

Şimal  buzlu  okeanından  Misirə,  Mesopotamiyadan  Böyük 

Çin səddinə,  Sakit okeandan Qərbi Avropaya qədər üç qitənin 

min  illər  ərzində  sakinləri  və  sahibləri  olan  türklər,  dünyanın 

və  tarixin  supermilləti,  110  dövlətçilik,  o  cümlədən  15  impe­

riya yaratmış  türk xalqları böyük  türk dilinin  və mədəniyyəti­

nin  yaradıcısı  olmuşlar.  Bu  qlobal  dövlətçilik  faktoru  dünya 

tarixində misilsizdir.

Burada, dövlətçilik faktorunda, yalnız bir imperiya, Osman 

imperiyası barədə qeyd edirəm.

625  il  hökm  sürmüş  -   xeyr,  hökm  olmayıb:  onlarla  millətə, 

xalqa  sülh  və  əmin-amanlıq  şəraitində  yaşamaq,  hər  birinə  öz 

mədəniyyətini  yaratmaq,  öz dini etiqadına  xidmət  etmək  imka­

nını təmin edən dünyəvi dövlət -  Osman imperiyası -  belə olub!

Avropanın  paxıllıq  hiyləsi,  Rusiyanın qəsbkarlıq hikkəsi  ilə 

parçalanan  bu imperiyanın  xiffətini erməni qocaları dünyadan 

gedərkən  öz  ürəklərində  aparırlar:  o  zaman  -   imperiyanın, 

demək  olar  ki,  bütün  sənayesinin,  ticarətinin,  banklarının, 

kapitalının  sahibi  olan,  «vəfalı  millət»  kimi  qəbul  edilmiş  er­

mənilər,  heç  vaxt,  heç  yerdə  türkiyədəki  qədər  xoşbəxt  olma­

mışlar.  Bədbəxt -  «ən  bədbəxt» ermənilərin isə «azad  Erməni- 

stan»ın  əhalisi  olduğunu  «İzvestiya»  (Moskva)  qəzetinin  er­

məni müxbiri Bablumyan yazırdı.

Osman imperiyasının  ömrü qədər,  həm də daxili sülh şərai­

tində,  yaşamış  başqa  bir  millətə  məxsus  imperiya  tarixə  mə­

lum deyil.

11



Mədəni mentalitet faktoru

Çox qısa, yalnız bəzi əsas göstəriciləri gətirirəm.

Mədəniyyətin mənbəyi, özəyi, ürəyi -  MƏHƏBBƏTdxr.

Bütün  tarixdə  ən  böyük,  ən  gözəl  məhəbbət!  Sahibi  kim 

olub?

Şah  Cahan  (1592-1666),  ulu türk imperatoru Teymurləngin 



nəvəsi,  Hindistanda  Böyük  Moqollar  türk  imperiyasının 

hökmdarı...  Həyat  yoldaşı  Mümtaz  Mahal  14-cü  uşağının 

doğuşunda  dünyasını  dəyişdi.  Şah  rəiyyətə,  onu  narahat  et­

məməyi  tapşırıb,  qapısını  arxadan  bağladı...  Səkkiz  gündən 

sonra...  qapını  açıb  izdiham  önündə  göründü:  qapqara  saç- 

saqqalı tamam ağarmış...

Şah  Cahan  sevimli  zövcəsinə  abidə  tikdirdi  -   Tac  Mahal: 

ağ  mərmərdən  inşa  edilən  82  metr  hündürlüyündəki  bu  mə­

həbbət abidəsinə 47 milyon qızıl lirə xərcləndi -  ancaq binanın 

tikintisinə.

Müqayisə  üçün  deyək  ki,  məşhur  Suleymaniyə  məscidinin 

tikintisinə  19 milyon qızıl lirə xərclənmişdir.

Əlavə  (!)  binanın  divarlarının  içəridən  bəzədilməsinə  də 

təxminən  o qədər xərc qoyuldu.  Bu misilsiz bəzək yüzminlərlə 

(!)  əqiqdən,  firuzədən  və  sədəfdən  əlavə,  42  zümrüd,  142  ya­

qut,  625 brilliant, 50 ifrat böyük  ölçülü mirvaridən ibarətdir.

Mümtaz Mahalın  və  Şah  Cahanın  sarkofaqları  binanın  üst 

yarusunda yerləşdirilib.

«Dünyanın  taleyi» külliyyatımın  II cildində yazmışam:

«Monumentin  möhtəşəmliyi,  binanın  gözəlliyi,  xərcin 

böyüklüyü  insan  təfəkkürünü  sarsıdır.  Məni  isə  VƏFANIN 

möhtəşəmliyi, gözəlliyi, böyüklüyü sarsıdır» [2, s.276].

Əgər kiminsə  o  qədər varı  olsa və  «sadəcə  bir məqbərə»nin 

tikintisinə  o  boyda xərci  çəkməyə  iradəsi çatsa  belə, məhəbbət 

qəminin  ağırlığından  8  gündə  başının ağarması  -  bu  heç vaxt, 

heç  kimdə  baş  verməyib.  Padişah  sanında,  14  uşağın  atası... 

belə məhəbbət?

Bunu  sadəcə  təsəvvür  etməyə  təfəkkür  acizdir,  təkrar  et­

məyə  -   iradə,  var-dövlət...  hər  şey  acizdir  -   insan  qəlbindən

12

başqa.  Bu isə göylərdən göndərilir, necə ki görürük -  türkə.



Başqa  heç  kimə,  heç  vaxt  belə  məhəbbət  verilməyib.  Bu, 

möcüzədir.

Qurani-Kərimin  üç  surəsi  əsasında  mənim  dərk  etdiyim  və 

ilk dəfə dünyaya  təqdim elədiyim əzəli varlıq Qanunu -  POL- 

YAR 

MÜXTƏLİFLİKLƏRİN 



CÜTLƏRDƏ 

BAHƏM 


VARLIĞI  -   PARİTETİnin  müqəddəs  təsdiqi  -   türk  Şahca- 

hanm bu ailə məhəbbəti oldu.

Azərtürk xalq mahnısı var, oxuyun, türk qəlbi ilə:

Küçələrə su səpmişəm 

Yar gələndə toz olmasın.

Elə gəlsin,  elə getsin 

Aramızda söz olmasın.

Samavara od salmışam,

İstəkana cjənd salmışam.

Yarım gedib tək qalmışam.

Nə əzizdir yarın canı,

Nə şirindir yarın canı...

Mən  Bayronun  məhəbbət poeması  «Don Juan»ın  rus  dilin­

də tərcüməsini oxumuşam, Qoethenin  Faustunu alman dilində 

oxuyub  anlamağa  çalışmışam.  Avropanın  hətta  bu,  ən  böyük 

məhəbbət  əsərlərində  hər  şey  varsa  da,  məhəbbət  -   əsl,  səmi­

miyyət məhəbbəti...  yoxdur.

«Küçələrə  su  səpən»  azərtürk  qızı  səviyyəsində  məhəbbət 

Avropaya  müyəssər  olmayıb.  Türk  qızı  -   məhəbbət  mücəssə­

məsi, vəfa simvoludur...  Bu, Qərb anlamı deyil.

Poeziya.  Qərb sivilizasiyası və Şərq mədəniyyəti dünya poe­

ziyasının  dörd  zirvəsini,  dörd  korifeyini  qəbul  edir:  Firdovsi, 

Nizami,  Səədi,  Hafiz.  Onlardan  birincisinin  isə  türk  Nizami 

olduğu  Avropa  dahisi  Qoetheyə  -  dünya  poeziyasına  məlum­

dur.

Geologiya.  Dünyanın  ən  böyük  mədənini,  Tümen  neft  ya­

taqlarını  açan  ən  böyük  geoloqun  azərtürk  -   Fərman  Salma- 

nov olduğu, həmçinin, tarixi faktdır.

13



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə