TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə169/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   164   165   166   167   168   169   170   171   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      349 
onları  da  yer  üzünün  varisləri  edəcək,  möminlər  üçün  onların  Özünün 
bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla 
əvəz  edəcəkdir.  Onlar  Mənə  ibadət  edir  və  heç  nəyi  Mənə  şərik  qoşmurlar. 
Bundan  sonra  küfr  edənlər  –  məhz  onlar  fasiqlərdir”.  Vallahi,  Allah  bizə  vəd 
buyurub.  Allah  vədinə  xilaf  çıxmaz,  vədə  xilaf  çıxan  bizik.  Allah  bizə  vəd 
buyurub ki, əgər biz iman gətirsək və yaxşı işlər görsək bizi əvvəlkilər kimi yer 
üzünün  varisləri  edəcək.  Allah  bizim  özümüzün,  Allahın  razı  qaldığı  İslam 
dinini 
möhkəmləndirəcək. 
Allah 
bizim 
qorxumuzu 
əminamanlıqla, 
arxayınçılıqla əvəz edəcək. Amma bu gün biz baxırıq ki, bu yoxdur. Deməli biz 
Allahın  Peyğəmbərinin    buyurduğu  şəkildə  iman  gətirməmişik.  Saleh  işlər 
görmürük,  insanlara  -  Əmr  Bil  Mərufu  -  yaxşılığa  əmr  edib,  -  Nəhyi  Ənil 
Munkəri - qadağalardan çəkinməyi tövsiyyə etmirik. Allahın bu şərtini yerinə 
yetirmədiyimizə  görə  Allahın  vədi  hələ  yerinə  yetməyib.  Məgər  Allah 
buyurmayıb  ki:  "Möminlərin  əleyhinə  heç  vaxt  kafirlər  üçün  yol  açmaz?" 
Amma  indi  əksinə  görürük.  Görürük  ki,  kafirlər  müsəlmanları  əzir.  Görəsən 
bu  nəyə  görədir?  Vallahi,  Allah   zalım  deyildir,  Vallahi Allah   zülm  edən 
deyildir.  Zalım  bizik,  zülm  edən  bizik.  Ona  görə  də  Allah  bizi  zalımlarla 
imtahana  çəkir.  Vallahi,  biz  Allaha  asi  olduq,  biz  Allaha  üsyan  etdik,  biz 
insanlara  yaxşılıq  əmr  edib,  pislikdən  çəkindirmədiyimizə  görə,  Allah  bizi 
məğlub  etdi.  Biz  məğlubuq,  çünki  biz  dinimizi  öyrənmədik,  yalnız  və  yalnız 
“gücümüzə  arxalanaraq,  ağlımızı  işlətmədən  onlara  qarşı  vuruşmalıyıq”- 
dedik. Subhənallah! Sən onlara qarşı nə ilə vuruşacaqsan? Məgər o ağsaqqallar 
bu  ümmətin,  İslamın  xeyrini  istəmirlər?  Məgər  Şeyx  Albani,  Şeyx  Useymin, 
Şeyx İbn Bəzz  bu ümmətin xeyrini istəmirdilər? Onlar bu ümmətin xeyrini 
bizdən  də çox  istəyirlər.  Onların saç-saqqalı  bu  yolda  ağarıb, onlar  bilirlər  ki, 
bizim yalnız  və yalnız güclənməyimizə,  qüdrətlənməyimizə,  izzət, şan-şöhrət 
tapmağımıza  səbəb  bizim  Allahın  və  Peyğəmbərin    yoluna  qayıtmaqdır. 
İnsanları  şirkdən,  nifaqdan,  bidətdən,  küfrdən  çəkindirməyimizdir.  İnsanlara 
xeyir işləri əmr edib, pislikdən uzaqlaşdırmağımızdır. Həsənul-Bəsri  əmirə 
qarşı  bəd  dua  edən  birini  gördükdə  deyir:  "Onu  da  bil  ki  –  Allah  Sənə Rəhm 
Etsin  –  hökmdarların  zülmləri  Allahın  intiqamlarından  bir  intiqamdır.  Uca 
Allahın  intiqamlarına  da  qılıncla  qarşılıq  verilməz.  Bu  intiqamlar  dua,  tövbə, 
Allaha  dönüş,  günahlardan  çəkinmək  ilə  bir  tərəf  edilir  və  silinir.  Allahın 
intiqamı  qılıncdan  daha  kəskindir".
752
 Başqa  bir  rəvayətdə:  Həsənul-Bəsri   
Həccaca  bəd  dua  edən  bir  kimsənin  sözlərini  eşitdikdə  belə  demişdir:  "Bunu 
etmə,  Allah  sənə  rəhmət  etsin.  Əslində  bu  müsibətlər  sizə  öz  əllərnizlə 
etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, 
                                                        
752
 İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      350 
meymunlar  və  donuzlar  gəlib  sizə  rəhbər  olurlar".
753
 Məgər  o  zalım 
hökmdarların  olmasına  səbəb,  bizim  öz  əllərimizlə  etdiyimiz  günahlarımız 
deyil?  Allah  Qurani-Kərimdə  buyurur:  "İnsanların  öz  əlləri  ilə  etdikləri 
əməllər  üzündən  suda  və  quruda  fəsad,  pozuntu  əmələ  gələr  ki,  Allah  onlara 
etdikləri  bəzi  günahların  cəzasını  daddırsın  və  bəlkə  onlar  qayıtsınlar".  (ər-
Rum 41).  Vallahi,  Allah   zülm  edən  deyil,  zülm  edən  bizik.  Biz  zülm  etdik, 
biz zalım olduq, Allah  bizi zalımlarla imtahana çəkdi. Ona görə də yalnız və 
yalnız  tövhidə,  haqq  yola  qayıtmaq  üçün  bizim  məqsədimiz  birdir.  Allahın 
dininə, tövhid dininə insanları dəvət etməkdir. İnsanları Sələflərin rəhbəri olan 
Muhəmmədin  yoluna qaytarmalıyıq.  
Görürsən ki, bəziləri deyirlər: "Nə qədər dəvət etmək olar. Biz dəvət edirik 
bizə  qulaq  asan  kimdir?"  Məgər  sən  Peyğəmbərlərdən  üstünsən?  Sən  ölənə 
kimi  insanları  Allahın  dininə  dəvət  etməlisən.  Nəticəni  fikirləşmə.  Çünki, 
nəticəni  verən  Allahdır.  Bizim  boynumuza  düşən  dəvətdir  ki,  biz  də  bunu 
etməliyik.  Allah  Qurani-Kərimdə  İbrahimi    tək  olmasına  baxmayaraq 
ümmət  adlandırdı.  Nəyə  görə?  İbrahim    tək  idi,  haqqa  dəvət  etdi,  doğru 
söylədiyinə görə Allah onu ümmət adlandırdı. İbn Məsud   deyir: "Əgər sən 
haqq  üzərindəsənsə,  tək  olsan  da  belə  sən  camaatsan".  Əgər  biz  insanlara 
doğrunu deyiriksə, haqqı deyiriksə demək biz ümmətik. Kim istəyir bizə qulaq 
assın,  kim  də  istəyir  qulaq  asmasın.  Allah  İbrahimə    buyurdu:  "İnsanları 
həccə dəvət et". İbrahim  dedi: "Ya Rəbbim! Mən kimi dəvət edim? Heç kəs 
yoxur".  Allah  buyurdu:  "Sən  dəvət  et".  İbrahim    təpənin  üzərinə  çıxaraq 
insanları  həccə  dəvət  etdi".  İbrahim    dünyasını  dəyişdi,  həccə  gələnləri 
görmədi.  Lakin  indi  baxın  neçə  milyon  insan  həccə  gedir.  Nəticəsi  nə  oldu? 
Neçə milyon insanın Həccə getməsinə səbəb oldu.  
Həmçinin,  Buruc  surəsində  keçən  Əshəbul-Uhdud  –  hadisəsi.  Suheyb   
rəvayət  etdi  ki,  Peyğəmbər    buyurdu:  "…Hökmdar:  "Mənim  göndərdiyim 
adamlara  nə  oldu?"-  deyə  soruşdu.  Uşaq:  "Allah  məni  onlardan  qorudu!"- 
dedi. Uşaq sözünə davam edərək: "Sən mənim dediklərimi yerinə yetirmədən 
məni öldürə bilməzsən!"- dedi. Hökmdar: "O nədir?"- dedi. Uşaq: "Camaatı bir 
meydana  topla,  məni  də  bir  xurma  ağacına  bağla.  Sonra  oxumdan  birini 
götürüb yayın ortasına qoyaraq: "Bismilləhi Rabbil-Ğuləm - Uşağın Rəbbi olan 
Allahın adı ilə!"- de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!"- dedi. 
Hökmdar camaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. 
Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq “Bismilləhi 
Rabbil-Ğuləm  -  Uşağın  Rəbbi  olan  Allahın  adı  ilə!”-  deyərək  oxu  atdı.  Ox 
uşağın  alnına  batdı.  Uşaq  əlini  alnına  qoyub  öldü.  Bu  zaman  camaat:  "Biz 
uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə 
                                                        
753
 İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə