TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 338
Allah Öz Kitabında belə bir şeyləri özünə caiz görəni inkar etmişdir. Belə bir
hökm verənləri ən pis hökm verənlərdən saymışdır; “Biz heç iman gətirib
yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da
Allahdan qorxanları günahkarlara tay tutarıqmı?” (Sad 28). "Yoxsa dünyada
pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir
tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman
edirlər! Onlar nə pis mühakimə yürüdürlər". (əl-Casiyə 21).
Həmçinin - Allah ölüləri diriltməyəcəkdir, Allah Qiyamət günü bəndələrini
bir yerə toplamayacaqdır, sorğu-sual olunmayacaqdır deyənlər Allahı
lazımınca qiymətləndirməmişlər. Belə bir söz deyənlər Allahın hikmətinə də
böhtan atmışlar. Əgər ölümdən sonra dirilmək yoxdursa onda insanların
yaradılışında bir məqsəd də yoxdur. Əgər ölümdən sonra dirilmək yoxdursa
bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar
bizə xəbər verir ki, ölümdən sonra dirilmək vardır. O günü hər bir kəs nə
etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına
görə barmaqlarını gəmirəcəklər. Vay olsun o günü yalan sayanların halına.
Vay olsun! "Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia
edirlər. (Ya Peyğəmbər!) De ki: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq
diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu
Allah üçün çox asandır". (ət-Təğabun 7).
Həmçinin - Allahın əmrinə səhlənkar yanaşaraq, Allahın əmrinə asi olan
kəs, Allahın haramlarını edən insan Allahı lazımınca qiymətləndirməmişdir.
Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə,
boş bir şey kimi gəlir. Allahın haqqını, zikrini zay edir. Həmçinin də qəlbi
Allahın zikrindən qafil olan kimsə də Allahı lazımınca qiymətləndirməmişdir.
Onun öz nəfsi istəyi, arzuları Allahın razılığını tələb etməkdən, axtarmaqdan
üstün olmuşdur. Belə bir kimsənin məxluqa olan itaəti Allaha olan itaətdən
daha mühümdür. Ona görə məxluqun əmrini, buyuruğunu yerinə yetirmək
Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun
dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür.
O kimsə Allahın onun üzərindəki baxışını aşağı görür. Halbuki o, Allahın
Ovcundadır. Onun ixtiyarı Allahın Əlindədir. İnsanların baxışını isə üstün
sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan
isə qorxmur. İnsanlarla münasibətdə olduqda bacardığı qədər güc və
qüvvəsindən istifadə edərək çalışır. Allah ilə münasibətdə olduqda (Allahın
əmrlərini yerinə yetirdikdə) isə ən aşağı, dəyərsiz şəkildə hərəkət edir.
İnsanlardan sevdiyi bir kəsin xidmətində durduqda ciddiliklə, çalışqanlıqla
onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır.
O insana olan xidmətini öz işlərindən də belə üstün tutur. Allahın haqqını
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 339
yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı
qalmazdı. Allah üçün elə mal sərf edər ki, o malı özü kimi bir məxluqa sərf
etməz. Belə bir sifəti olan insan Allahı lazımınca qiymətləndirmişdirmi?
Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan
qeyrisi üçün edir, vaxtının ən çox hissəsini dünya üçün, faydasız şeyləri əldə
etmək üçün ayırır. Lakin Allaha gəldikdə isə çox az bir hissəsini Allaha sərf
edir.
Həmçinin - İçki içir – Allah bağışlayır, rüşvət verir, alır – Allah bağışlayır,
Allah mənə qarşı ədalətsizdir, mənə zülm edir, haqqımı tapdalıyır deyənlər
Allahı lazımınca qiymətləndirməmişdir. Onun Allah barəsində olan
düşüncələri pisdir, şərdir. Dua edir və qəbul olmadığını gördükdə dərhal pis
zənn edir. Lakin insan bilməlidir ki, bütün bunlarda böyük hikmət vardır.
Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən
kimsə Rəbbi barəsində pis zənn edir. Münafiqlər Uhud döyüşündə zənn
edirdilər ki, Allah bu dinə kömək etməyəcəkdir, Peyğəmbərinə yardım
etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün
bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində
heç nə soruşulmur. O, istədiyini edəndir. Allahın rəhm etdiyi kimsələrdən
başqa çox az bir qism insanlar bu pis zəndən qurtulmuşlar. Ona görə sən
özünə nəzər sal və gör bundan qurtulmusan, yoxsa?
Həmçinin - Allahla yanaşı Allahın düşmənini, Allaha şərik qoşan bir kimsə
Allahı lazımınca qiymətləndirməmişdir. Ona Allaha təzim etdiyi kimi təzim
edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşmənini, Allahın
gözündən düşən birisini Allaha şərik qoşur. Müşriklər mələklərə ibadət
etdikləri vaxt öz iddialarına görə onlar elə zənn edirdilər ki, onlar mələklərə
ibadət edirlər. Həqiqətdə isə onlar şeytana ibadət edirdilər; “O gün Allah
onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: "Bunlar sizəmi
ibadət edirdilər?" Mələklər deyəcəklər: "Sən paksan, müqəddəssən! Onlar
deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti
də məhz onlara iman gətirmişdi". (Səba 40-41). Şeytan insanı özünə ibadətə
çağırır və elə ilham etdirir ki, o mələkdir. Həmçinin günəşə, aya, ulduzlara
ibadət edənlər də belədir. Buna görə də günəş doğanda şeytanın iki buynuzu
arasında doğur və kafirlər günəşə səcdə edirlər. Həqiqətdə isə günəşə deyil
şeytana səcdə edirlər. Həmçinin günəş batdığı zaman, İsaya, Məryəmə,
övliyalara, pirlərə, seyyidlərə ibadət edənlər də onlara deyil şeytana ibadət
edirlər; "Ey Adəm övladı! Məgər Mən sizə: “Şeytana ibadət etməyin, o sizin
açıq düşməninizdir”– deyə buyurmadımmı". (Yasin 60). Bütün bunlar şirkin
Allah qatında böyük günahlardan olmasının sirrini bildirir. Allah onu tövbəsiz
qəbul etmir. Şirk insanın əbədi əzabda qalmasını vacib edir. Allah bizi şirkdən
qorusun! Amin!
Dostları ilə paylaş: |