TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə167/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   164   165   166   167   168   169   170   171   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      345 
namaza gedərdik. Bir gün səhər Əbu Musa əl-Əşari  də gəldi və İbn Məsuda 
:  "Bir  az  bundan  əvvəl  məsciddə  bir  hadisə  ilə  qarşılaşdım  ki,  heç  xoşuma 
gəlmədi.  Gördüm  ki,  bir  dəstə  insan  dairə  şəklində  toplaşıb  namazı 
gözləyirdilər  və  hər  bir  kəsin  əlində  də  xırda  daşlar  var  idi.  İçərilərindən  bir 
nəfər:  “Yüz  dəfə  Lə  İləhə  İlləllah  deyin”  və onlar  da  yüz  dəfə  zikr  edərdilər. 
Sonra  yenə  də:  “Yüz  dəfə  Subhənəllah  deyin”-  deyirdi.  İbn  Məsud  :  "Sən 
onlara nə dedin"- deyə soruşdu. Əbu Musa : "Sənin fikrini bilmədiyimə görə 
heç  bir  söz  demədim"-  dedi.  Məscidə  gəldik.  İbn  Məsud    camaatdan  birinə 
yaxınlaşdı və: "Sizin halınız nədir?"- deyə soruşdu. Onlar: "Bu daşlar vasitəsilə 
biz nə qədər zikr etdiyimizi sayırıq"- dedilər. İbn Məsud : "Daha gözəl olardı 
ki,  siz  öz  pis  əməllərinizi  sayasınız.  O  ki  qaldı  sizin  yaxşı  əməllərinizə,  mən 
zaminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd 
ümməti!  Səhabələr  sizin  arasında  olduğu  vaxt  siz  nə  tez  uçuruma  doğru 
getdiniz…” Onlar: "Ey AbdurRahmən! Biz yalnız xeyir istəyirdik!"- dedilər. O: 
"Sizin  kimi  nə  çox  xeyir  istəyənlər,  lakin  bu  xeyirdən  məhrumdurlar. 
Həqiqətən, Peyğəmbər  buyurmuşdu: “İnsanlar vardır ki, onların oxuduqları 
Quran  boğazlarından  aşağı  enməz.  Allaha  and  olsun  ki,  bəlkə  də  sizin  çoxu 
onlardansınız".  Amr  ibn  Salam  deyir  ki:  "Həqiqətən  də  biz  onların  çoxunu 
Nəhrəvanda  Xəvariclərin  dəstəsində  gördük".
749
 Baxın  İbn  Məsud    Allahın 
dinini  qoruyur,  baxın  səhabələr  Allahın  dinini  necə  qoruyur,  baxın 
Muhəmməd  Allahın dinini necə qoruyurdu. Onlar çalışırdılar ki, bu Tövhid 
çayına zərrə qədər də bir zibil, bir çirkablıq atmasınlar. Çalışırdılar ki, Tövhid 
çayını  qorusular,  bilirdilər  ki,  müsəlmanların  izzət,  şan-şöhrət  tapmasında, 
qüvvətli,  qüdrətli  olmasında  səbəb  yalnız  və  yalnız  bu  Tövhid  çayını 
qorumalarıdır.  
O  qövmün  cavanları  və  otra  nəsili  ağsaqqallara  dedilər:  "Siz  bizim 
düşmənlərə  qalib  gəlməyimizi  istəmirsiniz".  Ağsaqqallar:  "Vallahi,  biz  sizdən 
də  çox  xeyir  istəyirik  və  istəyirk  ki,  bizim  bu  qövm  əvvəlki  halına  qayıtsın, 
izzətlənsin,  şöhrətlənsin.  O  qövmlər  ki,  onlara  hücum  ediblər,  onlar  geri 
qayıtsınlar".  Cavanlar  dedilər:  "Onda  siz  bizim  düşmənlərimizin  cəsuslarısız, 
onlara tərəf işləyirsiniz ki, biz onlara qalib gəlməyək".  
Bu  gün  müsəlmanların  halı  ilə  müqayisə  etdikdə  Şeyx  Useymin,  Şeyx 
Albani, İbn Bazz  kimi ağsaqqallara, saç saqqalları İslam dinini öyrənməkdə 
ağarmış  insanlara,  o  cavanlar  -  Qolda  Güc,  Başda  Ağıl  Olmayanlar  -  eyni 
kəlimələri  deyirlər:  "Siz  bizim  xeyrimizi  istəmirsiniz,  siz  istəmirsiniz  ki, 
müsəlmanlar qalib gəlsinlər. Siz bizim düşmənlərimizin cəsuslarısınız". Amma 
Vallahi, o alimlər, saç-saqqalları bu yolda ağarmış Peyğəmbərlərin varisləridir, 
Peyğəmbərlərin qoyduğu elmi daşıyanlardır.  
                                                        
749
 əd-Dərimi.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      346 
Şeyx  Useymin    deyir:  "...  Bəs  biz  müsəlmanlar  nə  etməliyik? 
Döyüşməyimiz  axmaqlıqdır.  Bu  Allahın  qoyduğu  (Quran  və  Sünnədə) 
hikmətə  ziddir.  Lakin  biz  Allahın  əmr  etdiyini  etməliyik:  "Onlara  qarşı 
gücünüz  çatdığından  hazırlayın…".  Bu  bizim  üzərimizə  düşən  ən  xeyirli 
olanıdır.  Ən  böyük  güc  də  İman  və  Təqvadır.  İman  və  Təqva  –  bizim  nəfsi-
istəklərimizə  qarşı,  tənbəlliyimizə  qarşı  və  dünyaya  olan  sevgimizə  qarşı 
mübarizə  aparmaq  üçün  ən  böyük  gücdür".  O  deyir:  "Üzərimizə  düşən  ən 
vacib  olan  əməl  özümüzdə  imanı  və  təqvanı  tərbiyələndirmək  və  bu  yolda 
bütün gücümüzü sərf etməkdir. O ki qaldı gücümüz çatmayan işlərə, bu bizim 
üzərimizə vacid deyildir".  
Şeyx  Albaninin    Təqva  studiyası  tərəfindən,  1579-cu  kasset,  Kuveytdə 
"İhyə ət-Turas əl-İslam – İslam irsinin dirçəlişi cəmiyyəti" tərəfindən İordaniya 
şəhərində  verdiyi  moizəsindən  götürülmüşdür.  Mövzunun  adı  isə,  Xalis 
Tövhid və zəlalət firqələridir. Şeyx Albani  bu moizəsində Tövhid haqqında, 
zəlalat  firqələri  haqqında  müsəlmanlara  xəbər  verdikdən  sonra,  zalda  iştirak 
edən bir nəfər Şeyxə, müsəlmanların bu günkü halı barəsində sual verir. Şeyx: 
"Şübhəsiz  ki,  hər  bir  müsəlmana  məlumdur  ki,  bu  gün  müsəlmanlar  İslam 
tarixində  misli  bərabəri  görülməyən zəlillik, acizlik içərisindədirlər.  Ona görə 
də biz müsəlmanların bu halına qarşı yalnız qəzəb və sərt hislərimizi bildiririk. 
Lakin  bu  kifayət  deyildir.  Bu  qəzəbimiz  müqabilində  öz  hazırlığımızı, 
tədarükümüzü  görməliyik…  Şeyx  burada  ayə  oxuyur;  "Onlara  qarşı 
döyüşmək  üçün, onlara  qarşı  çıxmaq  istədikləri zaman,  hazırlılıq  görərlər…" 
Ona  görə  də  biz  döyüşə  çıxmazdan  öncə,  hər  tərəfli  silahlanmalıyıq.  Hər 
birimiz  Allahın  bu  ayəsini  oxuyuruq,  (xütbələrdə)  bu  ayələr  deyilir,  divarlar 
bu  ayə  ilə  bəzədilir:  "İntənsurullahə  Yənsurukum  –  Əgər  siz  Allaha  (Onun 
dininə)  kömək  göstərsəniz,  O  da  sizə  kömək  göstərər...”.  (Muhəmməd  7).  Qızıl 
saplarla bu ayə yazılaraq divarlardan asılır. Çox təəssüf ki, divarlar bu ayə ilə 
bəzədilsə  də  müsəlmanların  qəlblərində  bu  ayədən  əsər-əlamət  belə  yoxdur. 
Hətta fərqinə də varmırıq ki, bu ayə nəyə işarə edir. Müsəlmanların bu günki 
acizliyini  görürük,  halbuki  bu  ayə  acizlikdən  çıxmağı  bizə  bəyan  edir.  Hər 
birimiz:  "Əgər  siz  Allaha  kömək  etsəniz"  ayəsinin  cavabının  nə  olduğunu 
bilirik: "Allah da sizə kömək edər". Sanki: "Əgər sən qidalansan, yaşayacaqsan, 
əgər  yemək  və  içməkdən  imtina  etsən  öləcəksən"-  sözlərinə  bənzəyir.  Bu  da 
ayədə  olan  kəlmələrə  bənzəyir.  Alimlər  bu  ayənin  əksi  olaraq:  "İnləm 
Tənsurullahə  ləm  Yənsurukum  –  Əgər  Allaha kömək  etməsəniz,  Allah da  sizə 
kömək  etməz".  Bu  da  müsəlmanların  bu  günkü  halıdır.  Hər  bir  müsəlman 
mənimlə razılaşar ki, bu gün İslam ümməti elə bir haldadır ki, İslam tarixində 
heç  bir  zaman  belə  bir  şey  görünməmişdir.  Biz  nədən  başlamalıyıq? 
Müsəlmanları idarə edən əmirlərə qarşı müharibədən, yoxsa yer üzündə olan 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə