Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   ...   35

18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın 
jurnalları 
müvafiq icra hakimiyyəti orqanının
 müəyyən etdiyi qaydada aparılır. 
18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 
müəyyən etdiyi qaydada aparılır. 
18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və 
yük çeşidi haqqında şəhadətnamələr tələb edilməyə bilər. Belə gəmilərə müvafiq 
şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər. 
18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən 
edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio, gəmi və sanitar jurnalları 
tələb edilmir. (
7

Maddə 19. Əlavə gəmi sənədləri  
Gəmidə bu Məcəllənin 18-ci maddəsində göstərilmiş sənədlərə əlavə olaraq, təsnifat 
cəmiyyətinin təsdiq olunmuş qaydalarında nəzərdə tutulmuş sənədlər də olmalıdır. 
Maddə 20. Bəzi kateqoriyalı gəmilərin gəmi sənədləri  
İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən 
gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi 
sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını 
müvafiq icra hakimiyyəti 
orqanı
 müəyyən edir. 
Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri  
Uzaq səfərə çıxan gəmilərdə bu Məcəllənin 18-20-ci maddələrində göstərilən sənədlərdən 
başqa, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş 
sənədlər də olmalıdır. 
Maddə 22. Gəmi sənədlərini verən orqanlar  
22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və 
gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan 
tərəfindən verilir. 
22.2. Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü şəhadətnaməsini
sərnişin şəhadətnaməsini, yük çeşidi haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin 
qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının 
alınması haqqında şəhadətnaməni, zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında 
şəhadətnaməni və digər əlavə gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi 
kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük çeşidi haqqında şəhadətnamələr gəmini 
qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir. 
22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri 
ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir. 
22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə 
müvafiq icra hakimiyyəti 
orqanı
 tərəfindən verilir. 


22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi 
müvafiq icra 
hakimiyyəti orqanı
 tərəfindən verilir. (
7

Maddə 23. Xarici dövlətin bayrağı altında üzən gəminin sənədlərinin tanınması  
Xarici dövlətin bayrağı altında üzən və Azərbaycan Respublikasının limanlarına daxil 
olan gəminin sənədlərinin tanınması Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələri əsasında həyata keçirilir. 
Maddə 24. Gəmi sənədlərinə dair irəli sürülən tələblər  
Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin həmin şəhadətnaməni verən orqan 
tərəfindən təsdiq olunmuş surəti istisna olmaqla, gəmidə bütün gəmi sənədlərinin əsli 
olmalıdır. 
Maddə 25. Gəmi sənədlərinin aparılma qaydaları. Gəmi jurnalının saxlanması  
25.1. Bu Məcəllənin 18.1.13-18.1.19-cu maddələrində göstərilmiş jurnallar 
müvafiq icra 
hakimiyyəti orqanı
 tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır. 
25.2. Gəmi jurnalında axırıncı qeyd edildikdən sonra o, gəmidə iki il müddətində 
saxlanılır. Göstərilən müddət bitdikdən sonra gəmi jurnalı gəminin sahibinə və (və ya) 
mülkiyyətçisinə saxlamaya verilir. 
25.3. Gəmi jurnalı müvafiq məlumatı almaq hüququ olan şəxslərə tanış olmaq və ondan 
surət çıxarmaq üçün təqdim edilir. 
III fəsil. Gəmilərin və onlara olan hüquqların qeydiyyata 
alınması 
Maddə 26. Azərbaycan Respublikasının gəmi reyestrləri  
26.1. Gəmi Azərbaycan Respublikasının aşağıda göstərilən gəmi reyestrlərinin birində 
qeydiyyata alınmalıdır: 
26.1.1. Dövlət gəmi reyestrində; 
26.1.2. gəmi kitabında; 
26.1.3. berbout-çarter reyestrində. 
26.2. Gəmiyə mülkiyyət hüququ və gəmidə digər əşya hüquqları, habelə ona olan 
hüququn məhdudlaşdırılması (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi 
reyestrində və ya gəmi kitabında qeydiyyata alınmalıdır. 
26.3. Gəmiyə mülkiyyət hüququnun və digər əşya hüquqlarının, habelə ona olan 
hüquqların məhdudlaşdırılmasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında 
qeydiyyata alınması yalnız məhkəmə qaydasında mübahisə edilə bilən qeydiyyata alınmış 
hüququn mövcudluğunun yeganə sübutudur. 


26.4. Bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş gəmi reyestrləri bu fəsildə 
müəyyənləşdirilmiş qaydalara uyğun olaraq aparılır. 
26.5. Gəmilərin və onlara olan hüquqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
qeydiyyata alınması qaydaları 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
(
1

26.6. Bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq təsnifat cəmiyyətləri tərəfindən 
texniki nəzarəti həyata keçirilən gəmilər Dövlət gəmi reyestrində qeydiyyata alınırlar. 
26.7. Bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq digər orqan tərəfindən texniki 
nəzarəti həyata keçirilən gəmilər gəmi kitabında qeydiyyata alınırlar. 
26.8. Gəmiyə məxsus olan üzən vasitələr gəmi reyestrlərində qeydiyyata alınmır. 
26.9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ 
verilmiş gəmilər berbout-çarter reyestrində qeydiyyata alınır. 
26.10. Gəmilər kommersiya məqsədi ilə istifadə edildiyi hallarda bu fəslin qaydalarına 
uyğun olaraq yenidən qeydiyyatdan keçirilə bilərlər. 
Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar  
27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını 
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. (
1

27.2. Bu Məcəllənin 16.3-cü maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını 
müvafiq icra hakimiyyəti orqanı
 həyata keçirir. 
Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri  
28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər. 
28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin 
gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra 
Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata 
alına bilər. 
28.3. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında xarici 
dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəminin müəyyən olunmuş qaydada 
reyestrdən çıxarılırsa, onun Dövlət qeydiyyatı tanınmır. 
28.4. Gəmilərin Dövlət gəmi reyestrində, gəmi kitabında və berbout-çarter reyestrində 
qeydiyyata alınmasına və onlarda hər hansı dəyişikliklərin edilməsinə görə müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq tutulur. (
2
)  
Maddə 29. Gəminin berbout-çarter reyestrində qeydiyyata alınması  
29.1. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi ona Azərbaycan 
Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququnun verilməsi haqqında 
qərarın qəbul edildiyi gündən bir ay müddətində berbout-çarter reyestrində qeydiyyata 
alınmalıdır. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə