Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   ...   35

38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi 
keyfiyyətini itirdikdə; 
38.1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu 
itirdikdə. 
38.2. Əgər gəmi barəsində axırıncı məlumat alınan yerdən gəminin təyinat limanına adi 
şəraitdə çatması üçün zəruri olan müddətdən iki dəfədən artıq müddət keçibsə və bu 
müddət ərzində gəmidən heç bir məlumat alınmayıbsa, o, xəbərsiz itkin düşmüş hesab 
edilir. Gəminin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən 
axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç aydan artıq ola bilməz, 
hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz. 
38.3. Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi 
cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv cəhətdən məhv olmuş hesab 
edilir. 
Maddə 39. Gəmi reyestrlərinin aşkarlığı  
Gəmi reyestrləri onlarda olan məlumatın alınmasında maraqlı olan istənilən şəxslər üçün 
aşkar xarakter daşıyır. Dövlət rüsumu ödəməklə gəmi reyestrlərindən müvafiq qaydada 
tərtib edilmiş çıxarışları maraqlı şəxslər almaq hüququna malikdirlər. (
5

Maddə 40. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulmasına görə 
məsuliyyət  
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçıran, gəmini müəyyən edilmiş 
qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata almış və ya gəmi 
reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər vermək borcunu 
pozmuş şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət 
daşıyır. 
IV fəsil. Gəmi heyəti. Gəmi kapitanı 
Maddə 41. Gəmi heyətinin statusu  
41.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi heyətinin hüquqi 
statusu, həmçinin gəminin istismarında iştirak edən heyət üzvləri və gəminin heyət 
üzvləri ilə gəmi sahibi arasında münasibətlər Azərbaycan Respublikasının 
qanunvericiliyinə əsasən müəyyənləşdirilir. 
41.2. Bu Məcəllənin 41.1-ci maddəsində göstərilən münasibətlər Azərbaycan 
Respublikasının yurisdiksiyası şamil edilən sularda başqa dövlətin bayrağı altında üzən 
gəmidə yarandıqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal 
nəzərdə tutulmadıqda, gəmi sahibi ilə gəmi heyəti üzvlərinin arasında bağlanmış 
müqavilənin şərtləri əsasında, gəminin bayrağı altında üzdüyü dövlətin qanunvericiliyi ilə 
tənzimlənir. 
Maddə 42. Gəmi heyətinin tərkibi  


42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və 
sıravi heyətdən ibarətdir. 
42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının 
köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. 
Müvafiq icra hakimiyyəti orqanı
 gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini 
də aid edə bilər. 
42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır. 
Maddə 43. Gəmi heyətinin minimal tərkibi  
Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyətinin minimal tərkibi gəminin 
növündən, üzdüyü rayondan və təyinatından asılı olaraq, 
müvafiq icra hakimiyyəti orqanı
 
tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
müəyyənləşdirilir. 
Maddə 44. Gəmi heyəti üzvlərinin ixtisaslarına olan tələblər  
44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa 
müvafiq icra hakimiyyəti orqanı
 
tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat (diplom) verilməsi haqqında 
əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış şəxslər burxılır. 
44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti 
üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa, sağlamlığın vəziyyətinə, peşə hazırlığına dair 
tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması 
nəticələrinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. (
1

44.3. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə 
sertifikatların (diplomların) müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə müvafiq 
icra hakimiyyəti orqanının müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir. 
44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən 
gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində 
birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin 
vurulması təhlükəsi yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə 
müvafiq 
icra hakimiyyəti orqanı
 sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların 
qüvvədə olmasını dayandıra bilər. 
44.5. Təsdiqlənmiş sertifikatın (diplomun) qüvvədəolma müddəti bitdikdə, o geri 
götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti dayandırıldıqda bu 
Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir. 
Maddə 45. Gəmi heyəti üzvlərinin sağlamlığına dair tələblər  
Gəmidə işləməyə, belə işə sağlamlığının yararlığını təsdiqləyən sertifikatı olan şəxslər 
buraxılır. Sertifikatın forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
Maddə 46. Gəmi heyəti üzvlərinin vətəndaşlığı  


Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin gəmi heyətinin 
tərkibinə, gəmi kapitanı, gəmi kapitanının böyük köməkçisi, böyük mexanik və 
radiomütəxəssis vəzifələri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil edilə 
bilər. 
Maddə 47. Gəmidə əmək münasibətləri  
47.1. Gəmi heyəti üzvlərinin əmək münasibətləri, o cümlədən onların işəgötürmə 
müqavilələri işdən kənarda əmək fəaliyyəti ilə bağlı münasibətləri 
Azərbaycan 
Respublikasının Əmək Məcəlləsi
, bu Məcəllə, Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələri, Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət 
Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam 
Nizamnaməsi ilə tənzimlənir. 
47.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət 
Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam 
Nizamnaməsi 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
Maddə 48. Gəmi sahibinin vəzifələri  
48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir: 
48.1.1. təhlükəsiz əmək şəraitini; 
48.1.2. sağlamlıqlarının mühafizəsini; 
48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu; 
48.1.4. fasiləsiz olaraq ərzaq və su təchizatını; 
48.1.5. müvafiq iş və istirahət yerlərini; 
48.1.6. mədəni və məişət şəraitini. 
48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur: 
48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, 
o cümlədən repatriasiya xərclərini; 
48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və 
sağlamlıqlarını. 
Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri  
Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə 
təhlükəsizliyini təmin etmək, dəniz mühitini mühafizə etmək, gəmidə nizam-intizamı 
saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının 
alınmasını təmin etmək üçün tədbirlərin görülməsi həvalə olunur.  


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə