Tibbi biliklərin əsasları



Yüklə 1,49 Mb.
səhifə3/4
tarix29.11.2023
ölçüsü1,49 Mb.
#141930
1   2   3   4
cream-pastel-palette-healthcare-center-characters-XL

Regeneratsiya mərhələsi

Regeneratsiya mərhələsi yaralanmanın 6-14 gününə qədər davam edir, yara toxumasında yeni birləşdirici toxuma hüceyrələri və yeni qan limfa damarları əmələ gəlməyə başlayır.

Çapıq toxumanın əmələ gəlməsi

Çapıq toxumanın əmələ gəlməsi yaralanmadan 15 gün keçdikdən sonra başlayıb 6 aya qədər davam edir. Yara kənarlarından hər tərəfdən epitel örtüyü yara səthini mərkəzinə doğru örtülür.

Yaranın sağalmasına xəstənin yaşı, bədən çəkisi, qidalanması, ikinci linfeksiyanın qoşulması, qan dövranın vəziyyəti, immun sistemin vəziyyəti, yanaşı gedən xronik xəstəliklər və iltihab əleyhinə qəbul edilən dərmanlar xeyli təsir göstərir.

Yaranın sağalma prosesi 3 növ olur:


01
03
02
Yaranın birincili
uzun müddətdə qartmaq altında sağalması.
Yaranın ikincili

Aseptika qaydaları gözlənilən bütün cərrahi və ilk 6 saat ərzində birincili cərrahi işlənməyə məruz qalmış təsadüfi yaralar birincili sağalır. Bu vaxt yaranın dərinliyindən aslı olmayaraq bir-birinə yapışan yara divarlartı arasında boşluq olmur, bir divardan digərinə keçən birləşdirici toxumadan ibarət atmalar yara kənarını yaxınlaşdırır və möhkəmləşdirir.

Yara divarı arasında fəaliyyət göstərən mikroblar, yad cisimlər, nekrotik toxumalar, linfa, qan və qan laxtaları birincili sağalma prosesinin pozulmasına səbəb olur və belə yaralar ikincili sağalırlar. Yaranın ikincili sağalması 3 mərhələdə gedir. Birinci mərhələdə iltihab əlamətləri daha çox olur, yaranın təmizlənməsi ləng gedir. Yaranın dibindən başlayaraq bütün yara səthi boyunca həyat fəaliyyətinin itirmiş toxumalar yaradan qopub bədənə sorulur. Yara səthi ölmüş toxumalardan təmizləndikdən sonra onların yerində böyük boşluq – canlı toxuma çatmamazlığı yaranır. Beləliklə həmin boşluğu dolduran və yaşamağa qabiliyyəti olan yeni dənəvər toxuma əmələ gəlməyə başlayır.

Yaranın uzun müddətə qartmaq altında sağalmasının mahiyyəti – yara səthini qan linfa və toxuma mayesinin qurumasından, zülalın isə pıxtalaşıb qartmaq kimi yara səthini örtməsindən ibarətdir. Kiçik yara səthləri (dəridə sıyrıntı, epidermisin qopması, yanıq) qartmaq altında sağalır. Qartmaq infeksiyanın yara səthinə düşməsinin qarşısını alır, qartmaq altında yara səthi epitel hüceyrələr ilə örtülür və qartmaq öz-özünə aralanıb düşür.»


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə