Tibbi biliklərin əsasları



Yüklə 1,49 Mb.
səhifə4/4
tarix29.11.2023
ölçüsü1,49 Mb.
#141930
1   2   3   4
cream-pastel-palette-healthcare-center-characters-XL

Yaraların müalicəsi:


Bütün yaraların müalicə prinsipi bir qaydada aparılır. Ilk yardım zamanı 3 əsas şərtə mütləq əməl olunmalıdır:
Travmatik şokun qarşısı alınmalı
Qanaxma dərhal dayandırılmalı
Yara infeksiyadan mühafizə olunmalıdır

Yaralanma zamanı travmatik şokuna təhlükə yaranarsa yara üzərinə aseptik sarğı qoyub, zədə nahiyəsində hərəkəti mədudlaşdırmaq, ağrı kəsicilər vermək və yaralını xəstəxanaya çatdırmaq lazımdır. Müalicə orqanizmin bütün sistem və üzvlərinin, xususilə zədələnmiş üzvün funksiyasının bərpasına yönəldilməlidir.

Qanaxmanı dayandırmaq üçün turna qoyulması, barmaqla arteriyanın sıxılması, sıxıcı sarğı qoyulması, yaranaın taponadası, damara sıxıcı qoyulması, müvəqqəti şuntlama və s. Metodlardan istifadə olunur.

Yaranın infeksiyalşmasının qarşısını almaq üçün ilk yardım göstərilərkən bütün aseptika və antiseptika qaydalarına əməl olunmalı, yaranın kənarları antiseptiklərlə (yod, spirt) silinməli yaranın üzərinə aseptik sarğı qoyulmalıdır.

Yaralanmalar zamanı təxirəsalınmaz tədbirlərdən biri də kəskin tənəffüs çatmamazlığının qarşısının alınmasıdır. Yaralar zamanı tənəffüs yolunun qusuntu kütləsi, qan laxtası, seliklə mexaniki qapanması tənəffüsün pozulmasına, hipoksiyaya və ölümə səbəb ola bilər. Ona görə də tənəffüs yolu onu qapayan mexaniki səbəblərdən azad edilməlidir.

Yaraların yerli müalicəsində yara kənarları aralanmalı, yara boşluğuna yığılan möhtəviyyat, ölmüş toxumalar xaric edilməlidir. Bu məqsədlə yaraya yağlı məlhəm və antiseptiklər deyil, suda həll olmuş, antiseptiklərlə isladılmış tənzif parça yeridilməlidir. Regeneratsiya mərhələsində yara səthini örtən yeni dənəvər toxumanı qorumaq və onun inkişafını sürətləndirmək üçün məlhəmli sarğılardan (sintomisin, solkoseril, Vişnevski ) istifadə olunur.

Fiziki amillərlə müalicə Ilkin mərhələdə yarada olan kəskin iltihab əlamətlərini, ödemi, ağrını azaltmaq, leykositlərin faqositar aktivliyini artırmaq məqsədilə yara səthinə yüksək tezlikli və ultrabənövşəyi şüalar verilməlidir. Antibiotiklər, agrıkəsicilər və fermentlər elktrofarez və fonoforez vasitəsi ilə təyin edilməlidir. Epitelizasiyanı sürətləndirmək üçün yara səthinə ultrabənövşəyi şüalar və lazer şüalandırılması lazımdır. Damarların genişləndirilməsi yeni sınır liflərinin inkişafı və çapığın ölçülərinin azalması üçün yara maqnit sahəsinin təsiri vacibdir.Xəstələrin hiperbarik oksigen kameralarında 1-2 saat saxlanılması yara dərinliyində regenerasiyanı sürətləndirir.

Yaraların ümumi müalicəsi bir neçə istiqamətdə aparılır. Bunlara antibakterial müalicə, intoksikasiya əleyhinə müalicə (venadaxilinə izotonik məhlullar, toksinləri bədəndən xaric olunmasını sürətləndirmək üçün sidikqovucular, plazmasorbsiya və s.) immun sistemin möhkəmləndirilmasi, simptomatik müalicə (analgetiklər, hərarəti salan dərmanlar) aiddir. Əgər orqanizmdə yanaşı gedən xronik xəstəlik varsa (məs: şəkərli diabet) onlara qarşı mübarizə də labüddür.”


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə