Tibbi biliklərin əsasları



Yüklə 1,49 Mb.
səhifə2/4
tarix29.11.2023
ölçüsü1,49 Mb.
#141930
1   2   3   4
cream-pastel-palette-healthcare-center-characters-XL

Yaraların təsnifatı

Yaralar əmələgəlmə səbəblərinə, toxumaların xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə görə və s. təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar məqsədyönlü və təsadüfi yaralara bölünür.

Məqsədyönlü yaralar da özləri 2 qrupa bölünür:

Tibbi yaralar

Kriminal yaralar

Müalicə və diaqnostika məqsədilə aseptik şəraitdə, tam ağrısızlaşdırma ilə aparılır və adətən birincili sağalır.

Kriminal yaralar müharibələr, qəsd, intihar və s. Zaman yaranır.

Zədələnmiş toxumaların xüsusiyyətindən, zədələyici alətin növündən və yaraların quruluşundan asılı olaraq yaralar aşağıdakı növlərə bölünür: kəsilmiş, deşilmiş, əzilmiş, cırılmış, didilmiş, çapılmış, dişlənmiş, zəhərlənmiş, odlu silah, qarışıq, kombinə olunmuş və s.

Yara prosesının kliniki gedişi

Yara törədildiyi andan sağalana qədər yarada yerli və bütünlüklə bədəndə ümumi proseslər gedir. Ümumi reaksiya – yaralanmadan bilavasitə sora ilk 1-3 gün ərzində bədəndə fiziki, kimyəvi, bioloji dəyişiklər yaranır. Simpatik sinir sistemində oyanıqlıq törənir, qanda böyrək üstü vəzin qabıq maddəsinin hormonları artır. Zədəyə cavab olaraq bədən fəallaşır: hərarət artır, əsas mübadilə yüksəlir, zülalların, yağların, şəkərin parçalanması güclənir və bədən çəkisi azalır. Bu proseslər yalnız fəsadlaşmış yaralara aiddir. Ümumi reaksiyadan başqa yara səthindədə dəyişikliklər gedir və yara sağalmaya başlayır.

Yaranın sağalma prosesi 3 mərhələdə gedir:


Yara səthində çapıq toxumanın əmələ gəlməsi.
Regenerasiya mərhələsi
İltihab mərhələsi

İltihab mərhələsi

İlk 5 gündə yara divarında olan damarlarda dəyişiklər gedir. Yara səthində olan hüceyrələr məhv olur. Kapilyar qan dövranı pozulur. Hüceyrələrə oksigen çatmır, qələvi turşu müvazinəti dəyişir. Turşuluğun artması hesabına damarların keçiriciliyi artır və leykositlər, makrofaqlar damar divarından ətraf toxumaya, yara səthinə keçir. Beləliklə yaranın təmizlənməsinə şərait yaradır. Yara prosesinin fəsadsız gedişində iltihabı proseslər 5-6 günə sönür və regenerasiya mərhələsi başlayır.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə