The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə26/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

 
62
M.İ.Əlləzov
 
 

 
İnvestisiyalar üçün müvəqqəti sərbəst maliyyə vəsaitlərinin səfərbər edilməsi

 
Dünya standartlarına cavab verən bazar infrastrukturunun formalaşması; 

 
Qiymətli kağızların ikinci bazarının inkişaf etdirilməsi; 

 
Mülkiyyət münasibətlərinin transformasiyası; 

 
Bazar mexanizminin və idarəetmə sisteminin təkmilləşdirilməsi; 

 
Dövlət tənzimlənməsi  əsasında fond kapitalı üzərində real nəzarətin təmin edilməsi və 
investisiya riskinin azaldılması; 

 
Portfel strategiyalarının formalaşdırılması; 

 
Qiymətqoyma sisteminin inkişaf etdirilməsi

 
Perspektiv inkişaf istiqamətlərinin proqnozlaşdırılması. 
Bu vəzifələrin icra edilməsi üçün Fond bazarları müxtəlif funksiyaları yerinə yetirir. 
Bu funksiyalar şərti olaraq iki qrupa - bütün bazarlara xas olan ümumbazar funksiyasına 
və digər bazarlarda olmayan xüsusi funksiyalara bölünür. (4) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1. Fond bazarlarının funksiyaları 
 
 
 
 
 Fond bazarlarının ümumbazar funksiyalarına aiddir: 
1.
 
Kommersiya funksiyası - həmin bazarda aparılan  əməliyyatlardan mənfəətin  əldə 
edilməsi; 
Fond bazarlarının funksiyaları 
Ümumbazar 
Xüsusi
Kommersiya 
Qiymət 
İnformativlik 
Tənzimlənmə 
Yenidənbölgü 
Pul vəsaitlərinin 
yenidən 
paylanması 
Dövlət büdcəsi 
kəsirin  
maliyyələşdirilməsi 
Ehtiyatların 
köçürülməsi 
Maliyyə risklərinin 
sığortası 


 
63
M.İ.Əlləzov
 
 
2.
 
Qiymət funksiyası - bazar qiymətlərinin  əmələ  gəlməsinin və  dəyişməsinin təmin 
olunması; 
3.
 
İnformasiya funksiyası - Fond bazarlarının uçot    funksiyasından irəli gəlir. Bu 
funksiyanın  əsas məqsədi ticarət obyektləri və  iştirakçıları haqqında məlumatların 
hazırlanması və bütün bazar iştirakçılarına çatdırılmasıdır; 
4.
 
Tənzimləmə funksiyası - ticarət və ticarətdə iştirak qaydalarının müəyyənləşdirilməsi, 
iştirakçılar arasında yaranan mübahisəli halların araşdırılması, prioritetlərin təyin 
edilməsi, nəzarət və idarəetmənin təşkilidir. Ümumilikdə bazar iştirakçıları arasında 
yaranan münasibətlərin tənzimlənməsi mahiyyətini daşıyır. Tənzimlənmə funksiyası 
müxtəlif proses və münasibətlərin konkret fond əməliyyatları vasitəsilə 
tənzimlənməsini özündə əks etdirir. Məsələn, Qiymətli kağızlarla əməliyyat keçirilməsi 
vasitəsilə tədavüldəki pul kütləsinin həcmi tənzimlənir. (5) 
Fond bazarlarının xüsusi funksiyalar qrupuna isə aşağıdakılar aiddir: 
1.
 
Yenidən bölgü; 
2.
 
Maliyyə və qiymət risklərinin sığortası funksiyası. 
Yenidənpaylanma funksiyaları öz növbəsində 3 hissəyə bölünür: 

 
Müxtəlif sahələr və bazar fəaliyyəti sferaları arasında pul vəsaitlərinin yenidən 
paylanması; 

 
Ehtiyatların qeyri-istehsal formasından istehsal formasına köçürülməsi; 

 
Əlavə pul vəsaitlərinin dövriyyəyə buraxılmaması  şərti ilə dövlət büdcəsi defisitinin 
maliyyələşdirilməsi. 
Fond bazarlarının maliyyə risklərinin sığortası funksiyasının vasitəsilə kapitalın qorunub 
saxlanması və artırılması təmin edilir. Bu funksiyanın yerinə yetirilməsi fyuçers və opsion 
kimi törəmə qiymətli kağızlar sinfinin meydana gəlməsi ilə əlaqədardır.    
Kapital bazarının tərkib hissələrindən biri oları Fond bazarlarının funksiyasını ayırmaq 
üçün  əmtəə bazarı  və maliyyə bazarı arasında kapitalın hərəkətlərinin mahiyyətini və 
mexanizmini müəyyənləşdirmək lazımdır. Sonuncu halda sadəcə maliyyə bazarında deyil, 
Fond bazarlarında fəallyyət göstərən kapitalın problemini ayırmaq lazımdır. (3) 
Fond bazarlarının  əsas funksiyalarını müəyyənləşdirmək onun mahiyyətini dərk 
etməyə əsas verə bilər: 

 
İnvestisiya funksiyası - geniş təkrar istehsal üçün investisiya ehtiyyatlarının bölgüsü və 
onların maliyyə kapitalı bazarında dövriyyəsi; 

 
Mülkiyyətin istehsal kapitalının yenidən paylanması - iqtisadi subyektlərin davranışını 
iqtisadi məqsədəuyğun elementi kimi; 

 
Risklərin yenldən paylanması - iştirakçıların növbə ilə kapitalın alış-satış yoluyla 
risklərin bir-birinin üzərinə götürülməsi şərti kimi; 

 
Öhdəliklərin likvidliyinin artımı (о cümlədən dövlət öhdəliklərinin). 
Beləliklə, Fond bazarları kapitalın investisiya prosesinin tənzimlənməsinin faktorudur. 
Aşağıdakı statisitik cədvəldə son illər  ərzində respublikamızın iqtisadiyyatına qiymətli 
kağızlarla yatırılan investisiyaların artım tempini aydın müşahidə etmək olar: (Bax: 
Cədvəl 1) 
 
 
 
 
 


 
64
M.İ.Əlləzov
 
 
 
İqtisadiyyata yönəldilən investisiyalar 
 
Cədvəl 1 Mənbə: Dövlət Statistika Komitəsi 
 
 
Qiymətli kağızların bazara daxil olması zamanından asılı olaraq onu birinci və ikinci 
dərəcəli qiymətli kağızlara ayırmaq olar. (Bax sxem 3) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     Sxem 3. Fond bazarı 
 
İlk dəfə qiymətli kağız birinci dərəcəli bazara daxil olur, burada onlar ilk alıcıları - 
investorları tapır. Birinci dərəcəli bazarın ilk iştirakçıları qiymətli kağız elementləri və 
investorlardır. Yerləşdirmə prosesi həm vasitəçilər, həm də vasıtəçilərsiz yerinə yetirilə 
bilər. Birinci dərəcəli bazarda elementlər qiymətli kağızların yerləşdirilməsi yolu ilə 
investorların vəsaitini cəlb edirlər. Birinci dərəcəli bazarda investorların kapitalı qiymətli 
kağız yerləşdirilməsi yolu ilə elementlərin əlinə düşür. 
 
2010 2011 2012 2013  2014 
Bütün mənbələr üzrə investisiya qoyuluşları (xarici investisiyalar nəzərə alınmaqla) 
 
Mlyn manat 
14,118.9 17,048.8 20,251.1 21,448.2 21,890.6 
Mlyn dollar 
17,591.4 21,588.9 25,777.8 27,340.0 27,907.5 
Xarici  investisiyalar 
Mlyn manat 

619.7 6,849.8 8,102.7 8,269.3 9,175.7 
Mlyn dollar 
8 247.8 
8,673.9 
10,314.0 
10,540.9 
11,697.7 
Daxili investisiyalar 
Mlyn manat 
7,499.2 10,199.0 12,148.4 13,178.9 12,715.0 
Mlyn dollar 
9,343.6 12,915.0 15,463.8 16,799.1 16,209.8 
Fond bazarı 
Birinci dərəcəli 
bazar: emissiya və 
ilkin yerləşdirmə 
İkinci dərəcəli bazar: 
qiymətli kağızların 
dövriyyəsi 
Fond birjası 
 
Qiymətli kağızlarm 
birjadankənar 
dövriyyəsi 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə