www.kitabxana.net
– Milli Virtual Kitabxana
110
desəydilər O, buna çətin inanardı. O, hər gün öz sevgilisini uğurlayan kimi qaçaraq evə gələr,
yeməyini yeyən kimi toyuqların yatdığı vaxtda yatardı. Çünki onun aid olduğu həyatda gün bu
zaman baĢa çatır, həyat isə dan yeri ağaran kimi baĢlanırdı.
Və bir gün. Bir gün hər Ģey dəyiĢdi. HəmiĢəki kimi günəĢin qürub çağı Çiçək iĢlərini cəld
yerinə yetirərək təpəyə qaçdı. Bu gün gecikmiĢdi. Təngənəfəs təpəyə dirmaĢanda orada adi insan
boyundan boyu hündür olan bir varlıq gördü. Bu varlıq ona tərəf dönmədən:
Çiçək, bu gün sən niyə gec gəldin ?-deyə məlahətli səslə soruĢdu.
Çiçək bu ətrafda kiminsə yaĢadığını bilmirdi. Onun bu ucsuz-bucaqsız düzənlikdə indiyə kimi
gördüyü yeganə yad adam bu fermanın sahibi Moran kiĢi idi.Bu yekəpər və özündən razı kiĢi
bəzən iki həftədən bir, bəzən də ayda bir dəfə bura gəlir, dünyanın ən pis sözlərini onlara
deyərdi.
Amma atası bir dəfə demiĢdi ki, “onun burada xoruzlanmağına baxmayın, O, heç buranın sahibi
deyil.” Amma Moran nə qədər pis olsa da, Çiçək onun gəliĢini gözləyərdi ,çünki onun parıldayan
cip maĢını, tərtəmiz paltarı uzaq bir həyatdan xəbər verirdi. Ikinci bir yad Çiçək üçün sürpriz idi.
Bu tanımadığı varlığın onun adını da bilməsi Çiçəyi təəccübləndirdi. UĢaq marağı qorxusuna
üstün gəldi. Bir az irəlilədi.Varlıq ona tərəf döndü. Varlığın əynində yayın istisinə baxmayaraq
qara uzun bir plaĢ var idi. Bir neçə yerindən cırıq olan bu plaĢ sanki min il idi ki , onun əynində
idi. Onun üzünü uzun buruq saçları qapamıĢdı. Bu ona daha da əsrarəngiz bir hal verirdi. Çiçəyə
ən çox qəribə gələn isə onun qaranlığın içində gah yox olması, gah da yaxınlıqda peyda olması
idi. Çiçək cəsarətini toplayıb ondan:
– Sən kimsən? –deyə soruĢdu.
Varlıq elə o an qulağının yanında peyda olaraq pıçıldadı:
Sən məni tanıyırsan, Çiçək . Mən hər gün buradayam.
Onun pıçıltısı isti nəfəsə çevrilib Çiçəyin boynunu, boğazını qarsdı. Bu isti nəfəs onu elə
hərarətləndirdi ki, bir anlıq bunun əbədi davam etməsini istədi. Bundan sonra Çiçək ondan heç
nə soruĢmadı. Çiçəyin artıq on dörd yaĢında ikinci sevgilisi peyda oldu. Bu sevgilisi əvvəlki
sevgilisi tək uzaqda deyildi. Birinci sevgilisi onu hər gün ikinci sevgilisinin qucağına verərək
yatmağa gedərdi. Çiçək sehirli bir aləmdə idi. Bu sehirli aləm onun titrətməli qızdırmaya
düĢməsi ilə dağıldı. Çiçək yatağa düĢdü. Hər gecə sayıqlayır, paltarlarını cırıb tökürdü. Bu cırıq
paltarlarla da həmin təpəyə qaçardı.
Təpədə isə onun bir gördüyü min olardı. Üstünə tökülən bu əcaib varlıqlar ona zövq verən
varlığa bənzəməzdilər. Üzü- gözü ĢırımlanmıĢ qızdan artıq evdəkilər də qorxurdular. Onun bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
111
xəstələyi ciddiləĢdikcə, atası daha da ,baĢını itiridi.Bir gün uzaqdan-Çiçəyin də heç vaxt
olmadığı yerdən babası onlara gəldi. ÇiĢək babasını heç vaxt görməmiĢdi. Yalnız bir dəfə anası
ağlayanda atası: “Zırıldama! Onlar səni daha axtarmazlar. Atan səni gərək bağıĢlayaydı”-
deyəndə bu sözləri Çiçək də eĢitmiĢdi. Hələ o vaxtı Çiçək uĢaq ağlı ilə anasının nə isə səhv bir iĢ
tutduğunu baĢa düĢmüĢdü. Indi isə babasının bura necə gəlib çıxdığını baĢa düĢəcək qədər
sağlam beyinə malik deyildi.
Gələndən səssiz oturan qoca nəhayət dilləndi:
-Mən gedim Ağanı gətirim. Bizim belə iĢlərdən baĢımız çıxmaz.
Qoca özü kimi qoca olan yabısını rəhmsizcəsinə qamçılayaraq uzaqlaĢdı. Çiçəyin isə
saatbasaat sayıqlamaları artırdı. Belə bacarıqlı bir adamın iĢini atıb, ucqar bir fermaya
gələcəyini nə evdəkilər, nə də baba gözləyirdi. “Hər halda getməklə nə itirirəm ki,”-deyə
baba öz-özünə düĢündü.
ġər qarıĢan vaxtı rayona çatan baba, yarıümid halda Ağanın evinə yollandı. Bu adamı
hamı Ağa adı ilə tanıyırdı. Onun əsl adını xatırlayan tək-tük adam qalmıĢdı. Ona el arasında
inam o qədər qüvvətlənmiĢdi ki, xəstələnən insanlar birinci həkimdən öncə onun yanına baĢ
çəkərdilər. Sovet rejiminin domokl qılıncı belə Ağanın nüfuzuna xələl gətirə bilməmiĢdi.
Ağanın evdə olduğunu bildikdə babanın sevincinin həddi-hüdudu olmadı. Ağanın otağına
girib, elə salamdan sonra nəvəsinin xəstəliyi barədə olan –bitəni nəfəs belə almadan doğrayıb
tökdü. Babanı ağ saqqalını tumarlaya-tumarlaya dinləyən Ağa :
-Dur! Dur gedək. Deyəsən, məsələ ciddidir.-deyərək rəfdən qəhvəyi rəngli bir kitabı
götürüb balaca bir çantaya atdı.Həyətə çıxanda babanın atına baxaraq, azca nə isə düĢündü və
üzünü evə tərəf tutaraq səsləndi: --Ay uĢaq, mənim atımı çıxarın.
–Ağa, sənin üçün gecə getmək çətin olmayacaq?- Baba ürkək-ürkək onun üzünə baxaraq
soruĢdu.
–Çox qoca görunurəm?-deyə Ağa gulumsəyərək suala sualla cavab verdi.
Gecəyarı fermaya çatdılar. Ağa yeməkdən və yatmazdan da öncə xəstəni görmək istədi.
O, Çiçəyə və bədənindəki ləkələrə baxaraq dodağının altında anlaĢılmayan dildə nə isə dedi.
Qayıdıb xalçanın üstündə yerini rahatlayan Ağanın üzündə çox sakit bir ifadə var idi. O,
qabağındakı ala-bəzək sufrənin iplərini dartıĢdıraraq qoyunu, malı və fermaçılıq iĢlərini
soruĢurdu.Dəyənin küncündə hıçqıran qızına;
www.kitabxana.net
– Milli Virtual Kitabxana
112
-Ay qız, dur! Dur bura qulluq elə! –deyən babanın səsində rəhm qarıĢıq qəzəb var idi.
-Heç nə lazım deyil –deyə Ağa etiraz etdi: Gecənin xeyrindənsə, sabahın Ģəri yaxĢıdır
Yataq! Sabah durub bir qərar verərik.
Düzənliyin altı nəfər sakini gündüzün verdiyi həyacan və yorğunluqdan sonra Ģirin
yuxuya getdi. Səhərin gözü açılan kimi Ağa iĢinə baĢladı. O, qarĢısına qoyulmuĢ çayı
birnəfəsə baĢına çəkib çantasını qurdaladı. Oradan vərəqləri tökülən bir köhnə bir kitab
çıxardı.
-Bu, nə vaxtdan baĢlayıb?
Ağanın qətiyyətli səsi dəyədəkiləri diksindirdi.
- YazbaĢı. Hə deyəsən yazbaĢı idi. Ağa, vallah bu qız elə sakit uĢaq idi ki....-səsi boğulan
ata daha danıĢa bilmədi.
-Sizdə də günah var. UĢağın Ģər vaxtı nə iĢi var orada?!..-deyərək sözünə davam etdi:
Mən əlimdən gələni edəcəm, təki Allah səbəb salsın. Qıza elə bir Ģeylər müsallat olub
ki.mən özüm belə belələrini on ildən bir görürəm. . Kitabını qatlayıb kənara qoyaraq Ağa
çantasından çıxardığı ətirli kağıza sürətlə nə isə yazmağa baĢladı.Yazdığı kağızı büküb
patron Ģəklinə saldı:
-Bunu onun üstündən asın. Gecə sayıq yatın. Evə ehtiyat su qoyun.
Gün əyiməyə baĢlayanda Ağa atına minib getdi. Lakin o məĢum gecəni uzun zaman nə
Çiçək, nə də evdəkilər unuda bildilər.Qızının təkidlərinə baxmayaraq baba qonaq
yatağına keçmədi.
-Heç nə olmaz. Elə burada qıvrılıb yatacam- deyən baba nəvəsinin ayaqtərəfini
göstərdi.
Günün həyəcanından hamı yorğun düĢərək bir tərəfə yıxılıb yatdı.Qaranlıq öz
qanadını yerin üzərinə çəkdikcə babadan baĢqa hamının Ģirin mıĢıltısı dəyəni
baĢına götürdü.Baba qaranlıqda cibini eĢələyib tütün qabını tapdı. Kibrit tapmaq
üçün yavaĢca qalxıb ehtiyatlar saxlanılan dolaba tərəf getdi. Yenicə yerindən
aralanmıĢdı ki, arxasında hənirti duydu. Geri döndükdə qarĢısında üç-dörd dənə
əcaib varlıq gördü. Onların üzü qaranlıqda görünməsə belə baba nə baĢ verdiyini
anladı. Bu varlıqlardan biri Çiçəyin yatağına doğru getdikdə baba ona mane
olmaq istədi, lakin buna ehtiyac qalmadı. O, Çiçəyə yaxınlaĢan kimi bir topa alova
döndü. Bu alov əvvəlcə Çiçəyi, sonra isə bütün dəyəni alıĢdırdı.
Səhərin nurlu üzü qaranlığın qoynundan doğulmağa baĢladı. GünəĢin dünən
salamat qoyub getdiyi balaca Ģenlikdən, yerdə bir topa qara kül qalmıĢdı. ġehli
otların üzərinə uzanan adamların hərəsinin bir yeri yanmıĢdı. Gecə yarıyoldan
Dostları ilə paylaş: |