The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə41/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   33   34   35   36   37   38   39   40   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
118 
 
ürəyini deĢsə də, getdiyi ünvan narkotika kimi qanına oturmuĢdu. Vaxtı gələndə özünü Bakının 
küçələrində tapırdı. Əvvəl vərdiĢ etdiyi kimi otele gedir, sonra onun yanına. Gecə gedərdi. Ona 
elə gələrdi ki, əgər gündüz getsə, hamı barmağı ilə onu göstərəcək və -Ey, dayan hara gedirsən- 
deyə arxasınca qıĢqıracaqlar. Gecə oteldəki nömrəsindən çıxar, cüssəsinə yaraĢmayan kiçik 
addımlarla “Ģirin günah” adlandırdığı gənc sevgilisinin yanına gedərdi. Onun yanında keçirdiyi 
gecələri cox  vaxt  meyxoĢ olardı. Arvadı ilə onun arasında müqayisə aparmaq istəməsə də, 
müqayisə istər- istəməz gedirdi. Sevgilisi daha gənc və daha təravətli ruhu ilə onun ağlını 
oğurlamıĢdı.  Ġki il idi ki, ikili həyat sürürdü. Iki il idi ki, “ayrılacam” sözünü hey vicdanına  
verir, amma çifayda....    Bəzən özü-özünə: yəqin bu üsyankar vicdanı oteldə qoyub gedirəm ki, 
onun yanında dillənmir -deyə bir yəqinlik uydurmuĢdu.  
   
Nəhayət iki il ərzində toplanmıĢ buludlar baĢının üzərində sıxlaĢmağa baĢlamıĢdı.  
Deyəsən gözlədiyi tufan yaxınlaĢırdı. Evdəkilər daha da səssizləĢmiĢdilər. Artıq evdə olan-keçən 
xəbərlər belə müzakirə olunmurdu. Arvadı vaxtının çoxunu ya anasıgildə, ya da rəfiqəsigildə 
keçirirdi. Hətta onun “necəsən” sualına belə cavab verməmək üçün sualı eĢitməməzliyə vururdu. 
“Qiyam yaxınlaĢır”- deyə o düĢünürdü.- amma kim- kimi devirəcək bax orası naməlumdur. 
Ona arabir elə gəlirdi ki, dərin bir quyunun baĢındadır və içəridə iki adam var.  Amma 
burada birinci və ya ikinci məsələsi yoxdur. Bu quyudan bircə adam çıxmalıdır. O bircə adam 
....... o bircə adam dilemma olmuĢdu.  Bu dəfə Bakıya gəlməzdən öncə o səssiz qadın, onun 
dinməz arvadı ayrılmaq istədiyini sakit –sakit bildirdi. Bunu  elə adi Ģəkildə dedi ki, sanki min il 
idi, bu sözü özü üçün çeynəyib, çeynəyib saqqıza döndərmiĢdi. O, bu sözü, bu çıxıĢı gözləsə də 
yenə yaman ağır gəldi on yeddi illik arvadından bu sözləri eĢitmək. Udqundu. Istədi səbəbini 
soruĢsun, amma vicdanı yenə onu boğazladı. Arvadı onun üzünə baxaraq nə isə gözlədi. Bu 
keçən müddətdə arvadı ilk dəfə idi onun üzünə baxırdı. Dik və yenilməz baxıĢlar məğlubiyyət 
ifadə etməsə də, onun vaxtilə canını belə verməyə hazır olduğu  o gözlər qıpqırmızı idi. Ürəyi 
sıxıldı. Qırmızı gözlər sanki onu bir anda tərkisilah etdi.   O, bilmədi onu boğazlayan vicdanı 
özündən aralasın, yoxsa yenə qalaqlqanmıĢ yalanlardan birini seçib arvadına desin.  Çırpındığı 
vəziyyətin içindən çıxmağa çalıĢarkən, arvadı onun üçün hazırladığı çamadanı qapının yanına 
qoyub getmıĢdı.  
 
* * * 
Bakıya gedən yol acı bağırsaq tək uzandıqca, qəlbindəki sıxıntılar  daha da artırdı. “Yox, 
o ciddi deyildi, yəqin bir az məni silkələmək üçün o sözləri söylədi. Qadın tayfasıdır da, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
119 
 
aləmi bir-birinə qatmaq xasiyyətləridir. Əlini siqarət qutusuna atanda qutunun boĢ olduğunu 
görüb, daha da əsəbləĢdi. Əsəblərini cilovlayıb, olub keçən haqqında məntiqli düĢünmək 
üçün maĢının sürətini azaltdı. Motorun uğultusu azaldıqca, beyninin içində qəribə və ikili 
dialoq baĢladı. 
-
 
Sən ondan ən azı niyə ayrılmaq istədiyini soruĢmalıydın. 
-
 
Necə soruĢum, axı, üzüm gəlmədi. 
-
 
Bu dünyada o qədər sənin kimi iĢ tutan adamlar var . Sən də onlardan biri. Adəm 
babamızdan üzü bəri... Sən indi vicdanlı çıxmısan?!.. 
-
 
O bu iki ildə məndən “hara gedirsən”nin hesabını belə soruĢmayıb. Əgər bu qədər müti 
bir qadın belə üsyan edirsə, demək bıçaq sümüyə dirənib. 
-
 
Amma sən yenə gedirsən. Bir qucaqdan qopmamıĢ, o birisinə axırsan. Bəs bu hansı ağıla 
və məntiqə dayanır? 
-
 
Hə. Mən sözün bitdiyi yerdəyəm. 
Əlini yenə özündən asılı olmayaraq siqaret qutusuna atdı. Onun bayaqdan boĢ olduğunun 
fərqinə varıb, pəncərədən çölə vızıldatdı.  
 
* * * 
Bakıya çatan kimi yenə adəti üzrə maĢını otelə sürdü. Bəxti gətirmiĢdi: həmiĢə qaldığı otaq 
boĢ idi. Bu otağa girəndə ona elə gəlirdi ki,  köhnə dostunu yanına gəlir. Köhnə və səbirli 
dost.....Gecələrin dərdini yüklənə bilən, gündüzlərin cılpaqlığını örtən bu dost onu 
sükutundan baĢa düĢürdü.  
Otağa yerləĢən kimi aclığına və susuzluğuna baxmayaraq, otelin yaxınkığında əldə etdiyi 
siqaret qutusundan birini götürüb pəncərənin qarĢısına keçdi. Bakının əsrarəngiz iĢıqları onu 
fikirləri ilə birlikdə qucaqladı.Telefonu əlinə alaraq, istədi ona zəng edib Bakıya gəldiyini 
bildirsin, qəfil vaz keçdi. Telefonu əlində oynada-oynada yenə fikrə daldı. Qəlbində gələn 
arzularla, ağlından keçən “olmaz”  iĢarələri sanki qarĢı-qarĢıya bir-birlərinə qılnc 
çəkmiĢdilər. Telefon əlində balıq  kimi çırpınanda, telefonu titrəĢımə qoyduğunu xatırladı.  
Telefonun ekranına baxanda təəcccubləndi. Gələn zəng Ġzmir nömrəsi  idi. Bir anlığa xəyal 
onu ağuĢuna alaraq üç ay öncəyə- Ġzmirli günlərinə apardı. Bakıdan qaçaraq özlərini Ġzmirin 
qucağına atmıĢdılar. On günə doymamıĢdılar, daha beĢ gün qalmıĢdılar. Gələndə özlərinə 
təsəlli olaraq “ Bakı Ġzmirə çox bənzəyir nə fərqi var “ deyərək birtəhər o Ģəhərin sehrindən 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
120 
 
qurtara bilmiĢdilər. Telefonun ikinci çırpınıĢı baĢlayanda , birinci zəngə cavab  vermədiyini 
anladı. Telefonu yaĢıl düyməsini basaraq , qulağına apardı.  
-
 
Salam- telefondan onun tanıĢ səsini eĢitdi. 
-
 
Salam . 
-
 
Nə əcəb Ġzmirdəsən? 
-
 
Artıq bilirsən- deyə telefonda həmiĢə məlahətli gələn səsi bu dəfə xırıldadı.- zəng 
eləmiĢəm ki, zəng eləmiĢəm deyəm ki,............. 
-
 
Nə olub niyə sözləri çeynəyirsən?- o artıq nəyinsə baĢ verdiyini anlayaraq cəld soruĢdu. 
-
 
Heç demək istəyirəm ki, daha məni axtarma! 
-
 
Sən Ġzmirdə bizim Ģəhərdə ...............-sözü ağzında qaldı Telefon artıq onun üzünə 
söndürülmüĢdü. Əli titrəyə-titrəyə sürətlə həmin nömrəni geri yığdı. Lakin ona yalnız “ 
bu nömrəyə zəng çatmır “və sairə sözləri tutuquĢu kimi əzbərləyən robotdan baĢqa kimsə 
cavab vermədi. Hey elə o nömrəni yığdı, yığdı , axırda boĢ siqaret qutularını vızıdatdığı 
kimi otelin pəncərəsindən telefonu qolu gəldikcə qaranlıq boĢluqlara atdı. Gündüzdən 
içində açılmıĢ boĢluqda indi elə bil bomba partlamıĢdı. Ozünə otaqda yer tapa bilmədi. 
nəfəsi çatmadı əlini atıb pəncərələri açdı. Titrəyə-titrəyə cıbındən ürək dərmanını çıxarıb 
dilinin altına qoydu. Ürəyi azca sərinləyən kimi qayıdıb kresloda oturdu. Nə edəcəyini 
kəsdirməyə çalıĢdı. Sonra cibindən telefonu çıxarıb arvadına zəng vurdu və bu neçə 
illərdən sonra ilk dəfə onun Bakıdan nə istədiyini və nəyi alsa ürəyincə olub olmadığını 
soruĢdu.     
  
        
           
                                                                       TAPġIRIQ 
Hər  ayda  bir  dəfə  qəsəbəyə  bir  nəfər  növbətçi  gedərdi.  Bu  dəfə  növbə  Fərhada  çatanda  üzə 
vurmasa da, içində donquldana-donquldana  yola düĢdü. Əslində ora getmək elə də çətin deyildi, 
lakin  gecənin  o  zəhirmarlarını-  açcaqanadların  diri  –diri  yemi  olmaq  əcaib  bir  duyğu 
idi.Qəsəbənin  yeganə  yanğın  qulləsi  rayon  iĢğal  olunandan  sonra  B  rayonuna  tabe  edilmiĢdi. 
Səhər erkən olmağına baxmayaraq  günəĢ sanki  hakimiyyətini  bərqərar etməyə tələsirdi.  Fərhad 
öz  iĢini  sevməsə  də,  bir  loxma  çörək  qıra  olub  keçmiĢdi  boğazına.  Arabir  heyf  deyildi 
“subaylıq”- deyib gileylənəndə evdə civildəĢən körpələrə baxıb tez də susardı. QıĢda soyuqdan, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
121 
 
yaydasa  istidən  gileylənməyi  isə  heç  kəsməzdi.  Indi  yenə  günəĢə  acıqlı-acıqlı  baxaraq  yoldan 
keçən maĢınlara əl etməyə baĢladı.  
  
Hər  ay  belə  idi.  Yolda  girinə  keçən  bir  maĢına  minib  gedərdi.  Gecəni  ağcaqanadlarla 
müharibə  ilə  keçirib  sabahı  gözləri  ĢiĢmiĢ  Ģəkilə  evə  qayıdardı.  Elə  donquldan-donquldana  da 
evə  girərdi”  bax  bu  yanğın  qülləsinə  nə  ehtiyac  var.  Biz  iki  ildi  orada  növbə  çəkirik.  Hələ  bir 
dəfə pajar olmayıb. Erməni də gəlib  taxıl odlayarsa bunu görməyə qüllə lazım deyil. Bunu elə 
hamı görür də.......” əsaslı əsasız ağzı öyrənmiĢdi. Sanki Ģikayet etməsə bağrı yarılacaqdı. 
Bir  dəfə  cavanlardan  eĢitmiĢdi  ki,  yalnız  diĢi  ağcaqanadlar  qan  sorur.  “Yox  qardaĢ,  bu 
yalan  söhbətdi”-  boynunda-boğazında  əlinin  Ģapıldadaraq  özü-özünə  deyirdi-“  nouldu  bunların 
hamısı elə diĢi oldu, basıb yedilər ki məni” 
Yenə  gecənin  qara  qaydı  canını  ala  –ala  yolda  keçən  maĢınlara  əl  eləməyə  baĢladı.Yayın 
istisi bir tərəfə,  yoldan keçən maĢınların da tozu dilinə dodağına hopmuĢdu. Nəhayət bir maĢın 
insafa  gəlib  saxladı.  Fərhad  donquldana  –  donquldana  Allaha  Ģükür  etməyə  baĢladı.  MaĢın  
erkəndən  yola  çıxan  adamlarla  dolu  idi.  Balaca  bir  yer  var  idi,  orada  Fərhadı  sığıĢdırdılar. 
Tezliklə  sürücünün  insfanın  əslində  tamah  olduğunu  anlayıb  Fərhad  buna  daha  da  hirsləndi. 
Birtəhər daracıq yerdə hirslə özünə yer edib, gözlərini ətdən divarlardan bir pəncərə qırağı tapıb 
zillədi.MaĢında lap qabaqda özünə yer etmiĢ bir Bəxtəvər( Fərhad maĢına miən kimi ona bu adı 
ürəyində yapıĢdırmıĢdı) elə hey xəstəliklərdən danıĢır və özünün həkimlərdən çox bildiyini iddia 
edirdi.” Bu həkim tayfasına, xüsusilə də Azərbaycanda etibar yoxdur. Hamısı cibiĢdanını güdür” 
deyə  O,  filasofanə  Ģəkildə  nitqinə  son  verib  qürurla  lap  qıraqda  oturmuĢ  qadının  üzünə 
baxdı.”Ġyrənc  oğlu,  iyrənc  özünü  arvadına  göstərir  and  içərəm  ki,  bu  həkimlərdən  çox  bilən 
dördüncü sinifdən qaçıb. Ġndi beĢ- altı qoyunu  pulu da onu danıĢdırır.Ağlına gələn bu fikirlərə 
görə Fərhad dar  yeri azacıq unudaraq özü-özünə gülümsədi. Bəxtəvər sanki fərhadın fikirlərini 
oxuyurmuĢ kimi “ Vallah beĢ altı qoyunun çatısını boğazımıza salmıĢıq, yoxsa nə iĢimiz var bu 
fermalarda Allahın zülümünü çəkirik.”Fərhad bunu eĢidəndə müĢahidə qabiliyyətinə  görə azcıq 
qürurlandı. “Mənimki də burada olsaydı, bir az da onun üzünə baxıb mən lovğalanardım.Dodağı 
qaçdı,  lakin  həmin  bəxtəvər  deyəsən  marağını  boğa  bilməyib  qəfil  ona  tərəf  dönəndə  Fərhad 
ciddi görkəm aldı. 
-
 
Ay qardaĢ, sən hara bu sabahın korunda?- Bəxtəvərin sualı sarımsaq qoxusu ilə fərhadın 
üstünə töküldü. Fərhad çımçəĢsə də bunu üzə vurmamağa çalıĢdı və cavabı tez verməyə 
çalıĢdı ki bu qoxulu ağız səmtini dəyiĢdirsin. 
-
 
Mən  oraya-yanğınsöndürmə  qülləsinə  gedirəm.  Fövqalədə  halların  iĢçisiyəm.-  axırıncı 
sözləri  pafosla  dedikdən  sonra  özünə  möhkəm  açığı  tutdu.  “Elə  sadəcə  pajarnikəm 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
122 
 
desəydim nolacaqdı ki,,” Fərhadın bu sözlərindən sonra kiĢi, deyəsən onun iĢlədiyi yerin 
hara olduğunu müəyyənləĢdirmək üçün üzünü çevirərək baĢını qaĢıdı. Köhnə ələngə sıfır 
altının  çala  –çökəyə  düĢməsinin  yaratdığı  səs-  küy  istisna  olmaqla  içəri  sükut 
çökdü.Fərhad bu sükuta görə özünü qınayırdı ki, Bəxtəvər ona tərəf dönərək: 
-Mənim  bircə  balam  var  .Elə  oralarda  xidmət  edir.Yeddi  aydır  gedib.  Bizim  toyuq 
qovalayanın azar-bezarı imkan verdikcə- O, baĢı ilə az qala maĢının yarıaçıq pəncərəsinə 
yapıĢmıĢ arıq qadına tərəf iĢarə etdi- gedib onu yoxlayıram.- yazıq-yazıq dedi. 
Fərhad anladı ki, bu adam onu elə əynindəki hərbi geyimə və bayaq eĢitdiyi nazirlik sözünə 
görə  onu  hərbiçi  zənn  edib.  Fərhad  elə  bu  yanlıĢı  düzəltmək  istəyirdi  ki,  sürücü  onu 
qabaqlayaraq çox bilmiĢ adam tərzi ilə: 
-Ay qardaĢ, tanıĢlıq ver tapĢır balanı, nolacaq insanlıq ölməyib ki, 
Fərhad  ağzını  açmağa  macal  tapmamıĢ  kiĢi  oğlunun  bölməsini  ,  adının  Kamal  olduğunu, 
komandirindən  belə,  hamısını  sadaladı.  Fərhad  kiĢinin  bütün  bir  həvəslə  bunları  saydığını 
görüb fikrindən vaz keçdi. Hətta iĢi ciddiyə mindirmək üçün cibindən kağız- qələm çıxararaq 
bütün  lazım  olan  məlumatları  qeyd  etdi.  O  an  boynu  geri  qatlanmıĢ  o  kiĢinin  üzündə  elə 
ümidli bir ifadə var idi ki, sanki Fərhad göydən enmıĢ bir mələk kimi onun oğlunu mühavizə 
edəcəkdi.  
  Az  sonra  üzündəki  səcdə  ifadəsi  dəyiĢməyərək  kiĢi  arvadı  ilə  xəstəxananın  qarĢısında 
düĢdülər.. Fərhad onları xəstəxana darvazasına qədər gözləri ilə müĢayət edərək bilmədi nəyə 
sevinsin:  yerinin  geniĢlənməyinə,  yoxsa  sabahdan  canını  sığma-  boğmaya  salan  yalandan 
canın qurtarmağına.  
  Ələngə  qülləyə  qədər  gəlib  çatmadı.  Yolda  xarab  olan  maĢını  sürücü  və  söyüĢləri  ilə  baĢ-
baĢa  buraxıb  yarı  yola  piyada  davam  etdi.  Buraya  narazı  gəlsə  də  həmiĢə  bu  köhnə  sovet 
dövründən qalma qülləyə dırmaĢmaq ona ayrıca zövq verirdi. Indi də qülləyə yaxınlaĢdıqca 
ora dirmaĢmaq istəyi artırdı. Çantasını içəridəki otağa atıb üzünə azacıq su vurub, günəĢ yeri 
göyü  yandırmamıĢ  qülləyə  dırmandı.  Son  zamanlar  qüllədə  əsmə  əmələ  gəlmiĢdi.  Bunu 
yuxarıya-  rəisə  bildirəndə  həmiĢəki  əzbərdə  olan  Ģablonlardan  birini  eĢitmiĢdi:”yaxınlarda 
yoluna  qoyulacaq”.    “Bu  rəis  qısmı  niyə  həmiĢə  məchul  növdə  danıĢırlar:  Ediləcək,  yoluna 
qoyulacaq sonra məlum növdə bir hadisə baĢ verir, biri qüllə və ya nə qarıĢıqsa kəlləmayalaq 
gəlir aĢağı və onlar onda nə deyirlər. ƏĢi, nə deyirlər, desinlər bu mənzərənin dadı buradan 
yıxılmağa dəyər” deyə O, bu düĢüncələrlə əllərini durbin kimi gözlərinin qarĢısına gətirərək 
ətrafı  seyr  etməyə  baĢladı.  Buradan  ta  ermənilərin  səngərlərinə  qədər  görünürdü.  Ətrafda 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
123 
 
qəribə  bir  mənzərə  yaranırdı.  Qüllənin  qarĢı  tərəfi  ermənilərə  qədər  uzanan  boĢ  və  neytral 
zona və ondan bəri sarı lent kimi uzanan taxıl zəmiləri var idi. Hətta buradan azacıq diqqət 
edəndə  hər  iki  tərəfdəki  səngərlərdəki  hərəkəti  də  sezmək  mümkün  idi.  Qüllənin  digər 
tərəfləri isə sanki  yaĢayıĢ evləri ilə mühasirə edilmiĢdi.Fərhadı bu qüllədəki mənzərə istisna 
olmaqla burada heç nə cəlb etməzdi.Xüsusilə üzü gecəyə getdikcə ağcaqanad kabusu ətrafda 
vızıldaĢmağa baĢlayanda.  
GünəĢ  uzun  yay  günün  qürubunu  edəndə  artıq  Fərhad  siqaretinin  tüstüsü  ilə  özünə 
mühavizə  məkanı  yaratsa  da,  siqaret  sönəndə  ağcaqanadlar  onun  üzərində  istədikləri 
təcrübəni  keçmək  üçün  neĢtərlərini  itiləyirdilər.Bu  axĢam  Fərhadın  donquldamağa  və  özü- 
özünə gileylənməyə də həvəsi yox idi. Arada bir əsən axĢam mehi üzünə zərif bir qız əli kimi 
nazlı-nazlı  sığal  çəkir,  onu  xoĢalandırıdı.  Yuxusu  gəlsə  də  bunu  gözlərindən  qovmağa 
çalıĢırdı.  Ən  azından  buna  cəhd  edirdi.  Qalxıb  özü  ilə  gətirdiyi  yeməyi  çantadan  çıxararaq 
taxta  stolun  üstünə  qoydu.  Çörəyi  çantanın  ön  cibindən  götürdüyü    cırıq  qəzet  parçasının 
üstünə  qoydu.  Yeməyini  çeynəyə  -  çeynəyə  gözlərini  o  qəzet  parçasının  üzərində  gəzdirdi. 
BaĢlığı  cırılsa  da  məqalənin  yerdə  qalan  hissəsində  orduda  qətllərin  və  əsgər  ölümlərinin 
artmasından bəhs olunurdu. Məqaləni sona kimi həvəssiz oxusa da beyninə iliĢmiĢ axmaq bir 
fikirdən  canını  qurtara  bilmədi  “Axı  orada  nə  baĢ  verir,  niyə  bir  əsgər  komandirə  silah 
qaldırsın ki,..... Mən də on  beĢ il öncə o xidməti keçmiĢəm. Yəni bu on beĢ ildə nə dəyiĢdi 
ki,,,,,,,”  Sabahkı  maĢında  gördüyü  o  kasıb  atanın  üzündəki  yazıqlıq  qarıĢıq  ümid  iĢartısını 
xatırlayanda özünə möhkəm acığı tutdu. Kimlərisə aldatmağa haqqı olmadığını anlayan kimi 
yediyi  yeməyi  də  yarımçıq  buraxıb  bir  siqaret  yandırdı.  Siqareti  nə  vaxt  söndürüb,  nə  vaxt 
yuxuya getməyindən xəbəri olmadı.  
 
Ayılanda bütün bədənin qıc olduğunu hiss etdi. Elə skamyada yuxuya getdiyinin fərqinə 
vardı.  Əlini,  üzünü  ağcaqnad  dağıtmıĢdı.  Amma  indi  ətrafda  biri  də  qalmamıĢdı. 
Cinayətlərini  torədib  ağzı  qanlı  uçmıĢdu  gecə  vampirləri.Elə  bundan  da  səhərə  az  qaldığını 
anladı  Fərhad.  HəmiĢə  beləydi  bu  qan  ovçuları.  Danyeri  ağarmağa  baĢlayanda  yoxa 
çıxırdılar.”  Smeni  təhvil  verdi  əclafuĢağı  mənimkinə  az  qalıb”  deyə  qıc  olmuĢ  boynunu  o 
yan,  bu  yana  hərləyərək  açmağa  baĢladı.  Elə  bu  an  içəridən  bir  xıĢıltı  eĢıtdı.  Sanki  kimsə 
özünə yer düzəldirdi.Fərhad ilk öncə bu səsə elə də fikir verməsə də, sonra taqıltı duyaraq lap 
Ģübhələndi.YavaĢca  içəri  otağın  qapısının  arxasına  keçərək  içərini  nəzərdən  keçirməyə 
baĢladı.Ġçərinin yarıqaranlığını ay iĢığı ortadan bölmüĢdü. Qaranlıq tərəfdə bir insan sülueti 
güclə sezilirdi. Fərhadın soyuq tər kürəyindən süzüləməyə baĢladı.Ağlına min cür fikir gəldi. 
Bu qorxunu içində bir avtomat Ģaqıltısı da eĢıtdi Az sonra ay iĢığının  tam ortasına bir hərbi 
geyimli adam  çıxdı.Fərhad onun heç də xoĢ niyyətindən əmin ola bilmirdi. Hərbiçi birbaĢa 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
124 
 
onun  tərəfinə  gəlirdi.  Elə  o  an  Fərhad  yeganə  çıxıĢın  qarĢısında  durduğunu  xatırladı.  Artıq 
gec idi. Qapının arxasından çıxaraq bir baĢa yolun üzərində durdu. Hərbiçi  qapıdan çıxanda 
onu min ildir tanıyırmıĢ kimi süzdü və dedi: 
-Durmusan?! Mən gələndə yaman Ģirin yatmıĢdın. 
Fərhadın dili- dodağı təpimiĢdi. Hərbiçinin azərbaycanca danıĢması onu bir az sakitləĢdirdi. 
Ən  azından  əsgərin  paltarındakı    iĢarələr  və  dili  onu  erməni  olmadığını  sübut  edirdi.  Bu 
Fərhadı azcıq da sakitləĢdirdi.Birtəhər özünü ələ alıb: 
-
 
Sən kimsən- deyə soruĢa bildi. 
-
 
Əsgər.  
-
 
Sənin bu vaxtı burada nə iĢin var?- Fərhad əsgər cavabından sonra bir az ötkəm çəkildə 
soruĢdu.  
-
 
Komandiri  öldürmüĢəm.  -  Əsgər  yumru  və  uĢaq  məsumluğu  sifətinə  yaraĢmayan  dəli 
məĢumluqla dedi. 
-
 
Niyə aaadam kooomandiri öldürər?- Fərhad yenə dili dolaĢa-dolaĢa soruĢdu  
-
 
Hə. adam öldürməz amma.. 
-
 
Bala,  sənin  adın  nədir?  –  Fərhad  bilmədi  hirslə,  yoxsa  qorxu  ilə  soruĢduğu  bu  sualı  nə 
üçün verdi. 
-
 
Kamal idi. Ġndi yəqin ki, daha belə olmayacaq- əsgər bədbəxtcəsinə dedi. Fərhad elə o an 
onun üzünün necə saraldığının fərqinə vardı. 
-
 
Otur, bəlkə sənə çay verim bir az özünə gəl hə..... – Fərhad əlindən gələn yardımı vermək 
üçün canfəĢanlıq etdi.Bir qatilə bunu nə üçün etdiyini özü üçün anıĢdıra bilmirdi.Əsgər 
yerindən tərpənmədən daĢ kimi qüllənin dəmirinə söykənmiĢdi. 
-
 
Bala, haralasın, kimlərdənsən? – Fərhad aradakı sükutu pozmaq məqsədi ilə ağlına gələn 
ilk sualı verdi. 
Əsgər onun üzünə uzun müddət nəzər saldıqdan sonra yavaĢça dilləndi. Sözlər ipə düzülmüĢ 
kimi onun ağzından tökülməyə baĢladı: 
-
 
Mən onu öldürdüm. Avtomatı qaldırdım və onun bağırsaqlarını yerə tökdüm. Elə bilirsən 
özümü  öldürə  bilməzdim.  Vallah  özümü  öldürəcəkdim.    Bu  gecə  öldürəcəkdim  .  Gəldi 
çıxdı, itoğlu it. Vurdu məni. DaĢ saldım Mayısın baĢına. Mən tək oğulam eyyyy bilirsən?. 
Gərək özümü öldürəydim. Haradan gəldi çıxdı. Canımızı boğazımıza yığmıĢdı. Bu iĢi biri 
görməli idi.  
Fərhad  artıq  onu  eĢitmirdi.  Səhər  cibinə  qoyduğu  kağızı  bürmələyib  ovcunda  əzik-  əzik 
etmiĢdi.  əsgər  isə  dil-boğaza  qoymadan  rabitəli-rəbitəsiz  danıĢırdı.Nəfəsi  kəsilənə  qədər 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
125 
 
danıĢdı.Sonra    qüllənin    dibinə  çökərək  ağlamağa  baĢladı.  Elə  hönkürtü  vururdu  səsi  artıq 
Fərhadın  ürəyini  parçalayırdı.  Azacıq  sakitləĢəndən  sonra  qəfil  qalxdı  və  dəli  bir  ifadə  ilə 
Fərhadın  üzünə  baxaraq  su  istədi.  fərhad  ona  su  töküb  verəndə  hər  ikisinin  əllərinin 
tirədiyinin gördü. Ġkisi də sarsılmıĢdı.suyu içəndən sonra əsgər üst-baĢının tozünü çırpıb : 
-
 
Yolçu yolda gərək mən gedim. 
Fərhad  ona  nə  isə  deməmiĢ  artıq  əsgər  kəndalaĢ  kollarının  arasına  uzaqlaĢırdı.Alatoranda 
səma  qırmızı  bənövĢəyi  rəngə  boyanmıĢdı.  GünəĢ  artıq  doğmaq  üçün  zəmin  hazırlayırdı. 
Fərhad uzun müddət kəndalaĢ kollarının tərpənməsinə tamaĢa etdi. Bir azdan çantasından cib 
telefonun zəngini eĢitdi.Onu oradan çıxarıb ekranına baxdı. QardaĢı idi. 
-
 
Salam.  Vəziyyətin  yaxĢıdı?-  cavab  gözləmədən  davam  etdi-  sənin  yaxınlığındakı  hərbi 
hissədə bir əsgər komandiri öldürüb. Ehtiyatlı ol,qadası,.oldumu?! 
-
 
Hə  oldu,  narahat  olma  .-  Fərhad  bunu  deyərək  söndür  düyməsinə  baĢ  barmağını  sıxdı. 
GünəĢ  artıq  alovlu  nəfəsini  püskürməyə  baĢlayanda  Fərhad  həmiĢəkindən  fərqli  olaraq 
səsi- səmirsiz növbəni təhvil verib asfalt yola çıxdı. Dünənki sakit yolların hər tərəfində 
polis maĢınları və polislər nəzər çarpırdı.    
 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə