www.kitabxana.net
– Milli Virtual Kitabxana
113
qayıdan Ağa da onların arasında idi.
- Ağa, baĢına dönüm, nə yaxĢı qayıtdın?! Sən olmasaydın indi Çiçək yox idi.-deyə
baba gücü çatdığı qədər ona minnətdarlığını bildiməyə çalıĢırdı. Baba daha gecə
heç kəsin suya əl atmadığını, hər kəsin can hövlü ilə bayıra qaçdığını söyləmədi.
Onsuzda bunların hamısını Ağa öz gözü ilə görmüĢdü.
Çiçəyə dayanmadan dualar oxuyan Ağanın boğazı qurumuĢdu. Gecədən huĢsuz yatan Çiçək
nəhayət ayıldı. Son iki aydakı sərsəm səsindən fərqlənən ayıq bir səslə su istədi. Ona su verən
anası onun yanında yerə çökərək ağlamağa baĢladı:
-Biz indi nə edəcəyik?
-Arvad, səsini kəs!-deyə ata hiddətlə söylədi.
-Siz buralardan getsəniz yaxĢı olar.ĠĢin bir hissəsi baĢa çatdı.
-Mən Çiçəyi özümlə apara bilərəm-deyən baba bunula həm Ağaya cavab vermiĢ oldu həm də
kürəkənindən cavab gözlədi.
-Hə. Əmi sən uĢaqları götür get, mən də bir neçə gündən sonra gələrəm.
Atadan baĢqa hamı toplanıb yola çıxdı. Onların bir daha dönməyəcəyi bu düzənlik onlar
uzaqlaĢdıqca onların arxasında okean kimi böyüyürdü. Çiçəyin aĢiq olduğu təpə isə getdikcə
kiçik bir nöqtəyə dönürdü.Hər kəsin yadından çıxmıĢ bu düzənlik təkcə Ģeytanın yadından
çıxmamıĢdı. ġeytan iki gün sonra puldan baĢqa Allahı olmayan Moranın Çiçəyin atasını
öldürməsindən də ayrıca zövq alacaqdı.
SON ARZU
Gecənin qaranlığı düĢdükcə Ģəhərin neçə müddətdir mülayim keçən qıĢı öz sərt üzünü
göstərməyə baĢlayırdı. Yalnız bu gün, Xocalıda baĢlayan qar əsl qıĢın xəbərini verirdi. Sanki
hər Ģey buradakı insanlardan üz döndərmiĢdi. Əli , ünü bir yerə çatanlar Ģəhəri vaxtkən tərk
www.kitabxana.net
– Milli Virtual Kitabxana
114
etmiĢdilər. Heç kəsin söyləməyə belə cəsarəti çatmayan sözləri ,elə bil qıĢın sərt çovğunu
insanların üzünə çırpırdı. Çovğundan betər olan bu sözlər qəlbləri, beyinləri elə keyitmıĢdi ki,
qıĢın soyuğunu az qala hiss etmirdilər. Simsiz teleqraflar tək evlərə soxulan qırıq-qırıq
xəbərlərin qorxusunu körpələr də baĢa düĢmüĢdülər. Mənasını bilmədikləri sözləri böyüklər bir-
birinə deyir, qadınlar “hiiy” deyərək içlərini çəkir, kiĢilər isə səsizcə siqaretlərini yandırırdılar.
Hansısa dəhĢətli bir hadisənin baĢ verəcəyini hamı gözləyirdi amma yenə haradasa- qəlblərinin
bir küncündə bir ümid qırıntısı qalmıĢdı. Bu ümid qırıntısı isə qorxularının və həyacanlarının
altında elə əzilmiĢdi ki, ona yenidən can vermək üçün möcüzə gərək idi. Müharibə insanların
kəĢf etdiyi elə bir nəhəng qüvvədir ki, o insanların hansı təbəqədən və hansı ölkədən olmasına
baxmayaraq, onları həyatlarından və qismətlərindən qopararaq öz cızdığı taleyə məhkum edir.
Alınlarına basılmıĢ müharibə taleyindən qurtulmaq üçün Xocalıda da hərə bir yanda can
cəkirdi.
Xocalının ucqarındakı Ramizin kasıb koması da bundan nəsibini almıĢdı. Taxta qapını ehmalca
aralayıb içəri girən ailənin yeganə yeriyən baĢıpapaqlısı olan oğul, çovğunun onunla bərabər
içəri soxulmasının qarĢısını almaq üçün cəld qapını örtdü. IslanmıĢ papağını və köhnə paltosunu
dəhlizdə əlindən alan arvadına:
-
Atam necədir?-deyə pıçıldadı.
-
Qoyub getdiyin kimi.- arvadı ümidsizcəsinə cavab verdi.
Oğul içəri otağa keçən kimi atasının çarpayısının yanında diz çökdü. Atasının əlini əlinə alaraq:
-
Necəsən?-deyə səsindəki kədəri gizlətməyə çalıĢaraq soruĢdu.
-
Bir az yaxĢıyam- atası xırıltılı səslə cavab verdi və
-
Sən əsas Gülərlə maraqlan- deyə qonĢu çarpayıya boylandı .
Fevral girən kimi evdə hər Ģey bərbad olmuĢdu. Atasının qəfil iflic olması evdəkilərin baĢını
yeni qatmıĢdı ki, Gülər- evin böyük uĢağı- yıxılıb qıçını qırdı. Bir tərəfdən Ģəhərin mühasirəsi,
bir tərəfdən naməlum vəziyyət , - biz nə edəcəyik?- sualı domokl qılıncı tək baĢlarının üzərindən
asılmıĢdı.
-
Bala nə deyirlər? Camaat nə etmək fikrindədir?- Ramiz kiĢi balıĢından azca baĢını
qaldıraraq soruĢdu.
-
Heç nə. Qaçan qaçıb. Deyirlər Əlifi, Tofiqi öldürüblər. Mühasirə daralır. Bəlkə də bir- iki
gün qala-qalmaya bizi Spitakda etdikləri kimi...
-
Əliyar- arvadı özündən asılı olmayaraq onun sözünü kəsdi. Ananın qucağında oturan on
yaĢlı Əli anasının yaxasını dartıĢdırdı:
-
Ana atam nə deyir? Spatak haradı?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
115
-
Spitak, bala, Spitak – baba səhvi düzəltdi.
-
Nə fərqi var. Cəhənnəm olsun hər Ģey. QonĢular məsləhətləĢib bu gecə çıxmalıyıq
-
Hə gedin lazımdır. Bakıdan bir mədət ummağın yeri yoxdur..- Ramiz köksünü ötürərək
dedi.
Qapının qəfil döyülməsi aralarındakı söhbəti kəsdi. Əlyar qapını açmağa getdi və içəri
qonĢuları Səfi ilə qayıtdı. Yerdə bardaĢqurma oturdular. Səfi baĢının aĢağı salaraq yerdəki
palazın ilməklərini oynadırdı. Az sonra gözünü yerdən qaldırmayaraq:
-Ağırdır, vallah ağırdır. Az qala ürəyim partlayacaq. Vallah silah olsa bilərdik neyniyək
.əliyalın qalmıĢıq . Bədbəxt millətik də.... hanı? Hanı yiyəmiz?
- Bala, elə demə . Yəqin bundada bir xeyir var.
- Ay baba nə xeyir ? Milləti gözgörəti qoyublar güllənin qabağına . YaxĢı. Sən özün
fevralın əvvəlinə qədər əlində silah bu camaatın arasında idin. Sən axı hər Ģeyi öz gözünlə
görürdün.
-Daha gecdir . Ġndi müzakirə zamanı deyil.- azca dikələn Ramiz kiĢi ötkəmlə söylədi-yığıĢın
Ģəhərdən çıxın.Ölmək betər deyil, ondan betəri əsir düĢməkdir.
Ramiz sözünü yenicə bitirmiĢdi ki, o biri otaqda açılan qapının Ģaqqıltısı hamısını
diksindirdi. Əliyar cəld əlini divara söykənmiĢ avtomata atdı. Özünü içəri təpən adamın üstü-
baĢı zığ içində idi. Üstünə tuĢlanmıĢ avtomatı gördükdə:
-
Ayə, neynirsən? Mənəm ey: Cəfərəm . Zibilini o yana elə- deyərək üzünün zığını qoluna
sildi
Cəfəri tanıyan kimi hamının beynindən ildırım sürəti tək bircə süal keçdi.Cəfər niyə səngəri
qoyub gəlib, yoxsa.... Bu “yoxsa” kəlməsini sanki onların üzlərindən oxuyan Cəfər:
-
Tez eləyin! Onlar Ģəhərə girdilər. Telefon məntəqəsi dağıdılıb . Bakı ilə tamamilə əlaqə
kəsildi. Tez eləyin! Çox az vaxtımız var.
Onun sözləri bitməmiĢ Səfi evlrinə tərəf qaçdı, Əliyarın arvadı isə sürətlə uĢaqları geyindirməyə
baĢladı. O, əlləri əsə-əsə paltarları seçir , uĢaqların ağlamağna baxmayaraq əyri- düz
geyindirirdi. Əliyar heç nəyə fikir vermədən, atasının çarpayısının yanında yerə çökdü. Əli ilə
onun yorğanın qaldırmaq istəyəndə, qoca sağ əli ilə yorğanı möhkəm özünə tərəf çəkdi.
-
Olmaz-onun gözləri öğlunun üzünə sərt Ģəkildə dikildi. – sən Güləri aparacaqsan . Gəlin
də əkizləri. Olmaz mən qalıram.
Dostları ilə paylaş: |