Tərt ed. N. Tahirova; red və bur məs. Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. 38s



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#56898
1   2   3   4   5   6   7

14 

 

 



            

 

 



ÇAĞDAŞ  ŞİRVAN  ŞAİRLƏRİ.

 

Son  yüz  ildə  bir  birini  çox 



sürətlə  əvəz  edən  tarixi  hadisələr  Azərbaycanın  mənəvi  həyatına 

da  təsirsiz  keçməmişdir.  Yüz  illərlə  formalaşan  əsl  şair  obrazına 

Şirvan  kökənli  şairlər  xəyanət  etməmiş,  xəlvətə  çəkilmiş,  öz 

poetik Mənini siyasi gedişlərin oyuncağına çevirməmişlər. Klassik 

ənənələr  bazasında  pərəstiş  tapan  Şirvan  şairləri  kolxoz-sovxoz, 

neft-pambıq,  Allahsızlıq  mövzularının  şeirlə  uyğunluğunu 

təsəvvür  belə  etməmişlər.  Elə  ona  görə  də,  Sovet  hakimiyyəti 

dönəmlərində  poeziya  liderliyindən  könüllü  surətdə  imtina 

etmişlər.  Ancaq  könül  çırpıntılarına  köklənən  dərin  mənalı 

sözlərin eşqi ilə yaşayan Şirvan şairlərindən bir sırası üzə çıxmaq 

istəməmiş,  bir  sırasını  da  düşüncə  tərzinə  görə  mövcud  rejim 

təqdir etməmişdir. 

Sovet  ədəbiyyatının  İrfan  məktəbi  və  İlahi  həzzlərdən 

uzaqlaşması,  sözü  şüar  şəklində  qışqırıqlı,  birbaşa  və  kobud 

demək  vərdişləri  yüzillər  boyu  formalaşan  zərif,  fəlsəfi,  gözəl 

deyim tərzlərinə istehza olunması Şirvanlı yazarları çaşdırmış, üzə 

çıxmamaq  şərtiylə  “sandıq  ədəbiyyatı”  nümunələri  yaratmışlar. 

Onlardan  bir  sırası  sonradan  işıq  üzü  görmüşdü.  Bu  həm  nəzm, 

həm  də  nəsr  əsərlərinə  aiddir.  Bununla  belə,  qələmini  ədəbiyyat 



15 

 

sahəsində sınayaraq müəyyən mövqeyə çatan şirvanlılar panteonu 



da yaranmağa başladı. 

Əzizə  Cəfərzadə  (1921-2003),  Fikrət  Sadıq  (30.5.1930), 

İskəndər  Etibar  (15.2.1937),  Osmanov  Elxan  Əbdürrəhman  oğlu 

(19.12.1962), Orxan Fikrətoğlu (1966), Rəşad Bəydəmirli (1952) 

istedadlı qələm sahibləridir. 

Ağakərim İsrafilbəyli xanəndə kimi tanınsa da, Nafiz təxəllüsü 

ilə klassik üslubda gözəl qəzəllər, saqinamələr, qitələr yazır. Onun 

2010-cu  ildə  “Ustadi-əzəm” kitabı  nəşr olunub.  Kitab  XIX əsrdə 

yaşamış  şamaxılı  xanəndə  -  şair  Mirzə  Məhəmmədhəsən 

Fələkizadə  Şirvaniyə  həsr  edilib.  Kitabda  Nafiz  öz  nəzmindən 

nümunələr də verib. 

Azərbaycan  ədəbiyyatının  Sovet  və  müstəqillik  dövründə 

Qürbət Əziz, Güləli Rəsul, Şaban Qayıbov, Tahir Taisoğlu, Nadir 

Mərzəngəli,  Mirzə  Xələfli,  Etibar  Etibarlı,  Faiz  Üzgün,  Bünyad 

Bünyadzadə,  Faiq  Cəmcəmli,  Süleyman  Zərbəliyev,  Əbülfəz 

Məlhəmli,  Fəxrəddin  Nasiroğlu,  Əzizxan  Qədirov,  Şəhriyar 

Rəşadoğlu  və  başqaları  şeir  yaradıcılıqlarında  Şamaxı  ədəbi 

mühitinin  gözəl  ənənələrini  yaşatmağa  çalışmışlar.  Burada  ədəbi 

mühit indi də var. 

 Yazıçılar  Birliyinin  Şamaxı  bölgəsi  və  ayrı-ayrı  kənd 

kitabxanalarında  ədəbiyyat  dərnəkləri  fəaliyyət  göstərir.  Bura, 

bəlkə də, Azərbaycanda yeganə bölgədir ki, demək olar, hamı şeir 

yazır.  Şamaxının  yorulmaz  və  məhsuldar  tədqiqatçısı,  filologiya 

elmləri  doktoru  Seyfəddin  Qəniyev  Şirvandan  çıxan  iki  min  şair 

və  aşığın  yığcam  bioqrafiyası  və  şeirlərini  toplayıb.  Saf-çürük 

edəndən sonra, iki cildlik məlumat kitabı hazırlayıb. Birinci kitab 

“Şirvanın  565  şairi”  adıyla  2014-ci  ildə  “Nurlan”  nəşriyyatında 

nəşr  edilib.  İkinci  cild  “Şirvanın  555  şairi”  adını  daşıyır  və  öz 

naşirini gözləyir. Bu kitablara toplanan faktlar Şirvanın son əsrdə 

yetirdiyi şair və aşıqlar haqqında daha dolğun bilik verir.  




16 

 

            



 

 

       

           

 

 

 




17 

 

Tarixi 



 

Azərbaycanda 

şəhərsalma 

mədəniyyətinin 

ən 

qədim 


mərkəzlərindən  olan  Şamaxı  şəhəri  Azərbaycan  Albaniya 

dövlətinin  ən  iri  yaşayış  məskənlərindən  biri  idi.  Tarix  boyunca 

davam  edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar  yerlə-yeksan 

olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar 

zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik 

müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı 

Xınıslı  qazıntılarının  nəticələrinə  görə  Şamaxı  şəhərinin  ən  azı 

2500 il yaşı vardır. 

Şamaxının  adı  ilk  dəfə  antik  mənbələrdə  –  yunan 

coğrafiyaşünası  Klavdi  Ptolomeyin  “Coğrafiya”  əsərində 

Albaniya ölkəsinin 29  şəhəri  sırasında  “Mamaxiya” “Camaxeya” 

və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər 

“Kemaxiya”,  “Əşşamaxiyyə”,  ərəblər  adını  dəyişdirdiyi  zaman 

qısa  müddət  “Yezidiyyə”  və  sonra  yenidən  bu  günə  kimi 

“Şemaxi” və “Şamaxı” adlandırılmışdır. 

Qədim  yaşayış  məskəni  yerində  tədricən  bir  şəhər  kimi 

formalaşan  Şamaxı  obyektiv  səbəblər  üzündən  zaman-zaman 

sərhədlərini dəyişdirməli olsa da, bəzən hətta xarabalıqlar içindən 

yenidən  baş  qaldırsa  da,  erkən  orta  əsrlərdə  də  bir  şəhər  kimi 

varlığını  və  əhəmiyyətini  qoruyub  saxlaya  bilmiş,  Xilafətin 

hakimiyyəti illərində isə tədricən mühüm ictimai-iqtisadi və siyasi 

mərkəzə çevrilmişdir. 

IX əsrdən başlayaraq Şamaxı şəhəri haqqında mənbələrdə çox 

geniş məlumat verilir. Bu 918-ci ildə hərbi-strateji baxımdan çox 

əlverişli  mövqedə  yerləşən  qədim  Şamaxının  Şirvanşahlar 

dövlətinin paytaxtına çevrilməsi ilə bağlıdır. 

Dövrün  ərəb  coğrafiyaşünasları,  səyyahları  Şamaxı  şəhərini 

“Şəməxiyyə”  adlandırırlar.  Əl-Bəlazuri  Şamaxı  şəhərinin  əş-

Şammax ibn Şucanın adını daşıdığını bildirir. Bir sıra tədqiqatçılar 

isə  Şamaxı  sözünün  “Şam”  və  “əxi”  (Şamın  qardaşı)  sözündən 

götürülməsini güman edirlər. Şamaxı sözünün ərəblər və  ya ərəb 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə