Tərt ed. N. Tahirova; red və bur məs. Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. 38s



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#56898
1   2   3   4   5   6   7

18 

 

dili  ilə  əlaqələndirən  digər  mülahizələrin  də  mövcud  olmasına 



rəğmən, bu şəhərin daha qədim tarixə malik olmasını nəzərə alsaq 

onun  adının,  qədim  kimak  tayfalarının  adi  ilə  bağlı  olub,  qədim 

Alban şəhəri “Kemaxeya”dan yarandığı daha düzgündür. 

Onu  da  qeyd  edək  ki,  orta  əsr  ərəb  müəllifləri  əl-İstəxri,  İbn 

Havqəl,  Əl-Müqəddəsi,  Yaqut  əl-Həməvi  və  başqaları  Şamaxını 

“gözəl”, “evləri daşdan tikilmiş”, “axar suları, bağları və gəzməli 

yerləri olan şəhər” kimi təqdim edir. 

XI  əsrin  son  rübünün  əvvəlində  naməlum  müəllif  tərəfindən 

yazılan "Tarixi əl-Bab" əsərinə görə Şamaxı şəhəri Şirvanşah Əbu 

Tahir  Yezid  ibn  Məhəmməd  tərəfindən  bərpa  olunaraq  paytaxta 

çevrilmiş və onun şərəfinə Yezidiyyə adlandırılmışdır. 

Şamaxı  şəhəri  Azərbaycan  Şirvanşahlar  dövlətinin  mərkəzi  kimi 

inkişaf etmiş, nəqliyyat yollarının əhəmiyyəti xeyli artmışdı. Ərəb 

müəlliflərinin  məlumatına görə IX-XIII əsrlərdə  Şamaxı qərbdən 

Bərdə-Gəncə-Tiflis,  şimaldan  Şabran-Dərbənd,  şərqdən  Xəzər 

dənizi,  cənubdan  Pirsaat  çayı  kənarı  ilə  uzanan  karvan  yolları 

vasitəsilə  dünyanın  bir  çox  ölkələri  ilə  iqtisadi,  mədəni  əlaqələr 

saxlayırdı. 

Şamaxıda  tapılmış  Orta  Asiya  şəhərlərinə  məxsus  basma 

naxışlı  saxsı  qablar  XI  -  XII  əsrlərdə  Şamaxının  Orta  Asiya 

şəhərləri  ilə  iqtisadi-mədəni  əlaqələri  olduğunu  sübut  edir.  XII 

əsrdə  Şamaxı  Hindistanla,  Çinlə  də  iqtisadi-mədəni  əlaqələr 

saxlamışdı.  Arxeoloji  qazıntılar  zamanı  Şamaxıda  tapılmış  mis 

sikkələr,  Çində  istehsal  edilmiş  çini  qablar,  beynəlxalq  ticarət 

əlaqələrinə  xidmət  edən  karvansaraylar  qədim  Şamaxının  tarixi 

ipək yolundakı rolunu sübut edir. 

İbn  əl-Əsir  1222-ci  ildə  Şamaxının  zəbt  edilib  dağıdılmasını, 

şəhər  əhalisinin  monqol  işğalçılarına  qarşı  qəhrəmancasına 

müqavimət  göstərməsini  parlaq  surətdə  təsvir  edir.  Şamaxı 

ətrafında arxeoloji qazıntılar aparılarkən  monqol  hücumu zamanı 

dağıdılan  böyük  ictimai  bina  aşkar  edilmişdir.  XIII  əsrə  aid 

təbəqələrdən  aydın  görünən  yanğın  izləri  monqol  qoşunlarının 




19 

 

Şamaxını  dağıtmasına  dair  mənbələrin  verdiyi  məlumatı 



təsdiqləyir. 

     Tarixin  sonrakı  dövrlərində  Şamaxının  ticarət  dövriyyəsində 

oynadığı  rol  müxtəlif  mənbələr  tərəfindən  təsdiqlənir.  1434-cü 

ildə  Qaraqoyunlu  hökmdarı  İsgəndərin  Şirvana  hücumu  zamanı 

Şamaxı  şəhəri amansızlıqla qarət olunur, dağıntılara  məruz qalır. 

Bu, monqol yürüşlərindən sonra ən dağıdıcı basqın olmuşdur. 

XV əsrin 30-80-ci illərində Azərbaycanın nisbətən sabit siyasi 

şəraitdə  olması  şəhər  həyatının  kifayət  qədər  yüksək  inkişafını 

təmin  etmişdir.  Qaraqoyunlu  hökmdarı  Cahanşahın,  Ağqoyunlu 

hökmdarı  Uzun  Həsənin  dövründə  şəhərlərin  inkişafında  xeyli 

irəliləyiş  baş  vermişdir.  Uzun  Həsənin  islahatı  şəhərlərin,  o 

cümlədən  Şamaxı  şəhər  təsərrüfatının  canlanmasında  yeni 

mərhələnin başlanğıcı olmuşdur. 

XV  əsrdə  Şamaxıda  30-60  min  nəfər  yaşamışdır.  Bu  şəhər 

Azərbaycan  miqyasında  ən  iri  iqtisadi  mərkəz  idi.  Kontarinin 

verdiyi  məlumata  görə  Təbrizlə  müqayisədə  Şamaxı  həyat  üçün 

əlverişli  olan  məhsulların  çoxluğu  baxımından  Təbrizdən  üstün 

olmuşdur.  1538-ci  ildə  Şirvan  ərazisi  Səfəvilər  dövlətinə 

birləşdirildikdən  sonra  Şamaxı  şəhəri  Şirvan  bəylərbəyliyinin 

paytaxtına çevrilmişdir. 

XVI  əsrdə  Cənubi  Qafqazda  ipək  istehsalı  və  ticarətinin 

cəmləşdiyi  şəhərlərdən  biri  məhz  Şamaxı  olmuşdur.  Bu  mənada 

Cenkinson  Şamaxını  “  gözəl  kral  şəhəri”  adlandırmışdır. 

Şamaxıda  rus,  hind,  türk,  fars  tacirlərinə  xidmət  edən 

karvansaraylar  vardır.  XVI  əsrin  II  yarısında  burada  ingilis 

“Moskva  şirkəti”nin  daimi  nümayəndəliyi  açılmışdır.  Moskva 

tacirləri  Şamaxı  bazarlarında  Moskvada  hazırlanmış  sənətkarlıq 

məhsullarını  satır,  yerli  malları,  əsasən  də  xam  ipəyi,  ipək 

parçaları alırdılar. 

1725-ci  ildə  Şamaxıda  olmuş  ingilis  Henri  Bryus  öz 

xatirələrində, Şamaxı şəhərini Cənubi Qafqazın ən məşhur ticarət 

mərkəzi kimi qiymətləndirirdi. 




20 

 

    Şamaxının  ipək  yolu  üzərində  yerləşməsi  şəhərin  iqtisadi 



inkişafı  üçün  əlverişli  şərait  yaratmışdır.  Lakin  1192-ci  ildə  baş 

vermiş  birinci  və  1667-ci  ildəki  ikinci  zəlzələ,  müharibələr 

Şamaxının  iqtisadi  inkişafına  müəyyən zərbə  vurmuşdu.  Belə ki, 

1670-ci  ildə  Şamaxıya  gəlmiş  hollandiyalı  səyahətçi  Yan  Streys 

qeyd  edirdi  ki,  “məni  ən  çox  təəccübləndirən  o  idi  ki,  şəhəri 

tamamilə  yerlə-yeksan  edən  və  viran  qoyan  həmin  zəlzələdən  3 

ildən  də  az  müddət  keçməsinə  baxmayaraq,  şəhər  yenidən  bərpa 

olunmuşdur”.  1724-cü  il  Rusiya  ilə  Türkiyə  arasında  bağlanmış 

İstanbul  müqaviləsi,  Şirvana  daxili  muxtariyyətin  verilməsi 

Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına 

imkan yaratmışdı. 

XVII  əsr  məşhur  Osmanlı  səyyahı  Övliya  Çələbi  Şamaxı 

şəhərini belə təsvir etmişdir:  “Qırx xanlıq, qırx səkkiz qəza olub, 

qırx  nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi  var. Qədim  və 

abad  bir  şəhərdir...  Şəhər  içində  təxminən  yeddi  minə  qədər 

torpaqla  örtülü  abad  evləri  var.  Hər  yerindən  çay  keçir.  Bağ  və 

bağçalarının hesabı yoxdur. 26 məhəlləsi var, Meydan və Şabran 

məhəllələri  şəhərin  çox  gözəl  yerində  yerləşir.  Evləri  olduqca 

yaraşıqlıdır,  70-ə  qədər  mehrabı  var”.  Övliya  Çələbi  şəhərdə  5 

böyük  məscid,  7  mədrəsə,  40  məktəb,  7  hamam,  44  daş 

karvansaray, iki yüzə qədər dükanın olduğunu qeyd edirdi. 

Şamaxı  şəhəri  həmişə  strateji  məkan  kimi  qonşu  dövlətlərin 

diqqət  mərkəzində  olmuşdu.  XVIII  əsrin  əvvəllərində  yaranmış 

beynəlxalq  şəraitdən  və  Səfəvi  imperiyasının  zəifləməsindən 

yararlanan  ermənilər  Azərbaycan  torpaqlarını  ələ  keçirmək  üçün 

layihələr  tərtib  edərək  özlərinə  xaricdə  havadarlar  axtarmağa 

başladılar. 

    Rusiyada  danışıqlar  aparan  İsrail  Ori  adlı  erməni  I  Pyotru 

yürüşə  şirnikləndirmək  üçün  Cənubi  Qafqazda  olan  ermənilərin 

sayını  süni  şəkildə  artıraraq,  çara  saxta,  şişirdilmiş  məlumatlar 

verir, tarixi Azərbaycan şəhərlərindən – Şamaxı, İrəvan, Naxçıvan 

və  başqa  şəhərlərimizdən  azərbaycanlıları  qovmaq  və  rus 

qoşunlarını  burada  möhkəmləndirmək  kimi  məkrli  siyasət 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə